Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-887/2023 01.11.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçı X2 və Cavabdeh iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı «dəymiş maddi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurduğu maddi ziyana görə 6155 manat məbləğində pul alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus Mersedec Benz markalı DT342TD dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə saat 07:00 radələrində Hövsan qəsəbəsi ərazisində Sədərək ticarət mərkəzi istiqamətində hərəkətdə olarkən Cavabdeh idarə etdiyi Daevoo İsuzi markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun avtomobilinə dəyərək qəza törətmiş və bununla onun mülkiyyətində olan avtomobilə 11155 manat maddi ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar polisdə araşdırma aparılmış və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda baş vermş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsiri müəyyən edilmişdir. Belə ki, həmin qərarın sürəti Cavabdeh barəsində İXM-nin 327.8 maddəsi ilə inzibati tədbir görülməsi üçün Suraxanı RPİ-nin DYPŞ-nə göndərilmişdir. Ona dəymiş maddi ziyanın 5000 manat hissəsi sığorta şirkəti tərəfindən ona ödənilmişdir, maddi ziyanın qalan 6155 manat hissəsinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, həmçinin bildirdi ki, ekspert rəyi ilə razı deyil, tələbin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən etiraf edərək, bildirdi ki, ekspert rəyi ilə razı deyil, belə ki, avtomobilə dəymiş ziyanın həcmi ekspert rəyində düzgün müəyyən edilməyib, dəymiş ziyanın həcmi daha az məbləğ təşkil edir. İddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: AM seriyalı № ******* nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarius tərcüməsindən görünür ki, Mersedec Benz markalı DT342TD dövlət qeydiyyat nişanlı avtomobil Faziradin Alievə məxsusdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 07 radələrində sürücü Cavabdeh idarə etdiyi Daevoo İsuzi markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hövsan qəsəbəsi ərazisində Sədərək ticarət mərkəzi istiqamətində hərəkətdə olarkən sürücü, Aliev Faziradinin idarə etdiyi Mersedec Benz markalı DT342TD dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, Mersedec Benz markalı DT342TD avtomobil almış zərbə nəticəsində 4-5 metr fırlanaraq öz yolunda əks istiqamətdə dayanmışdır. Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd olunmuş, Cavabdeh barəsində İXM-in 327.8ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün material Suraxanı RPİ-nin DYPŞ-nə göndərilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən verilmiş 27 aprel 2023-cü il tarixli avtonəqliyyat vasitələrinin texniki ekspertizasının ekspert rəyindən görünür ki, Mersedec Benz markalı DT342TD dövlət qeydiyyat nişanlı avtomobilə 11155 manat dəyərində maddi zərər dəymişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2023-cü il tarixli, 9/6085 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının ekspert rəyindən görünür ki, tədqiq edilən 2000-ci il buraxılışlı, Mersedec Benz minik markalı e-320 CDİ modeli DT342TD dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə, yəni 2023-cü ilin mart ayına olan təmir-bərpa xərci təxminən 8495 manat müəyyən edilir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məhsus Mersedec Benz markalı DT342TD dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2. maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır Göründüyü kimi cavabdehin təqsirli, hüquqazidd hərəkəti nəticəsində iddiaçının avtomobilinə maddi ziyan dəymiş və buna görə də cavabdeh törətdiyi mülki hüquq pozuntusuna görə mülki məsuliyyət daşıyır. İddiaçı hazırda ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 maddəsinə əsasən, Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, iddiaçı ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olsa da, zərərin əvəzinin həcmi iddia tələbində vurulmuş real zərərin həcmindən artıq məbləğdə qeyd olunmuşdur. Belə ki, iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasına əsasən verilmiş ekspert rəyində "xxxx" MMC tərəfindən verilmiş 27 aprel 2023-cü il tarixli rəydə göstəriləndən fərqli olaraq sözügedən avtomobilə dəymiş zərərinin həcminin 8495 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi daha ətraflı araşdırmanın nəticəsi olduğundan daha mötəbər sübut kimi qəbul edilməlidir. Lakin ekspert rəyində göstərilən həmin məbləğ avtomobilə ümumilikdə dəymiş ziyanın həcminin əks etdirir. Belə ki, iddiaçının özünün qeyd etdiyi kimi vurulmuş ümumi ziyanın 5000 manat hissəsi ona sığorta təşkilatı tərəfindən ödənilmişdir və idddiaçı məhz vurulmuş maddi ziyanın əvəzinin sığorta təşkilatı tərəfindən ona ödənilmiş məbləğdən geri qalan hissəsini cavabdehdən tələb edir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, vurulmuş ziyana görə 3495 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı X3 verilməlidir. İş üzrə məhkəmə xərcləri ekspertiza xərcindən və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 60 manat ekpertiza xərcinin 33 manat hissəsi cavabdehdən, 27 manat hissəsi isə iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 3495 (üç min dörd yüz doxsan beş) manat məbləğində pul tutularaq iddiaçı X3 verilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 60 manat pulun 33 manat hissəsi Cavabdeh, 27 manat hissəsi X1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu – 3.) köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-887/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-887/2023
01.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver