Məhkəmə qərarları › İş №2(060)-122/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-122/2022

26.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-122/2022 26.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X3 İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı «təyin edilmiş qəyyumluğun ləğv edilməsi və yeni qəyyum təyin edilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 X11 üzərində Sumqayıt şəhər icra hakimiyyətinin 392 saylı Sərəncamı ilə təyin edilmiş qəyyumluğunun ləğv edilməsi, eyni zamanda həmin Sərəncamın ləğv edilməsi və onun İddiaçı qardaşı X11 üzərində qəyyum təyin edilməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, qardaşı X11 1975-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1-ci qrup əlildir (daun simdromu). Sumqayıt şəhər icra hakimiyyətinin Başçısının 27.12.2019-cu il tarixli 392 saylı sərəncamı ilə X5 üzərində qardaşı X6 həyat yoldaşı Cavabdeh1 qəyyum təyin edilmişdir. Cavabdeh1 qardaşı Vüqar Rəhimova baxmır, onun müalicəsi ilə məşğul olmur, onun əmlakını isə öz məqsədləri üçün istifadə edir. Bu yaxınlarda Cavabdeh1 qardaşı Rəhimov Vüqarı və anası X2 yaşadıqları mənzildən qovmuşdur. Bundan başqa, Cavabdeh1 V. Rəhimova aid şəxsiyyət vəsiqəsini və digər sənədləri gizlətmişdir. O, Sumqayıt şəhər icra hakimiyyətinə sorğu ilə müraciət edərək qardaşı V.Rəhimovun şəxsiyyət vəsiqəsinin və ona aid digər sənədlərin ona təqdim edilməsini xahiş etmişdir. Məqsədi qardaşının üzərində onun qəyyumluğunun təyin edilməyi üçün lazım olan sənədlərin hazırlanması idi. Lakin Sumqayıt Şəhər icra hakimiyyəti ona 03.03.2021-ci il tarixli məktubu ilə sənədləri verməkdən imtina etmişdir. O, Asan Xidmətə, ƏƏSMN nə sorğularla müraciət etsə də V.Rəhimova aid sənədləri əldə edə bilməmişdir. O, yenidən icra hakimiyyətinə ərizə ilə müraciət edərək V.Rəhimovun üzərində onun qəyyumluğunun təyin edilməsini, Cavabdeh1 qəyyumluğuna xitam verilməsi barədə sərəncam verməyi xahiş etmiş və həmin ərizəyə qəyyumluğun təyin edilməsi ilə əlaqədar bütün sənədləri əlavə etmişdir. Lakin ona 24.05.2021-ci il tarixli məktubla imtina verilmişdir. Onu da qeyd etmək istəyir ki, Vüqar Rəhimova aid sənədlər Sumqayıt şəhər icra hakimiyyətində və Cavabdeh1dır. Qeyd etdiyi kimi Cavabdeh1 qardaşı Vüqar Rəhimovun qəyyumu olmasına baxmayaraq ona baxmamış, müalicə etdirməmiş, əmlakını isə öz məqsədləri üçün istifadə etmiş və edir. Bu yaxınlarda isə qardaşı Vüqarı anası ilə birlikdə yaşadıqları ünvan 1 ünvanında yerləşən mənzildən qovmuşdur. Bu yaxınlarda onlara Cavabdeh1 Rəhimov Vüqara məxsus olan mağazanı satmağa çalişması xəbəri çatmışdır. Bundan başqa, Cavabdeh1 öz qanunsuz əməllərini həyata keçirmək və qardaşını onun qəyyumluğuna keçməsinin qarşısını almaq üçün onun sənədlərini gizlətmişdir. Onlar icra hakimiyyətindən də həmin sənədləri ala bilməmişlər. Qeyd etdiyi kimi həm qardaşına aid olan sənədlərin, şəxsiyyət vəsiqəsinin, xəstəlik kağızlarının, pensiya kitabçasının, və s. sənədlərin surətlərinin təqdim edilməsi üçün Sumqayıt RİH-nə müraciət etmişlər. Eyni zamanda Cavabdeh1 qanunsuz hərəkətlərindən Sumqayıt RİH-nə şikayət etmiş və qardaşına qəyyumluğun ona keçirilməsini xahiş etmişdir. Eyni zamanda qəyyum təyin edilməyi üçün lazım olan bütün sənədləri, qohumlarının razılıq ərizəsini xasiyyətnamə, iş yerindən arayışları, sağlam olmağına dair bütün tibbi arayışları Sumqayıt icra hakimiyyətinə təqdim etmişdir. Lakin Sumqayıt RİH tərəfindən ərizəsi təmin olunmamışdır. Təqdim etdiyi sənədlərin əsilləri hal-hazırda icra hakimiyyətindədir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh1 X11 üzərində Sumqayıt şəhər icra hakimiyyətinin 392 saylı Sərəncamı ilə təyin edilmiş qəyyumluğunun ləğv edilməsi, eyni zamanda həmin Sərəncamın ləğv edilməsi və onun İddiaçı qardaşı X11 üzərində qəyyum təyin edilməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X15 məhkəmədə iştirak edən zaman bildirdi ki, Cavabdeh1 Vüqar Rəhimova qəyyum təyin edilsə də, ona baxmır. Vüqarın adına olan iki əmlakı Vüqar üçün deyil şəxsi məqsədləri üçün istifadə edir. Əlavə olaraq, Cavabdeh1 Vüqarı öz yanında saxlamalı onun səhhətinə diqqət etməli olduğu halda, Vüqar ilə anasını evdən qovmuşdur. Bu səbəbdən iddia tələbinin təmin edilib edilməməsini məhkəmənin mülahizəsinə buraxırlar. İş üzrə Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı, nümayəndəsi və vəkili Vəkil və cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan 31.03.2021-ci il tarixli İddiaçı notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, 22.06.1975-ci il təvəllüdlü X5 qəyyumu təyin olunmağı barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. İş materiallarında olan X16, X9, X4 və X1 notarial qaydada təsdiq edilmiş 31.03.2021-ci il tarixli ərizələrinin surətindən görünür ki, İddiaçı 22.06.1975-ci il təvəllüdlü X8 qəyyumluğa götürməsinə etiraz etmirlər. İş materiallarında olan AZ-İİ №171527 saylı, 31.03.2021-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 19.11.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan “Xasiyyətnamə”nin surətindən görünür ki, İddiaçı 05.09.2012-ci il tarixdən Sumqayıt şəhər 1 nömrəli doğum evinin doğuş şöbəsində mama vəzifəsində işləyir. İşlədiyi müddətdə özünü bacarıqlı işçi kimi göstərib. Öz vəzifəsinə çox məsuliyyətlə yanaşır, üzərinə düşən vəzifəni yerinə yetirməsində daim nümunəvi bir işçi olduğunu göstərir. Həkim tərəfindən verilən təyinatları vaxtında və düzgün yerinə yetirir. İşlədiyi müddət kollektivin hörmətini qazanmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin 30.03.2021-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı 1 saylı doğum evində doğum şöbəsinin maması vəzifəsində çalışır və aylıq əmək haqqısı 370-86 manat təşkil edir. İş materiallarında olan Sumqayıt şəhər Səhiyyə şöbəsi 1 nömrəli şəhər poliknikasının 30.03.2021-ci il tarixli arayışın surətindən görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 26, mənzil 26-da yaşayan İddiaçı 1 nömrəli Sumqayıt şəhər poliknikasının dermotoveneroloji kabinetində qeydiyyatda yoxdur və müraciət etməmişdir. İş materiallarında olan Sumqayıt şəhər Səhiyyə şöbəsi 1 nömrəli şəhər poliknikasının 29.03.2021-ci il tarixli arayışın surətindən görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 26, mənzil 26-da yaşayan İddiaçı 1 nömrəli Sumqayıt şəhər poliknikasının onkoloji kabinetində qeydiyyatda yoxdur və müraciət etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt Narkoloji Dispanserinin 30.03.2021-ci il tarixli arayışın surətindən görünür ki, Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatı yoxdur. İş materiallarında olan Sumqayıt şəhər Səhiyyə Vərəm Əleyhinə Xəstəxananın 29.03.2021-ci il tarixli arayışın surətindən görünür ki, Sumqayıt şəhəri 11-ci mikrorayon, ev 26, mənzil 26-da yaşayan İddiaçı Sumqayıt şəhər X10 qeydiyyatda yoxdur və son 5 ildə müraciət etməmişdir. İş materiallarında olan Sumqayıt şəhər Səhiyyə şöbəsi 1 nömrəli şəhər poliknikasının 30.03.2021-ci il tarixli arayışın surətindən görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 26, mənzil 26-da yaşayan İddiaçı 1 nömrəli Sumqayıt şəhər poliknikasının psixiatriya kabinetində qeydiyyatda deyil və müraciət etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 03.03.2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 392 saylı, 27.12.2019-cu il tarixli sərəncamına əsasən X5 üzərində Cavabdeh1 qəyyum təyin olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakmiyyəti Mənzil Kommunal Sahəsinin 13 saylı Mənzil Kommunal Sahəsinin aktından görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 33-ün sakinləri Z.Abbasova, N.Abbasova, A.Salahova və sahə ustası R.Rzayeva 6-cı mikrorayon, ev 33, mənzil 44-də 2021-ci ilin may ayından kirayədə yaşayan 1975-ci il təvəllüdlü İ qrup əlil X11 həqiqətən təqaüdçü anası və bacısı ilə yaşayan və bacısı İddiaçı himayəsində olmasını öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 27.12.2019-cu il tarixli 392 nömrəli “Qəyyum təyin etmə barədə” sərəncamından görünür ki, Cavabdeh1 qohumu 22.06.1975-ci il təvəllüdlü X5 üzərində qəyyum təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 29.03.2021-ci il tarixli arayışın surətindən görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 26, mənzil 26-da qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşma çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. Məcəllənin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqamna bu barədə məlumat verməlidir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən Qəyyum və ya himayəçi öz razılığı ilə təyin edilir. Bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçiyə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər, mümkünsə, həm də qəyyumluqda və ya himayədə olamn arzusu nəzərə alınmalıdır. Həmin Məcəllənin 35.5-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik vəzifələri, qanunla nəzərdə tutulan hallardan başqa, əvəzsiz icra edilir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi almmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabma ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36.2-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 38.3-cü maddəsinə əsasən üzrlü səbəblər olduqda (xəstəlik, əmlak vəziyyətinin dəyişməsi, qəyyumluqda olanla qarşılıqlı anlaşmanın yoxluğu və i.a.) qəyyum və ya himayəçi öz xahişi ilə vəzifələrinin icrasından azad edilə bilər. Həmin Məcəllənin 38.4-cü maddəsinə əsasən qəyyum və ya himayəçi onun üzərinə düşən vəzifələri gərəyincə yerinə yetirmədikdə, o cümlədən qəyyumluqdan və ya himayəçilikdən tamah məqsədi ilə istifadə etdikdə və ya qəyyumluqda olam nəzarətsiz və lazımi köməksiz qoyduqda qəyyumluq və himayəçilik orqam qəyyumu və ya himayəçini bu vəzifələrin icrasmdan kənar edə bilər və təqsirli fiziki şəxsin qanunla müəyyənləşdirilmiş məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlər görə bilər. Məhkəmə qeyd olunan normalara istinad edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçının iddia tələbində xahiş etdiyi qardaşı X11 üzərində qəyyum təyin edilməsi hissəsində məhkəmə iddia tələbini təmin etmir. Belə ki, qəyyum təyin edilməsi səlahiyyəti qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Qeyd olunanları və X5 iş materiallarına əlavə edilmiş akt qeydinə əsasən bir ilə yaxındır ki, iddiaçının faktiki himayəsində olmasını və sonuncunun ona qulluq etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 X11 üzərində Sumqayıt şəhər İcra Hakimiyyətinin 392 saylı, 27.12.2019-cu il tarixli Sərəncamı ilə təyin edilmiş qəyyumluq və həmin Sərəncam ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 X11 üzərində Sumqayıt şəhər İcra Hakimiyyətinin 392 saylı, 27.12.2019-cu il tarixli Sərəncamı ilə təyin edilmiş qəyyumluq və həmin Sərəncam ləğv edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar