Məhkəmə qərarları › İş №2(059)-55/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-55/2022

23.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-55/2022 23.05.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçılar Hüseynov Məzahı̇ r Mövsüm oğlunun və İddiaçı2 Əlı̇ hüseyn qızının iştirakları ilə iddiaçı Hüseynov Məzahı̇ r Mövsüm oğlunun, İddiaçı2 Əlı̇ hüseyn qızının, Hüseynova (Abasova) Zı̇ nyət Məzahı̇ r qızının, Hüseynova Samı̇ rə Məzahı̇ r qızının cavabdehlər Hüseynov Nadı̇ r Mövsüm oğluna, X5, Cavabdeh3 Nadı̇ r oğluna, X2, Cavabdeh5 Şı̇ rzad qızına, Cavabdeh6 qarşı "torpaq sahəsinin naturada bölünməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Hüseynov Məzahı̇ r Mövsüm oğlu, İddiaçı2 Əlı̇ hüseyn qızı, Hüseynova (Abasova) Zı̇ nyət Məzahı̇ r qızı, Hüseynova Samı̇ rə Məzahı̇ r qızı cavabdehlər Hüseynov Nadı̇ r Mövsüm oğluna, X5, Cavabdeh3 Nadı̇ r oğluna, X2, Cavabdeh5 Şı̇ rzad qızına, Cavabdeh6, Hüseynov Nazı̇ m Əlabbas oğluna qarşı "torpaq sahəsinin naturada bölünməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 may 2006-cı il tarixli, JN seriyalı, 2517A nömrəli, 30501004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ünvan 1 ünvanda yerləşən 0,08 ha torpaq sahəsinin onların və cavabdehlərin arasında yerində (naturada) müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı tərəf başqa bir ərizə ilə məhkəməyə müraciət edərək, Hüseynov Nazı̇ m Əlabbas oğlunun 16 mart 2018-ci il tarixdə ölməsi ilə əlaqədar onun cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı Hüseynov Məzahı̇ r Mövsüm oğlu iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, Siyəzən şəhərinin Şəhriyar küçəsində mülkiyyətçi kimi Hüseynova Zı̇ nyət Dadaş qızına Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə 0,08 ha torpaq sahəsi ayrılmış və bununla bağlı 03 may 2006-cı il tarixli, JN seriyalı, 2517A nömrəli, 30501004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Mülkiyyətçilərdən anaları Hüseynova Zı̇ nyət Dadaş qızı 19 fevral 2015-ci il tarixdə, ataları Cavabdeh3 Həsən oğlu isə 06 dekabr 1989-cu il tarixdə vəfat etmişdir. Həmin torpaq sahəsində onlar, qardaşı Hüseynov Nadı̇ r Mövsüm oğlu, onun 2 ailə üzvü (X7 və Cavabdeh3 Nadı̇ r oğlu), digər qardaşı X6, onun 3 ailə üzvü (Cavabdeh5 Şı̇ rzad qızı, Cavabdeh6 və Hüseynov Nazı̇ m Əlabbas oğlu) də payı vardır. Hazırda həmin Şəhriyar küçəsi, ev 16 saylı ünvandakı ərazidə onlara məxsus yerdə hər bir ailənin ayrıca yaşadığı evlər vardır. Bundan əlavə, onların, qardaşları Nadir və Əlabbasın hər birinə məxsus ayrı-ayrılıqda hasarlanmış torpaq sahələri vardır və hər biri ayrı-ayrılıqda sözügedən ərazidə ev inşa etmişlər. Hər birinin adına su, qaz sayğacları olsa da, paylarının naturada müəyyən edilməsinə ehtiyac vardır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən digər İddiaçı2 Əlı̇ hüseyn qızı da iddia tələbini müdafiə edərək, iddiaçı Məzahı̇ r Hüseynovun izahatına uyğun, eyni məzmunlu izahat verməklə, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər iddiaçılar Hüseynova (Abasova) Zı̇ nyət Məzahı̇ r qızına və Hüseynova Samı̇ rə Məzahı̇ r qızına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər, buna görə də məhkəmə, iclasın adıçəkilən iddiaçıların iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdehlər Hüseynov Nadı̇ r Mövsüm oğlu, X7, Cavabdeh3 Nadı̇ r oğlu, X6, Cavabdeh5 Şı̇ rzad qızı, Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPMnin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı 2517A nömrəli 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2006-ci il tarixli, 93 nömrəli sərəncamı ilə Siyəzən şəhər ərazisindən 0,08 ha torpaq sahəsi Siyəzən şəhər sakini X3 və onun ailə üzvləri Hüseynov Məzahı̇ r Mövsüm oğlunun, İddiaçı2 Əlı̇ hüseyn qızının, Hüseynova Zı̇ nyət Məzahı̇ r qızının, Hüseynova Samı̇ rə Məzahı̇ r qızının, Hüseynov Nadı̇ r Mövsüm oğlunun, X4, Cavabdeh3 Nadı̇ r oğlunun, X1, Cavabdeh5 Şı̇ rzad qızının, Cavabdeh6 və Hüseynov Nazı̇ m Əlabbas oğlunun mülkiyyətinə verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh3 Həsən oğlu 06 dekabr 1989-cu il tarixdə, Hüseynova Zı̇ nyət Dadaş qızı isə 19 fevral 2015ci il tarixdə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 aprel 2022-ci il tarixli, 10/7044 nömrəli ekspert rəyindən görünür ki, 21 dekabr 2021-ci il tarixli, 10/7044 nömrəli ekspert vəsatətində qeyd olunan əlavə materiallar, o cümlədən texniki pasport sənədi Mərkəzə təqdim edilmədiyindən mübahisə predmeti olan torpaq sahəsinin dəqiq sərhədlərini, belə olan halda isə mübahisə predmeti olan torpaq sahəsindəki faktiki bölgünün mülkiyyətçilər arasında paylara uyğun olaraq bölünüb-bölünməməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, rəydən görünür ki, təqdim olunan ünvanda baxış keçirilən zaman mübahisə predmeti olan torpaq sahəsinin faktiki olaraq hər birinin ayrı-ayrılıqda girişçıxışları olmaqla, 2 hissəyə bölünmüş vəziyyətdə olduğu və həmin torpaq sahələrinin tərkibində fərdi yaşayış evlərinin mövcud olduğu müəyyən olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və eyni saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 50 manat təşkil edir. İşdə olan 30 sentyabr 2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı1 iddia tələbi üzrə 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş üzrə təqdim olunmuş sənədlər, habelə mötəbər sübutlarla müəyyən olunur ki, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2006-ci il tarixli, 93 nömrəli sərəncamı ilə 0,08 hektar torpaq sahəsi mərhum X3 mülkiyyətinə verilmiş və bununla bağlı verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mərhum Hüseynov Nazı̇ m Əlabbas oğlu, eləcə də tərəflər ailə üzvləri kimi göstərilmişlər. Göründüyü kimi əmlakdan pay almaq hüququ olan şəxslərin siyahısı müəyyənləşdirildikdən sonra torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilmişdir. Bu mənada, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213-cü maddəsinin İ, İİ, İV, V hissələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) birgə mülkiyyətdə olan əmlakdan (əşyadan) payların ayrılması onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) birgə mülkiyyətin mülkiyyətçisi ümumi əmlaka birgə sahiblik və istifadə hüququna malikdir. Birgə mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və birgə mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının əvvəl ideal, sonra isə naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq ümumi mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi mülkiyyətdə olan əmlaka sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi birgə mülkiyyətdə olan əmlakdan payın ayrılması aşağıdakı ardıcıllıqla həyata keçirilə bilər: 1) Ümumi birgə mülkiyyətdə olan əmlakın ideal bölgüsünün aparılması; 2) Mülkiyyətçinin payının naturada ayrılması; 3) Pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 223-cü maddəsinin İİİ və İV hissələrinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Qeyd olunan Məcəllənin 220-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Beləliklə, yuxarıda qeyd olunan normativ hüquqi aktların hüquqi mənasından irəli gələrək məhkəmə qeyd edir ki, tərəflər birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları kimi 03 may 2006-cı il tarixli, JN seriyalı 2517A nömrəli 30501004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Siyəzən rayonunun inzibati ərazisində verilmiş 0,08 ha torpaq sahəsi üzərində bərabər paylara hüququ olan birgə mülkiyyətçilərdir. Həmçinin, ekspert rəyinə əsasən mübahisə predmeti olan torpaq sahəsinin faktiki olaraq hər birinin ayrı-ayrılıqda giriş-çıxışları olmaqla, 2 hissəyə bölünmüş vəziyyətdə olduğu və həmin torpaq sahələrinin tərkibində fərdi yaşayış evlərinin mövcud olduğu müəyyən edilsə də, texniki pasport sənədi təqdim edilmədiyindən mübahisəli torpaq sahəsinin dəqiq sərhədlərini, belə olan halda isə mübahisə predmeti olan torpaq sahəsindəki faktiki bölgünün mülkiyyətçilər arasında paylara uyğun olaraq bölünübbölünməməsini müəyyən etmək mümkün olmamışdır. Bununla da göründüyü kimi tərəflər mübahisəli torpaq sahəsini ideal bölgü əsasında bölməklə, paylara ayırmamış, bu payların real bölgüsü aparılmamış, habelə tərəflər payların real ayrılmasını təsdiq edən hüquqmüəyyənedici sənədə, mötəbər sübuta malik olmamışlar. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət edərkən, mülki qanunvericiliyin tələblərinə əməl etməmiş, habelə birgə mülkiyyətdə olan əmlakın bölünməsi ilə əlaqədar müəyyən edilmiş mərhələlilik prinsipini pozmuşdur. Belə ki, ilk növbədə əmlakdakı payların bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Yəni, əvvəlcə birgə mülkiyyətçi paylı mülkiyyətçiyə çevrilməli, bundan sonra ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Lakin, iddiaçılar hazırda buna hüquqları olmadığı halda, birbaşa cavabdehlərlə birgə mülkiyyətlərində olan əmlakın naturada bölünməsini tələb etmişlər ki, bu da yolverilməzdir və belə olan təqdirdə, iddianın təmin edilməsi istisna edilir. Bununla da, məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı Hüseynov Məzahı̇ r Mövsüm oğlunun, İddiaçı2 Əlı̇ hüseyn qızının, Hüseynova (Abasova) Zı̇ nyət Məzahı̇ r qızının, Hüseynova Samı̇ rə Məzahı̇ r qızının cavabdehlər Hüseynov Nadı̇ r Mövsüm oğluna, X5, Cavabdeh3 Nadı̇ r oğluna, X2, Cavabdeh5 Şı̇ rzad qızna, Cavabdeh6 qarşı "torpaq sahəsinin naturada bölünməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sözügedən Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Eyni zamanda, məhkəmə hesab edir ki, aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçı Hüseynov Məzahı̇ r Mövsüm oğlundan, İddiaçı2 Əlı̇ hüseyn qızından, Hüseynova (Abasova) Zı̇ nyət Məzahı̇ r qızından və Hüseynova Samı̇ rə Məzahı̇ r qızından müştərək qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Hüseynov Məzahı̇ r Mövsüm oğlunun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Hüseynov Məzahı̇ r Mövsüm oğlunun, İddiaçı2 Əlı̇ hüseyn qızının, Hüseynova (Abasova) Zı̇ nyət Məzahı̇ r qızının, Hüseynova Samı̇ rə Məzahı̇ r qızının cavabdehlər Hüseynov Nadı̇ r Mövsüm oğluna, X5, Cavabdeh3 Nadı̇ r oğluna, X2, Cavabdeh5 Şı̇ rzad qızna, Cavabdeh6 qarşı "torpaq sahəsinin naturada bölünməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçı Hüseynov Məzahı̇ r Mövsüm oğlundan, İddiaçı2 Əlı̇ hüseyn qızından, Hüseynova (Abasova) Zı̇ nyət Məzahı̇ r qızından və Hüseynova Samı̇ rə Məzahı̇ r qızından müştərək qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Tələb üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Hüseynov Məzahı̇ r Mövsüm oğlunun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar