Məhkəmə qərarları › İş №2(059)-251/2020

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-251/2020

19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-251/2020 19.08.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Volkswagen” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə, dəmir səddə dəymiş zərərlərə, həmçinin X3 az ağır dərəcəli xəsarətlərinə görə 4202,40 manat sığorta ödənişi məbləği və iddia ərizəsi üzrə ödənilmiş 30,40 manat dövlət rüsumunun, cəmi 4232,80 manatın cavabdehlərdən iddiaçı sığorta şirkətinin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixdə idarə etdiyi “Vaz 2103” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Rusiya federasiyası yolunun 45-ci km-də hərəkət edərkən manevr etmə qaydasını pozaraq sol zolaqda hərəkət edən “Volkswagen" markalı, 01 ВТ 730 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və zərbədən sonuncu avtomobil dəmir səddə dəymiş, nəticədə həmin avtomobilin sürücüsü X7 az ağır dərəcəli xəsarətlər almışdır. Hadisədən sonra Cavabdeh1 avtomobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi məlum olmuşdur. “X8” Qanunun 25-ci maddəsinə əsasən Cavabdeh1 avtomobili sürməyə hüququ olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmündə öz əksini tapmışdır. xx xxxxxx 2016-cı il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Volkswagen” markalı, 01 ВТ 730 dövlət qeydiyyat nişanlı avtomobilə 2000 manat zərər təyin olunmuşdur. Bundan başqa, xx xxxx 2016-cı il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, dəmir səddə 702,40 manat zərər təyin olunmuşdur. Həmçinin, “X8” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən səhhətə vurulan az ağır zərərə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 30%-ni təşkil edir. X3 az ağır dərəcəli xəsarətlərinə görə 1500 manat sığorta ödənişi təyin olunmuşdur. PAT ********** saylı sığorta müqaviləsinin 027900, 024235, 024659 saylı sığorta aktlarına əsasən İddiaçı Sığorta Şirkəti 4202,40 manat sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş 4202,40 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə, iclasın İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, eyni müddətə azadlıqdan məhrum cəzasına məhkum edilmişdir. Qeyd edir ki, o, xx xxxxxx 2015-ci il tarixdə “Vaz 2103” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ və bu avtomobilə dair etibarnaməsi olmamışdır. Bundan əlavə, həmin gün, saat 17:30 radələrində Bakı-Quba-Rusiya federasiyası yolunun 45-ci km-də hərəkət edərkən manevr etmə qaydasını pozaraq sol zolaqda hərəkət edən “Volkswagen" markalı, 01 ВТ 730 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbədən sonuncu avtomobil dəmir səddə dəymiş, nəticədə həmin avtomobilin sürücüsü X7 az ağır dərəcəli xəsarətlər almışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq heç kimə və ya heç bir quruma hər hansı məbləğdə yardım göstərməmiş, pul ödəməmişdir. Məhz bu hadisə nəticəsində o, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə təyin edilmiş cəzasını çəkmişdir. Bu səbəbdən də, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Həmçinin, digər Cavabdeh2 məlum olan axırıncı yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada bildiriş vərəqələri göndərilmiş, lakin cavabdehin ölməsi səbəbindən onun məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə, digər cavabdeh Faiq Qasımovun ölümü ilə əlaqədar onun məhkəmə iclasında iştirakının mümkün olmamasını nəzərə alır. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, AA seriyalı 275319 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və xx xxxxxxxx 2015-ci il tarixli sığorta şəhadətnaməsinin surətlərindən görünür ki, mülkiyyət hüququ ilə X2 məxsus olan “Vaz 2103” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil "İddiaçı" Sığorta Şirkəti ASC-də xx xxxxxxxx 2015-ci il tarixdən xx xxxxxxxx 2016-cı il tarixədək sığortalanmışdır. İşdə olan Siyəzən rayonu dövlət notariat kontorunun dövlət notariusu X9 tərəfindən təsdiqlənmiş, xx xxxxxxxx 2015-ci il tarixdə 7E-1468 reyestr sayı ilə qeydə alınmış etibarnamədən görünür ki, X4 (nümayəndəsi X1 vasitəsilə) tərəfindən “Vaz 2103” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil bütün hüquqlar daxil olmaqla, idarə edilməsi üçün xx xxxxxxxx 2016-cı il tarixədək Cavabdeh2 etibar edilmişdir. İşdə olan sənədlərdən görünür ki, yol nəqliyyat hadisəsi zamanı X2 məxsus olan, mərhum Cavabdeh2 müvəqqəti istifadəsinə verilmiş “Vaz 2103” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə olmadan Cavabdeh1 tərəfindən idarə edilmişdir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixdə saat 17:30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İ hissəsinin İ bəndinin tələblərinə riayət etməyərək, nəqliyyat vasitəsini idarə etmə hüququ və etibarnamə olmadan “Vaz 2103” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib, Bakı-Quba-Dağıstan sərhədi yolunun Sumqayıt şəhəri ərazisindən keçən 45-ci kilometrində, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin İ hissəsinin tələblərini pozaraq, yəni yerdəyişmə və dönmə zamanı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, bunu etməyib, Bakı istiqamətində sağ cərgə ilə hərəkətdə olarkən sola dönmə əməliyyatı apararaq arxadan sol zolaqla eyni istiqamətdə hərəkətdə olan X3 idarə etdiyi “Volkswagen Passat" markalı, 01 ВТ 730 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi onun avtomobilinin qabaq sol qanad hissəsinə dəyərək toqquşmuş, zərbədən “Volkswagen Passat" markalı avtomobil sola istiqamətlənərək yolayrıcı metal çəpərə dəymiş, ehtiyatsızlıqdan “Volkswagen Passat" markalı avtomobilin sürücüsü Elşən Mikayılova hər iki gözaltı nahiyənin, burnun üstünü tutan qançırı, burun sümüklərinin burunla tənəffüsü pozan yerdəyişən sınığı, sol baldırın yuxarı 1/3-nin sıyrığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vuran bədən xəsarəti almasına, habelə “Volkswagen Passat" markalı, 01 ВТ 730 dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Elşən Mikayılova 5280 manat, metal təhlükəsizlik səddinin əzilərək Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “xxxxxxxxxxxxx” ASC 1 saylı “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə 702,40 manat ziyan yetirməsinə səbəb olmuşdur. İşdə olan xx xxxxxx 2016-cı il tarixli, 024235 saylı sığorta aktından, eləcə də xx xxxxxx 2016-cı il tarixli 469 saylı məxaric xəzinə orderinin surətindən görünür ki, xx xxxxxx 2016-cı il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Volkswagen” markalı, 01 ВТ 730 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə X5 2000 manat sığorta ödənişi edilmişdir. İşdə olan xx xxxxxx 2016-cı il tarixli, 024659 saylı sığorta aktından, eləcə də xx xxxxxx 2016-cı il tarixli, 509 saylı məxaric xəzinə orderinin surətindən görünür ki, “X8” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən səhhətə vurulan az ağır zərərə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 30%-ni təşkil edir. Bu səbəbdən də, 5000 manat olan sığorta məbləğindən X3 az ağır dərəcəli xəsarətlərinə görə 1500 manat sığorta ödənişi edilmişdir. İşdə olan xx xxxx 2016-cı il tarixli, 027900 saylı sığorta aktından, eləcə də xx xxxx 2016-cı il tarixli, 3937 saylı ödəniş tapşırığının surətindən görünür ki, xx xxxx 2016-cı il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, dəmir səddə dəymiş zərərə görə Bakı 1 saylı X12 702,40 manat sığorta ödənişi edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC məhkəməyə müraciət edərkən 30,40 (otuz manat dövlət rüsumu və 0,40 manat bank xidmət xərci) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə isə, “yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər”. “X8” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı mərhum Cavabdeh2 müvəqqəti istifadəsində və sahibliyində olan “Vaz 2103” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 idarə etmiş və onun təqsirli hərəkətləri nəticəsində, o cümlədən sonuncu tərəfindən hərəkət edərkən manevr etmə qaydasını pozulduğundan xx xxxxxx 2015-ci il tarixdə, saat 17:30 radələrində Bakı-Quba-Rusiya federasiyası yolunun 45-ci km-də nəqliyyat vasitəsini idarə etmə hüququ və etibarnamə olmadan idarə etdiyi “Vaz 2103” markalı avtomobillə sol zolaqda hərəkət edən “Volkswagen" markalı, 01 ВТ 730 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbədən sonuncu avtomobil dəmir səddə dəymiş, nəticədə həmin avtomobil, dəmir sədd zərər görmüş, habelə “Volkswagen" markalı avtomobilin sürücüsü X7 az ağır dərəcəli xəsarətlər almışdır. Bu səbəbdən də, iddiaçı ASC tərəfindən zərərçəkmiş şəxslərə ümumilikdə 4202,40 manat sığorta ödənişi verilmişdir. İddiaçı Sığorta Şirkəti ASC “Vaz 2103” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin hüququ olmayan şəxs tərəfindən istismar edilməsi nəticəsində idarə edildiyini əsas gətirərək subroqasiya hüququnun yarandığını qeyd etmiş və bu hüquqdan istifadə edərək cavabdeh tərəfə qarşı iddia qaldırmışdır. Həmçinin, mərhum Cavabdeh2müvəqqəti istifadəsində və sahibliyində olan, təhlükə mənbəyi sayılan avtomobili hüquqi əsaslarla Cavabdeh1 verməsi sübutların tədqiqi zamanı öz təsdiqini tapmamışdır. Beləliklə təhlükə mənbəyi sayılan avtomobillə törədilmiş sığorta hadisəsinə görə Cavabdeh1 məsuliyyət daşıyır. Həmçinin, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(059)-251/2020 saylı qərardadı ilə digər Cavabdeh2 ölümü ilə əlaqədar onun barəsində iş üzrə xitam verilməsi nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu zərər üçün məsuliyyəti, yalnız Cavabdeh1 daşımalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, subroqasiya qaydasında öhdəliyini icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə Cavabdeh1 İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə 4202,40 manat məbləğində sığorta ödənişi və 30,40 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4232,80 manat məbləğində pul alınaraq ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə 4202,40 (dörd min iki yüz iki manat 40 qəpik) manat məbləğində sığorta ödənişi və 30,40 (otuz manat 40 qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4232,80 (dörd min iki yüz otuz iki manat 80 qəpik) manat məbləğində pul alınaraq ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar