Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-43/2020 26.08.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh, Ekspert, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X5 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "faktiki istifadəsində olan ərazinin və gediş-gəliş yolunun ayrılması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı "faktiki istifadəsində olan ərazinin və gediş-gəliş yolunun ayrılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında faktiki istifadəsində olan ərazidə gediş-gəliş yolunun ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxxxxxx 1957-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, 1962-ci il tarixdən Siyəzən şəhəri, Nizami küçəsində yerləşən 4 nömrəli evdə yaşamışdır. Belə ki, mübahisəli ev Siyəzən şəhər X11 İcraiyyə Komitəsinin qərarı ilə atası X2 məxsus olmuşdur. Siyəzən şəhəri X11 İcraiyyə Komitəsinin xx xxxx 1988-ci il tarixli 6 nömrəli iclas protokolundan çıxarışa əsasən sözügedən evə bitişik əlavə otağın tikintisinə icazə verilməsi icraiyyə Komitəsindən xahiş olunmuş, keçmiş Dəvəçi rayon X11 İcraiyyə Komitəsinin xx xxxxxxxx 1988-ci il tarixli, 14 nömrəli protokoluna əsasən isə bu ünvandakı mövcud evə bitişik iki otağın tikintisinə icazə verilmişdir. Qeyd edir ki, atası Eynulla Qurbanov xx xxxxxx 1991-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən də, xx xxx 2006-cı il tarixli, 2673F kod 30501004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə anası X3 adına alınmışdır. Qardaşı Cavabdeh da öz ailəsi ilə birlikdə mübahisəli evdə, onun özü isə ailə üzvləri, oğlu Kənan və arvadı ilə birgə onun adına tikintisinə icazə verilən həmin iki otaqda yaşayır. Gediş-gəliş üçün o, yaşayan tərəfdən pilləkəndən hər iki ailə istifadə edir. Qardaşı və onun ailəsi onlarla yola getmir, aralarında tez-tez münaqişələr yaranır. Ona görə də faktiki istifadəsində olan ərazidən özünə məxsus gediş-gəliş yolunun açılmasını məqsədəuyğun hesab edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında göstərdi ki, mübahisəli ev X11 İcraiyyə Komitəsinin qərarı ilə atası X2 məxsus olmuşdur. Qeyd edir ki, atası Eynulla Qurbanov xx xxxxxx 1991-ci il tarixdə vəfat etmiş, xx xxx 2006-cı il tarixli, 2673F kod 30501004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə anası X3 adına alınmışdır. Hazırda mübahisəli evdə iddiaçı, onun ailə üzvləri, eləcə də özünün ailə üzvləri-oğlu Eynulla, qızı Gülşən, arvadı Almaz və özü, həmçinin, bacısı Təranə və sonuncunun oğlu Kamil Hüseynov da yaşayır. Bundan başqa, bacıları Sevda və Yeganə də mübahisəli evə gedib-gəlirlər. Beləliklə, bu evdə başqa şəxslərin də hüquqları vardır. İddiaçının yaşadığı evə gediş-gəliş yolunun ayrılmasına etiraz etməsə də, bunu iddiaçının iddia tələbində qeyd etdiyi kimi həyata keçirilməsinin əleyhinədir. Çünki, iddiaçının öz yaşadığı evin qarşısından da pilləkən qoyula bilər. Ümumi istifadələrində olan pilləkənin isə sökülməsi ilə razı deyildir. Ona görə də iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını, eləcə də ekspertin verdiyi rəyini aydınlaşdırmaq və tamamlamaq üçün fikrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən ekspert, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X10 rəyini aydınlaşdırmaq və tamamlamaq üçün göstərdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 31761 nömrəli rəyinə əsasən Siyəzən şəhəri, Nizami küçəsindəki 4 saylı fərdi yaşayış evinin tərəflərin, iddiaçı ilə cavabdehin faktiki istifadələrinə uyğun olaraq, naturada bölünüb istifadəyə verilməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2., 2.4-cü bəndlərinin və məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmiş, habelə tədqiq olunan fərdi yaşayış evinin bölgü sxemi rəyə əlavə olunmuş sxemdə göstərilmişdir. Bunun üçün İddiaçı yaşayış evinin İİ mərtəbəsindən istifadəsində olan sahəyə pilləkən və cavabdeh ilə iddiaçının arasına arakəsmə yaradılmalıdır. Belə ki, bölgü sxeminə uyğun olaraq fərdi yaşayış evinin İ mərtəbəsindəki İddiaçı faktiki istifadəsində olan 27,2 kv.m-lik yaşayış sahəsinin, eləcə də 45,9 kv.m olan açıq eyvanın 11,8 kv.m hissəsi arakəsmə divar inşa olunmaqla, həmin evin İİ mərtəbəsindəki sonuncunun istifadəsində olan 27,2 kv.m-lik yaşayış sahəsinin, eləcə də oranın qarşısında yerləşən sahəsi 45,9 kv.m olan açıq eyvanın 11,25 kv.m hissəsi də arakəsmə divarla ayrılmaqla, qarşısından ora yeni pilləkən qaldırılıb İddiaçı istifadəsində saxlanılması məqsədəmüvafiqdir. Bundan əlavə, rəyin tədqiqat hissəsində göstərilmiş, o cümlədən mübahisəli evin İ və İİ mərtəbələrindəki 1 saylı tikililərin sahəsi 21,2 kv.m texniki olaraq səhv göstərilmişdir. Çünki, iddiaçının faktiki istifadəsində olan həmin tikililərin hər biri ayrı-ayrılıqda 27,2 kv.m təşkil edir. İşdə olan Siyəzən şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxxxxx 1986-cı il tarixli, 9 nömrəli və xx xxxx 1988-ci il tarixli, 6 nömrəli iclas protokollarından çıxarışların surətlərindən görünür ki, hər dəfə X1 ailəsi nəzərə alınıb, Siyəzən şəhəri, Nizami küçəsindəki 4 saylı fərdi yaşayış evinə bitişik əlavə bir otaq tikilməsinə icazə verilmişdir. İşdə olan keçmiş Dəvəçi rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxxxx 1988-ci il tarixli, 14 nömrəli iclas protokolundan çıxarışın surətindən görünür ki, X1 Siyəzən şəhəri, Nizami küçəsindəki 4 saylı fərdi yaşayış evinə bitişik iki otağın tikilməsinə icazə verilməsi barədə Siyəzən şəhər XDS İcraiyyə Komitəsinin xx xxxx 1988-ci il tarixli, 6 nömrəli qərarı nəzərə alınmış, ona mövcud evinə bitişik iki otağın tikilməsinə icazə verilmişdir. İşdə olan keçmiş Siyəzən şəhər soveti tərəfindən xx xxxx 1991-ci il tarixdə verilmiş İV-ЖГ seriyalı, 289354 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxx 1991-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxx 1991-ci il tarixdə 17 nömrə ilə qeyd edilmişdir. İşdə olan keçmiş Dəvəçi rayonu Dövlət Notariat Kontoru tərəfindən xx xxxxxx 1991-ci il tarixdə reyestrdə 3/1293 nömrə ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X1 vərəsəlik əmlakı Siyəzən şəhərində 541 kv.m torpaq sahəsində yerləşən 71,2 kv.m yaşayış sahəsi olan ikimərtəbəli, üç otaqlı, kubik daşlardan tikilmiş yaşayış evidir. Onun vərəsələri arvadı X7 ilə yanaşı, övladları Alim, Təranə, Yeganə, Cahangir və Sevda Qurbanovlardır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X14 xx xxxxxx 2019-cu il tarixli, **********39 nömrəli məktubundan görünür ki, keçmiş DTİ və MHQ idarəsinin xx xxxx 1991-ci il tarixli, 155 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi ilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X1 tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. İşdə olan Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(059)-477/2019 saylı yerində müayinə protokolundan görünür ki, tərəflərin yaşadığı evin sol tərəfindəki girişi, tərəflərə qonşu olan, ünvan 3 ünvanında yaşayan X8 ilə ümumi istifadədədir. Evin həyətyanı sahəsinə sol tərəfdən daxil olarkən, giriş qapısının sol tərəfində yarı iki mərtəbəli ev yerləşir. Evin birinci mərtəbəsinin sol tərəfində, giriş qapısı həyətə açılan, içiçə olan iki otaq - mətbəx və yaşayış otağı iddiaçının və onun ailə üzlərinin istifadəsindədir. Evin birinci mərtəbəsinin sağ tərəfində olan, giriş qapısı həyətə açılan iki otaq isə (otaqlardan sağ tərəfdəki tikili anbar kimi istifadə olunur) cavabdehin və onun ailə üzvlərinin istifadəsindədir. Tərəflərin ümumi istifadəsində olan, giriş qapısı evin sol tərəfində yerləşən pilləkən evin ikinci mərtəbəsində yerləşən eyvana çıxır. Evin ikinci mərtəbəsində yerləşən eyvan tərəflərin ümumi istifadəsindədir, eyvanın sol tərəfində yerləşən, pilləkənin çıxış yerinin solunda yerləşən, iç-içə olan iki otaq iddiaçının və onun ailə üzvlərinin ümumi istifadəsindədir. Eyvanın sağ tərəfində yerləşən, dörd otaq cavabdehin və tərəflərin bacısı X4 və onun oğlu X9 ümumi istifadəsindədir. Belə ki, eyvanın sağ tərəfində yerləşən dörd otaq, giriş qapısı eyvana açılan bir aynabənddən və müvafiq olaraq giriş qapıları aynabəndə açılan üç otaqdan ibarətdir. Qeyd olunan otaqlardan yan-yana olan və aynabəndlə paralel yerləşən iki otaq cavabehin və onun ailə üzlərinin, aynabəndin giriş qapısının sağ tərəfində olan otaq tərəflərin bacısı X4 və oğlu X9 ümumi istifadəsindədir. Bununla yanaşı, X4 istifadəsində olan otaqdan eyvana qapı açılır. Evin həyətyanı sahəsinə sol tərəfdən daxil olarkən, giriş qapsının sağ tərəfində iddiaçının və onun ailə üzlərinin ümumi istifadəsində olan sanitar qovşaq yerləşir və giriş qapısı ilə üzbəüz 10 metr məsafədə olan sanitar qovşaq cavabdeh və onun ailə üzvlərinin ümumi istifadəsindədir. Evin həyətyanı sahəsinin aşağı tərəfində, giriş qapısının sağ tərəfindən 15 metr məsafədə olan, həyətyanı sahənin aşağı tərəfində inşa edilmiş yarı tikililər tərəflərin ümumi istifadəsindədir və onlar həmin tikililərdən ev quşlarının saxlanması üçün istifadə edirlər. Həyətyanı sahənin sağ tərəfində yerləşən, küçəyə açılan qapı da tərəflərin ümumi istifadəsindədir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 31761 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Siyəzən şəhəri, Nizami küçəsindəki 4 saylı fərdi yaşayış evinin tərəflərin, iddiaçı ilə cavabdehin faktiki istifadələrinə uyğun olaraq, naturada bölünüb istifadəyə verilməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2., 2.4-cü bəndlərinin və məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tikinti-texniki obyektlərin ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. İşdə olan xx xxxxxxx 2019-cu il tarixli qəbzdən görünür ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməkdən ötrü 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Bu Məcəllənin 152-ci maddəsinin İİ və İİİ bəndlərinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Yenə bu Məcəllənin 157-ci maddəsinin Vİİİ hissəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Bu Məcəllənin 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Qeyd olunan Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Yenə bu Məcəllənin 165-ci maddəsinin İ hissəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsinin İ bəndinin İİİ yarımbəndinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu Məcəllənin 146-cı maddəsinin İİ hissəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə iclasında müəyyən olundu ki, keçmiş DTİ və MHQ idarəsinin xx xxxx 1991-ci il tarixli, 155 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi ilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tərəflərin mərhum atası, o cümlədən xx xxxxxx 1991-ci il tarixdə ölmüş X1 adına dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə, mərhum X1 Siyəzən şəhəri, Nizami küçəsindəki 4 saylı fərdi yaşayış evinə bitişik iki otağın tikilməsinə icazə verilməsi barədə Siyəzən şəhər XDS İcraiyyə Komitəsinin xx xxxx 1988-ci il tarixli, 6 nömrəli qərarı nəzərə alınmış, ona mövcud evinə bitişik iki otağın tikilməsinə icazə verilmişdir. Həmçinin, tərəflərin atası Eynulla Qurbanov xx xxxxxx 1991-ci il tarixdə öldükdən sonra, sonuncunun arvadı və onların övladları, o cümlədən iddiaçı və cavabdeh mərhum Eynulla Qurbanovun qanun üzrə vərəsələri olaraq mübahisəli fərdi yaşayış evinə sərəncam hüququ istisna olmaqla, sahiblik və istifadə hüquqları, habelə mübahisəli miras əmlakdan bərabər istifadə etmək ixtiyarları yaranmışdır. Qeyd olunmalıdır ki, mübahisəli fərdi yaşayış evi bu və ya digər ailə üzvünün mülkiyyətinə keçmədiyindən tərəflərin, eləcə də onlarla etibarlı ailə münasibətlərində olan ailə üzvlərinin bu evdən bərabər şəkildə istifadə ixtiyarları mövcuddur və hazırkı vaxtadək saxlanmaqdadır. Həmçinin, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər mübahisəli fərdi yaşayış evinə münasibətdə bərabər imkanlara malik olsalar da, onların arasındakı mübahisəli vəziyyət, eləcə də ailədaxili münasibətin gərginliyi iddiaçının mülkiyyətçi olmasa da, onun əmlak hüquqlarının pozulması ilə nəticələnmişdir. Bu hüquqlar isə qorunur və mühafizə olunur. Belə ki, mübahisəli fərdi yaşayış evində tərəflərin hər birinin sahibliyində, eləcə də istifadəsində yaşayış və yardımçı sahələrin olmasını, həmin tikililərin faktiki vəziyyətini və texniki parametrlərini nəzərə alaraq, tədqiq olunan evin naturada ayrılması texniki cəhətdən mümkündür. Lakin, məhkəmə araşdırması zamanı qeyd edilən mübahisəli evdən istifadə edən tərəflərin faktiki istifadələrində olan sahələrdən istifadə edilmə qaydası ilə bağlı razılıqlarının olmadığı müəyyən edilmişdir. Belə olan təqdirdə isə iddiaçının pozulmuş hüquqları bərpa olunmalı, habelə onun normal yaşayış şəraiti təmin edilməklə, mülki hüquqlarının maneəsiz həyata keçirilməsinə şərait yaradılmalı, bununla da, sosial ədalət bərpa edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, tərəflərin faktiki istifadəsində olan, o cümlədən Siyəzən şəhəri, Nizami küçəsindəki 4 saylı fərdi yaşayış evi İddiaçı və Cavabdeh hər birinin faktiki istifadələrinə uyğun ayrı-ayrı giriş-çıxışları təmin edilməklə naturada ayrılmalı, habelə ekspertin tərtib etdiyi bölgü sxeminə uyğun olaraq fərdi yaşayış evinin İ mərtəbəsindəki İddiaçı faktiki istifadəsində olan 27,2 kv.m-lik yaşayış sahəsi, eləcə də 45,9 kv.m olan açıq eyvanın 11,8 kv.m hissəsi arakəsmə divar inşa olunmaqla, həmin evin İİ mərtəbəsindəki sonuncunun istifadəsində olan 27,2 kv.m-lik yaşayış sahəsi, eləcə də oranın qarşısında yerləşən sahəsi 45,9 kv.m olan açıq eyvanın 11,25 kv.m hissəsi də arakəsmə divarla ayrılmaqla, qarşısından ora yeni pilləkən qaldırılıb İddiaçı istifadəsində saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 20 manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Eyni zamanda, məsrəfini təşkil edən ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın 50 %, yəni 50 (əlli) manatı İddiaçı, 50 %, yəni 50 (əlli) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Tərəflərin faktiki istifadəsində olan, o cümlədən Siyəzən şəhəri, Nizami küçəsindəki 4 saylı fərdi yaşayış evi İddiaçı və Cavabdeh hər birinin faktiki istifadələrinə uyğun ayrı-ayrı giriş-çıxışları təmin edilməklə naturada ayrılsın, habelə ekspertin tərtib etdiyi bölgü sxeminə uyğun olaraq fərdi yaşayış evinin İ mərtəbəsindəki İddiaçı faktiki istifadəsində olan 27,2 kv.m-lik yaşayış sahəsi, eləcə də 45,9 kv.m olan açıq eyvanın 11,8 kv.m hissəsi arakəsmə divar inşa olunmaqla, həmin evin İİ mərtəbəsindəki sonuncunun istifadəsində olan 27,2 kv.m-lik yaşayış sahəsi, eləcə də oranın qarşısında yerləşən sahəsi 45,9 kv.m olan açıq eyvanın 11,25 kv.m hissəsi də arakəsmə divarla ayrılmaqla, qarşısından ora yeni pilləkən qaldırılıb İddiaçı istifadəsində saxlanılsın. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın 50 %, yəni 50 (əlli) manatı İddiaçı, 50 %, yəni 50 (əlli) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. İddia tələbi üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-43/2020
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-43/2020
26.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver