Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-13/2025 10.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan İddiaçı Cavabdeh MMC-yə qarşı əmlakın qanunsuz sahiblikdən götürülməsi və digər tələblərinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən, ümumi sahəsi 137,9 kvadrat metr təşkil edən iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış obyektinin Cavabdeh qanunsuz sahibliyindən götürülərək ona qaytarılması, iddiaçı ilə "xxxx" MMC arasında Sumqayıt şəhəri, 4 saylı notariat ofisində 07 dekabr 2016-cı il tarixdə bağlanılmış icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış obyektinin cavabdeh tərəfindən boşaldılması və onun hesabına əvvəlki vəziyyətə gətirilərək ona qaytarılması, iddia ərizəsinə görə məhkəməyə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının xx.xx.2016-cı il tarixdə "OBA Market” MMC ilə İddiaçı Surxay qızı arasında imzalanmış icarə müqaviləsinə əsasən, Cavabdeh MMC-nin qanunsuz sahibliyindən götürülərək İddiaçı Surxay qızına qaytarılması və həmin icarə müqaviləsinin ləğv edilərək, əvvəlki vəziyyətə gətirilərək iddiaçıya qaytarılmasına dair iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhərinin 13-cü mikrorayonu ərazisində yerləşən,ümumi sahəsi 137,9 kvadrat metr təşkil edən, xüsusi mülkiyyətində olan qeyri-yaşayış obyektinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanunsuz sahibliyindən götürülərək iddiaçıya qaytarılması, iddiaçı ilə “OBA RETAİL CHAİN" MMC arasında Sumqayıt şəhəri 4 saylı notariat ofisində 07 dekabr 2016-cı il tarixdə bağlanılmış icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış obyektinin cavabdeh tərəfindən boşaldılması və qeyri-yaşayış obyektindən istifadə zamanı cavabdeh tərəfindən vurulmuş ziyan məbləği olaraq 40696,05 (qırx min altı yüz doxsan altı manat beş qəpik) manat məbləğinin və məhkəməyə ödənilmiş 213 (iki yüz on üç) manat məbləğində dövlət rüsumunun cavabdeh “OBA RETAİL CHAİN" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək, mübahisənin məhkəmədənkənar qaydada həlli imkanı yarandığından mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh MMC ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini və işə cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən və cavabdeh işə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddia ərizəsinə əlavə edilmiş qəbzdən görünür ki, ərizəyə 100 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı əmlakın qanunsuz sahiblikdən götürülməsi və digər tələblərinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, həmçinin iddia ərizəsinin məhkəməyə verilməsinə görə xx.xx.2023-cü il tarixdə ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmlakın qanunsuz sahiblikdən götürülməsi və digər tələblərinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Nümayəndə2 tərəfindən xx.xx.2023-cü il tarixdə “Kapital Bank“ ödəmə terminalı ilə ********** nömrəli qəbzlə ödəmiş olduğu 100 manat dövlət rüsumu Dövlət Büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardadın icrası, dövlət rüsumunun qaytarılmasına dair hissədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-13/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-13/2025
10.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver