Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-783/2024 16.12.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Siyəzən şəhərində yerləşən Heydər Əliyev küçəsindəki 7 nömrəli evin 1-ci mənzilinə olan istifadə hüquqlarına xitam verilməklə, onların həmin mənzildən pasport qeydiyyatından çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Siyəzən şəhərində yerləşən Heydər Əliyev küçəsindəki 7 nömrəli evin 1-ci mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia ərizəsi iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, Siyəzən şəhərində yerləşən Heydər Əliyev küçəsindəki 7 nömrəli evin 1-ci mənzilini X1 1996-cı ildə almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsindən 15 mart 2013-cü il tarixdə həmin mənzilə dair texniki pasportu, 27 mart 2013cü il tarixdən isə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışı almışdır. Lakin, bu yaxınlarda sənədləşmə işləri aparılarkən ona məxsus mənzildə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qeydiyyatda olmaları ona məlum olmuşdur. Cavabdehlərin ona məxsus mənzildən qeydiyyatından çıxmaları üçün Siyəzən rayon Polis Şöbəsinə ərizə ilə müraciət etsə də, müraciəti müsbət həll edilməmiş, habelə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdehlərin qeydiyyatında qalması onun xüsusi mülkü olan mənzilinə hüquqlarının həyata keçirilməsinə maneçilik törətməklə, mülkiyyət hüquqlarını məhdudlaşdırır. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, Siyəzən şəhərində yerləşən Heydər Əliyev küçəsindəki 7 nömrəli evin 1-ci mənzilini Natiq Mövsümovdan 1996-cı ildə 1500 manata almasına baxmayaraq, mənzillə bağlı sənədləşmə işləri 2013-cü ildə həyata keçirilmişdir. Cavabdehlər Natiq Mövsümovun övladları olmaqla, hazırda da ona məxsus mənzildə qeydiyyatdadırlar. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Tamella, Rəvanə və Cavabdeh3larının məlum olan axırıncı yaşayış yerinə məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmiş, həmin bildiriş Siyəzən Rayon İcra Hakimiyyətinin Siyəzən şəhər inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən çatdırılması üçün qəbul edilmiş, lakin bildiriş vərəqəsinin cavabdehlərə təqdim edilməsi vəziyyəti barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 147, 185.5-ci maddələrinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Siyəzən rayon Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş, 03 mart 2013-cü il tarixdə 4Ə-48 reyestr nömrəsi ilə qeydə alınmış eyni tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X3 mülkiyyətindəki Siyəzən şəhərində yerləşən Heydər Əliyev küçəsindəki 7 nömrəli evin 1-ci mənzilini İddiaçı 1500 manata satmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt Ərazi İdarəsi tərəfindən 27 mart 2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhərində yerləşən Heydər Əliyev küçəsindəki 7 nömrəli evin 1-ci mənzili eyni tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına **********28-05101-093019 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Siyəzən RPŞ QvŞV qrupu tərəfindən 28 avqust 2024-cü il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, cavabdehlər iddiaçıya məxsus sözügedən mənzildə qeydiyyatdadırlar. İşdə olan Siyəzən RPŞ-nin 03 oktyabr 2024-cü il tarixli, 3-13-106/2-N-97xx/xx/2024 saylı məktubundan görünür ki, vətəndaşların qeydiyyata düşməsi və çıxarılması könüllülük prinsipi üzrə həyata keçirildiyindən cavabdehlərin həmin ünvandan qeydiyyatdan çıxarılması üçün iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan 04 sentyabr 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu və iş materiallarında olan digər sənədlərlə təsdiq olundu ki, 03 mart 2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 mülkiyyətindəki Siyəzən şəhərində yerləşən Heydər Əliyev küçəsindəki 7 nömrəli evin 1-ci mənzilini İddiaçı 1500 manata satmış, elə həmin müqavilə əsasında bu mənzil 27 mart 2013-cü il tarixdə dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Mənzilin satıldığı vaxtdan mənzilin keçmiş sakinləri köçüb getmiş, lakin keçmiş sakinlərdən olan cavabdehlər mənzildən qeydiyyatdan çıxmamışlar. Məhkəmə hesab edir ki, X2 adına sözügedən mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edildiyi və həmin mənzilə mülkiyyət hüququ İddiaçı keçdiyi üçün cavabdehlərin Siyəzən şəhərində yerləşən Heydər Əliyev küçəsindəki 7 nömrəli evin 1-ci mənzilinə olan istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində, həm də məhkəmə iclasında iddiaçı tərəfdən cavabdehlərdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Siyəzən şəhərində yerləşən Heydər Əliyev küçəsindəki 7 nömrəli evin 1-ci mənzilinə istifadə hüquqlarına xitam verilsin. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(059)-783/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-783/2024
16.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver