Məhkəmə qərarları › İş №2(060)-1114/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1114/2021

01.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1114/2021 01.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Dağıstan Gömrüyünün Cavabdeh qarşı “gömrük ödənişlərinin, cərimələrin məcburi yığılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Dağıstan Gömrüyü Cavabdeh qarşı “gömrük ödənişlərinin, cərimələrin məcburi yığılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının xeyrinə 1.590,382,78 rubl məbləğində cəriməsi olan Cavabdeh gömrük ödəmələrinin yığılması (gömrük ödənişləri – 1133726,99 rubl, cərimələr- 456655,79 rubl) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası vətəndaşı Kazımov X4 gömrüyünə 1,590,382,78 rubl məbləğində gömrük rüsumları və cərimələrin ödənilməsi üçün borcludur (borcları - 1 133726,99 rubl, cərimə - 456 655,79 rubl). Göstərilən borc cavabdehdə "zərgərlik" malların deklarasiyası edilməməsi ilə əlaqədar yaranmışdır. Cavabdeh Dağıstan gömrüyü tərəfindən gömrük haqqının ödənişlərinin edilməsinə dair xx xxxxxxx 2015-ci il tarixdə 201 №li tələb göndərilmişdir. Həmin tələbi cavabdeh xx xxxxxx 2015-ci il tarixində almışdır. Lakin bu günkü günə qədər könüllü olaraq tələbləri yerinə yetirmədiyindən Dağıstan Gömrüyü məhkəməyə bu cür iddia ilə müraciət etmək məcburiyyətində qalmışdır. xx xxxxxxx 2014-cü il tarixində saat təxminən 23.50 radələrində Cavabdeh Azərbaycan Respublikasından Dağıstan Respublikası, Məhərrəmkəntəkiy rayonu, Yaraq-Kazmalyar kəndi ünvanında yerləşən Dağıstan gömrüyünün Məhərrəmkəntəkiy postu vasitəsilə Gömrük ittifaqı olan əraziyə əlindəki zinət əşyalarını gömrükdə deklarasiya edərək heç bir ödəniş etməmək niyyəti ilə olaraq keçmişdir. Onun keçirdiyi mallara dair ödəyəcəyi malın Gömrükdə deklarasiya edilməklə ödəməli olduğu pul miqdarı 1 133726 rubl 99 qəpik təşkil edir. Gömrükdən qanunsuz şəkildə 1056 ədəd və ümumi xalis çəkisi 17890,07 qram olan mal keçirmişdir. RF Rostov Donu ş. Vahid ixtisas təlimatı/X9 İdarəsinin xx xxxxx 2015-ci il tarixində gəldiyi 04-01— 2015/0923/010689№li nəticəyə əsasən aşkarlanmış zinət əşyaları 925 əyarlı gümüşdən hazırlanıb və onların bazar dəyəri 4207824,04 rubl təşkil edir. İddiaçının nümayəndəsi məhkəməyə vəsatət göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabbeh iddianı qəbul etmədiyini göstərdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: X2 Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin surətindən görünür ki, “Dağıstan Gömrüyü” dövlət müəssisəsi olaraq hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. Dağıstan Respublikasının Məhərrəmkənd Rayon Məhkəməsinin 07 oktyabr 2015-ci il tarixli hökmündən görünür ki, X1 Federasiyası Cinayət Məcəlləsinin 194-cü maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 100.000 rus rublu məbləğində cərimə cəzasına məhkum edilmiş, RF Dövlət Dumasının 1941-1945-ci illər X5 Qələbənin 70 illik yubleyi ilə əlaqədar Cavabdeh cinayət məcəlləsi üzrə verilmiş cəzadan azad edilmişdir. Hökmün məzmunundan görünür ki, xx.xx.2014-cü il tarixdə saat təxminən 23.50 radələrində Cavabdeh Azərbaycan Respublikası ərazisindən Dağıstan Respublikası gömrüyünün Məhərrəmkənd gömrük postu vasitəsilə Məhərrəmkənd rayon, Yaraq- Kazmalyar kəndində yerləşən, X3 İttifaqı ərazisinə qanunsuz olaraq, bəyan etmədən, 1313.726.99 rubl həcmində gömrük ödənişlərindən yayınmaq üçün daşınan mallar- zinət əşyaları 1056 ədəd, ümumi çəkisi 17890,07 kq. məbləğində olan mal keçirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və iqtisadi mübahisələr üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. İstinad edilən prosessual hüquq normalarının məzmunundan göründüyü kimi, pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı Azərbaycan Respublikasının məhkəmələrinə yalnız Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olan xarici şəxs hesab edilən: əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların müraciət etmək hüquqları vardır. Hazırkı iş üzrə iddiaçı isə Azərbaycan Respublikası ilə prosessual qanunvericilikdə şərtləşdirilmiş hər hansı bağlılığı olmayan digər dövlətin qurumu olan hüquqi şəxsdir. Eləcə də məhkəmə hesab edir ki, baxış predmeti olan hazırkı iddia öz-özlüyündə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 443-cü maddəsində əks olunmuş xarici şəxslərin iştirakı ilə olan işlər üzrə Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyətləri ilə bağlı tələblərə də cavab vermir. MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Odur ki, qeyd edilən iddia məhkəmədə baxılmalı olmadığından MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. MPM-nin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Bu baxımdan məhkəmə qeyd edir ki, iddiaçı hazırkı iddia ilə Rusiya Federasiyasının müvafiq məhkəmələrinə müraciət etməli, qəbul edilmiş qərar isə Azərbaycan Respublikası ərazisində prosessual qanunvericiliyin tələblərinə əsasən tanınmasından sonra icra edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Dağıstan Gömrüyünün Cavabdeh qarşı “gömrük ödənişlərinin, cərimələrin məcburi yığılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar