Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-10204/2021 28.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun itirilməsi tələbi» barədə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən kecirib, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək, javabdeh Cavabdeh «mənzilə istifadə hüququnun itirilməsi tələbi» barədə qətnamə qət edilməsi xahiş etmişdir. Ərizəni və sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-сi maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə verilib. Belə olan halda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə tərtib edilmişdir. Bundan əlavə, iddiaçı iddia ərizəsinə dövlət rüsumu ödənilməsi barədə qəbz əlavə etsə də, dövlət rüsumu olaraq 30 manat ödəmişdir. Halbuki bu kimi ərizələr üçün 27.12.2012-ci il tarixdə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə əsasən dövlət rüsumu 100 manat məbləğində müəyyən olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2, 152, 263-268-ci maddələrini rəhbər tutaraq, QƏRAR VERDİM: İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun itirilməsi tələbi» barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizənin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinçi dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. HAKİM: RƏŞAD QOŞQARLİ
Məhkəmə qərarları › İş №2(060)-10204/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-10204/2021
28.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver