Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-100/2024 19.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Fikrət qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi İddiaçının nümayəndəsi X1 Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın əvəzinin və əldən çıxmış faydanın ödənilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh onun xeyrinə maddi zərər kimi 16.080 (on altı min səksən) manat, mənəvi zərər kimi 5000 (beş min) manat, əldən çıxmış fayda kimi 5000 (beş min) manat, hüquqi xidmətə görə ödənilmiş 300 (üç yüz) manat və 170 (yüz yetmiş) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 26.550.00 (iyirmi altı min beş yüz əlli) manat məbləğində pul tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 məhkəməyə ərizə verərək, Cavabdeh tərəfindən iddiaçıya dəymiş ziyan tam ödənilmişdir, ona qarşı hazırda heç bir tələbi qalmamışdır. Hazırki məhrələdə məhkəməyə təqdim etdiyi iddia ərizəsindən imtina edilməsi ilə əlaqədar, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin vəkiliVəkil iddiaçı tərəfindən verilmiş ərizə ilə razı olduğunu, tərəflər arasında mübahisəni məhkəmədən kənar həll edilməsi ilə əlaqədar, işin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəməyə təqdim edilmiş 12 yanvar 2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər arasında məsələ məhkəmədən kənar həll edilib. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən təstiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadından işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasinin Qanununun 5.1.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş «Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması» Qaydalarının 2.1.1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə iddiaçının iddiadan imtina etməsini nəzərə alaraq, hesab edir ki, İddiaçı tərəfindən 18 iyul 2023-cü il tarixli, 17824 saylı mədaxil qəbzi əsasında ödənilmiş 170 (yüz yetmiş) manat məbləğində dövlət rüsumları dövlət büdcəsindən İddiaçı geri qaytarılmalıdır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R V E R D İ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın əvəzinin və əldən çıxmış faydanın ödənilməsi dair işin icraatına xitam verilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-100/2024 saylı mülki işi üzrə İddiaçı tərəfindən 18 iyul 2023-cü il tarixli, 17824 saylı mədaxil qəbzi əsasında ödənilmiş 170 (yüz yetmiş) manat məbləğində dövlət rüsumları dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Sumqayıt Şəhər Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. SƏDRLİK EDƏN: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-100/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-100/2024
19.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver