Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1297/2023 22.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tağızadə Gülnarə Fikrət qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı cavabdehlər Sumqayıt şəhər 1 saylı notariat ofisinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin ləğvi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş 07 oktyabr 2022-ci il tarixli icra qeydinin ləğv edilməsi, həmçinin 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, 27 dekabr 2013-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 ASC-dən 24 ay müddətinə illik 25 faiz olmaqla 4000 manat məbləğində kredit götürmüşdür. Hər ay ödəməli olduğu məbləğ də faiz borcu ilə bərabər 213.49 manat olmuşdur. Onda olan, qəbzlərdən də görünür ki, o, banka olan borcundan bir qismini artıq ödəmişdir. Axırıncı ödənişləri 26 dekabr 2015-ci il tarixdə olmuşdur. Hal-hazırda işləmir. 07 oktyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən icra qeydi verilmişdir ki, ondan 689 manat 12 qəpik manat məbləğində pul tutulsun, həmçinin tələbkar tərəfindən ödənilmiş 20 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla cəmi 709 manat 12 qəpik pul tutulsun. Qeyd edir ki, icra qeydi əsassız və qanunsuzdur, belə ki, icra məmuru hansı əsasla borc məbləğini bu qədər şişirtmişdir, hansı ki, ödəniş cədvəllərindən də açıqaydın görünür ki, onun Cavabdeh2 ASC-yə 689 manat 12 qəpik manat məbləğində borcu qala bilməz. Onun banka borcu yoxdur, təqdim edilmiş qrafikə əsasən bütün borcu 2015-ci il tarixdə bitmiş hesab edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(060)-1297/2023 saylı qərardadı və işin baxılması 22 may 2023-cü il tarixə saat 15-05-ə təxirə salınmışdır. İddiaçı 22 may 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək iddia ərizəsinin qaytarılması və iddianın baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişiklirlər edilərək, 5.1.2-ci bəndlərdə aşağıdakı redaksiyada verilimşdir: «Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.» Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRARVERDİ: İddiaçı cavabdehlər Sumqayıt şəhər 1 saylı notariat ofisinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin ləğvi tələbinə” tələbinə dair ərizə baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-1297/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1297/2023
22.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver