Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-88/2025 14.02.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı Əhmədov X7 şəhərinin T.İsmayılov küçəsindəki 25 saylı evin 13-cü mənzilin 02 fevral 2024-cü il tarixdən mülkiyyətçisidir və həmin evdə qeydiyyatda olan cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 istifadə hüquqlarına xitam verilməsini tələb edir. Cavabdehlər isə məhkəmə iclaslarında iştirak etməsələr də, məhkəməyə göndərilmiş yazılı ərizələrində iddia tələbini qəbul etmələrini qeyd etməklə, sözügedən mənzildən istifadə hüquqlarına xitam verilməsinə etiraz etmirlər. İddia tələbi İddiaçı cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 25 saylı evin 13-cü mənzilinə istifadə hüquqlarına xitam verilməklə, həmin mənzildə qeydiyyatdan çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 25 saylı evin 13-cü mənzilinə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun atasına məxsus Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 25 saylı evin 13-cü mənzili vərəsəlik hüququ ilə ona məxsusdur. Uzun illərdir ki, həmin mənzildə yaşayır, həmçinin sözügedən mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 02 fevral 2024-cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 25 saylı evin 13-cü mənzili onun adına qeydiyyata alınmışdır. Lakin, bu ərəfələrdə Siyəzən RPŞ-dən yaşayış yeri üzrə qeydiyyat haqqında arayış alarkən, ona məxsus olan mənzildə cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qeydiyyatda olmaları ona məlum olmuşdur. Halbuki həmin şəxslər uzun müddətdir Rusiya Federasiyasında yaşayırlar. O, ilk öncə Siyəzən rayon Polis Şöbəsinə müraciət etmiş, lakin oradan ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları Cavabdehlər X12, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə
152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
01 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsi:
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.
“Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.
"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin İ hissəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına görə 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 02 fevral 2024-cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 25 saylı evin 51,6 kv.m ümumi sahədən ibarət 13 saylı mənzili həmin tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Siyəzən RPŞ QvŞV qrupu tərəfindən 22 oktyabr 2024-cü il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, cavabdehlər X12, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyət hüququ ilə İddiaçı məxsus Siyəzən şəhəri, T.İsmayılov küçəsi, 25 saylı evin 13 saylı mənzilində qeydiyyatdadırlar. İşdə olan Siyəzən RPŞ-nin 24 oktyabr 2024-cü il tarixli, 3-13-106/2-Ə- 119xx/xx/2024 saylı məktubundan görünür ki, İddiaçı müraciətinə cavab olaraq X12, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Siyəzən şəhəri, T.İsmayılov küçəsi, ev 25, mənzil 5də yaşayan X6 və X3, Siyəzən şəhəri, T.İsmayılov küçəsi, ev 25, mənzil 15-də yaşayan X4 və X10, Siyəzən şəhəri, T.İsmayılov küçəsi, ev 25, mənzil 14-də yaşayan X1, X2 və X11 imzaları ilə təsdiq edilmiş 05 dekabr 2024-cü il tarixli aktdan görünür ki, onlar X12, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 2016-cı ildən Siyəzən şəhəri, T.İsmayılov küçəsi, 25 saylı evin 13 saylı mənzilində yaşamadıqlarını və Rusiya Federasiyasına köçüb orada yaşadıqlarını öz imzaları ilə təsdiq edirlər. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı 865813 saylı nikah haqqında şəhadətnamənin surətindən və cavabdeh X5 məhkəməyə ünvanlandığı ərizədən müəyyən edilir ki, cavabdeh X12 iddiaçının qardaşının qızı olmaqla, 2014-cü ildən Siyəzən şəhəri, T.İsmayılov küçəsi, 25 saylı evin 13 saylı mənzilində yaşamadığını, Rusiya Federasiyasının Saratov vilayətində yaşadığını göstərib, mənzildən istifadə hüquqlarına xitam verilib pasport qeydiyyatından çıxarılmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı 107494 saylı nikah haqqında şəhadətnamənin surətindən və Cavabdeh4 məhkəməyə ünvanlandığı ərizədən müəyyən edilir ki, Cavabdeh4 iddiaçının qardaşının arvadı olmaqla, 1997-ci ildən Siyəzən şəhəri, T.İsmayılov küçəsi, 25 saylı evin 13 saylı mənzilində yaşamadığını, Krımda ailəsi ilə birlikdə yaşadığını göstərib, mənzildən istifadə hüquqlarına xitam verilib pasport qeydiyyatından çıxarılmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh5 məhkəməyə ünvanlandığı ərizədən müəyyən edilir ki, Cavabdeh5 iddiaçının qardaşının oğlu olmaqla, 2016-cı ildən Siyəzən şəhəri, T.İsmayılov küçəsi, 25 saylı evin 13 saylı mənzilində yaşamadığını, Krosnadar vilayətində ailəsi ilə birlikdə yaşadığını göstərib, mənzildən istifadə hüquqlarına xitam verilib pasport qeydiyyatından çıxarılmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş Vİİ-ЖГ seriyalı 322993 saylı nikah haqqında şəhadətnamənin surətindən və Cavabdeh2 məhkəməyə ünvanlandığı ərizədən müəyyən edilir ki, Cavabdeh2 iddiaçının qardaşının arvadı olmaqla, 2016-cı ildən Siyəzən şəhəri, T.İsmayılov küçəsi, 25 saylı evin 13 saylı mənzilində yaşamadığını, Krosnadar vilayətində ailəsi ilə birlikdə yaşadığını göstərib, mənzildən istifadə hüquqlarına xitam verilib pasport qeydiyyatından çıxarılmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş İ-ЖГ seriyalı 347636 saylı doğum haqqında şəhadətnamənin surətindən və Cavabdeh3 məhkəməyə ünvanlandığı ərizədən müəyyən edilir ki, Cavabdeh3 iddiaçının qardaşı olmaqla, 2016-cı ildən Siyəzən şəhəri, T.İsmayılov küçəsi, 25 saylı evin 13 saylı mənzilində yaşamadığını, Krosnadar vilayətində ailəsi ilə birlikdə yaşadığını göstərib, mənzildən istifadə hüquqlarına xitam verilib pasport qeydiyyatından çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdehlərdən Cavabdeh4 2004-cü ildə Cavabdeh3la rəsmi nikaha daxil olaraq mübahisəli mənzilə köçdüyündən onun barəsində 2000-ci ilin sentyabrın 1-dən qüvvədə olan Mülki Məcəllənin 228.2-ci maddəsi tətbiq olunmaqla, özünün razılıq ərizəsinin olduğu nəzərə alınmalı və istifadə hüququna xitam verilməlidir. Hazırkı məqamda, Cavabdeh4 mənzildən istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsi institutunun zəruri olduğu təəssüratı yaransa da, belə bir institutun tətbiqi üçün əsasların yaranması məhkəmə iclaslarında müəyyən edilməmişdir. Çünki, kompensasiya institutunun məqsədi və təyinatı ondan ibarətdir ki, evdən (mənzildən) istifadə hüquqlarına xitam verilən, başqa sözlə evdən (mənzildən) çıxarılan istifadəçi bununla dərhal ağır şəraitə düşməsin, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanına malik olsun. Qanunverici belə kompensasiyanın verilməsini yalnız mənzildən istifadə edildiyi təqdirdə mümkün hesab edir. Hazırda, mübahisəli mənzildə istifadə hüququnu əldə etmiş Cavabdeh4 özünün də etiraf etdiyi kimi uzun müddət oradan istifadə etmədiyi və davamlı surətdə, daimi olaraq başqa yerdə yaşadığı müəyyən edilmişdir. Əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Qeyd olunan bu bənzər, eləcə nəticələri uyğun olan hala, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında hüquqi qiymət vermiş, o cümlədən mövqeyini əsaslandırmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsinin həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkün olduğunu qeyd etmişdir. Digər cavabdehlər Cavabdeh2 1997-ci ildə, Cavabdeh3 1972-ci ildə, Cavabdeh5 1996-cı ildə və Mirzada Xudiyeva 1994-cü ildə mübahisəli mənzilə köçdüklərindən onların barəsində 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsi tətbiq edilməlidir. İşin araşdırılan hallarından müəyyən edilir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Mirzada Xudiyeva iddiaçının ailə üzvləri olmaqla 2016-cı ildən iddiaçıya məxsus Siyəzən şəhəri, T.İsmayılov küçəsi, 25 saylı evin 13 saylı mənzilindən getmiş, özlərinə başqa yaşayış yeri seçmiş və faktiki olaraq mübahisəli mənzilə olan ehtiyacları aradan qalxmışdır. Hazırda qeyd olunan bu fakt cavabdehlərin məhkəməyə ünvanlandıqları ərizələrdə və 05 dekabr 2024-cü il tarixli aktla öz təsdiqini tapmışdır. Göründüyü kimi, cavabdehlər mübahisəli mənzili tərk edərək daimi yaşayış yerinə malik olmuşlar ki, bu da mənzil qanunvericiliyinə (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə) əsasən onların mübahisə predmeti olan mənzilə olan istifadə hüquqlarının itirilməsinə əsas verir. Nəticədə, cavabdehlərin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmaları, iddiaçının hüquqlarını məhdudlaşdırır və sonuncunun mənzilə dair hüquqlarını həyata keçirməsinə mane olur. Həmçinin, cavabdehlər yaşayış sahəsindən istifadəyə görə üzərinə düşən vəzifələrini də yerinə yetirmirlər. Bununla belə, cavabdehlər mübahisəli mənzili 2016-cı ildə tərk edənədək oranın keçmiş sahibləri olan valideynləri ilə birgə yaşamaqla, ümumi təsərrüfat idarə etdiklərindən onların həmin mənzildən iddiaçı ilə birlikdə istifadə hüquqları yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, hazırda cavabdehlərin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmaları, iddiaçının hüquqlarını məhdudlaşdırır və sonuncunun mənzilə dair hüquqlarını həyata keçirməsinə mane olur. Həmçinin, cavabdehlər yaşayış sahəsindən istifadəyə görə üzərinə düşən vəzifələrini də yerinə yetirmirlər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
Məhkəmə xərcləri
Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddia ərizəsində və məhkəmə baxışında cavabdehlərdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 İddiaçı mülkiyyətində olan Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 25 saylı evin 13-cü mənzilinə istifadə hüquqlarına xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi :
İddia təmin edilsin. Cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 İddiaçı mülkiyyətində olan Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 25 saylı evin 13-cü mənzilinə istifadə hüquqlarına xitam verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günel Quluzadə