Məhkəmə qərarları › İş №2(059)-9/2020

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-9/2020

18.05.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-9/2020 18.05.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs x2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan qanunsuz tutulan 7794,97 manat pulun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, 08 fevral 2018-ci il tarixdə Cavabdeh rəisi Bəhlul Rəhimli 02 iyun 2014-cü il tarixli, 2(105)-662/2014 saylı icra vərəqəsinə əsasən pulların qanunsuz tutulmasından sonra işin icraatına xitam verilməsi barədə qərar qəbul etmiş və Şabran Rayon Məhkəməsinə göndərmişdir. 17 fevral 2018-ci il tarixdə Şabran Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək pulların qanunsuz tutulmasını nəzərə alıb, 08 fevral 2018-ci il tarixli qərarın ləğv edilməsi və ondan qanunsuz tutulan 7794,87 manat pulun geri qaytarılmasını tələb etmişdir. Şabran Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli qərardadı ilə rayon icra şöbəsinin icra sənədinin icraatına xitam verilməsinə dair qərarı ləğv edilmişdir. Bundan sonra, Şabran rayon və probasiya şöbəsinin rəisi Bəhlul Rəhimli 15 iyul 2015-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin 02 iyun 2014-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədər x2 məcburi işburaxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiyanın miqdarının göstərilməsi məsələsinə, icra edilməsinə baxılması üçün ərizə ilə müraciət etmiş, ərizə təmin edilməmiş, qərardad çıxarıldığı andan qanuni qüvvəyə mindiyi üçün qərardaddan 10 (on) gün müddətinə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermək hüquqları izah edilmişdir. Ancaq, Bəhlul Rəhimli kassasiya şikayəti verməmiş, əksinə Quba 12 saylı region üzrə Dövlət əmək müfəttişliyinə müraciət edərək, Nizami Ağamalıyevin adına qeyri-qanuni məktub almışdır. Məktubun birinci səhifəsinin İİİ abzasında məcburi işburaxmaya görə əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyanın qanunvericiliyə uyğun hesablanması qaydası Şabran rayon icra şöbəsinə göndərilmiş, bu qayda qanunsuz olduğuna görə ləğv edilmişdir. 06 noyabr 2014-cü il tarixdə isə 12 saylı region üzrə Dövlət əmək müfəttişliyi 004558 nömrəli göstəriş vermiş, göstərişin yerinə yetirilməsi üçün 11 noyabr 2014-cü il tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Quba 12 saylı region üzrə Dövlət əmək müfəttişliyindən verilmiş 114 nömrəli məktubun İ səhifəsinin İV abzasında Anar Xıdırov 12 saylı region üzrə əmək müfəttişliyinin nümayəndəsinin 17 yanvar 2017-ci il tarixdə Şabran rayon icra şöbəsində olduğunu, məktubda qeyd olunan məsələyə dair qanunvericiliyin tələblərinin Şabran rayon icra şöbəsinin rəisinə izah edildiyini göstərmişdir. Belə ki, pulların hesablanması üçün nömrəli göstəriş verilməli, imza və möhürlə təsdiq edilməlidir. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının səhhəti ilə əlaqədar problemləri olduğu üçün onun iştirakı olmadan keçirilməklə iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iclasın İddiaçı iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin şöbə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, Cavabdeh rəisi Bəhlul Rəhimli iddia tələbinə etiraz verərək, onu qəbul etməyib, ərizəsində göstərmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 02 iyun 2014-cü il tarixli icra sənədinə əsasən “xxxxxxxxxxxxxxx” ASC-nin iqtisadçı vəzifəsindən azad edilməsi barədə 07 yanvar 2013-cü il 01 saylı əmrin ləğv edilməli, x5 “xxxxxxxxxxxxxxx” ASC-nin iqtisadçı vəzifəsinə işinə bərpa edilməli, ona məcburi iş buraxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya hesablanaraq ödənilməlidir. İcra sənədi 15 dekabr 2014-cü il tarixdə icraata daxil olmuş, həmin tarixdə icraata başlanılmış və icra sənədinin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Bundan sonra, görülmüş icra tədbirləri nəticəsində x5 03 fevral 2015-ci il tarixdə “xxxxxxxxxxxxxxx” ASC-də iqtisadçı vəzifəsinə işə bərpa edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu “xxxxxxxxxxxxxxx” ASC-nin əmlak vəziyyətinin yoxlanılması üçün sorğular verilmiş, nəticədə “xxxxxxxxxxxxxxx” ASC-nin adına ZİL-43141 markalı **-AC-*** nişanlı nəqliyyat vasitəsinin olduğu müəyyən edilmiş, həmçinin həmin nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə 19 mart 2015-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdimatla müraciət olunmuşdur. Şabran Rayon Məhkəməsinin 31mart 2015-ci il tarixli qərardadına əsasən adı çəkilən avtomobilin üzərinə həbs qoyulmuş və 09 aprel 2015-ci il tarixdə icra edilməsi üçün Azərbaycan Respublikası DİN BDYPİ Xaçmaz RQİ və TBŞ-yə və Şabran rayon Polis Şöbəsinə göndərilmişdir. Qeyd olunan nəqliyyat vasitəsi, üzərinə həbs qoyulmamışdan əvvəl “xxxxxxxxxxxxxxx” ASC tərəfindən alqı-satqı müqaviləsinə əsasən x1 üçün avtomaşın üzərindən həbs götürülmüşdür. x2 məcburi iş buraxmaya əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiyanın hansı qaydada hesablanması ilə bağlı zərurət yarandığı üçün “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin 02 iyun 2014-cü il tarixli icra vərəqəsinə izah verilməsi barədə müraciət edilsə də, Sumqayıt Apelyasiya Məhkəməsinin 10 avqust 2015-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Bundan əlavə, “xxxxxxxxxxxxxxx” ASC-nin Şabran rayon ərazisində yerləşən əmlaklarına həbs qoyulması ilə əlaqədar Şabran Rayon Məhkəməsinə təqdimatla müraciət olunmuş, bu məhkəmənin 07 iyul 2015-ci il tarixli qərardadına əsasən təqdimat təmin edilməklə, borclu “xxxxxxxxxxxxxxx” ASC-yə məxsus əmlakların, o cümlədən 2 dəhlizdən, 8 otaqdan ibarət 1 inzibati binanın, 4 ədəd maşının, dəmir sexinin, 1 ədəd dəmir materialdan olan 4 tonluq su çəninin, 2 ədəd böyük ölçülü kuklun və 3 ədəd “GREE” markalı kondisionerlərin üzərinə həbs qoyulmuşdur. Bu qərardaddan İddiaçı tərəfindən verilmiş şikayət Şabran Rayon Məhkəməsi tərəfindən təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi isə həmin qərardadı ləğv edərək işi icra məmurunun təqdimatına yenidən baxılması üçün yenidən Şabran Rayon Məhkəməsinə qaytarmışdır. Şabran Rayon Məhkəməsi həmin təqdimata yenidən baxaraq, təkrarən əmlakların üzərinə həbs qoymuşdur. İddiaçı sözügedən qərardaddan verdiyi şikayət yenidən təmin edilməmiş, bundan sonra, borclu “xxxxxxxxxxxxxxx” ASC tərəfindən həmin qərardaddan Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilmişdir. Bundan sonra, Sumqayıt Apelyasiya Məhkəməsi yenidən Şabran Rayon Məhkəməsinin qərardadını ləğv edərək yenidən baxılması üçün məhkəməyə qaytarılması barədə 07 mart 2016-cı il tarixdə qərardad qəbul etmişdir. x7 Apellyasiya Məhkəməsinin 07 mart 2016-cı il tarixli qərarından narazı olduğu üçün kassasiya şikayət vermiş, lakin şikayəti təmin edilməmişdir. İşə baxılması üçün sənədlər yenidən Şabran Rayon Məhkəməsinə qaytarılmışdır. Şabran Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli qərardadına əsasən borclu “xxxxxxxxxxxxxxx” ASC-yə məxsus əmlakların, o cümlədən 2 dəhlizdən, 8 otaqdan ibarət 1 inzibati binanın, 4 ədəd maşının, dəmir sexinin, 1 ədəd dəmir materialdan olan 4 tonluq su çəninin, 2 ədəd böyük ölçülü kuklun və 3 ədəd “GREE” markalı kondisionerlərin üzərinə həbs qoyulmuşdur. 15 mart 2017-ci il tarixdə üzərinə həbs qoyulmuş qeyd edilən əmlakların qiymətləndirilməsi üçün “Sərraf MMC”-yə müraciət olunmuşdur. Daha sonra, İddiaçı Şabran Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli qərardadından şikayətlər versə də, bu şikayətlər təmin edilməmiş və qərardad dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Əlavə olaraq icra tədbirləri nəticəsində borclu “xxxxxxxxxxxxxxx” ASC-nin balasında olan Şabran rayon ərazisində yerləşən torpaq sahəsindən və daşınmaz əmlaklarından “xxxxx” MMC-nin istifadə etdiyi müəyyən olunmuşdur. Belə olan təqdirdə, 20 dekabr 2016-cı il tarixdə tələbin “xxxxx” MMC tərəfindən “xxxxxxxxxxxxxxx” ASC-yə ödənilən aylıq icarə haqqına yönəldilməsinə dair məsələyə baxılması üçün Şabran Rayon Məhkəməsinə təqdimatla müraciət olunmuş, təqdimat 30 mart 2017-ci il tarixli qərardadla təmin edilmişdir. Bu qərardaddan da iddiaçı tərəfindən verilmiş şikayətlər təmin olunmamışdır. 12 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin məcburi işburaxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiyanın hesablanması qaydasına dair məktubuna əsasən, x4 məcbur işburaxmaya görə əmək haqqı, 07 yanvar 2013-cü il tarixdən 03 fevral 2015-ci il tarixədək aylıq əmək haqqı 350 manat olmaqla, 25 ay ərzində, cəmi 8750 manat təşkil edir. 2002-ci il tarixdən 2007-ci il tarixədək 5 il müddətində istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya cəmi 1726,97 manat təşkil edir. Vergi tutulmaları nəzərə alınaraq tələbkar x4 icra sənədi üzrə cəmi 9172 manat pul ödənilməlidir. İcra sənədi üzrə tələbkarın xeyrinə “xxxxxxxxxxxxxxx” ASC-nin xxxxxxxxxxxxı ASC-nin Şabran filialında olan hesabına qoyulmuş inkasso sərəncamı ilə əlaqədar cəmi 9172 manat ödətdirilmişdir. İcra sənədi üzr borc tam olaraq ödənildiyi üçün Şabran rayon icra və probasoiya şöbəsinin 08 fevral 2018-ci il tarixli qərarı ilə icraata xitam verilsə də, sonradan həmin qərar ləğv edilməklə, icraat təzələnmişdir. Aparılmış icra tədbirləri nəticəsində müəyən edilmişdir ki, İddiaçı Nuru oğlu hazırda “xxxxxxxxxxxxxxx” ASC-nin sədri vəzifəsində işləmir və hazırkı sədr x3r. Bundan əlavə, iddia tələbi üzrə yaranmış borc, yəni onlardan tələb olunan 7794,97 manat məbləğində pul İddiaçı şəxsi hesabından və ya mülkiyyətində olan əmlakların hesabında əldə olunmuş məbləğdən tutulmamış, tələb edilən məbləğ məhkəmənin qərarına əsasən “xxxxxxxxxxxxxxx” ASC və “xxxxx” MMC arasında bağlanmış müqavilə əsasında köçürülmüş icarə haqqından, o cümlədən “xxxxxxxxxxxx” ASC-də olan hesabdan tutularaq Nizami Ağamalıyevin xeyrinə köçürülmüşdür. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs x5 izahatında göstərdi ki, Cavabdeh İddiaçı şəxsi malına, pensiyasına və s. həbs qoyub pul tutmamışdır. Belə ki, Cavabdeh qanunla bank vasitəsi ilə inkassa sərəncamına əsasən tutulmaları “xxxxxxxxxxxxxxx” ASC-nin hesabından həyata keçirmişdir. İcra və probasiya şöbəsi 08 fevral 2018-ci il tarixində icraata xitam verilməsi barədə məhkəməyə müraciət etmiş, qəbul edilmiş qərardaddan həm o, həm də iddiaçı şikayət etmişdir. Şabran Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli qərardadı ilə bu məhkəmə tərəfindən verilmiş 11 iyul 2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Cavabdeh 08 fevral 2018-ci il tarixli qərarı ləğv edilmişdir. Bundan sonra, Cavabdeh təqdimatla məhkəməyə müraciət edərək icraatın təzələnməsi barədə qərar çıxarılmasının xahiş etmiş, məhkəmənin 19 oktyabr 2018-ci il tarixli qərardadına əsasən təqdimat təmin olunmuşdur. Heç bir tərəf şikayət etmədiyi üçün qərardad qanuni qüvvəyə minərək icraata götürülmüşdür. Bu işlə əlaqədar Şabran Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli qərardadı ilə məhkəmə ekspertizası təyin olunmuş, ekspertiza işin tam, ətraflı, düzgün təyin edilməsinə görə əlavə sənədlər istəmişdir. “xxxxxxxxxxxxxxx” ASC-nin keçmiş sədri İddiaçı qəsdən, bilərəkdən işin icraatına mane olaraq istənilən əlavə sənədləri ekspertizaya təqdim etməmişdir. Cavabdeh təkrar bu işlə əlaqədar 12 saylı Region üzrə Əmək Müfəttişliyinə müraciət etmiş, 22 fevral 2017-ci il tarixli, 112 saylı məktubda müfəttişliyin rəsmi nümayəndəsinin Cavabdehndə olduğu və məsələ ilə əlaqədar qanunvericiliyin tələblərini şöbənin rəisi Bəhlul Rəhimliyə izah etdiyi göstərilmişdir. Yenidən aparılan hesablamalar nəticəsində isə “xxxxxxxxxxxxxxx” ASC-nin ona 4521 manat qalıq borcunun olduğu müəyyən edilmişdir. Bununla əlaqədar 16 yanvar 2019-cu il tarixində “xxxxxxxxxxxxxxx” ASC-yə məxsus qiyməti 400 manat olan 1 ədəd 4 tonluq su çəni, 2 ədəd böyük ölçülü kukl və dəyəri 1000 manat olan daşınar əmlak Cavabdeh tərtib etdiyi aktla, 6 nəfərin imzası ilə ona təhvil verilmişdir. Bu günə “xxxxxxxxxxxxxxx” ASC-nin ona 3121 manat borcu qalmışdır. x10 verdiyi 29323 nömrəli rəyi düzgün deyil, qanunsuzdur. O, 10 may 1987-ci ol tarixindən 01 iyul 2013-cü il tarixinə kimi “xxxxxxxxxxxxxxx” ASC-də fasiləsiz olaraq baş iqtisadçı işləmişdir, həmçinin, cəmiyyətdə əmlak payı vardır. 01 iyul 2013-cü il tarixdə onu qanunsuz işdən azad etmişlər. 03 fevral 2015-ci il tarixdə məhkəmə qərarı ilə işinə bərpa olunmuşdur. Bu isə 07 yanvar 2013-cü il tarixindən 03 fevral 2015-ci il tarixinə kimi 25 ay edir. Məhkəmə qətnaməsində məcburi iş buraxmaya görə ona əmək haqqının hesablanaraq ödənilməsi nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 300, 300.1, qeyd hissəsində, Vergilər Məcəlləsinin 102, 102.1, 102.1.10-cu maddələrində qeyd olunanlara əsasən onun 25 aylıq əmək haqqı qeyd olunan qaydada hesablanmalıdır: 25 ay x 350 manat aylıq əmək haqqı = 8750 manat. 8750x3% sosial ayırma= 262,50 manat. Beləliklə, ona 8750-262,50=8487,50 manat məbləğində pul çatasıdır. O, 1987-ci il tarixdən 2012-ci ilə kimi işlədiyi müddətdə 10 il əmək məzuniyyətlərindən istifadə etməmiş, bundan başqa 2012, 2013, 2014, 2015-ci il illərində əmək məzuniyyətləri qalmışdır. Bununla da, o, 1987ci ildən 2015-ci ilə 14 il əmək məzuniyyətlərindən istifadə etməmiş, həmin pulu da bu günə kimi almamışdır. Ekspert onun üçün cəmi 5 ilin əmək məzuniyyətlərinin pulunu hesablamışdır. Bu da Əmək Məcəlləsinin maddələrində yazılanlara ziddir. Belə ki, “xxxxxxxxxxxxxxx” ASC-nin keçmiş sədri İddiaçı rəsmi imzası ilə “xxxxxxxxxxxxxxx” ASCnin möhürü ilə təsdiqlənmiş cədvəldə onun 10 il əmək məzuniyyətindən istifadə etməməsi göstərilmişdir. Əmək Məcəlləsinin 114-cü maddəsinin 3 hissəsi, 136-cı maddəsi, 116-cı maddələrinə əsasən ona 36 təqvim günü əmək məzuniyyəti verilməlidir. Onun işlədiyi dövrdə istifadə etmədiyi 14 illik əmək məzuniyyətlərinin pulu qeyd etdiyi kimi hesablanmalıdır: Ay: ə/h 350 manat :30,4 əmsal = 1 gün pul 11, 51 x təqvim gün 36= 414,36- min.ə/h 200= 214,36x vergi 14%= 30,00 manat. 414,36 x 3% sosial ödəmələr=12,44. 30 manat + 12,44 =42,44 manat tutulma. 414,36-42,44=371,92 manat. 1 illik əmək məzuniyyətinin pulu. 371,92 x 14 illik məzuniyyətə = 520,88 manat : 25 ay ə/h 8487,50 + 14 illik əmək məzuniyyəti 5206,88 = cəmi 13694,38 manat. Bununla da, ekspert Elgün Səfərov nəticə verəndə düzgün verməmiş, Azərbaycan Respublikası Əmək və Vergi Məcəllərinin müvafiq tələblərini nəzərə almamışdır. Nəticə etibarilə iddia tələbi əsassız, qanunsuz, qərəzlidir. Çünki, “xxxxxxxxxxxxxxx” ASC-nin bu günə ona 4521 manat qalıq borcu vardır. Məhkəmə cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nizami Ağamalıyevin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 02 iyun 2014-cü il tarixli, 2(105)- 662/2014 saylı icra vərəqəsinin surətindən görünür ki, Şabran Rayon Məhkəməsinin 13 yanvar 2014-cü il tarixli, 2(060)-15/2014 saylı qətnaməsi qismən ləğv edilməklə, iddia qismən təmin edilmiş, o cümlədən “xxxxxxxxxxxxxxx” ASC üzrə x2 “xxxxxxxxxxxxxxx” ASC-nin iqtisadçısı vəzifəsindən azad edilməsi barədə 07 yanvar 2013-cü il tarixli, 01 saylı əmrinin ləğv edilməsi, Nizami Ağamalıyevin “xxxxxxxxxxxxxxx” ASC-yə iqtisadçı vəzifəsinə işinə bərpa edilməsi, ona məcburi iş buraxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiyanın hesablanaraq ödənilməsi, habelə qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmaqla, “xxxxxxxxxxxxxxx” ASC-dən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq Nizami Ağamalıyevə ödənilməsi qət edilmişdir. İşdə olan qanuni qüvvəsini almış Şabran Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 8(031)-82/2017 saylı qərardadın surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 02 iyun 2014-cü il tarixli, 2(105)-662/2014 saylı qətnaməsinin icrasını təmin etmək məqsədilə borclu “xxxxxxxxxxxxxxx” ASC-yə məxsus əmlakların, o cümlədən 2 dəhlizdən, 8 otaqdan ibarət 1 inzibati binanın, 4 ədəd maşının, dəmir sexinin, 1 ədəd dəmir materialdan olan 4 tonluq su çəninin, 2 ədəd böyük ölçülü kuklun və 3 ədəd “GREE” markalı kondisionerlərin üzərinə həbs qoyulmuşdur. İşdə olan qanuni qüvvəsini almış Şabran Rayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli, 8(031)-2/2017 saylı qərardadın surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 02 iyun 2014-cü il tarixli, 2(105)-662/2014 saylı qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə “xxxxxxxxxxxxxxx” ASC-nin x4 ödənilməmiş qalan 7809,97 manat borcun ödənilməsinin təmin edilməsi məqsədilə tələb “xxxxx” MMC tərəfindən “xxxxxxxxxxxxxxx” ASC-yə ödənilən aylıq icarə haqqına yönəldilməlidir. İşdə olan inkassa sərəncamlarından, eləcə də Cavabdeh 24 fevral 2020-ci il tarixli, 1084/14 nömrəli məktubundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 02 iyun 2014-cü il tarixli, 2(105)-662/2014 saylı icra sənədi 15 dekabr 2014-cü il tarixdə Cavabdeh icraatına daxil olmuş, məcburi icra tədbirləri nəticəsində borclu “xxxxxxxxxxxxxxx” ASCdən inkassa sərəncamı əsasında tələbkar Nizami Ağamalıyevin xeyrinə 9172 manat nəğd pul ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin iş materiallarına əlavə olunmuş 30 yanvar 2020-ci il tarixli, 29323 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən x4 məcburi iş buraxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya məbləği 8695,89 ((7262,5 (əmək haqqı) + 1439,39 (məzuniyyətlə bağlı kompensasiya)) manat müəyyən olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 145 (bir yüz qırx beş) manat təşkil edir. İşdə olan 05 fevral 2019-cu il tarixli qəbzdən görünür ki, iddiaçı tərəf məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə həm iddiaçının, həm də cavabdehin üzərinə düşür. Çünki, iddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 02 iyun 2014-cü il tarixli, 2(105)-662/2014 saylı icra vərəqəsi üzrə Cavabdeh tərəfindən ondan 7794,97 manat pulun artıq tutulduğunu iddia etməklə, müvafiq tələbi irəli sürmüş, Cavabdeh isə qeyd olunan icra sənədi üzrə tutulmaları, yəni cəmi 9172 manat pulu borclu “xxxxxxxxxxxxxxx” ASC-dən tutulduğunu göstərmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin mahiyyəti üzrə həlli baxımından mübahisənin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və iş üzrə müvafiq rəy alınmışdır. İlk növbədə məhkəmə ekspert rəyinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bu Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin iş materiallarına əlavə olunmuş 30 yanvar 2020-ci il tarixli, 29323 saylı rəyinə münasibətdə məhkəmə qeyd edir ki, ekspert mühasibat uçot qeydlərinin, təsərrüfat subyektlərinin maliyyə vəziyyətinin və maliyyə-iqtisad göstəricilərinin tədqiqatı metodundan istifadə etməklə, məhkəmənin 28 oktyabr 2019-cu il tarixli qərardadı ilə onun qarşısında qoyulmuş sualları cavablandırmış, bu zaman mülki iş materiallarına, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normalarına istinad etməklə, x4 məcburi iş buraxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya məbləğinin 8695,89 ((7262,5 (əmək haqqı) + 1439,39 (məzuniyyətlə bağlı kompensasiya)) manat olduğunu müəyyən etmişdir. Göründüyü kimi İddiaçı Cavabdeh tərəfindən artıq tutulmalarla bağlı qeyd etdiyi məqamlar qismən öz təsdiqini tapmışdır. Belə ki, Cavabdeh məcburi iş buraxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya məbləğini nisbətən artıq, yəni 9172 manat həcmində hesablayaraq, Nizami Ağamalıyevin xeyrinə tutmuşdur. Belə olan təqdirdə isə verilmiş ekspert rəyi mötəbər hesab edilməli və mötəbər sübut kimi nəzərə alınmalıdır. Bununla da qeyd edilməlidir ki, İddiaçı cavabdeh tərəfindən qanunla qorunan hüquq və maraqlarının pozulmasından söhbət gedə bilməz. Çünki, Sumqayıt Apellyasiya Məhkəməsinin 02 iyun 2014-cü il tarixli, 2(105)-662/2014 saylı icra vərəqəsi üzrə Cavabdeh tərəfindən Nizami Ağamalıyevin xeyrinə aparılmış tutulmalar borclu “xxxxxxxxxxxxxxx” ASC-nin inkassa hesabı əsasında icra edilmiş, habelə bu hal iş materiallarına əlavə edilmiş mötəbər sübutlar və sənədlər (qanuni qüvvəsini almış məhkəmə aktları), eləcə də icra və probasiya şöbəsinin etirafı əsasında öz təsdiqini tapmışdır. Yəni, Nizami Ağamalıyevin tələbinin İddiaçı şəxsi vəsaiti, o cümlədən daşınar və ya daşınmaz əmlakı, habelə həmin əmlaklarda olan payı, eləcə də gəlirləri və ya qazancı hesabına ödənilməsi məhkəmə iclası zamanı öz təsdiqini tapmamış, eyni zamanda iddiaçı bu halın əksini təsdiq edən hər hansı bir mötəbər sübutu və ya sənədi məhkəməyə təqdim etməmişdir. Belə ki, icra icraatı zamanı borclu kimi iddiaçı deyil, məhz “xxxxxxxxxxxxxxx” ASC çıxış etmiş, habelə məcburi icra tədbirləri ASC barəsində tətbiq edilmişdir. Belə olan təqdirdə isə iddiaçının cavabdehə qarşı hazırkı iddia ilə bağlı subyektiv hüquqa malik olması, o cümlədən ödəmədiyi məbləği qarşı tərəfdən tələb etməsi istisna edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, mövcud vəziyyətdə iddiaçının qanunla qorunan hüquqlarının, eləcə də maraqlarının pozulması halı istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Eyni zamanda, məhkəmə qeyd edir ki, “xxxxxxxxxxxxxxx” ASC-nin Cavabdeh tərəfindən Nizami Ağamalıyevin xeyrinə aparılmış artıq tutulmaların qaytarılmasını cavabdehdən tələb etmək hüququ istisna edilmir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı "pul" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməli, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu isə onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdehnə qarşı "pul" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar