Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-475/2022 18.10.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh, cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “çəkilmiş xərcin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “çəkilmiş xərcin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Siyəzən şəhəri, Ş. Baxşıyev küçəsindəki 14 saylı evin tikintisinə sərf etdiyi 12500 manat pulun və ödənilmiş 130 manat məbləğində dövlət rüsumunun alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, Şahid1 ilə 18 noyabr 2008-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan 19 iyul 2010-cu il tarixdə Fatimə və 03 dekabr 2011-ci il tarixdə Sevinc adlı qız övladları doğulmuşdur. Şahid1lə xasiyyətləri uyğunlaşmadığı üçün Siyəzən Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(059)-102/2022 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Daha sonra, keçmiş qayınatası Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, nəticədə, Siyəzən Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(059)-226/2022 saylı qətnaməsinə əsasən o və iki azyaşlı uşağı evdən çıxarılmışdır. Məhkəmənin sözügedən qətnaməsi ilə razılaşmır. Belə ki, o, keçmiş əri Şahid1lə nikahlarını rəsmiləşdirdikləri vaxtdan, yəni 28 sentyabr 2009-cu il tarixdən bu ilədək Siyəzən şəhəri, Ş. Baxşıyev küçəsindəki 14 saylı evdə yaşamış və məhkəmə qətnaməsinə əsasən 01 iyul 2022-ci il tarixdə sözügedən evdən çıxarılmışdır. Bundan əlavə o, keçmiş əri Şahid1lə nikahı dövründə yaşadıqları evin onlara veriləcəyinə inandığı üçün orada yenidənqurma və əsaslı təmir işləri həyata keçirmiş, eləcə də, həyətyanı sahədə sanitar qovşağı tikib, yeni üsluba uyğun təmir etmişlər. Bundan əlavə, keçmiş qayınatası Cavabdeh israrı ilə 2010-2011-ci illər ərzində həyətyanı sahədə ümumi sahəsi 50 olan 2 otaqlı mağaza tikilmiş, habelə içərisinə kondisioner, piştaxtalar, taxta rəflər, soyuducu alınmışdır. Sözügedən mağaza gəlir əldə etmələri məqsədilə tikilsə də, onlar həmin mağazanı işlətməmiş, habelə qayınatası bir müddət işlədərək, gəliri götürmüşdür. Daha sonra, mağazadan gəlir əldə etmədikləri üçün ora bağlanmış və içərisindəki əşyalar ondan xəbərsiz satılmışdır. Sözügedən tikintilər və aparılmış təmir işləri zamanı çəkilmiş xərclər onun və keçmiş əri Şahid1 birgə vəsaiti hesabına olmuşdur. 2010-ci ildə işləmədiyi üçün keçmiş qaynanası və qayınatası ona məxsus 3500 manat məbləğində qızılları bacısı X2 şahidliyi ilə satmış və həmin pul vəsaiti mağazanın tikilməsinə xərclənmişdir. Həmin pul tikinti xərclərini kifayət etmədiyindən qayınatası onlar üçün borc almış və hazırda həmin borcu onlara ödətməkdədir. 2014-cü ilin dekabr ayından Siyəzən rayon X6 çalışdığı gündən etibarən aldığı maaşı təmir və tikinti işlərində xərclənilən pulların borcunun ödənilməsi üçün qayınatasına vermişdir. Həmçinin, o, 29 iyun 2016-cı il tarixdən dəfələrlə "xxxx" ASC-dən öz adına kredit götürərək, evin təmiri üçün alınmış borcların qaytarılması məqsədilə qayınatası Cavabdeh vermişdir. 29 iyun 2016-ci il tarixdə 1000 manat, 30 mart 2017-ci il tarixdə 1700 manat, 26 noyabr 2018-ci il tarixdə 800 manat, 24 aprel 2020-ci il tarixdə isə 5490 manat məbləğində kreditlər götürmüşdür. Qayınatası tikinti və təmir işlərinin 2005-ci ildə həyata keçirildiyini bildirsə də, bu fikrin yalan olduğunu təsdiq edən şahidləri vardır. Bu məsələnin ədalətli həll olunması üçün məhkəmənin qərarı ilə tikinti üzrə mütəxəssis təyin olunmasını məqsədəmüvafiq hesab edir. Odur ki, övladlarının bundan sonrakı yaşayışının təmin edilməsi məqsədilə cavabdehlə birgə nikah dövründə təmir və tikinti işlərinə, tikilən mağazaya, evin təmirinə, o cümlədən, asma tavan çəkilməsinə, giriş hissəni dəmir barmaqların inşa edilməsinə, telefon və internet xəttinin çəkilməsinə, həyətyanı sahənin betonlanmasna, həyətdə hamam və sanitar qovuşağın inşa edilməsinə, eləcə də, həyətdə bulağın inşa edilməsinə sonuncu ilə birgə xərclədiyi 25000 manat pulun yarısını, yəni 12500 manatının alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, 13 il müddətində Siyəzən şəhəri, Ş.Baxşıyev küçəsindəki 14 saylı evdə yaşamış, bu evin təmirində böyük zəhməti olmuşdur. Cavabdehin etirazında göstərdiyi onun bankdan götürdüyü krediti Nabran şəhərində istirahətinə xərcləməsi fikri həqiqəti əks etdirmir. Belə ki, bu fikirlər həqiqət olduğu təqdirdə, cavabdeh və ailəsi buna iradlarını bildirərdilər. 2010-2011-ci illərdə evin həyətyanı sahəsində inşa edilən və hazırkı dəyəri təxminən 15000 manat olan mağazanın tikintisinə sərf edilmiş 8000-10000 manat məbləğində vəsaitin 3500 manatı ona hədiyyə edilmiş qızıl-zinət əşyalarınının satışından əldə edilsə də, geri qalanı keçmiş əri Şahid1 qazancı ilə təmin edilmişdir. Mağazanın tikintisində Eldar və Şahid5lar iştirak etmiş, bənna işini sonuncu görmüş, habelə ustaların gördükləri işlərin qarşılığını qaynatası nağd şəkildə ödəmişdir. Sanitar qovşağın inşasına və təmirinə sərf edilmiş 5000 manat, habelə ev üçün avadanlıqların alınmasına xərclənmiş 4000 manat məbləğində pul vəsaitləri keçmiş əri ilə onun birgə vəsaiti hesabına ödənilmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, Siyəzən şəhəri ərazisində 500 kv.m torpaq sahəsi üzərində mübahisəli fərdi yaşayış evinin tikintisini 2005-ci ildə, təmirini isə 2006-cı ildə tam şəkildə başa çatdırmış, evin tam şəkildə inşası və təmiri Şahid5 və Şahid4 tərəfindən icra edilmiş, habelə evin bütün işlərini 2006-cı ildə yekunlaşdırmışlar. 2006-cı ildə böyük oğlu X9 evlənmiş və bütün avadanlıqları bu evə gətirilmiş, habelə sonuncu bir neçə il həmin evdə yaşamışdır. Toydan əldə etdiyi pulları evin təmiri üçün ustalara vermişdir. Həmçinin, İddiaçı o illərdə orada olmamış və yaşamamışdır. Belə olan halda, orada təmir və tikinti işlərinin iddiaçı tərəfindən aparılması mümkün deyildir və yalan ifadələr işlədərək ona qarşı böhtan atır. Habelə təmir işlərini yuxarıda adı çəkilən qardaşlar təsdiqləyə bilər. Sonuncular mağazanın tikintisində və hasarın çəkilməsində də, usta qismində iştirak etmişlər. Kiçik oğlu Məmməd ilə İddiaçı 2009-cu ildə rəsmi nikaha daxil olaraq evləndikdən sonra sözügedən təmirli evə köçmüşlər. O, ailəsi ilə birlikdə həmin tikdiyi evə köçüb yaşamaq istədiyi üçün iddiaçı və oğlu Məmmədə müəyyən vaxta qədər yaşadıqdan sonra özlərinə ev almalarını bildirmişdir. 13 il olar, oğlu Məmməd arvadı ilə o evdə yaşamış, bəzi kiçik təmir işləri aparsalar da, heç bir tikinti quraşdırma işləri aparmamışlar. İddiaçı arvadı Firuzə İbrahimovanın 2014-cü ildə düzəltdiyi X6 mühafizəçi işində çalışaraq 120 manat məbləğində məvacib əldə etmiş, daha sonra, 2019-cu ildə bələdçi kimi çalışmaqla 270 manat əmək haqqı almışdır. Belə olan təqdirdə iddiaçının öz məvacibi ilə hər hansı bir təmir işi aparması mümkün deyildir. O və arvadı bir neçə il onlara maddi yardım göstərmişlər. Belə ki, arvadı Firuzə İbrahimova 2 saylı tam orta məktəbdə müəllimə işləyərək aylıq 800 manat əmək haqqı və təqaüd almışdır. Hazırda o, 388 manat, arvadı isə 692 manat təqaüd alır. Arvadı Firuzə xeyli müddət olar, repetitor kimi fəaliyyət göstərərək, oğlu Məmmədin ailəsinə yardım etmişdir. İddiaçı yalan olaraq bankdan kredit götürməklə, ona verdiyini qeyd etmiş, lakin belə hal baş verməmişdir. Belə ki, o və arvadı iddiaçıya pul vermiş, ərzaq alaraq nəvələrinin qayğısına qalmışlar. Onlar "xxxx" ASC, "xxxx" ASC və "xxxx" KB ASC-dən ümumilikdə 25000 manatədək kredit götürmüş və iddiaçıya yardım etmişlər. İddiaçı onun aldığı qızılları-dəst, sep, qolbaq, üzükləri-brilyant dəsti bəyənməmiş, o, oğlu və arvadı ilə birlikdə onun aldığı qızıl-zinət əşyalarını 800 manata satmış və üzərinə oğlu Məmməd 4000 manat pul qoyaraq, iddiaçı üçün 4800 manat dəyərində İtaliya istehsalı dəsti, yəni sep, üzük, qolbaq, sırğalar satın almışdır. İddiaçı qızılları anasıgildə saxlamaqdadır. 2011-ci ildə o və arvadı iddiaçını Sədərək ticarət mərkəzinə apararaq sonuncuya 5000 manat dəyərində bahalı xalçalar, paltarlar, qabqacaq almış və iddiaçının yaşadığı evə gətirmişlər. Oğlu Şahid1 də firmada işləyərək, iddiaçı üçün soyuducu, paltaryuyan maşın, iki televizor, 2500 manat dəyərində olan mətbəx mebeli, çoxlu qab-qacaq, çil-çıraqlar, karnizlər almış, iddiaçı isə evi tərk edərkən qeyd olunan əşyaları özü ilə aparmışdır. İddiaçı ilə oğlu Məmməd sözügedən əşyaları yarıya bölməli olsalar da, iddiaçı gedərkən evdə adi bir lampa da saxlamamışdır. Həmçinin, iddiaçının sudan istifadəyə görə 105 manat, işıqdan istifadəyə görə isə 67 manat borcu qalmış, nəticədə həmin su borcunu ödəmədiyi üçün suyun axımını dayandırmışlar. Bundan əlavə, iddiaçı oğlu Şahid1 xəbərsiz 2020-ci ildə 5490 manat məbləğində pul almış, bacısı ilə birlikdə Nabran və Bakı şəhərində özü üçün xərcləmişlər. Eyni zamanda, ondan dəfələrlə Siyəzən RPŞ-yə şikayət etmiş, habelə evin kilidini dəyişdirərək, evə daxil olmasını əngəlləmişdir. Bundan başqa, iddiaçının iddiası əsassız olduğundan təmin edilməməli, eləcə də, sonuncu tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid ediməlidir. Habelə, iddiaçı mübahisə predmeti olan evi tərk edərkən otaqları çox pis vəziyyətdə qoymuş, döşəməni, pəncərələri sındırmış, divarlara şəkillər çəkib, onların adlarını qeyd etmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının fikir və ifadələri yalandır. Belə ki, sözügedən mübahisə predmeti olan həmin ev onun və Cavabdeh hesabına 2005-ci ildə Şahid5 və Şahid4 tərəfindən inşa edilməyə başlanmış və 2006-cı ildə böyük oğlunun nikahının olması səbəbindən həmin ildə əsaslı təmir işləri aparılmaqla yekunlaşmışdır. Bundan əlavə, həyətyanı sahədə olan sözügedən mağaza 2006-cı ildə İlqar və Şahid4 qardaşları tərəfindən inşa edilmişdir. Bununla yanaşı, iddiaçı iddia ərizəsində təmir və tikinti işlərində köməklik etdiyini yalan qeyd etmişdir. Çünki, sonuncu ilk vaxtlar gəlir əldə etməmişdir. Sonradan, yəni 2014-cü ildə o, şəxsən iddiaçını X6 mühafizəçi işi ilə təmin edilməsinə köməklik göstərmişdir. İddiaçı gəlin köçən zaman ev təmirli olmuşdur. Mağazanın daxilində olan avadanlıqlar Şahin adlı şəxsdən alınmış, habelə Şahid5 ilə birgə quraşdırılmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, şahid X4 ifadəsində göstərdi ki, 2009-cu ildə bacısı İddiaçı gəlin köçərkən ilk öncə sonuncuya məxsus cehiz əşyaları aparılmış, həmin vaxt mübahisəli evdə əl yumaq üçün heç kran belə olmamış, evin həyətyanı sahəsi çox səliqəsiz və şəraitsiz vəziyyətdə olmuşdur. Həmçinin, evin özü hazır olsa da, yaşamaq üçün heç bir şəraiti olmamışdır. Bundan əlavə, bacısı Aygündən əvvəl gəlin köçmüş X7 arvadına məxsus cehiz əşyalarının mübahisəli evdə olmasına baxmayaraq, sonuncuların Bakı şəhərində evləri olduğundan onlar orada yaşamamışlar. Lakin, İddiaçı Şahid1lə evləndikdən sonra orada yaşamaq məcburiyyətində qaldığından evlilik dövründə evin hamam, sanitar qovşaq və mətbəxində əsaslı təmir işləri aparmış, hətta sadə lambirindən olan evin tavan hissəsində dəyişiklik edərək, asma tavan ilə əvəz etdirmişlər. Bundan başqa, təxminən 2013-2014-ci illərdə bacısına məxsus qızılları-brilyant qaşlı dəst, brilyant qaşlı üzük, qolbaq onun şahidliyi ilə cavabdeh Nəbi və arvadı Firuzə tərəfindən Moskva Univermağında satılaraq, satışdan əldə edilmiş pul evin təmirinə xərclənmişdir. Qızıl-zinət əşyaları satılarkən orada o, Cavabdeh, Firuzə İbrahimova və sonuncuların qızı olmuşdur. Həmin qızıl-zinət əşyalarının dəyərini dəqiq xatırlamasa da, təxminən 3000 manatdan yüksək olmuşdur. Şahid2 ifadəsində göstərdi ki, tərəflərlə heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 2010-2011-ci illərdə İddiaçı yaşadığı evin həyətyanı sahəsindəki hamamın kafel, metlax və tavan işlərini görmüş, habelə 2-3 min manat miqdarında zəhmət haqqını İddiaçı və əri Şahid1 almışdır. Bəzən sonuncu işdə olarkən zəhmət haqqını əri Şahid1 göstərişi ilə İddiaçı ona vermişdir. Bundan əlavə, o, hamamı inşa etməmişdir. Həmçinin, təmir işləri üçün lazımi materialları Şahid1 almışdır. Daha sonra, mətbəxdə mebellər arası kafelləri döşəmiş, bundan əlavə, evdə kosmetik işlər də həyata keçirmiş, yəni həyətdəki barmaqlıqları rəngləmiş, döşəməyə, qapı və pəncərələrə lak vurmuş, həmçinin qapılar sınıq-salxaq olduğu üçün təmir etmiş, qarşılığında İddiaçı iki min manatadək pul almışdır. Bu zaman materialları Şahid1 alsa da, daşınmasını özü etmişdir. Həmçinin, təxminən 2016-2017-ci illərdə orada həyətdə bulaq və avtomobil üçün çardaq düzəltmişdir. Bütün işlərin arşılığında iddiaçı və keçmiş əri tərəfindən ona zəhmət haqqı kimi ümumilikdə 6-7 min manat ödəniş edilmişdir. Şahid4 ifadəsində göstərdi ki, o, qardaşları ilə birlikdə 2005-ci ildə həmin evin, daha sonra isə həyətdə olan mağazanın dam örtüyünü quraşdırmışdır. 2006-cı ildə cavabdeh böyük oğlu Emin İsayev üçün toy mərasimi etməyə hazırlaşdıqlarından evi əsaslı təmir etdirmişlər. Mağazanın suvaq işlərini qardaşı etmiş, özü isə evin qapı və pəncərələrini düzəltmiş, habelə tavan və döşəməsini quraşdırmışdır. Bundan əlavə, evin təmiri üçün lazımi materialları Cavabdeh almış, zəhmət haqqını da sonuncu vermiş, habelə arvadı Firuzə İbrahimova onun və fəhlələrin naharını hazırlamışdır. Həmçinin, həmin evin kafel və metlax işlərini qardaşı İlqar yerinə yetirmişdir. 2005-ci ildən tikinti və təmir işləri başlamış, özü fasilələrlə olmaqla, orada yuxarıda qeyd edilən təmir işlərini həyata keçirmişdir. Həmin illərdə evin həyətində sanitar qovşağı olsa da, təmirli olmasını dəqiq xatırlamır. Eyni zamanda, o, İddiaçı tanımır və məhkəmə prosesindən öncə sonuncu ilə heç vaxt qarşılaşmamışdır. Şahid5 ifadəsində göstərdi ki, o, cavabdehi və ailəsini təxminən 20 il olar tanıyır. Evin inşası onlar tərəfindən həyata keçirilməsə də, suvağını özü vurmuş, dam örtüyünü, döşəmə və tavanını isə qardaşı ilə birlikdə quraşdırmışlar. Daha sonra, o, həmin evin kosmetik işlərini, Elxan adlı şəxs ilə bilikdə etmiş, habelə o, Cavabdeh böyük oğlu Emin İsayevin nikahından iki gün öncə əsaslı təmir işlərini yekunlaşdıraraq, evi cavabdehə təhvil vermişdir. Bundan əlavə, evin təmir işlərinə 2005-ci ildə başlanılmış, 2006-cı ildə yekunlaşıdırılmışdır. Evin təmiri bitdikdən sonra, mağazanın tikintisini və bütün təmir işlərini özü etmişdir. Həyətyanı sahədə olan hamam və sanitar qovşağın inşasını, eləcə də, suvaq işlərini özü etsə də, təmirinin bir qismini, yəni kafelinin bir neçəsini döşəmişdir. İş yekunlaşdıqdan sonra, o, öncədən zəhmət haqqının bir qismini hissə-hissə aldığı üçün cavabdehlə aralarında olan razılaşmaya əsasən sonuncu böyük oğlu Eminin toyunun səhəri ona 600 ABŞ dolları məbləğində pul vermişdir. Eyni zamanda, o, İddiaçı öncədən tanımamışdır. Belə ki, sonradan Cavabdeh gəlini olduğunu bilmişdir. Onun işləri yekunlaşdıqdan sonra, həyətdə olan sanitar qovşağına kafel döşənmiş və evin bir otağı emulsiya ilə boyanmışdır. Bundan başqa, o, mağazada olan bəzi əşyaların alınmasında iştirak etmişdir. Belə ki, 2006-cı ildə mağazanın kondisionerinin və soyuducunun Niyazi adlı şəxsdən, rəflərinin isə Şahin adlı şəxsdən Cavabdeh tərəfindən alınmasında şəxsən iştirak etmişdir. Şahid1 ifadəsində göstərdi ki, mübahisəli evin hamam və sanitar qovşağının kafel, eləcə də, metlaxını döşətdirmiş, habelə sözügedən evdə bəzi kosmetik işləri həyata keçirmişdir. O, evi əsaslı təmir etməmiş, çünki digər tikinti və təmir işlərini atası Cavabdeh öncədən etmişdir. İşdə olan 29 iyun 2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən, 130 (bir yüz otuz) manat məhkəmə xərci çəkmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə şahid X2 ifadəsinə qiymət verərək qeyd edir ki, şahid iddiaçı tərəfin bacısı olmaqla, sonuncunun cavabdehlə olan münasibətlərini bildiyindən, iş üzrə iddiaçı tərəfindən ifadə verməsi baxımından və beləliklə də, şahid dəvət edildiyi tərəf baxımından işin nəticəsi ilə bağlı maraqlı olduğundan, eyni zamanda verilmiş şahid ifadəsi bacısına aid qızıl-zinət əşyalarının satışına dair hallara dürüst şəkildə aydınlıq gətirmədiyindən əsaslı hesab edilməməli və mötəbər sübut kimi qəbul edilməməlidir. Həmçinin, şahid ifadəsinin əsaslı və mötəbər olmamasına dəlalət edən hallardan biri də onun ifadə verən zamanı bacısına aid qızıl-zinət əşyalarının satış dövrünü düzgün göstərə bilməməsidir. Belə ki, şahid Pərvin Nəsirova ifadəsində bacısına məxsus qızılların-brilyant qaşlı dəstin, brilyant qaşlı üzüyün, qolbağın onun şahidliyi ilə 2013-2014-ci illərdə cavabdeh Nəbi və arvadı Firuzə tərəfindən Moskva Univermağında satılaraq, satışdan əldə edilmiş pulun evin təmirinə xərcləndiyini qeyd etsə də, iddiaçı bu müddəti 2010-cu il kimi bildirmişdir. Bu hal, şahid ifadəsi ilə iddiaçının izahatı arasında ziddiyyətli məqamları ortaya çıxarmışdır ki, bu da sonda şahid Pərvin Nəsirovanın ifadəsinə daxili inamın yaranmaması ilə nəticələnmişdir. Belə olan təqdirdə isə verilən şahid ifadəsinin əsaslı və mötəbər sübut kimi qəbul edilməsi istisna edilir. Beləliklə, məhkəmə iclasında proses iştirakçılarının izahatları, tədqiq olunmuş sübutların məcmusu, eləcə də Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 11 may 2022-ci il tarixli, 2(059)-226/2022 tarixli qətnaməsi ilə müəyyən edildi ki, keçmiş Dəvəçi XDS icraiyyə komitəsinin 30 aprel 1991-ci il tarixli qərarına əsasən iddiaçı Cavabdeh fərdi yaşayış evinin tikintisi üçün Siyəzən şəhəri ərazisindən 0,05 ha ölçüdə torpaq sahəsi ayrılmış, habelə həmin komitənin 09 avqust 1991-ci il tarixli qərarı ilə ona bu torpaq sahəsində rayon tikinti və memarlıq şöbəsinin təsdiq etdiyi layihə əsasında fərdi yaşayış evinin tikintisini aparmaqdan ötrü icazə verilmiş, həmçinin 12 sentyabr 1991-ci il tarixdə torpaq sahəsinin üzərində inşa ediləcək tikilinin layihəsi təsdiq edilməklə, həmin torpaq sahəsi Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə onun mülkiyyətinə verilmişdir. Bundan əlavə, İddiaçı cavabdehin oğlu Şahid1lə 18 noyabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olsa da, 28 sentyabr 2009-cu il tarixdə oğlan toyundan sonra mübahisəli fərdi yaşayış evinə gəlin köçmüş, habelə bu evin artıq həmin tarixədək inşa edilməklə, yaşayış üçün normal və zəruri şəraitə malik olması işin mübahisələndirilməyən halına çevrilmişdir. Bundan əlavə, İddiaçı cavabdehin oğlu Şahid1lə etibarlı ailə münasibətlərində yaşadıqları dövrdə 19 iyul 2010-cu il təvəllüdlü Fatimə və 03 dekabr 2011-ci il təvəllüdlü Sevinc adından uşaqları doğulmuş, habelə onlar 05 yanvar 2022-ci il tarixə qədər mübahisəli evdə birgə yaşasalar da, ailədaxili münasibətlərin kəskinləşməsi səbəbindən cavabdehin oğlu Şahid1 oranı tərk edərək, valideynlərinin yaşadığı Siyəzən şəhərinin H.Aslanov küçəsindəki evə köçmüş, o cümlədən həmin ünvanda yaşamağa başlasa da, onların arasında nikahın pozulmasına baxmayaraq, İddiaçı mübahisəli ünvanda yaşamaqda davam etmiş, lakin Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 11 may 2022-ci il tarixli qətnaməsi ilə oradan çıxarılması qət edilmiş və sonuncu 01 iyul 2022-ci il tarixdə həmin evi tərk etmişdir. Bundan əlavə, sözügedən qətnamə ilə mübahisəli tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsinə baxmayaraq, işin faktiki hallarına, eləcə də təqdim olunmuş mötəbər sübutlara əsasən məhz cavabdehin gözlənti ilə mülkiyyət hüquqlarının yarana biləcəyi təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinin İ hissəsinin İİİ, İV və Vİİ bəndlərinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. İşin faktiki hallarından, o cümlədən tədqiq olunmuş mötəbər sübutlardan da göründüyü kimi 28 sentyabr 2009-cu il tarixdən keçmiş qayınatası, Cavabdeh razılığı əsasında sonuncunun mülkiyyətində olan torpaq sahəsində inşa etdirdiyi Siyəzən şəhərinin Ş.Baxşıyev küçəsindəki 14 saylı fərdi yaşayış evinə köçmüş İddiaçı oradakı yaşayış şəraitini yaxşılaşdırmaq üçün öz iradəsindən sərbəst şəkildə istifadə etməklə, cavabdehin gözlənti mülkiyyətçi hüquqlarını çətinləşdirməmək şərti ilə sərbəst surətdə, gələcəkdə uzun müddət istifadə edə bilmələri üçün mübahisəli ünvanda bəzəktamamlama, təmir işləri aparmış, bu zaman kiminsə təsirinə məruz qalmamış, öz sərbəst iradəsini ifadə etməklə, istəyini icra etmişdir. Hazırda tərəflər arasında mübahisə olduğundan iddiaçı tikinti-təmir zamanı çəkmiş olduğu xərclərin əvəzini tələb edir. Lakin, qeyd olunan hal birgəyaşayış qaydalarına zidd olmaqla, mülki qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Bundan əlavə, Cavabdeh 28 sentyabr 2009-cu il tarixdən 01 iyul 2022-ci il tarixədək hər hansı bir qeyd-şərt bildirmədən İddiaçı uzun müddət normal yaşayış sahəsi ilə təmin olunması üçün şərait yaratmış, habelə iddiaçının 2009-cu ilin sentyabr ayından 2022-ci ilin iyul ayınadək sözügedən evdən istifadə etməsinin əvəzində hər hansı təmənna güdməməklə, humanistlik nümayiş etdirmiş, onun yaşayış sahəsinə olan ehtiyacını on iki ildən arıq müddətə qarşılamışdır. Belə olan halda, hətta, bu və ya digər şəkildə iddiaçı tərəfindən mübahisəli evə müəyyən məbləğdə xərcin çəkilməsi təsdiq olunsa belə, bu xərcin iddiaçının xeyrinə Cavabdeh tutulması sonuncunun əmlak müstəqilliyinə, mülkiyyət toxunulmazlığına və mülkiyyətindən maneəsiz istifadə etməsinə xələl gətirməklə, nəhayət mülki qanunvericiliyin prinsiplərinin tənasübsüz pozulması, eləcə də ədalətin təməlinin sarsılması ilə nəticələnəcəkdir. Eyni zamanda məhkəmə qeyd edir ki, İddiaçı mübahisəli fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahədə keçmiş əri Şahid1lə birgə nikah dövründə vəsaitləri hesabına sanitar qovşaq inşa etdirdiklərini bildirsə də, 28 sentyabr 2009-cu il tarixədək, yəni iddiaçının gəlin köçdüyü vaxtadək həmin ünvanda normal yaşayışın təmini üçün zəruri olan sanitar qovşağın olmaması inandırıcı və real deyildir. Odur ki, İddiaçı sanitar qovşağın inşa edilməsi ilə bağlı gətirdiyi dəlillər əsaslı olmamaqla, mötəbər deyildir. Bundan başqa, iddiaçı mübahisəli fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahədə mağazanın tikilməsində, habelə zəruri avadanlıqlarla təmin edilməsində vəsait sərf etdiyini qeyd etsə də, sonuncu bu halı təsdiq edəcək mötəbər sənəd və ya sübuta malik olmamış, habelə bununla bağlı istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına uyğun məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “çəkilmiş xərcin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 130 (bir yüz otuz) manat məhkəmə xərci İddiaçı özünə aid edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233, 240-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “çəkilmiş xərcin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 130 (bir yüz otuz) manat məhkəmə xərci İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-475/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-475/2022
18.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver