Məhkəmə qərarları › İş №2(060)-1310/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1310/2022

13.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1310/2022 13.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Cavabdeh1nə və "xxxx" BOKT MMC-yə qarşı ipoteka ilə yüklü edilmiş mənzilə tutmanın yönəldilməsi və mənzilin hərraca çıxarılması barədə icra qeydinin ləğv edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1nə və "xxxx" BOKT MMC-yə qarşı ipoteka ilə yüklü edilmiş mənzilə tutmanın yönəldilməsi və mənzilin hərraca çıxarılması barədə icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclası 13 may 2022-ci il tarixə, saat 12:30-a təyin edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq məhkəmə baxışına təkrar olaraq gəlməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 162, 259-260, 263-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh1nə və "xxxx" BOKT MMC-yə qarşı ipoteka ilə yüklü edilmiş mənzilə tutmanın yönəldilməsi və mənzilin hərraca çıxarılması barədə icra qeydinin ləğv edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlansın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar