Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-828/2023 06.04.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X10 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi - vəkili X2, Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi zərərin ödənilməsi barədə» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi zərərin ödənilməsi barədə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət məsuliyyətinə qanunsuz cəlb edilməsi, qətmikan tədbiri qismində başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, qanunsuz məhkəm məsuliyyətinə verilməsi və əsassız məhkum edilməsi nəticəsində ona vurlmuş mənəvi ziyana görə 6000 (altı min) manat məbləğində kompensasiya və hüquq yardım üçün vəkilə ödədiyi 200 (iki yüz) manat məbləğində pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixdə saat 18:30 radələrində özünə məxsus “VAZ-2102” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil Samux rayonu, Çobanabdallı-Qarabağlar kənd yolunun 1-ci kilometrliyində Qarabağlar kəndi istiqamətində idarə edərkən yolun sola tərəf sərt döngəli hissəsinə yaxınlaşdıqda arxdan gələn X4 idarə etdiyi motoroller idarə etdiyi avtomobili ötüb keçərkən, motoroller avtomobilinin sol yan güzgüsünə toxunub keçmiş, sonra isə yolun döngəli hisssəsində sağ tərəfə çıxıb aşmış, motorollerin sürücüsü aldığı xəsarətdən xx.xx.2020-ci il tarixdə xəstəxanada ölmüşdür. Hadisə ilə bağlı Samux RPŞ-nin istintaq qrupunda cinayət işi başlanaraq istintaq aparılmış, təqsiri olmadığı halda ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham elan olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək cinayət işi Samux Rayon Məhkəməsinə göndərilmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə 03 il 06 ay müddətinə azadlıqdan mərhumetmə cəzasına məhkum edilmiş və barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellysiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli hökmü ilə Samux Rayon Məhkəməsinin hökmü ləğv eilərək, əməlində cinayət tərkibi olmaması əsasına görə ona bəraət verilmiş və barəsində seçilmiş qətimkan tədbiri ləğv edilmişdir. Ona qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barədə qanunsuz qətimkan tədbiri seçilməsi, qanunsuz məhkəməyə verilməsi və barəsində qanunsuz ittiham hökmü çıxarılması nəticəsində vurlmuş zərərin ödənilməsi hüququnu və bu, hüququnun həyata keçirilməsi qaydası izah edilmişdir. O, istintaq orqanının qanunsuz və əsasız qərarları və əsassız təqsirləndirilən şəxs qismində cəlb edilməsi və barəsində başqa yerə getməmək haqqında qətimkan təbiri seçilməsi, əsassız məhkəmə məsuliyyətinə verilməsi və məhkəmənin əsassız hökmü nəticəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi yəni 09 aydan artıq müddət ərzində həm özü, həm də ailə üzvləri həyacan və qorxu içərsində yaşamışlar. 09 ay ərzində 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza çəkmə qorxusu altında olmuşdur. Dəfələrlə istintaq və məhkəmə orqanlarının çağrışlarına gedib saatlarla vaxt itirmiş, eyni zamanda barəsində seçilən qətimkan tədbiri ilə əlaqədar öz iradəsi ilə başqa yerə gedə bilməmişdir. Azərbaycan Respublikası Konustitusiyasında nəzərdə tutlmuş azadlıq və respublika ərazisində sərbəst getmək hüququ pozulmuşdur. İstintaq orqanının qanunsuz və əsasız qərarları, habelə məhkəmənin əsassız hökmü nəticəsində ciddi pisxoloji sarsıntılar keçirmiş, ailəsi, qohumları, qonşuları, tanışları yanında nüfuzdan və hörmətdən düşmüşdür. Ona mənəvi ziyan vurulmuş, mənəvi ziyana görə ona 6000 (altı min) manat məbləğində pul ödənilməli və həmçinin hüquqi yardım üçün vəkilə 200 (iki yüz) manat pul ödəmiş və həmin məbləğdə ona ödənilməlidir. Məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Samux Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 1(058)-18/2021-ci il nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 16 mart 2022-ci il tarixli 1(104)-25/2022 nömrəli hökmü ilə Samux Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 1(058)-18/2021 nömrəli hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası CM-inin 263.2-ci maddəsi ilə Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(102)-1389/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə İddiaçı barəsində Gəncə Apellyasiya Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli vəxx.xx.2021-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, X7 tərəfindən Göygöl rayon Vəkillər Bürosuna cəmi 200 manat pul ödənilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Samux Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 1(058)-18/2021-ci il nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 16 mart 2022-ci il tarixli 1(104)-25/2022 nömrəli hökmü ilə İddiaçı CM-nin 263.2-ci maddəsi ilə bəraət verilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci maddəsinə görə, təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008ci il tarixli Qərarının: 2-ci maddəsində göstərilir ki, Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası CPM-in: 7.0.5-ci maddəsində qeyd olunur ki, cinayət prosesini həyata keçirən orqanlaricraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları və ya məhkəmələrdir. 56.0 və 56.0.1-ci maddələrinə əsasən, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər: 57.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 58.2-ci maddəsində deyilir ki, fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. 58.3-ci maddəsinə əsasən bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, müdafiəçiyə ödənilmiş pul məbləği, hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cəriməyə görə kompensasiya verilir: 59.1-ci maddəsinə əsasən bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərin vurulmuş ziyanın ödənilməsi ilə bağlı əvvəlki vəzifəsinə bərpa olunmaq, bu mümkün olmadıqda isə ona bərabər vəzifəyə təyin olunmaq və ya əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyasını almaq, azadlıqdan məhrum edildiyi və ya azadlığının məhdudlaşdırıldığı vaxtı iş stajına daxil etdirmək, əvvəl yaşadığı evini (mənzilini) qaytarmaq, bu mümkün olmadıqda isə ona bərabər tutulan, o cümlədən sahəsinə və yerləşdiyi yerə uyğun yaşayış evinə (mənzilə) köçürülmək, məhrum olunduğu xüsusi və ya hərbi rütbəni bərpa etdirmək, məhrum olunduğu fəxri adını və ya dövlət təltiflərini qaytarmaq hüquqları vardır. 60.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. 63-cü maddəsində qeyd olunur ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun: 6-cı maddəsində qeyd olunur ki, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7-ci maddəsində göstərilir ki, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, İddiaçı xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Samux Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 1(058)-18/2021-ci il nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və İddiaçı Gəncə Apellyasiya Məhkəməsinin 16 mart 2022-ci il tarixli 1(104)-25/2022 nömrəli hökmü ilə bəraət verilməklə, təqsirsiz elan edilmişdir. İddiaçı oğlu xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər hüquqları məhdudlaşdırılmış və ona mənəvi ziyan vurulmuşdur. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən müdafiəçiyə ödənilmiş 200 manat pul dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilməlidir. İddiaçının mənəvi ziyanın ödənilməsi ilə bağlı bildirir ki, təhqiqat və istintaq orqanlarının qanunsuz hərəkətləri, yəni iddiaçının qanunsuz olaraq CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilərək həbsə salınması, barəsində qətimkan tədbiri seçilməsi və cinayət cəzasına məhkum edilməsi nəticəsində iddiaçı mənəvi sarsıntı və iztirablar keçirmiş və nəticədə ona mənəvi ziyan vurulmuşdur. Yuxarıda qeyd edilən Plenumun 10-cu maddəsində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. 11-ci maddəsinin 1-ci bəndinə əsasən, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı vurulmuş mənəvi ziyana görə dövlət büdcəsinin vəsaiti hesabına 2000 manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız möhtəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə qeyd olunanların yekunu olaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalı və İddiaçı dövlət büdcəsinin vəsaiti hesabına vurulmuş mənəvi ziyana görə 2000 (iki min) manat, müdafiəçiyə ödədiyi 200 (iki yüz) manat məbləğində pul ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı dövlət büdcəsinin vəsaiti hesabına vurulmuş mənəvi ziyana görə 2000 (iki min) manat, müdafiə xərci 200 (iki yüz) manat məbləğində pul ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətinə Samux Rayon Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-828/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-828/2023
06.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver