Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1246/2025 18.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "mənzilə istifadə hüququnun itirilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "mənzilə istifadə hüququnun itirilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən 3/4 saylı evin, 54-cü mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məlum olmuşdur ki, hazırki iddia tələbi ilə bağlı eyni tərəflər arasında Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli, 2(060)-6290/2022 saylı qətnaməsi və Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)- 4767/2024 saylı qərarı mövcuddur. Belə ki, işin materiallarında olan qanuni qüvvəsini almış Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-4767/2024 saylı qərarı ilə iddianın təmin edilməsi, X4, Cavabdeh2 və X3 Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən 3/4 saylı evin, 54-cü mənzilindən pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdeh Sumqayıt Şəhət Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-998/2015 saylı qətnaməsi ilə X2 tərəfindən Cavabdeh1, X6, X5, Cavabdeh2 davamlı surətdə və müəyyəm müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə yaşamaları üçün 9000 manat kompensasiya ödənilməsi və Sumqayıt şəhəri, 12-ci mikrorayon, 3/4 saylı evin 54 saylı mənzilindən Cavabdeh1, X9, X7, Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu R.F.Haqverdiyev tərəfindən verilmiş 02 oktyabr 2024-cü il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş- X1 vərəsəsi: oğlu İddiaçıdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 55,0 kv.m, yaşayış sahəsi 31,4 kv.m, yardımçı sahə 23,6 kv.m, 2 otaqlı mənzildən ibarətdir. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh1 xx.xx.2005-ci il tarixdən, xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh2 xx.xx.2011-ci il tarixdən hazırki vaxtadək ünvan 2 ünvanında qeydiyyatdadırlar. Göründüyü kimi hazırda İddiaçı mübahisələndirdiyi hallar yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində müəyyən olunmuş hallarla mahiyyət etibarı ilə eynilik təşkil edir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "mənzilə istifadə hüququnun itirilməsi tələbi"nə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəf 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilər. Hakim Şəbnəm Həxiyeva
Məhkəmə qərarları › İş №2(060)-1246/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1246/2025
18.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver