Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-273/2022 05.12.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh, üçüncü şəxs Ağasiyeva (Quliyeva) İlhamə İlham qızının iştirakları ilə İddiaçı Cavabdeh qarşı “birgə mülkiyyətdə olan torpaq sahələri üzərində mülkiyyətçilərin payının müəyyənləşdirilməsi və payların naturada ayrılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “birgə mülkiyyətdə olan torpaq sahələri üzərində mülkiyyətçilərin payının müəyyənləşdirilməsi və payların naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “torpağın mülkiyyətə verilməsinə dair” JN 0014 nömrəli dövlət aktına əsasən 3 (üç) müxtəlif ərazidə müvafiq olaraq, 0014K nömrəli torpaq sahəsi üzrə 115 269,02 kv.m, 0014L nömrəli torpaq sahəsi üzrə 11 012 kv.m, və 0014 nömrəli torpaq sahəsi üzrə 30 997 kv.m meyvə bağı sahəsinin, eləcə də, ümumi birgə mülkiyyətdə olan cəmi 15,73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçilərinin hər birinin sahələr üzrə 1/8 hissədə paylarının müəyyən edilməsi və onlar arasında paylara uyğun naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, rayonda torpaq islahatı aparılarkən Siyəzən rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 32-İİ nömrəli qərarı ilə torpağa mülkiyyət hüququna dair JN 0014 seriyalı dövlət aktına əsasən 3 müxtəlif ərazilərdə, o cümlədən 0014K nömrəli torpaq sahəsi üzrə 115269,02 kv.m əkin sahəsi, 0014L nömrəli torpaq sahəsi üzrə 11012 kv.m əkin sahəsi və 0014 nömrəli torpaq sahəsi üzrə 30997 kv.m meyvə bağı, cəmi 15,73 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi Cavabdeh, X3, İddiaçı, X1, X6, X4, X7, X5 (birgə mülkiyyətlərinə) ümumi mülkiyyətlərinə verilmişdir. Mübahisəli torpaq sahəsinin mülkiyyətinə düşən hissəsindən istifadəmə cavabdeh tərəfindən hələ 2020-ci ildən maneələr yaradılmağa başlanılmış, o zaman yaranan mübahisə, kənd bələdiyyəsinin cavabdehi çağırması, onun da həmin ərazidə mülkiyyət payının olması haqqında cavabdehlə izahat işləri aparılmasından sonra və payına uyğun müvafiq torpağın ayrılıb verilməsi yolu ilə həll edilmişdir. Hazırda cavabdeh yenidən köhnə fikrinə qayıdaraq, bütün torpaqların özünün olduğunu bildirməklə, onun heç bir torpaq payının olmadığını qeyd edərək, onu pay torpaqlarına buraxmamışdır. Belə ki, əkin-biçin işlərində qəbul olunmuş qanunauyğunluğa görə bir neçə il ardıcıl torpaq əkilib-biçildikdən sonra torpaq sahəsi dincə qoyulur. Elə bu məqsədlə o, da bu il torpağı dincə qoymuş və sadəcə sahəni əkibbecərmədən örüş yeri kimi istifadə etmək qərarına gəlmişdir. Bundan əlavə əri X12 16 fevral 2022-ci il tarixdə torpağı suvarmaq üçün sahəyə daxil olarkən anası ərinə sahəyə girməməsini, torpaqların cavabdehin olduğunu, sonuncunun torpaqları əvvəllər versə də, indi vermədiyini bildirmiş, onlar isə bu barədə aidiyyəti üzrə şikayət edəcəklərini qeyd etmişlər. Mübahisənin əsas səbəblərindən biri cavabdehin dövlət aktlarında ailə başçısı kimi adının birinci yazılmasıdır. Başqa sözlə, cavabdeh dövlət aktında adının birinci yazılması ilə aktda qeyd edilən torpaq sahəsinin şəriksiz bütünlüklə ona məxsus olduğunu düşünür. Odur ki, cavabdeh dövlət aktlarını özündə saxlayıb onlara vermir, ümumiyyətlə heç kimə göstərmir. Məhkəməyə təqdim edilən dövlət aktlarının surətini əldə edənədək, onların torpaq paylarının ölçüləri haqqında dəqiq məlumatları olmamışdır. Odur ki, iddiaçı tərəfindən tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, mübahisəli torpaq sahəsinin üzərində payların qanunamüvafiq qaydada qızlarına məxsus hissədə bölünməsinə razı olsa da, oğlan övladlarına aid hissədə bölünməsinə razı deyildir. Belə ki, o, xəstə olduğundan ölümündən sonra övladları arasında torpaq payı üzərində hər hansı mübahisə yaranmaması üçün torpaq payının qızlarına məxsus hissədə hazırkı iddia tələbi əsasında bölünməsinə etiraz etmir. Həmçinin, oğlu Zülfüqar Quliyev İİİ dərəcə əlilliyi olan şəxsdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Ağasiyeva (Quliyeva) İlhamə İlham qızı iddia tələbinə münasibətdə izahatında göstərdi ki, o, iddia tələbi ilə razıdır. İddia tələbi üzrə ona məxsus torpaq payının bölünməsini istəyir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi, X8, Talıbova (Quliyeva) Qızqayıt İlham qızı, X9, X11, X10 və X12 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin, onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, İddiaçı, Cavabdeh və üçüncü şəxs İlhamə Ağasiyevanın (Quliyevanın) izahatlarını dinləyərək, iş materiallarını araşdırmaqla hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0014 nömrəli, 30505028 kodlu dövlət aktının surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 32-İİ nömrəli qərarı ilə Siyəzən rayonunun inzibati ərazisində yerləşən 15,73 ha torpaq sahəsi (0014K nömrəli torpaq sahəsi üzrə 115269,02 kv.m, 0014L nömrəli torpaq sahəsi üzrə 11012 kv.m və 0014 nömrəli torpaq sahəsi üzrə 30997 kv.m) kənd təsərrüfatı məsullarının istehsalı üçün İddiaçı, Cavabdeh, X3, X2, X6, X4, X7 və X5 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2021-ci il tarixli, 10/3025 nömrəli rəyindən görünür ki, mülki iş materiallarında olan JN 0014 seriyalı (KOD ********) dövlət aktına əsasən 14 K və 14 L nömrəli torpaq sahələrinin yalnız 1 hissədən yol ilə əhatə olunduğu nəzərə alınmaqla, həmin torpaq sahələrinin 8 mülkiyyətçi arasında bərabər paylar üzrə naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı, 14 nömrəli torpaq sahəsinin isə qeyd olunan dövlət aktına əsasən 2 hissədən yol ilə əhatə olunduğu və torpaq sahəsinin bölünəcəyi təqdirdə, həmin sahələrə giriş-çıxış yolunun açılmasının mümkün olduğu nəzərə alınıb, bu torpaq sahəsinin 8 mülkiyyətçi arasında bərabər paylar üzrə naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmiş, habelə bölgü variantı rəyə əlavə edilmiş sxemdə ətraflı qeyd edilmişdir. Bu rəyə əlavə edilmiş torpağa mülkiyyət hüququna dair JN 0014 (KOD********) seriyalı dövlət aktında qeyd olunan 14 nömrəli torpaq sahəsinin mülkiyyətçilər arasında bölgü variantından görünür ki, mübahisə predmeti olan 30997 kv.m torpaq sahəsini uzunluğu 109,09 m x eni 38,64 m olmaqla, 8 bərabər paya ayırmaq mümkündür. Həmçinin, iş materiallarında olan mötəbər maliyyə sənədlərindən görünür ki, aparılmış tikinti-texniki obyektlərin ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat, iddia üzrə ödənilmiş dövlət rüsumu isə 100 (bir yüz) manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Bu Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin İ və İV hissələrinə əsasən Rayon aqrar islahat komissiyasını rayon (şəhər) icra hakimiyyətinin başçısı təşkil edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası rayon aqrar islahat komissiyasının tərkibi barədə sərəncamı təsdiq edir və onun sədrini təyin edir. Komissiya həmin vaxtdan fəaliyyətə başlayır. Komissiya: rayon aqrar islahat proqramını hazırlayır və Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının (Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının) təsdiqinə təqdim edir; rayon ərazisində aqrar islahatın aparılmasını təmin edir; islahatın maliyyə təminatı ilə əlaqədar təkliflərini aidiyyəti üzrə müvafiq orqanlara təqdim edir və ayrılan vəsaitin təyinatı üzrə istifadəsini təmin edir; bələdiyyə mülkiyyətinə veriləcək torpaq və əmlak haqqında təkliflərini (müvafiq nazirlik və baş idarələrin rəyləri ilə) Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına təqdim edir; yerli aqrar islahat komissiyalarına səlahiyyətinə aid məsələlər üzrə zəruri normativ sənədləri və təlimatları çatdırır, komissiyaların üzvlərinə məsləhətlər verir; islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və s. Bu Qanunun 11-ci maddəsinin İ hissəsinə əsasən sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində əmlak payı aşağıdakı qaydada müəyyənləşdirilir: əmlak inventarlaşdırılır və qiymətləndirilir; müəssisənin debitor və kreditorlarla haqq-hesabı aparılır və əmək haqqı üzrə borclar ödənilir; əmlakdan pay almaq hüququ olan şəxslərin siyahısı müəyyənləşdirilir; müəssisənin əmlakında bölünməyən və bölünən hissələr müəyyənləşdirilir. Ümumi istifadəsi zəruri hesab edilən əmlak bölünməyən, yerdə qalan əmlak bölünən əmlaka aiddir; əmlak payları əmək fəaliyyəti nəzərə alınmaqla müəyyənləşdirilir və mülkiyyətçilərə verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsinin İ hissəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. İş üzrə təqdim olunmuş sənədlər, habelə mötəbər sübutlarla müəyyən olunur ki, Siyəzən rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 32-İİ nömrəli qərarı ilə 15,73 hektar torpaq sahəsi (0014K nömrəli torpaq sahəsi üzrə 115269,02 kv.m, 0014L nömrəli torpaq sahəsi üzrə 11012 kv.m və 0014 nömrəli torpaq sahəsi üzrə 30997 kv.m) kənd təsərrüfatı məsullarının istehsalı üçün Cavabdeh mülkiyyətinə verilmiş və bu dövlət aktında onunla yanaşı İddiaçı, eləcə də üçüncü şəxslər Sevda Quliyeva, Qızqayıt Talıbova (Quliyeva), İlhamə Ağasiyeva (Quliyeva), Zülfüqar Quliyev, Tapdıq Quliyev, Təvəkkül Quliyev onun ailə üzvləri kimi göstərilmişlər. Göründüyü kimi əmlakdan pay almaq hüququ olan şəxslərin siyahısı müəyyənləşdirildikdən sonra torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilmişdir. Bu mənada, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213-cü maddəsinin İ, İİ, İV, V hissələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 223-cü maddəsinin İİİ və İV hissələrinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Qeyd olunan Məcəllənin 220-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Beləliklə, yuxarıda qeyd olunan normativ hüquqi aktların hüquqi mənasından irəli gələrək məhkəmə qeyd edir ki, tərəflər birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları kimi torpağa mülkiyyət hüququna dair JN 0014 seriyalı, 30505028 kodlu dövlət aktına əsasən Siyəzən rayonunun inzibati ərazisində yerləşən 15,73 ha (0014K nömrəli torpaq sahəsi üzrə 115269,02 kv.m, 0014L nömrəli torpaq sahəsi üzrə 11012 kv.m və 0014 nömrəli torpaq sahəsi üzrə 30997 kv.m) torpaq sahəsi üzərində bərabər paylara malik olan mülkiyyətçilərdir. Bununla belə, tərəflər ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərindən, iddiaçı torpaq sahəsi üzərində payının müəyyən edilməsi və bu payın naturada ayrılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə olan təqdirdə, iddiaçı birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində payının müəyyən edilməsini tələb etməkdə haqlıdır və pozulmuş hüquqları məhkəmə qaydasında bərpa edilməlidir. Lakin, Siyəzən rayonunun inzibati ərazisində yerləşən mübahisəli 15,73 ha (0014K nömrəli torpaq sahəsi üzrə 115269,02 kv.m, 0014L nömrəli torpaq sahəsi üzrə 11012 kv.m və 0014 nömrəli torpaq sahəsi üzrə 30997 kv.m) torpaq sahəsinin üzərində tərəflərin bərabər payları müəyyən edilsə belə, 0014 K və 0014 L nömrəli torpaq sahələri yalnız 1 hissədən yol ilə əhatə olunduğundan onların mülkiyyətçilərin payına mütənasib olaraq naturada ayırmaqla, tərəflərə verilməsi qeyri-mümkündür. Belə ki, ekspert rəyinə əsasən ümumi mülkiyyətə verilmiş Siyəzən rayonunun inzibati ərazisində yerləşən mübahisəli 0014K nömrəli, sahəsi 115269,02 kv.m və 0014L nömrəli, sahəsi 11012 kv.m olan torpaq sahələrinin mülkiyyətçilər arasında hər birinin payına uyğun olaraq naturada bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. Belə olan təqdirdə isə bu torpaq sahələrinin naturada ayrılması, habelə iddia tələbinin bu hissədə təmin edilməsi istisna edilir. Bununla belə, ekspert, rəyində torpağa mülkiyyət hüququna dair JN 0014 seriyalı, 30505028 kodlu dövlət aktına əsasən Siyəzən rayonunun inzibati ərazisində yerləşən 0014 nömrəli sahəsi 30997 kv.m olan mübahisəli torpaq sahəsinin 2 hissədən yol ilə əhatə olunduğu və torpaq sahəsinin bölünəcəyi təqdirdə, həmin sahələrə giriş-çıxış yolunun açılmasının mümkünlüyünü nəzərə alaraq, tədqiq olunan sahənin 8 mülkiyyətçi arasında bərabər paylar üzrə naturada bölünməsinin texniki cəhətdən mümkün olduğunu göstərsə də, məhkəmə araşdırması zamanı torpaq sahəsinin naturada bölünməsi üçün mülkiyyətçilər arasında razılığın olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bu Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla da, məhkəmə təqdim edilmiş ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyi iş üçün əhəmiyyətli olan halları özündə əks etdirdiyindən əsaslı və mötəbər hesab edilməlidir. Belə ki, xüsusi bilik tələb edən sualların aydınlaşdırılması üçün aparılan ekspert tədqiqatı tikinti-texniki obyektlərin tədqiqi metodikasına əsaslanmaqla, nəticədə tərtib edilmiş rəy ekspertiza qarşısında qoyulan sualların kifayət qədər aydın və tam cavablandırılması ilə hazırlanmışdır. Bu isə ekspertin rəyi ilə məhkəmənin razılaşmamasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin aralarında olan münasibətini nəzərə alaraq, eyni zamanda toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, torpağa mülkiyyət hüququna dair JN 0014 seriyalı, 30505028 kodlu dövlət aktına əsasən Siyəzən rayonunun inzibati ərazisində yerləşən 0014K, 0014L və 0014 nömrəli müvafiq olaraq sahəsi 115 269,02 kv.m, 11 012 kv.m və 30997 kv.m-dən ibarət, cəmi 15,73 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində İddiaçı Cavabdeh, eləcə də üçüncü şəxslər X3, Talıbova (Quliyeva) Qızqayıt İlham qızının, Ağasiyeva (Quliyeva) İlhamə İlham qızının, X4, X7, X5 hər birinə 1/8 hissədə olmaqla payları müəyyən edilməlidir. Həmçinin, həmin dövlət aktına əsasən 0014 nömrəli sahəsi 30997 kv.m olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı Cavabdeh, eləcə də üçüncü şəxslər X3, Talıbova (Quliyeva) Qızqayıt İlham qızının, Ağasiyeva (Quliyeva) İlhamə İlham qızının, X4, X7, X5 hər birinin payına uyğun olaraq 1/8 hissədə naturada bölünməli, habelə ekspertin tərtib etdiyi bölgü sxeminə uyğun olaraq bölgü zamanı ümumi sahəsi 30997 kv.m olan torpaq sahəsi uzunluğu 109,09 m x eni 38,64 m olmaqla, paylı mülkiyyətçilər arasında ayrılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Eyni zamanda, məhkəmə belə hesab edir ki, aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın 50 %-i, yəni 25 (iyirmi beş) manatı İddiaçı, qalan 50 %-i, yəni 25 (iyirmi beş) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN 0014 seriyalı, 30505028 kodlu dövlət aktına əsasən Siyəzən rayonunun inzibati ərazisində yerləşən 0014K, 0014L və 0014 nömrəli müvafiq olaraq sahəsi 115 269,02 kv.m, 11 012 kv.m və 30997 kv.m-dən ibarət, cəmi 15,73 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində İddiaçı Cavabdeh, eləcə də üçüncü şəxslər X3, Talıbova (Quliyeva) Qızqayıt İlham qızının, Ağasiyeva (Quliyeva) İlhamə İlham qızının, X4, X7, X5 hər birinə 1/8 hissədə olmaqla payları müəyyən edilsin. Həmin dövlət aktına əsasən 0014 nömrəli sahəsi 30997 kv.m olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı Cavabdeh, eləcə də üçüncü şəxslər X3, Talıbova (Quliyeva) Qızqayıt İlham qızının, Ağasiyeva (Quliyeva) İlhamə İlham qızının, X4, X7, X5 hər birinin payına uyğun olaraq 1/8 hissədə naturada bölünsün, habelə ekspertin tərtib etdiyi bölgü sxeminə uyğun olaraq bölgü zamanı ümumi sahəsi 30997 kv.m olan torpaq sahəsi uzunluğu 109,09 m x eni 38,64 m olmaqla, paylı mülkiyyətçilər arasında ayrılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın 50 %-i, yəni 25 (iyirmi beş) manatı İddiaçı, qalan 50 %-i, yəni 25 (iyirmi beş) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-273/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-273/2022
05.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver