Məhkəmə qərarları › İş №2(059)-7/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-7/2023

02.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-7/2023 02.10.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə iddiaçılar Həsənova (Zurbalayeva) Qəmər Mircabur qızının, İddiaçı2, İddiaçı3, Ağayeva (Həsənova) Gülər Fərhad qızının, İddiaçı5, Nəcəfova (Həsənova) Qönçə Fərhad qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “torpaq sahəsinin naturada bölünməklə, ayrılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar Həsənova (Zurbalayeva) Qəmər Mircabur qızı, İddiaçı2, X7, Ağayeva (Həsənova) Gülər Fərhad qızı, İddiaçı5, Nəcəfova (Həsənova) Qönçə Fərhad qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “torpaq sahəsinin naturada bölünməsi və torpaq sahəsinə dair yeni çıxarış və texniki sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 02 fevral 2016-cı il qeydiyyat tarixli, RX seriyalı ******* saylı çıxarışa əsasən ümumi sahəsi 0,350164 ha, RX seriyalı ******* saylı çıxarışa əsasən ümumi sahəsi 3,26 ha, RX seriyalı ******* saylı çıxarışa əsasən ümumi sahəsi 2,633426 ha, RX seriyalı ******* saylı çıxarışa əsasən ümumi sahəsi 1,29998 ha, RX seriyalı ******* saylı çıxarışa əsasən ümumi sahəsi 1,558499 ha olan Siyəzən rayonu, Eynibulaq kəndində yerləşən iddiaçılara məxsus torpaq sahələrinin paylarına uyğun (bir pay kimi) cavabdehlərə məxsus torpaq sahəsindən naturada ayrılaraq, iddiaçılara təhvil verilməsi, həmçinin müvafiq olaraq, torpaq sahələrinə dair yeni çıxarışların və texniki sənədlərin verilməsi, həmçinin 22 iyun 2016-cı il tarixdə ölmüş mərhum İddiaçı5 Səfər qızına məxsus olmuş və İddiaçı1 vəsiyyət edilmiş Siyəzən rayonu, Eynibulaq kəndində yerləşən fərdi yaşayış evinin sonuncuya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bundan sonra, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia ərizəsindəki yanlışlıqların aradan qaldırılmasına dair ərizə göndərərək, iddiaçı kimi qeyd olunmuş “X7”nu İddiaçı3 kimi, həmçinin “RX seriyalı 0792624” kimi qeyd olunmuş torpaq sahəsinin “RX seriyalı 0792622” olmaqla, **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli 3,2665 ha torpaq sahəsi” kimi qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 02 fevral 2016-cı il qeydiyyat tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən ümumi sahəsi 0,350164 ha, RX seriyalı, ******* saylı, **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli ümumi sahəsi 3,2665 ha, RX seriyalı ******* saylı çıxarışa əsasən ümumi sahəsi 2,633426 ha, RX seriyalı, ******* saylı çıxarışa əsasən ümumi sahəsi 1,29998 ha, RX seriyalı, ******* saylı çıxarışa əsasən ümumi sahəsi 1,558499 ha olan Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən iddiaçılara məxsus torpaq sahələrinin paylarına uyğun (bir pay kimi 1/8 və 7/8 olmaqla) cavabdehlərə məxsus torpaq sahəsindən ayrılmaqla, naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və bu tələbin dəqiqləşdirilməsi barədə ərizə ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 02 fevral 2016-cı il tarixdə verilmiş RX seriyalı, 0792622, 0792623, 0792625, ******* və ******* saylı çıxarışlara əsasən Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən ümumi sahəsi 9,11 ha olan torpaq sahələri paylı mülkiyyət hüququ əsasında 5/40 hissədə iddiaçılara, o cümlədən mərhum İddiaçı5 Cəfər qızına məxsus olmaqla, yanaşı sonuncunun payı vəsiyyətnamə ilə İddiaçı1 (Zurbalayevaya) keçmişdir. Eyni zamanda, bu torpaq sahələri 1/40 hissədə cavabdehlərə də məxsusdur. Beləliklə, çıxarışlara əsasən onlara 35/40 (7/8), cavabdehlərə isə 5/40 (1/8) hissədə pay ayrılmışdır (Mərhum İddiaçı5 Cəfər qızına məxsus olmuş 5/40 hissədə pay isə vəsiyyətnamə əsasında İddiaçı1 (Zurbalayevaya) keçməsi nəzərə alınmaqla). Cavabdehlər qohumları olmaqla, İddiaçı2 mərhum qardaşı X5 arvadı və uşaqlarıdır. Onlar da mübahisəli torpaq sahəsini vərəsəlik qaydasında əldə etmişlər. Göründüyü kimi torpaq sahələrinin böyük hissəsi xüsusi mülkiyyət hüququ ilə onlara məxsus olsa da, cavabdehlər onlara həmin torpaq sahələrinə daxil olmağa imkan verməyərək oradan öz məqsədləri üçün istifadə edirlər. Belə ki, cavabdehlər onların torpaq sahələrini müxtəlif şəxslərə icarəyə verməklə, istismar edir və gəlir əldə edir ki, bu da mülkiyyətçilər olaraq, onların hüquqlarının kobud pozulmasıdır. Bundan başqa, cavabdehlər mərhum İddiaçı5 Cəfər qızına məxsus olmuş Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən evi də ələ keçirərək onlara ora daxil olmağa və istifadə etməyə imkan vermir. Dəfələrlə torpaq sahələrinin və evin onlara qaytarılması cavabdehlərə düşən pay hissəsinin ayrılması ilə bağlı sonunculara müraciət edilmiş, hətta müəyyən güzəştlər təklif edilsə də, onlar buna razı olmamışlar. Halbuki, həmin torpaq sahələrinin çox pay hissəsi 7/8 hissədə iddiaçılara məxsus olmaqla, cavabdehlərin bu hərəkəti mülkiyyətçi kimi onların hüquqlarını pozur və hüquqlarını həyata keçirməkdə məhdudiyyətlər yaradır. Odur ki, həmin mübahisəli torpaq sahələrinin paylara uyğun iki hissə olmaqla, həmçinin iddiaçılara məxsus torpaq sahələrindən naturada ayılaraq bölünməsi və onlara təhvil verilməsi zərurəti yaranmışdır. Hal-hazırda ümumi birgə mülkiyyətdə olan torpaq sahələrinin naturada bölgüsünü aparmaq istəsələr də, cavabdehlər buna razı olmurlar. Bu səbəbdən torpaqdan istifadə ilə əlaqədar çətinlik yarandığından onlar mülkiyyət hüquqlarını tam həyata keçirə bilmirlər. Halbuki, torpaq sahələrinin naturada bölünməsi texniki cəhətdən mümkündür. Bundan başqa, iddiaçıların arasında heç bir mübahisə yoxdur. Belə olan halda torpaqların naturada bölgüsünün paylı mülkiyyətçilərin mənafeyinə uyğun olduğu nəzərə alınıb, torpaqların yuxarıda göstərilən qaydada paylara uyğun real bölgüsü aparılmalıdır. Ona görə də, iddiaçılar iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin yerli şöbəsinin əməkdaşları ilə birgə mübahisəli torpaq sahələrinə iki dəfə ayrı-ayrı vaxtlarda baxış keçirilmiş, habelə həmin vaxt qarşı tərəf torpaqların bölünməsinə etiraz etməmiş, bölgü sxemi razılıq əsasında hazırlanmışdır. Lakin, qarşı tərəf sonradan bölgü məqsədilə notariat orqanına getməkdən imtina etmiş, həmçinin məhkəmə proseslərində iştirak etməmişdir. Bundan əlavə, İddiaçı1 (Zurbalayevanın) mütəxəssis rəyinin alınması üçün 95 manat və iddia tələbinə görə isə 30 manat olmaqla, cəmi 125 manat məhkəmə xərci çəkməsinə baxmayaraq, həmin məbləğin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını tələb etmirlər. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi və Siyəzən rayon Dövlət Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin, qurumlar nümayəndələrinin iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, buna görə də məhkəmə işə Azərbaycan Respublikasının MPM-in 185.6-cı maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayon Dövlət notariat kontorunun dövlət notariusu tərəfindən 05 aprel 2012-ci il tarixdə təsdiqlənmiş, 2V-33 reyestr nömrəsi ilə qeydə alınmış vəsiyyətnamənin surətinə əsasən Həsənova X4 rayonunun Eynibulaq kəndindəki şəxsi evini və torpaq sahələrini gəlini İddiaçı1 vəsiyyət etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 02 fevral 2016-cı il tarixdə verilmiş RX seriyalı, 0792623, 0792625, ******* və ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətlərindən görünür ki, müvafiq olaraq Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən ümumi sahəsi 0,350164 ha, 2,633426 ha, 1,299998 ha və 1,558499 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri 1/40 hissədə cavabdehlərin, 5/40 hissədə isə iddiaçıların, o cümlədən mərhum İddiaçı5 Cəfər qızının adına dövlət qeydiyyatına alınmışdır. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 28 aprel 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 173963 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı5 Cəfər qızı 14 iyun 2016-cı il tarixdə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 08 oktyabr 2021-ci il tarixli, **********44 və 13 oktyabr 2021-ci il tarixli, **********73 nömrəli məktublarından görünür ki, İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən torpaq sahələri ailə üzvlərindən Cavabdeh1 müraciəti əsasında qeydiyyata alınaraq **********35 reyestr nömrəli 0,3502 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, **********13 reyestr nömrəli 3,2665 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli 2,6334 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, **********91 reyestr nömrəli 1,3 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli 1,5585 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Eyni zamanda, İddiaçı3, ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən çıxarışların payçı Cavabdeh1 müraciəti əsasında verildiyi, payçı olaraq (RX seriyalı, 0792622, 0792623, 0792625, ******* və ******* saylı) dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı müraciət edəcəyi təqdirdə müraciətinə qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 12 avqust 2022-ci il tarixli, **********68 nömrəli məktubunun surətindən görünür ki, Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən 1,3 ha, 2,63343 ha, 1,5585 ha, 0,35016 ha və 3,266525 ha torpaq sahələrinə dair ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı5 Cəfər qızının, İddiaçı2, X1, İddiaçı5, X2, İddiaçı3, X3 və X5 adına ləğv olunmuş DTXK tərəfindən torpağın mülkiyyət hüququna dair 05 mart 1999-cu il tarixli, JN seriyalı, 030 nömrəli, 30500028 kodlu dövlət aktı verilmişdir. Siyəzən rayon Dövlət Notariusu tərəfindən təsdiq edilmiş 14 yanvar 2016-cı il tarixli, 2V-02 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında sözügedən torpaq sahələri 1/40 hissə Cavabdeh1, 1/40 hissə Cavabdeh2, 1/40 hissə Cavabdeh3, 1/40 hissə Cavabdeh4, 1/40 hissə Cavabdeh5, 5/40 hissə İddiaçı5 Cəfər qızının, 5/40 hissə İddiaçı2, 5/40 hissə X1, 5/40 hissə İddiaçı5, 5/40 hissə X2, 5/40 hissə İddiaçı3, 5/40 hissə X3 olmaqla paylı mülkiyyət hüququ üzrə qeydiyyata alınmış və 02 fevral 2016-cı il tarixli, **********, **********, **********, **********, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlar verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 11 avqust 2023-cü il tarixli, 3-21-3-31/2-2709/2023 nömrəli məktubuna əlavə edilmiş bölgü sxemlərdən görünür ki, mübahisə predmeti olan, habelə Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən ümumi sahəsi 3,2665 ha olan torpaq sahəsini naturada bölməklə, mütəxəssisin tərtib etdiyi bölgü sxeminə uyğun olaraq 0,40875 ha hissədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, 2,86125 ha hissədə isə iddiaçılar Həsənova (Zurbalayeva) Qəmər Mircabur qızına, İddiaçı2, İddiaçı3, Ağayeva (Həsənova) Gülər Fərhad qızına, İddiaçı5, Nəcəfova (Həsənova) Qönçə Fərhad qızına, ümumi sahəsi 2,633426 ha olan torpaq sahəsini 0,32875 ha hissədə cavabdehlərə 2,30125 ha hissədə isə iddiaçılara, ümumi sahəsi 1,299998 ha olan torpaq sahəsini 0,1625 ha hissədə cavabdehlərə, 1,1375 ha hissədə isə iddiaçılara, ümumi sahəsi 1,558499 ha olan torpaq sahəsini 0,1950 ha hissədə cavabdehlərə, 1,365 ha hissədə isə iddiaçılara ayırmaq mümkündür. Bundan əlavə, Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 02 fevral 2016-cı il qeydiyyat tarixli, RX seriyalı ******* saylı çıxarışa əsasən ümumi sahəsi 0,350164 ha olan torpaq sahəsini də naturada bölməklə, mütəxəssisin tərtib etdiyi bölgü sxeminə (torpaq sahəsi yeni uçot və xəritədə 2 hissədə göstərildiyindən 2 bölgü sxeminə) uyğun olaraq 0,16345594 ha hissəyə münasibətdə bölgü zamanı 0,02043195 ha hissədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, 0,14302394 ha hissədə iddiaçılar Həsənova (Zurbalayeva) Qəmər Mircabur qızına, İddiaçı2, İddiaçı3, Ağayeva (Həsənova) Gülər Fərhad qızına, İddiaçı5, Nəcəfova (Həsənova) Qönçə Fərhad qızına, 0,058856 ha hissəyə münasibətdə isə bölgü zamanı 0,007356 ha hissədə cavabdehlərə, 0,0515 ha hissədə iddiaçılara ayırmaq mümkündür. Həmçinin, iş materiallarında olan mötəbər maliyyə sənədlərindən görünür ki, iddiaçı Həsənova (Zurbalayeva) Qəmər Mircabur qızı mütəxəssis rəyinin alınması üçün 95 manat və iddia tələbinə görə isə 30 manat ödəməklə, cəmi 125 manat məhkəmə xərci çəkmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. İşin faktiki halları, o cümlədən tədqiq edilmiş mötəbər sübutlarla məhkəmə iclasında müəyyən edildi ki, Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı mübahisəli torpaq sahələri 5/40 hissədə iddiaçıların, o cümlədən mərhum İddiaçı5 Cəfər qızının, 1/40 hissədə isə cavabdehlərin adına paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, torpaq sahəsinin naturada bölünməsi üçün mülkiyyətçilər arasında razılığın olmaması müəyyən edilmişdir. Bundan əlavə, mərhum İddiaçı5 Cəfər qızının mübahisəli torpaq sahələrinin ona düşən hissələrini hələ sağlığında, yəni 05 aprel 2012-ci il tarixdə İddiaçı1 (Zurbalayevaya) vəsiyyət etməsi, habelə bunun hazırda həm iddiaçı, həm də cavabdeh tərəfindən qəbul edilməklə, bu və ya digər formada mübahisələndirilməməsi işin mübahisəsiz halına çevrilmişdir. Mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzimləyir və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq, bu hüququn həyata keçirilməsinə təminat verir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qeyd olunan Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Yenə bu Məcəllənin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi vərəsəlik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Sözügedən Məcəllənin 220.3-220.5-ci maddələrində paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydaları müəyyən edilmişdir. Ümumiyyətlə, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213-cü maddəsinin İ, İİ, İV, V hissələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) birgə mülkiyyətdə olan əmlakdan (əşyadan) payların ayrılması onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) birgə mülkiyyətin mülkiyyətçisi ümumi əmlaka birgə sahiblik və istifadə hüququna malikdir. Birgə mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və birgə mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının əvvəl ideal, sonra isə naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq ümumi mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Beləliklə, göstərilənlərə əsasən belə qənaətə gəlinir ki, Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən mübahisəli torpaq sahələri 5/40 hissədə iddiaçıların, o cümlədən mərhum İddiaçı5 Cəfər qızının, 1/40 hissədə isə cavabdehlərin adına bölünməklə, onların paylı mülkiyyətindədir. İddiaçıların hər biri həmin torpaq sahələrinin pay hüququna malik olan mülkiyyətçilərindəndirlər və digər mülkiyyətçilər (sahib, faktiki idarəçi) kimi onların mübahisəli torpaq sahələrinə dair mülkiyyət hüquqları qanunla qorunur və mühafizə olunur. Bundan əlavə, məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 11 avqust 2023-cü il tarixli məktubuna əlavə edilmiş bölgü sxemlər əsasında mübahisəli torpaq sahələrinin texniki cəhətdən naturada bölünməsinin və tərəflərə ayrı-ayrılıqda bir pay şəklində ayrılmasının mümkün olduğu, habelə tərəflərin bu bölgü sxeminə hər hansı bir formada narazılıqlarının olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin aralarında olan münasibətini nəzərə alaraq, eyni zamanda toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş **********13 qeydiyyat nömrəli çıxarışa əsasən ümumi sahəsi 3,2665 ha olan torpaq sahəsi naturada bölünməklə, ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 2 saylı Sumqayıt Ərazi İdarəsindən 11 avqust 2023-cü il tarixli, 3-21-3-31/2-2709/2023 saylı məktubla məhkəməyə daxil olmuş mütəxəssisin tərtib etdiyi bölgü sxeminə uyğun olaraq 0,40875 ha hissədə cavabdehlərə, 2,86125 ha hissədə isə iddiaçılara, həmin kənddə yerləşən RX seriyalı ******* saylı çıxarışa əsasən ümumi sahəsi 2,633426 ha olan torpaq sahəsi naturada bölünməklə, sözügedən bölgü sxeminə uyğun olaraq 0,32875 ha hissədə cavabdehlərə, 2,30125 ha hissədə isə iddiaçılara, yenə eyni yerdə yerləşən RX seriyalı ******* saylı çıxarışa əsasən ümumi sahəsi 1,299998 ha olan torpaq sahəsi adıçəkilən bölgü sxeminə uyğun olaraq 0,1625 ha hissədə cavabdehlərə, 1,1375 ha hissədə isə iddiaçılara, eyni kənddə yerləşən RX seriyalı ******* saylı çıxarışa əsasən ümumi sahəsi 1,558499 ha olan torpaq sahəsi qeyd edilən bölgü sxeminə uyğun olaraq 0,1950 ha hissədə cavabdehlərə, 1,365 ha hissədə iddiaçılara, ayrılmalıdır. Həmçinin, Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 02 fevral 2016-cı il qeydiyyat tarixli, RX seriyalı ******* saylı çıxarışa əsasən ümumi sahəsi 0,350164 ha olan torpaq sahəsi naturada bölünməklə, mütəxəssisin tərtib etdiyi ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 2 saylı Sumqayıt Ərazi İdarəsindən 11 avqust 2023-cü il tarixli, 3-21-3-31/2-2709/2023 saylı məktubla məhkəməyə daxil olmuş bölgü sxeminə (torpaq sahəsi yeni uçot və xəritədə 2 hissədə göstərildiyindən 2 bölgü sxeminə) uyğun olaraq 0,16345594 ha hissəyə münasibətdə bölgü zamanı 0,02043195 ha hissədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, 0,14302394 ha hissədə iddiaçılar Həsənova (Zurbalayeva) Qəmər Mircabur qızına, İddiaçı2, İddiaçı3, Ağayeva (Həsənova) Gülər Fərhad qızına, İddiaçı5, Nəcəfova (Həsənova) Qönçə Fərhad qızına, 0,058856 ha hissəyə münasibətdə isə bölgü zamanı 0,007356 ha hissədə cavabdehlərə, 0,0515 ha hissədə iddiaçılara ayrılmalıdır. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş cəmi 125 manat məhkəmə xərcinin tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı İddiaçı1 (Zurbalayeva) tərəfindən cavabdehlərdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş **********13 qeydiyyat nömrəli çıxarışa əsasən ümumi sahəsi 3,2665 ha olan torpaq sahəsi naturada bölünməklə, ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 2 saylı Sumqayıt Ərazi İdarəsindən 11 avqust 2023-cü il tarixli, 3-21-3-31/2-2709/2023 saylı məktubla məhkəməyə daxil olmuş mütəxəssisin tərtib etdiyi bölgü sxeminə uyğun olaraq 0,40875 ha hissədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, 2,86125 ha hissədə isə iddiaçılar Həsənova (Zurbalayeva) Qəmər Mircabur qızına, İddiaçı2, İddiaçı3, Ağayeva (Həsənova) Gülər Fərhad qızına, İddiaçı5, Nəcəfova (Həsənova) Qönçə Fərhad qızına ayrılsın. Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 02 fevral 2016-cı il qeydiyyat tarixli, RX seriyalı ******* saylı çıxarışa əsasən ümumi sahəsi 2,633426 ha olan torpaq sahəsi naturada bölünməklə, ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 2 saylı Sumqayıt Ərazi İdarəsindən 11 avqust 2023-cü il tarixli, 3-21-3-31/2-2709/2023 saylı məktubla məhkəməyə daxil olmuş mütəxəssisin tərtib etdiyi bölgü sxeminə uyğun olaraq 0,32875 ha hissədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, 2,30125 ha hissədə isə iddiaçılar Həsənova (Zurbalayeva) Qəmər Mircabur qızına, İddiaçı2, İddiaçı3, Ağayeva (Həsənova) Gülər Fərhad qızına, İddiaçı5, Nəcəfova (Həsənova) Qönçə Fərhad qızına ayrılsın. Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 02 fevral 2016-cı il qeydiyyat tarixli, RX seriyalı ******* saylı çıxarışa əsasən ümumi sahəsi 1,299998 ha olan torpaq sahəsi naturada bölünməklə, ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 2 saylı Sumqayıt Ərazi İdarəsindən 11 avqust 2023-cü il tarixli, 3-21-3-31/2-2709/2023 saylı məktubla məhkəməyə daxil olmuş mütəxəssisin tərtib etdiyi bölgü sxeminə uyğun olaraq 0,1625 ha hissədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, 1,1375 ha hissədə isə iddiaçılar Həsənova (Zurbalayeva) Qəmər Mircabur qızına, İddiaçı2, İddiaçı3, Ağayeva (Həsənova) Gülər Fərhad qızına, İddiaçı5, Nəcəfova (Həsənova) Qönçə Fərhad qızına ayrılsın. Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 02 fevral 2016-cı il qeydiyyat tarixli, RX seriyalı ******* saylı çıxarışa əsasən ümumi sahəsi 1,558499 ha olan torpaq sahəsi naturada bölünməklə, ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 2 saylı Sumqayıt Ərazi İdarəsindən 11 avqust 2023-cü il tarixli, 3-21-3-31/2-2709/2023 saylı məktubla məhkəməyə daxil olmuş mütəxəssisin tərtib etdiyi bölgü sxeminə uyğun olaraq 0,1950 ha hissədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, 1,365 ha hissədə iddiaçılar Həsənova (Zurbalayeva) Qəmər Mircabur qızına, İddiaçı2, İddiaçı3, Ağayeva (Həsənova) Gülər Fərhad qızına, İddiaçı5, Nəcəfova (Həsənova) Qönçə Fərhad qızına ayrılsın. Siyəzən rayonunun Eynibulaq kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 02 fevral 2016-cı il qeydiyyat tarixli, RX seriyalı ******* saylı çıxarışa əsasən ümumi sahəsi 0,350164 ha olan torpaq sahəsi naturada bölünməklə, mütəxəssisin tərtib etdiyi ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 2 saylı Sumqayıt Ərazi İdarəsindən 11 avqust 2023-cü il tarixli, 3-21-3-31/2-2709/2023 saylı məktubla məhkəməyə daxil olmuş bölgü sxeminə (torpaq sahəsi yeni uçot və xəritədə 2 hissədə göstərildiyindən 2 bölgü sxeminə) uyğun olaraq 0,16345594 ha hissəyə münasibətdə bölgü zamanı 0,02043195 ha hissədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, 0,14302394 ha hissədə iddiaçılar Həsənova (Zurbalayeva) Qəmər Mircabur qızına, İddiaçı2, İddiaçı3, Ağayeva (Həsənova) Gülər Fərhad qızına, İddiaçı5, Nəcəfova (Həsənova) Qönçə Fərhad qızına, 0,058856 ha hissəyə münasibətdə isə bölgü zamanı 0,007356 ha hissədə cavabdehlərə, 0,0515 ha hissədə iddiaçılara ayrılsın. İddia qalan hissədə təmin edilməsin. Mütəxəssis rəyinin alınması üçün çəkilmiş 95 manat və iddia tələbi üzrə ödənilmiş 30 manat olmaqla, cəmi 125 (bir yüz iyirmi beş) manat məhkəmə xərci iddiaçı Həsənova (Zurbalayeva) Qəmər Mircabur qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar