Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-105/2022 14.02.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 381,73 manat sığorta ödəniş məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 411,73 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Şahid1 oğlu arasında 13 avqust 2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və idarə etdiyi “Tofaş Doğan” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat hadisəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 01 fevral 2019-cu il tarixdə “Tofaş Doğan” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Babək prospektində yol-nəqliyyat hadisəsi törətmiş və “Hyundai Elantra” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 381,73 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Azərbaycan Respublikası DİN Xətai RPİ-nin DYPB-nin "xxxx" ASC-yə təqdim etdiyi 04 fevral 2019-cu il tarixli, 101-4647-1219 saylı arayışa əsasən Cavabdeh yolnəqliyyat hadisəsinin törədilməsində təqsirli olan şəxs qismində göstərilmişdir. ASC-yə təqdim edilmiş nəqliyyat vasitəsinin şəhadətnaməsinin surətindən görünür ki, “Tofaş Doğan” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olan Şahid2 tərəfindən Cavabdeh həmin avtomobili idarə etmək üçün etibarnamə verilməmişdir. Belə ki, yol nəqliyyat hadisəsi baş verdiyi vaxt Cavabdeh “Tofaş Doğan” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan idarə etmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, 01 fevral 2019-cu il tarixdə, saat 20:40 radələrində Şahid1 oğluna aid “Tofaş Doğan” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobili sonuncu yanında əyləşməklə, Bakı şəhəri, Babək prospektində idarə edərkən orada yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Hyundai Elantra” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Bununla əlaqədar 02 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində inzibati cərimə edilmiş, habelə sonradan bu cəriməni ödəmişdir. 01 fevral 2019-cu il tarixdə, ayıq sürücü kimi “Tofaş Doğan” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, avtomobilə sahiblik hüququ olan Şahid1 onun yanında olduğundan o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) inzibati məsuliyyətə cəlb edilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə cavabdehin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Şahid1 oğlu ifadəsində göstərdi ki, 01 fevral 2019-cu il tarixdə, saat 20:00 radələrində özünü narahat hiss etdiyi üçün onu Bakı şəhəri, Nərimanov rayonundan Hövsan qəsəbəsinə aparması məqsədilə etibarnaməli idarəçiliyində olan “Tofaş Doğan” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün ayıq sürücü kimi fəaliyyət göstərən Cavabdeh həvalə etmiş, habelə özü avtomobilinin sağ qabaq oturacağında əyləşmişdir. Həmin gün, saat 20:40 radələrində Bakı şəhəri, Babək prospektində hərəkətdə olarkən ona aid “Tofaş Doğan” markalı avtomaşını idarə edən Cavabdeh təqsirli hərəkətləri nəticəsində avtomaşını “Hyundai Elantra” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, bununla da, sonuncu avtomaşına zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada cərimə edilsə də, o, həmin məcəllənin 332.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, “Tofaş Doğan” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olsa da, alındığı vaxtdan bu avtomobili qardaşı Şahid1 etibarnaməli idarəçiliyinə vermişdir. Yol-nəqliyyat hadisəsi baş verən zaman, yəni 01 fevral 2019-cu il tarixdə o, avtomobildə olmamış, bu barədə sonradan qardaşı Ramildən eşitmiş, həmçinin qardaşı ona avtomobilin ayıq sürücü tərəfindən idarə olunmasını bildirmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BDYQİ QİŞ tərəfindən 20 sentyabr 2017-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2017-ci il buraxılışlı, "Hyundai Elantra" markalı, ** AB *** dövlət qeydiyyat nişanlı, ban KMHD841FBHU503440, mühərrik G4NAHU740540 nömrəli, ağ mirvari rəngli avtomobilin sahibi "xxxx" MMC-dir. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 07 dekabr 2018-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2004-cü il buraxılışlı, “Tofaş Doğan” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı, ban NM4131B**********, mühərrik ******* nömrəli, gümüşü metallik rəngli avtomobilin sahibi Şahid2dur. İşdə olan Bakı şəhəri 48 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən 07 dekabr 2018-ci il tarixdə, reyestrdə 7E-38623 nömrə ilə qeydə alınmış, ƏN-İV seriyalı, 711924 nömrəli etibarnamənin surətindən görünür ki, “Tofaş Doğan” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomaşın 5 il 8 ay 14 gün müddətinə Şahid2 tərəfindən Şahid1 oğlunun idarəçiliyinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Sumqayıt RQİTBŞ tərəfindən 22 mart 2014-cü il tarixdə verilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 22 mart 2014-cü il tarixdən 22 mart 2024-cü il tarixədək “B C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. İşdə olan 01 avqust 2018-ci il tarixli, PAA********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, “Tofaş Doğan” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomaşın "xxxx" ASC-də 13 avqust 2018-ci il tarixdən 12 avqust 2019-cu il tarixədək sığorta olunmuşdur. İşdə olan 04 fevral 2019-cu il tarixli, 101-4647-1219 nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan, həmçinin Bakı şəhər Xətai RPİ DYPŞ-nin əməkdaşı tərəfindən 02 fevral 2019-cu il tarixdə tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində 01 fevral 2019-cu il tarixdə, saat 20:40 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yolnəqliyyat hadisəsi baş vermiş və sonuncu idarə etdiyi “Tofaş Doğan” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək yol-nəqliyyat hadisəsi törətməklə, "xxxx" MMC-yə məxsus, X1 idarə etdiyi "Hyundai Elantra" markalı, ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurduğuna görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 manat inzibati cərimə edilmişdir. İşdə olan 15 fevral 2019-cu il tarixdə verilmiş 19-01704/02/AA-1078/19 saylı sığorta aktının surətindən görünür ki, "xxxx" MMC-yə məxsus “Hyundai Elantra” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 381,73 manat sığorta ödənişinin "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş 002787 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, yuxarıda adı qeyd edilən sığorta aktına əsasən 20 fevral 2019-cu il tarixdə sığortaçı "xxxx" ASC "xxxx" MMC-yə 381,73 manat sığorta ödənişi etmişdir. İşdə olan 25 noyabr 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Adı çəkilən Məcəllənin 1108.2-ci maddəsinə görə isə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər”. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, yüksək təhlükə mənbəyi olan “Tofaş Doğan” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobil 13 avqust 2018-ci il tarixdən 1 il müddətində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası” növü üzrə sığortalanmışdır. Cavabdeh 01 fevral 2019-cu il tarixdə, saat 20:40 radələrində Şahid1 oğluna aid “Tofaş Doğan” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobili sonuncu yanında əyləşməklə, Bakı şəhəri, Babək prospektində idarə edərkən orada yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Hyundai Elantra” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilə 381,73 manat ziyan dəymiş, habelə bu zərər iddiaçı ASC tərəfindən ödənilmişdir. Bundan əlavə, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhər Xətai RPİ DYPŞ-də aparılmış araşdırmanın nəticəsi olaraq Cavabdeh 02 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 manat inzibati cərimə edilmişdir. Eyni zamanda, sözügedən qərar hazırda da qüvvədə olmaqla, ləğv edilməmiş, o cümlədən bunun əksini təsdiq edən sənəd və ya sübut iş materiallarına əlavə edilməmişdir. Həmçinin, iddiaçı "xxxx" ASC “Tofaş Doğan” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobilin hüququ olmayan şəxs tərəfindən istismar edilməsi nəticəsində idarə edildiyini əsas gətirərək subroqasiya hüququnun yarandığını qeyd etmiş və bu hüquqdan istifadə edərək cavabdeh tərəfə qarşı iddia qaldırmışdır. Bununla belə, məhkəmə qeyd edir ki, Cavabdeh yüksək təhlükə mənbəyi olan avtomobili istismar etməyə hüququ olmayan şəxs kimi qiymətləndirilməsi, habelə bunu əsas gətirərək ondan subroqasiya qaydasında pulun tələb edilməsi istisna edilir. Belə ki, aparılmış araşdırma nəticəsində Cavabdeh təqsirli hərəkətləri nəticəsində 01 fevral 2019cu il tarixdə, saat 20:40 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yolnəqliyyat hadisəsinin baş verməsi və sonuncunun idarə etdiyi “Tofaş Doğan” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək yol-nəqliyyat hadisəsi törətməklə, "xxxx" MMC-yə məxsus, X1 idarə etdiyi "Hyundai Elantra" markalı, ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurması, habelə, onun Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi öz təsdiqini tapsa da, cavabdehin əməlində İXM-nin 332.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi müəyyən edilməmiş, o cümlədən o, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə inzibati məsuliyyətə cəlb edilməmişdir. Belə olan təqdirdə qeyd edilməlidir ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi 01 fevral 2019-cu il tarixdə “Tofaş Doğan” markalı avtomobil Cavabdeh tərəfindən qanuni əsasla idarə edilmiş, bu zaman avtomobilin etibarnaməli idarəçisi Şahid1 onun yanında əyləşdiyindən cavabdeh avtomobili idarə etməyə hüququ olmayan şəxs statusunda olmamışdır. Bu səbəbdən də, iddianın əsaslı hesab edilməklə, təmin edilməsi istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia tələbi üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-105/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-105/2022
14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver