Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-100/2022 09.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı vəkili Vəkil və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı «sərəncamın ləğvi və qəyyum təyin edilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər İcra Hakimiyyəti 13 oktyabr 2020-ci il tarixli 234 nömərli sərəncamı ləğv edilməli, İddiaçı fəaliyyət qabiliyyətsiz elan olunmuş həyat yoldaşı xx.xx.1981-il təvəllüdlü Bəşirov İlkin Cavanşir oğlu üzərində qəyyum təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2015ci il tarixində Bəşirov İlkin Cavanşir oğlu ilə rəsmi nikaha girib ailə həyatı qurmuşdur. Nikahdan onların 2 övladı- xx.xx.2016-cı il təvəllüdlü Bəşirov Cavanşir İlkin oğlu və xx.xx.2020-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. İddiaçı ailə həyatı qurduqda onun həyat yoldaşı Bəşirov İlkin Cavanşir oğlu 2-ci qrup əlil olmuşdur. Lakin İlkin valideynləri bunu ondan gizlətmiş, daha dəqiq desələr, onu aldadaraq İlkinin uşaq vaxtı karate idmanı ilə məşğul olarkən zədə almasını və buna görə də bir qədər aqressiv olmasını bildirmişlər. Qısa zamanda toy baş tutduğuna görə o, Bəşirov İlkin Cavanşir oğlunun həqiqi xəstəliyi barədə məlumatsız olmuşdur. Ailə həyatı qurduqdan sonra Bəşirov İlkinə xx.xx.2019-cu ildə 1-ci qrup əlillik təyin edilmişdir. Bundan sonra o, məhkəməyə müraciət edərək, həyat yoldaşının fəaliyyət qabiliyyətsiz olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)- 4000/2019 saylı qətnaməsi ilə Bəşirov İlkin Cavanşir oğlu fəaliyyət qabiliyyətsiz hesab edilmişdir. Həmin qətnamədən İlkinin valdeynləri müstəqil olaraq, həm də Bəşirov İlkin Cavanşir oğlunun adından apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-4010/2019 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)- 4000/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda həmin qətnamə hüquqi qüvvəsini almışdır. O, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qəyyum təyin edilməsi ilə bağlı müraciət etsə də, həmin komissiyadan mənfi cavab almış və bundan sonra Sumqayıt İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək özünün Bəşirov İlkin Cavanşir oğlu üzərində qəyyum təyin edilməsi vəzifəsinin Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Ceyhun Məmmədov) xx.xx.2020-ci il tarixli 2-1(118)- 212/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Tərəflər arasında qəyyumluqla bağlı mübahisə olmasına və Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının məlumatı olmasına baxmayaraq tarixində Bəşirov İlkin Cavanşir oğlunun qəyyumu kimi anası Cavabdeh2 tanımışdır. İcra Hakimiyyətinin müvafiq sərəncamının ləğv olunması ilə bağlı Sumqayıt İnzibati məhkəməsinə müraciət olunsa da, məhkəmə İddiaçı cavabeh qismində inzibati orqan olan Sumqayıt şəhər İcra Hakimiyyətini göstərsə də, iddiaçının irəli sürdüyü tələb xüsusi hüquqa - mülki hüquq münasibətlərinə aid olması əsası ilə iddia ərizəsi mümkün sayılmamışdır. Qərardadan apellyasiya şikayəti verilsə də, apellyasiya instansiyası da həmin qərardadı qüvvədə saxlamışdır. Bildirir ki, İlkinin valdeynləri hal-hazırda öz valideynlik hüquqlarından və onun həyat yoldaşı Bəşirov İlkin Cavanşir oğlunun fəaliyyət qabiliyyətsiz olmasından istifadə edərək onu öz yanlarında məcburi olaraq saxlayır, Bəşirov İlkin Cavanşir oğlunu o, və öz uşaqları ilə normal, maneəsiz və sərbəst ünsiyyətdə olmasına imkan vermirlər. Artıq uzun müddətdir- İlkin Cavanşir oğlu öz övladları ilə ünsiyyət qura bilmir. İlkin yeni doğulmuş uşağını bugünədək hələ görməyib. Bütün bunlara məhz İlkinin valideynləri, hansıkı İcra Hakmiyyəti qəyyumluğu ona verib, suni maneə törədirlər. Digər tərəfdən də həmin vaxtdan bugünədək uşaqları o, saxlayır, nə İlkin, nə də İlkinin valideynləri nənə-baba kimi öz nəvələrinə baxmırlar. Onun həyat yoldaşının pensiya kartı da onlardadır, buna görə də faktiki olaraq İlkinin valdeynləri öz qərəzli, məqsədyönlü və kibirli hərkətləri ilə 2 azyaşlı uşağın maddi təminat hüququnu pozurlar. Nəzərə çatdırır ki, Bəşirov İlkin Cavanşir oğlundan uşaqların saxlanılması üçün aliment tutulması barədə iddia tələbi Sumqayıt Məhkəməsinin (hakim Günel Tarverdiyeva) qərardadı ilə dayandırılmışdır, nənə və babadan aliment tutulması ilə bağlı qətnamədən isə İlkinin valideynləri apellyasiya şikayəti verərək süni şəkildə aliment ödənilməsini uzadırlar. Bütün bunlar cavabdehlərin şəxsi keyfiyyətlərini və Bəşirov İlkin Cavanşir oğlunun fəaliyyət qabiliyyətsiz olmasından sui-istifadəni göstərir. Ona görə də hesab edir ki, Bəşirov İlkin Cavanşir oğlunun üzərində qəyyum məhz onun həyat yoldaşı İddiaçı təyin edilməlidir. İlkinin valideynləri tərəfindən Bəşirov İlkin Cavanşir oğlunun fəaliyyət qabiliyyətsiz olmalarından digər sui-istifadə halı isə ondan ibarətdir ki, onlar İlkinin adından boşanma üçün ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etsələrdə hakim X9 Məcəlləsinin 15-ci maddəsinə əsasən həmin mülki iş üzrə icraata xitam vermişdir. Bununla kifayətlənməyən cavabdehlər ikinci dəfə qəyyumluqda bağlı sərəncam aldıqdan sonra məhkəməyə müraciət edərək onu boşamağa cəhd etmişlər, lakin bu dəfə də ərizə geri qaytarılmışdır. Məhkəmə yolu ilə onu boşamağın mümkün olmadığını görə cavabdeh növbəti dəfə müvafiq icra hakimiyyəti orqanına müraciət edərək nikahın pozulması barədə akt qəbul etdirməyə nail olub. Nəzərə çatdırır ki, Bəşirov İlkin Cavanşir oğlu ilə İddiaçı arasında olan nikah Sumqayıt "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsində 05 noyabr 2015-ci il tarixdə 2406 nömrə ilə qeyd alınmış nikahın pozulması barədə xx.xx.2021 -ci il tarixli 75 saylı aktın ləğv edilməsi barədə də məhkəməyə müraciət olunmuşdur. Cavabdeh- İlkin anası Cavabdeh2 məqsədi onunla İlkini boşanmasına nail olmaqdır. Onun həyat yoldaşı ailəsinə, övladına (ikinci övladını hələ də görməyib) həddindən artıq bağlı bir insandır. İlkinin valideynləri onu aldadaraq, yenidən ruhi-səb dispanserində yatırmaqla onu qorxudaraq ona istənilən sənədə qol çəkdirir, onun fəaliyyət qabiliyyəsiz olmasından sui istifadə edib ailəsini dağıtmaq niyyətindədirlər. Bütün bunlar göstərir ki, İlkinin valdeiynlərinin məqsədi onunn ailəsini dağıtmaq, onu Bəşirov İlkin Cavanşir oğlu ilə rəsmi nikahını ləğv etdirməkdən ibarətdir. O, öz ailəsinə sadiqdir və övladlarını ataları ilə birlikdə böyütmək, Bəşirov İlkin Cavanşir oğlunu isə müalicə etdirmək istəyir. Lakin cavabdeh Bəşirov İlkin Cavanşir oğlunu gizlədərək və məcburi "ev dustaqlığında" saxlayaraq buna meneə yaradırlar, bugünədək onun müalicəsinə çalışmayıblar, əksinə onu hər dəfə həkimlə, yenidən ruhi-əsəb xəstəxanasına yatırtmaqla qorxudurlar. Baxmayaraq ki, Bəşirov İlkin Cavanşir oğlu fəaliyyət qabiliyyətsizdir, o, sevərək öz övladlarının atasına qayğı göstərməyə, ona baxmağa hazırdır və övladlarının atasız böyüməməsi üçün mübarizə aparır, necə ki, o, evdən çıxarılanadək həyat yoldaşının qayğısına qalıb, onun sosiallaşmasına cəhd edib və qismən də nail olmuşdur. İlkinin valİdeynləri isə bunun tam əksini göstərən hərəkətlər nümayiş etdirirlər. Qeyd edir ki, Bəşirov İlkin Cavanşir oğlu da həyat yoldaşına, övladlarına bağımlı biridir. Göstərilənləri nəzərə alaraq, Sumqayıt Şəhər İcra Hakimiyyəti 13 oktyabr 2020-ci il tarixli 234 nömərli sərəncamı ləğv edilməli, İddiaçı fəaliyyət qabiliyyətsiz elan olunmuş həyat yoldaşı xx.xx.1981-il təvəllüdlü Bəşirov İlkin Cavanşir oğlu üzərində qəyyum təyin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı onlardan xəbərsiz öz şəxsi maraqları naminə məhkəməyə müraciət edərək onun oğlunu fəaliyyət qabiliyyətsiz olmayan şəxs kimi qeydiyyata aldıraraq oğluna qəyyum təyin edilərək oğlu qəyyum üçün kəsilən pulu öz maraqları üçün istifadə etmişdir. O, bundan məlumatlı olanda bu barədə müvafiq qurumlara müraciət etmiş və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının müvafiq səəncamı ilə o, oğluna qəyyum təyin edilmişdir. Hazırda oğlu onun himayəsindədir, daimi qulluğa ehtiyacı vardır. Oğlu ilə İddiaçı arasında münasibətlər kəskin şəkildə pisləşdiyindən onların nikahları məhkəmə qətnaməsi ilə pozulmuşdur. Bu səbəbdən sonuncu qəyyum təyin edilə bilməz. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh2 izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. İş materiallarında olan olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilərək, xx.xx.1981-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Bəşirov İlkin Cavanşir oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-4010/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 234 nömrəli qəyyum təyin etmə barədə sərəncamından görünür ki, vətəndaş Cavabdeh2 məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş övladı, xx.xx.1981-ci il təvəllüdlü Bəşirov İlkin Cavanşir oğlunun onun qəyyumluğuna verilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, ərizəçinin övladıxx.xx.1981-ci il təvəllüdlü Bəşirov İlkin Cavanşir oğlu Cavabdeh2 ilə X2 birgə rəsmi münasibətlərindən doğulmuşdur. Bəşirov İlkin Cavanşir oğlu İddiaçı ilə xx.xx.2015-ci ildə rəsmi nikah münasibətlərinə daxil olmuşdur. Ərizəçinin övladı, xx.xx.1981-ci il təvəllüdlü Bəşirov İlkin Cavanşir oğlu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4000/2019 saylı, 21 iyun 2019-cu il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Aparılmış araşdırma zamanı Bəşirov İlkin Cavanşir oğlunun bir ildən artıq müddətdir ki, həyat yoldaşı İddiaçı faktiki olaraq ayrıldığı, İ.Bəşirovun valideynləri Cavabdeh2 və X2 yanında yaşadığı məlum olmuşdur. Qəyyumluq və Himayəçilik komissiyası, Bəşirov İlkin Cavanşir oğlunun anası Cavabdeh2 qəyyumluğuna verilməsinin onun qanuni maraq və mənafeyinə uyğun olması barədə rəy verilmişdir. Cavabdeh2 övladı-xx.xx.1981-ci il təvəllüdlü Bəşirov İlkin Cavanşir oğlunun üzərində qəyyum təyin edilmişdir. İş materiallarında olan AZ-İ №373679 saylı, xx.xx.2021-ci il tarixli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Bəşirov İlkin Cavanşir oğlu ilə İddiaçı arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-948/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2(060)-6129/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt “Asan Xidmət” X3rşı “nikahın ləğvi barədə aktın ləğv olunması, nikahın pozulması haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti təmin edilməyərək, hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2(060-6129\2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşma çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onlarm tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasmm Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. Məcəllənin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqamna bu barədə məlumat verməlidir. Məcəllənin 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqam icra edir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən Qəyyum və ya himayəçi öz razılığı ilə təyin edilir. Bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçÜiyə ehtiyacı olan şəxs arasmda mövcud münasibətlər, mümkünsə, həm də qəyyumluqda və ya himayədə olamn arzusu nəzərə alınmalıdır. Həmin Məcəllənin 35.5-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik vəzifələri, qanunla nəzərdə tutulan hallardan başqa, əvəzsiz icra edilir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi almmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabma ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36.2-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 38.3-cü maddəsinə əsasən üzrlü səbəblər olduqda (xəstəlik, əmlak vəziyyətinin dəyişməsi, qəyyumluqda olanla qarşılıqlı anlaşmanın yoxluğu və i.a.) qəyyum və ya himayəçi öz xahişi ilə vəzifələrinin icrasından azad edilə bilər. Həmin Məcəllənin 38.4-cü maddəsinə əsasən qəyyum və ya himayəçi onun üzərinə düşən vəzifələri gərəyincə yerinə yetirmədikdə, o cümlədən qəyyumluqdan və ya himayəçilikdən tamah məqsədi ilə istifadə etdikdə və ya qəyyumluqda olam nəzarətsiz və lazımi köməksiz qoyduqda qəyyumluq və himayəçilik orqam qəyyumu və ya himayəçini bu vəzifələrin icrasmdan kənar edə bilər və təqsirli fiziki şəxsin qanunla müəyyənləşdirilmiş məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlər görə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Qeyd olunan normalardan çıxış edərək məhkəmə hesab edir ki, hazırda Sumqayıt Şəhər İcra Hakimiyyəti 13 oktyabr 2020-ci il tarixli 234 nömərli sərəncamının ləğv edilməsinə heç bir əsas yoxdur. Belə ki, iddiaçı ilə hazırda fəaliyyət qabiliyyəti olmayan keçmiş həyat yoldaşı Bəşirov İlkin Cavanşir oğlu ilə aralarında olan nikah pozulmuş və İlkin Bəşirov faktiki olaraq valideynlərinin himayəsindədir. Bu səbəbdən məhkəmə iddia tələbini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt Şəhər İcra Hakimiyyəti 13 oktyabr 2020-ci il tarixli 234 nömərli sərəncamı ləğv edilməli, İddiaçı fəaliyyət qabiliyyətsiz elan olunmuş həyat yoldaşı xx.xx.1981-il təvəllüdlü Bəşirov İlkin Cavanşir oğlu üzərində qəyyum təyin edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-100/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-100/2022
09.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver