Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-950/2023 04.09.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə sığorta ödənişinin qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 400 manat sığorta ödənişi məbləğinin və 30,40 manat məbləğində dövlət rüsumunun, cəmi 210,40 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Saz 3507” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə yol nəqliyyat hadisəsi törədərək “Mercedes-Benz” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər yetirmişdir. Cavabdeh avtomobili sürücüılük hüququ olmadan idarə etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində “Mercedes-Benz” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın həcmi 400 manat müəyyən edilmişdir. PAT ********** saylı sığorta müqaviləsinin 106852 saylı sığorta aktına əsasən "xxxx" ASC dəymiş ziyanı aradan qaldıraraq “Mercedes-Benz” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə X2 400 manat məbləğində ödəniş olunmuşdur. Samux RPŞ DYPB-nin xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Ona görə də tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bütün məhkəmə iclaslarının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə içlasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan icbari sığorta müqavilələrin mövcudluğunun yoxlanılmasına dair sistemdən çıxarışdan görünür ki, “Saz 3507” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı "xxxx" ASC tərəfindən sığorta təminatına alınmışdır və yol-nəqliyyat hadisəsi baş vermə tarixinə sığorta müqaviləsi qüvvədə olmuşdur. İş materiallarında olan xx.xx.2022-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh “Saz 3507” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Samux rayon ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və İXM-nin 332.4 və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ********* (7170) nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən zərərçəkən X1 bank hesabına 400 manat köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli № O-AP-20222971 saylı pretenziyanın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq "xxxx" ASC tərəfindən zərərçəkənə ödənilmiş 400 manat sığorta ödənişinin əvəzinin cavabdehdən 10 iş günü ərzində "xxxx" ASC-nə ödənilməsi xahiş edilmişdir. Məhkəmə, iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə Samux rayon ərazisində Cavabdeh tərəfindən sürücülük hüququ olmadan idarə olunan “Saz 3507” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Mercedes-Benz” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, yol-nəqliyyat hadisəsinin baş verməsinə görə cavabdeh Cabbarov X3 Xətalar Məcəlləsinin 332.4 və 327.1-ci maddələri ilə təqsiri bilinmişdir. İddiaçı "xxxx" ASC tərəfindən “Mercedes-Benz” markalı **- DT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə zərərçəkənə 400 manat zərər məbləği ödənilmişdir. Zərər cavabdehin təqsirli hərəkəti nəticəsində vurulduğundan iddiaçının zərərçəkmiş şəxsə ödədiyi sığorta ödənişi həcmində subroqasiya qaydasında cavabdehə qarşı tələb hüququ yaranmışdır. Buna görə də Cavabdeh 400 manat pul tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pul Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 357-361-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdeh subroqasiya qaydasında 400 (dörd yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-950/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-950/2023
04.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver