Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1307/2021 02.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehlər “xxxx” MMC-nin nümayəndəsi Hümbətova Dildar Babaş qızının və Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə və qeyrisinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçının razılığı ilə cavabdeh qismində işə cəlb edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi əsl cavabdeh “xxxx” MMC ilə əvəz edilmiş, eləcə də Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan “xxxx” MMC başqa cavabdeh qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi Hümbətova Dildar Babaş qızı və Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan “xxxx” MMC-nin nümayəndəsi X2 işə mahiyyəti üzrə baxılmasını tələb etmədilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “xxxx” MMC-yə və qeyrisinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1307/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1307/2021
02.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver