Məhkəmə qərarları › İş №2(060)-1285/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1285/2024

12.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1285/2024 12.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "cehiz əmlaklarının mənzildən çıxarılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "cehiz əmlaklarının mənzildən çıxarılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına tam payda mülkiyyət hüququ üzrə xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının keçmiş gəlinidir. Belə ki, o, 30 iyun 2022-ci il tarixində oğlu İsmayılov Bəhram Gəray oğlu ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahlarından övladları yoxdur. Cavabdeh cehiz əmləklarını iddiaçıya məxsus evə gətirib yerləşdirmişdir. Cavabdeh evdə bir müddət yaşadıqdan sonra oğlu ilə münasibətləri pisləşdiyi üçün evi tərk edərək çıxıb getmişdir. Özünə məxsus bəzi şəxsi əşyaları aparmasına baxmayaraq, cehiz əmlakları və digər şəxsi əşyaları indiyədək iddiaçıya məxsus evdədir. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq, cavabdeh iddiaçının mənzilindən olan şəxsi əşyalarını və cehiz əmlaklarını oradan çıxarmır. Belə ki, hər dəfə bir bahanə ilə evi boşaltmaqdan yayınır. Hazırda iddiaçıya məxsus yuxarıda qeyd olunan ünvanda cavabdehə məxsus cehiz əmlaklarını çıxarılması tələbinə dair iddia qaldırmaq məcburiyyətindədir. İddiaçının oğlu İsmayılov Bəhram Gəray oğlu Sumqayıt Şəhər Məhkəməsinə nikahın pozulması tələbinə dair iddia tələbi ilə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsini 2(060)-4628/2023 saylı mülki iş üzrə 14 avqust 2023-cü il tarixdə çıxarılmış qətnaməsi ilə oğlu İsmayılov Bəhram Gəray oğlu ilə keçmiş gəlini İsmayılova Cavabdeh arasında olan Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində 30 iyun 2022-ci il tarixdə bağlanmış və 1675 nömrə qeyd olunmuş nikahın pozulması qət edilmişdir. Artıq onların arasında ər-arvad münasibəti mövcud deyildir. Ailə rəsmi olaraq dağılmışdır. Lakin cavabdehin şəxsi əşyaları və cehiz əmlakları hələ də iddiaçıya məxsus ünvan 2 ünvanda qalmaqdadır. Bununla əlaqədər olaraq bir neçə dəfə cavabdehə müraciət edərək şəxsi əşyalarının və cehiz əmlaklarının mənzildən çıxarılmasını xahiş etsələr də, cavabdeh xahişə məhəl qoymamışdır. Artıq heç bir ailə bağlılığı qalmayan cavabdehə məxsus şəxsi əşya və cehiz əşyalarının iddiaçının evində qalması onun mülkiyyət hüququnu pozur. Cavabdehin şəxsi əşyaları və cehiz əşyaları iddiaçının mənzilində xeyli yer tutmaqla iddiaçının öz mənzilində istifadə hüququnu məhdudlaşdırır. Göstərilənlərə əsasən ünvan 1 ünvanında Cavabdeh məxsus yataq dəsti (taxt, 2 ədəd dolab, tumba, 1 ədəd termo), 2 ədəd yataq örtüsü, 5 ədəd yataq dəsti, 2 ədəd süfrə, yataq otağı üçün pərdə, 7 ədəd əl dəsmalı, qaşlı güldan, meyvə qabı, konfet qabı, 2 ədəd stolüstü güldan, boşqab dəsti (laviva), 1 ədəd borcam qab, qaşıq dəsti (hoffmayro), 1 ədəd şirəçəkən (qalaksi), 1 ədəd şirəçəkən, 1 ədəd 5 litr qazan (bilge), boşqab dəsti (3 ədəd böyük bulud, 2 ədəd kiçik bulud, 6 ədəd dərin boşqab, 6 ədəd kasa, 6 ədəd fincan, 12 ədəd aş boşqabı, 12 ədəd salat boşqabı, 12 ədəd kabab boşqabı, 2 duz qabı, 1 ədəd salfet qabı), 1 ədəd kofe servisi, 1 dəst çay servisi (6 ədəd stəkan, 6 ədəd nəlbəki, 6 ədəd boşqab, 1 qəndqabı), 1 ədəd qəhvədan, 1 ədəd çaynik, 2 ədəd qazan dəsti (qalaksi), qazan dəsti (arşia), 1 ədəd narsıxan, 1 ədəd gecə lampası, 1 ədəd döşək, 2 ədəd yorğan, 2 ədəd yay yorğanı, 2 ədəd yastıq, 1 ədəd ayaqqabı, 1 ədəd çanta, 1 ədəd yumru xalı, 1 ədəd saat (Casio), 1 ədəd qulaqcıq, 1 ədəd eynək, 3 ədəd toy paltarı, 1 ədəd palto, 1 ədəd şuba, 1 ədəd nazik kurtka, 1 ədəd qısa palto, 1 cins gödəkçə, 1 ədəd (nabuk) qısa gödəkçə, 1 ədəd köynək, 1 ədəd boz şalvar, 2 sport şalvar, 2 ədəd köynək, corab, çilçıraq - cehiz əmlaklarının çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə teleqramlar göndərərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır.

8. İş materiallarında olan 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 21 sentyabr 2023-cü il tarixdə verilmiş AZ-İ № 459949 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İsmayılov Bəhram Gəray oğlu ilə X1 arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 319 № ilə qeydiyyat aparılmışdır.

9. İş materiallarındakı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 4628/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İsmayılov Bəhram Gəray oğlu ilə İsmayılova (Hünbətli) Türkanə Qabil qızı arasında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 30 iyun 2022-ci il tarixdə bağlanmış və 1675 nömrə ilə qeyd olunmuş nikah qeydinin pozulması qət edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının oğlu ilə cavabdeh birgə nikaha daxil olaraq ailə qurmuşlar və cavabdeh iddiaçıya məxsus mənzilə köçmüş, iddiaçının oğlu ilə cavabdeh arasında ailə münasibətləri pozulduqdan sonra cavabdeh həmin mənzili tərk etmişdir. Hazırda iddiaçı cavabdehə məxsus əşyaların ona məxsus mənzildən çıxarılmasını tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

12. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

13. Göründüyü kimi iddiaçının mənzilində olan əşyalar cavabdehin cehiz əşyaları olmaqla, ona məxsusdur.

14. Bundan əlavə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdehə məxsus əşyaların iddiaçının evində qalması iddiaçının mülkiyyətçi kimi öz mənzilindən istifadə etməsində məhdudiyyətlər yaradır. Nəticədə bu hal iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur.

15. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

16. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

18. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh aid olan əşyalar-yataq dəsti (taxt, 2 ədəd dolab, tumba, 1 ədəd termo), 2 ədəd yataq örtüsü, 5 ədəd yataq dəsti, 2 ədəd süfrə, yataq otağı üçün pərdə, 7 ədəd əl dəsmalı, qaşlı güldan, meyvə qabı, konfet qabı, 2 ədəd stolüstü güldan, boşqab dəsti (laviva), 1 ədəd borcam qab, qaşıq dəsti (hoffmayro), 1 ədəd şirəçəkən (qalaksi), 1 ədəd şirəçəkən, 1 ədəd 5 litr qazan (bilge), boşqab dəsti (3 ədəd böyük bulud, 2 ədəd kiçik bulud, 6 ədəd dərin boşqab, 6 ədəd kasa, 6 ədəd fincan, 12 ədəd aş boşqabı, 12 ədəd salat boşqabı, 12 ədəd kabab boşqabı, 2 duz qabı, 1 ədəd salfet qabı), 1 ədəd kofe servisi, 1 dəst çay servisi (6 ədəd stəkan, 6 ədəd nəlbəki, 6 ədəd boşqab, 1 qəndqabı), 1 ədəd qəhvədan, 1 ədəd çaynik, 2 ədəd qazan dəsti (qalaksi), qazan dəsti (arşia), 1 ədəd narsıxan, 1 ədəd gecə lampası, 1 ədəd döşək, 2 ədəd yorğan, 2 ədəd yay yorğanı, 2 ədəd yastıq, 1 ədəd ayaqqabı, 1 ədəd çanta, 1 ədəd yumru xalı, 1 ədəd saat (Casio), 1 ədəd qulaqcıq, 1 ədəd eynək, 3 ədəd toy paltarı, 1 ədəd palto, 1 ədəd şuba, 1 ədəd nazik kurtka, 1 ədəd qısa palto, 1 cins gödəkçə, 1 ədəd (nabuk) qısa gödəkçə, 1 ədəd köynək, 1 ədəd boz şalvar, 2 sport şalvar, 2 ədəd köynək, corab, çilçıraq İddiaçı mülkiyyətində olan ünvan 1-dən çıxarılmalıdır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

21. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

22. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

25. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh aid olan əşyalar-yataq dəsti (taxt, 2 ədəd dolab, tumba, 1 ədəd termo), 2 ədəd yataq örtüsü, 5 ədəd yataq dəsti, 2 ədəd süfrə, yataq otağı üçün pərdə, 7 ədəd əl dəsmalı, qaşlı güldan, meyvə qabı, konfet qabı, 2 ədəd stolüstü güldan, boşqab dəsti (laviva), 1 ədəd borcam qab, qaşıq dəsti (hoffmayro), 1 ədəd şirəçəkən (qalaksi), 1 ədəd şirəçəkən, 1 ədəd 5 litr qazan (bilge), boşqab dəsti (3 ədəd böyük bulud, 2 ədəd kiçik bulud, 6 ədəd dərin boşqab, 6 ədəd kasa, 6 ədəd fincan, 12 ədəd aş boşqabı, 12 ədəd salat boşqabı, 12 ədəd kabab boşqabı, 2 duz qabı, 1 ədəd salfet qabı), 1 ədəd kofe servisi, 1 dəst çay servisi (6 ədəd stəkan, 6 ədəd nəlbəki, 6 ədəd boşqab, 1 qəndqabı), 1 ədəd qəhvədan, 1 ədəd çaynik, 2 ədəd qazan dəsti (qalaksi), qazan dəsti (arşia), 1 ədəd narsıxan, 1 ədəd gecə lampası, 1 ədəd döşək, 2 ədəd yorğan, 2 ədəd yay yorğanı, 2 ədəd yastıq, 1 ədəd ayaqqabı, 1 ədəd çanta, 1 ədəd yumru xalı, 1 ədəd saat (Casio), 1 ədəd qulaqcıq, 1 ədəd eynək, 3 ədəd toy paltarı, 1 ədəd palto, 1 ədəd şuba, 1 ədəd nazik kurtka, 1 ədəd qısa palto, 1 cins gödəkçə, 1 ədəd (nabuk) qısa gödəkçə, 1 ədəd köynək, 1 ədəd boz şalvar, 2 sport şalvar, 2 ədəd köynək, corab, çilçıraq İddiaçı mülkiyyətində olan ünvan 1-dən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar