Məhkəmə qərarları › İş №2(058)-84/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-84/2025

11.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-84/2025 11.03.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış nikahın pozulmasına, xx.xx.2014 ci il tarixdə doğulmuş X1 üçün hər ay 235 manat sabit pul məbləğində alimetin tutularq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2009-cu il tarixində rəsmi nikaha daxil olmuş və nikahılarını xx.xx.2011-ci il tarixdə rəsimləşdirmişlər. Birgə nikahlarını xx.xx.2014-cü il tarixdə X5 adlı övladları anadan olmuşdur. Ailə həyatı qurduqdan sonra cavabdeh ilə aralarında dəfələrlə narazlıq olmuşdur. O, xx.xx.2024-cü il tarixdən İmişli Rayonu Gövhərli kəndində övladıları ilə birlikdə valideyinlərinin himayəsində yaşayır. Birgə nigah dövründə doğulmuş övladlarına özü baxır və qayğısına qalır. O, uşaqlarına saxlanılmasında maddi cəhətdən çətinlik çəkir, onun maddi tələbatını ödəyə bilmir. İstehlak mallarının qiymətlərinin və pullu xidmət tariflərinin artması ilə əlaqədar olaraq uşaqlarının saxlanılması vaxt keçdikcə mürəkkəbləşir. Onun heç yerdən gəliri yoxdur, uşaqlarını normal böyütmək üçün alimentə çoxehtiyacı var, ona görə məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Ona görə də cavabdehlə aralarında olan nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq aliment tələbindən imtina etdiyini bildirmiş, həmçinin məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilərək iddianın nikahın pozulması hissəsində təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nikahın pozulmasına razı olduğunu, xx.xx.2014-cü il tarixdə doğulmuş X4 anasının himayəsində qalmasına razı olduğunu, iddianı aliment tələbi hissəsində qəbul etmədiyini bildirmişdir. Məhkəmə, cavabdehi dinləyib, iddiaçının məhkəməyə ünvanladığı ərizəsini nəzərə alaraq və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: 10 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə X3 arasında 20 aprel 2011-ci il tarixdə, 01 nömrəli akt qeydi ilə nikah bağlanılmışdır. Nikah bağlandıqdan sonra ərə Vəliyev, arvada Vəliyeva soyadı verilmişdir. 10 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, 02 fevral 2014-cü il tarixdə doğulmuş X4 atası Cavabdeh, anası İddiaçıdır. X2 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki,Cavabdeh qarşı aliment tələbindən imtina etdiyini və nikahın pozulaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Həmin Məcəllənin 22.2.1 və 22.2.2-ci maddələrinin tələbinə görə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, tərəflər hər ikisi nikahın pozulmasında israrlı olduğundan onlar arasındakı nikah pozulmalıdır. Tərəflərin nikahlarından doğulmuş xx.xx.2014-cü il tarixdə doğulmuş X5 hazırda anasının yanında yaşadığından və cavabdeh uşağın nikah pozulduqdan sonra da iddiaçının yanında qalmasına etiraz etmədiyindən məhkəmə hesab edir ki, tərəflərin nikahından xx.xx.2014-cü il tarixdə doğulmuş X5 nikah pozulduqdan sonra anası İddiaçı yanında saxlanılmalıdır. İddiaçının məhkəmə baxış iclasında məhkəməyə ünvanladığı ərizədə onun aliment tələbindən imtina etməsi nəzərə alınaraq iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə tərəflərə xatırladır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Buna görə də tərəflərin nikah dövründə əldə edilmiş ümumi əmlakları və bu əmlakın bölünməsi barədə mübahisə vardırsa həmin mübahisə ilə bağlı iddianın göstərilən müddət ərzində irəli sürülməsi tərəflərə izah olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 20 aprel 2011-ci il tarixdə, 01 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. Nikah pozulduqdan sonra, tərəflərin nikahından xx.xx.2014-cü il tarixdə doğulmuş X5 anası İddiaçı yanında saxlanılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar