Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-820/2023 07.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X18 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «maddi ziyanın ödənilməsi və torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «maddi ziyanın ödənilməsi və torpaq sahəsindən çıxarılma» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ona vurduğu zərərə görə 2100 manat pulun və ödədiyi dövlət rüsumunun alınıb verilməsi və hasarın sökülən yerindən onun hesabına yenidən inşa edilib bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Samux rayonu, Sərkar kəndində cavabdehlə qonşuluqda yaşayır. Cavabdeh1 onun əmisi qızının həyat yoldaşıdır. Onun mülkiyyətində 0.12 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi vardır. Cavabdehin yaşadığı ata evi və həyəti ilə onun mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsi qonşu olmaqla həmsərhəddir. O, cavabdehlə torpaq sərhədlərinə 2019-cu ilin payız ayında hasar çəkmiş, təxminən 30 metr uzunluğunda yerdən 30 metr mişar daşı hündürlüyündə hörgü, hörgünün üstündən qalın armaturlarla dirəklər qoyaraq profil dəmirlərlə qaynaq edilmiş və həmin profillərin üzərindən 6 metrlik dam örtükləri ilə hasar tamamlanmışdır. O, ailəsi ilə evdə olmayanda evə nəzarəti Xəyyam adlı qonşuya tapşırmış, 09 may 2021-ci il tarixdə onlar evdə olmayanda qonşu Xəyyam atası Faiqə zəng edərək bildirmişdir ki, Cavabdeh1 onun çəkdiyi hasarın laqonda ilə dəmir dirəklərini kəsmiş, hörgünü isə külünglə dağıdaraq hasarı tamamilə söküb dağıtmışdır. O, gəlib baxanda görmüşdür ki, həqiqətəndə cavabdeh tərəfindən onun çəkdiyi hasar tamamilə dağıdılaraq, sökülərək, dəmirlər laqonda ilə kəsilərək tamamilə yararsız hala salınmışdır. Ona görə atası Faiq bu barədə Samux rayon Polis şöbəsinə şikayət etmiş və bu şikayətlə əlaqədar tədqiqat aparılan zaman mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh onun hasarını söküb dağıtmaqla ona materiallar üzrə 1586 manat zərər vurmuşdur. O, həmin materialları bazardan almış, maşınla həyətə daşıtdırmağa, fəhlələrə yemək və əmək haqqı verməyə görə əlavə 514 manat xərc çəkməklə ümumilikdə Cavabdeh1 ona 2100 (iki min yüz) manat zərər vurmuşdur. Bundan əvvəl atası Nümayəndə bu zərəri cavabdehdən tələb etməsi ilə bağlı məhkəmədə iddia qaldırmış, lakin onun etibarnaməsi olmadığından və atası öz adından iddia qaldırdığından, buna subyektiv hüququ olmadığından, Gəncə Apellyasiya Məhkəməsi atasının iddiasını rədd etmişdir ki, mülkiyyətçi kimi iddianı o, qaldırmalıdır. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, bildirmişdir ki, ekspertiza rəyi ilə tanış olmuşdur. Odur ki, ekspert rəyinə uyğun olaraq Cavabdeh1 1385 manat pulun alınıb iddiaçıya verilməsi və cavabdehin həmin zəbt etdiyi 13.25 kv.m torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçıya vurulmuş 1385 manat zərərin Cavabdeh1 tutulması və Cavabdeh1 torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsi Nümayəndə izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Samux rayonu, Sərkar kəndində yerləşən ümumi sahəsi 175.2 kv.m olan fərdi yaşayış evi İddiaçı adına qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Samux rayonu, Sərkar kəndində yerləşən ümumi sahəsi 378.8 kv.m olan fərdi yaşayış evi 1/6 pay hissələrlə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X2 və X1 adlarına qeyd edilmişdir. Samux rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarı ilə “Torpağa Mülkiyyət hüququna dair” JN-531 KOD 50700048 nömrəli dövlət aktının surətindən görünür ki, Samux rayonu, Sərkar kənd sakini X4 və ailə üzvləri X3, Cavabdeh2, X8, X9 və X11 1.46 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5512 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri 4 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixdə **********68 nömrəli mütəxəssis rəyinə əsasən **********70-10301 reyestr nömrəli çıxarış əsasında İddiaçı mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsinin hüdudları yerində müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən iddiaçı Nümayəndə faktiki istifadə sahəsi olaraq təqdim etdiyi 0.16 ha torpaq sahəsinin 0.11 ha hissəsinin, **********70-1030 reyestr nömrəli çıxarış əsasında İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən mülki iş materiallarında olan JN-1075F nömrəli (kod-********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X7 və ailə üzvləri olan X5, Cavabdeh2, X13, X14 və X10 (hazırda Cavabdeh5) mülkiyyətinə verilmiş Samux rayonu, Sərkar kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsinin hüdudları yerində müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən cavabdehlərdən Cavabdeh5 faktiki istifadə sahələri olaraq təqdim etdiyi 0.29 ha torpaq sahəsinin 0.1577 ha hissəsinin, JN-1075F nömrəli (kod-********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X7 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən iddiaçının mübahisələndirərək naturada təqdim etdiyi 25.26 metr uzunluğunda, ümumi sahəsi 28.11 kv.m olan torpaq sahəsinin 14.86 kv.m hissəsi JN-1075F nömrəli (kod-********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə, 13.25 kv.m hissəsi isə cavabdehlərin faktiki istifadə sahəsində yerləşir. İddiaçı tərəfindən inşa edilmiş hasarın üzərində olan armatur dirəkləri, profil dəmirləri, 6 metrlik dam örtüklərinin quraşdırılması üçün aparılmalı təmir-tikinti işlərinin təqribi ümümi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1385 manat məbləğində müəyyən olunmuşdur. Samux Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 2(058)-365/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 1586 manat pulun və 35 manat dövlət rüsumunun alınaraq iddiaçı Nümayəndə verilməsi, mübahisələndirilən hasarın əvvəlki vəziyyəti nəzərə alınmaqla cavabdeh tərəfindən bərpa edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2023-cü il tarixli 2(104)- 184/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Nümayəndə cavabdehlər Cavabdeh1 və Cavabdeh5 qarşı 2100 manat məbləğində dəymiş ziyanın və 35 manat dövlət rüsumunun alınıb ona verilməsi, hasarın sökülən yerdən yenidən inşa edilməsi barədə iddiası təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin müəyyən olunmuş faktiki hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı əmlakına vurulmuş zərərə görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, iddia tələbindən göründüyü kimi, iddiaçı yaşadığı Samux rayonu, Sərkar kəndində yerləşən Cavabdeh1 tərəfindən hasarın sökülməsi nəticəsində evə vurulmuş zərərin ödənilməsini, Cavabdeh1 iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmasını tələb edir. Məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 10/5512 nömrəli rəyi ilə İddiaçı evinə 1385 manat məbləğində zərər vurulduğu və cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin 13.25 kv.m hissəsinin cavabdehlərin faktiki istifadə sahəsində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə cavabdehlər qismində cəlb edilmiş Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 münasibətdə hesab edir ki, zərərin vurulması və torpağın zəbt olunması Cavabdeh1 tərəfindən həyata keçirildiyindən və iddia tələbi yalnız Cavabdeh1 yönəldiyindən iddia tələbi mülki işə cəlb edilmiş cavabdehlərə münasibətdə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, İddiaçı məxsus Samux rayonu, Sərkar kəndində yerləşən fərdi yaşayış evində cavabdeh hasarın sökülməsi nəticəsində dəymiş ziyanın məbləği 1385 (min üç yüz səksən beş) manat müəyyən edilməli, həmin məbləğ Cavabdeh1 İddiaçı xeyrinə tutulmalı, Cavabdeh1 İddiaçı məxsus Samux rayonu, Sərkar kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 13.25 kv.m hissəsindən çıxarılmalı və həmin torpaq sahəsi boşaldılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh1 tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 233, 238, 242, 244, 252, 253 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 1385 (min üç yüz səksən beş) manat məbləğində pul və ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumu alınaraq, İddiaçı xeyrinə ödənilsin. Cavabdeh1 İddiaçı məxsus Samux rayonu, Sərkar kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 13.25 kv.m hissəsindən çıxarılsın və həmin torpaq sahəsi boşaldılsın. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh1 tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-820/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-820/2023
07.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver