Məhkəmə qərarları › İş №2(060)-1316/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1316/2022

22.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1316/2022 22.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 və digər səlahiyyətli nümayəndəsi Vəkil4, Cavabdeh1 və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1, Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil3, Cavabdeh4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil5, Üçüncü şəxs X5 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə və vəkili Vəkil6, Üçüncü şəxs X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4, üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, Bakı şəhəri 7 saylı Notariat Kontoruna, AR DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə, X6 və X4 qarşı əqdlərin və etibarnamələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə 22 avqust 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 və üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Bakı şəhəri 7 saylı Notariat Kontoruna qarşı əqdlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 7 saylı Notariat Kontorunda ünvan 4 27, mənzil 18-ə dair imzalanmış AN-İ seriyalı ******* saylı, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, K.Xəlilov küçəsi 1A, M12, m.2-yə dair imzalanmış AN-İ seriyalı ******* saylı, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair imzalanmış AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqavilələrinin, BMW markalı 10ES102 dövlət qeydiyyat nişanlı və Lexus LX450 markalı 99OL108 dövlət qeydiyyat nişanlı avtomobillərə dair nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 əlavə cavabdehlər qismində və AR DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlavə üçüncü şəxs qismində cəlb edilməklə, onunla Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 7 saylı Notariat Kontorunda ünvan 4 27, mənzil 18-ə dair imzalanmış AN-İ seriyalı ******* saylı, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, K.Xəlilov küçəsi 1A, M12, mənzil 2-yə dair imzalanmış AN-İ seriyalı ******* saylı, ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsinə dair imzalanmış AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqavilələrinin, BMW markalı ** ES *** dövlət qeydiyyat nişanlı və Lexus LX450 markalı ** OL *** dövlət qeydiyyat nişanlı avtomobillərə dair xx.xx.2021-ci il tarixdə imzalanmış ƏN-Vİİ seriyalı 919090 və ƏN-Vİİ seriyalı 919091 nömrəli Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında Etibarnamələrin, habelə BMW markalı 10ES102 dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixdə bağlanmış 000399 nömrəli “Nəqliyyat vasitəsinin alqısatqı müqaviləsi”, Lexus LX450 markalı 99OL108 dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixdə bağlanmış 000398 nömrəli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi ərizə təqdim edərək, X9 və X2 üçüncü şəxs qismində işə cəlb olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 26 avqust 2021-ci il tarixdə mülkiyyət hüququ ilə ona məxsus olmuş ünvan 4 27, mənzil 18, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, K.Xəlilov küçəsi 1A, M12, m. 2, ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsi, BMW markalı 10ES102 dövlət qeydiyyat nişanlı və Lexus LX450 markalı 99OL108 dövlət qeydiyyat nişanlı avtomobillər iradəsinə zidd olaraq mülkiyyətindən çıxmışdır. Belə ki, 26 avqust 2021-ci il tarixdə onu həbs etdirəcəkləri ilə hədələyərək Xəzər rayon Polis İdarəsindən polis müşayəti ilə Bakı şəhəri 7 saylı Notariat Kontoruna apararaq yuxarıda göstərilən ünvan 4 27, mənzil 18; Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, K.Xəlilov küçəsi 1A, M12, m. 2; ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair Daşınmaz əmlakın alqı-satqı müqaviləsi imzalatdırıb Cavabdeh1 adına rəsmiləşdirməklə, BMW markalı ** ES *** dövlət qeydiyyat nişanlı və Lexus LX450 markalı 99OL108 dövlət qeydiyyat nişanlı avtomobillərə isə Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında Etibarnamə imzalatdırmaqla bütün əmlaklarını əlindən almışlar, bununla da onun konstitusion hüquqları kobudcasına pozulmuşdur. Bildirir ki, o, mülkiyətində olan əmlakları heç kimə satmamış, ümumiyyətlə kiməsə satmaq fikri belə olmayıb. Yuxarıda qeyd edildiyi kimi sözügedən əmlaklar məcburetmə, qeyri-qanuni təsir, hədələmə nəticəsində mülkiyyətindən çıxmışdır. Bunu həyata keçirmək üçün onu 26 avqust 2021-ci il tarixdə əmlaklarının bir hissəsinə etibarsız əqd bağlamqla, digər hissəsinə isə Etibarnamə imzalatdırmaqla nail olunub. Nəticədə onun Azərbaycan Respublikası Konstitusiyası, qanunları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə qorunan mülkiyyət və s. hüquqları kobudcasına pozulmuşdur. Bundan əlavə iddia ərizəsində qeyd olunduğu kimi BMW markalı 10ES102 dövlət qeydiyyat nişanlı və Lexus LX450 markalı 990L108 dövlət qeydiyyat nişanlı avtomobillər iradəsinə zidd olaraq mülkiyyətindən çıxmışdır. Belə ki, sözügedən avtomobillərə xx.xx.2021-ci il tarixdə ƏN- Vİİ seriyah 919090 və ƏN-Vİİ seriyalı 919091 nömrəli Nəqliyyat vasitəsinə sərəncam verilnıəsi haqqında Etibarnamə imzalatdırmaqla həmin avtomobilləri əlindən almışlar, bununla da onun konstitusion hüquqları kobudcasına pozulmuşdur. Məhkəməyə Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubla müəyyən olunur ki, ƏN-Vİİ seriyalı 919090 və ƏN-Vİİ seriyalı 919091 nömrəli Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında Etibarnamə xx.xx.2021-ci il tarixdə imzalansa da, BMW markalı 10ES102 dövlət qeydiyyat nişanlı avtomobilə dair 000399 nönırəli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi” xx.xx.2021-ci il tarixdə bağlanmışdır, Lexus LX450 markalı 990L108 dövlət qeydiyyat nişanlı avtomobilə dair 000398 nömrəli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi” də xx.xx.2021-ci il tarixdə bağlammşdır. Beləliklə, müəyyən olunur ki, BMW markalı 10ES102 dövlət qeydiyyat nişanlı və Lexsus LX450 markalı 990L108 dövlət qeydiyyat nişanlı avtomobillər səlahiyyəti olmayan şəxs tərəfındən özgəninkiləşdirilmişdir ki, mülkiyyət hüququ ilə mənə məxsus olmuş avtomobillərin qanuna zidd şəkildə mülkiyyətimdən çıxmasmı təsdiq edir. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Odur ki, hesab edirəm BMW markalı 10ES102 dövlət qeydiyyat nişanlı və Lexus LX450 markalı 990L108 dövlət qeydiyyat nişanlı avtomobillərə dair xx.xx.2021-ci il tarixdə imzalanmış ƏN-Vİİ seriyalı 919090 və ƏN-Vİİ seriyah 919091 nömrəli Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqmda Etibarnamələr, habelə BMW markalı 10ES102 dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixdə bağlanmış 000399 nömrəli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”, Lexus LX450 markalı 990L108 dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixdə bağlanmış 000398 nömrəli “Nəqliyyat vasitəsinin alqısatqı müqaviləsi” etibarsız hesab edilməlidir. Yuxarıda qeyd etdiklərinə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir. xx.xx.2021-ci il tarixdə iddiaçıya məxsus ünvan 4 27, mənzil 18, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, K.Xəlilov küçəsi 1A, M12, m. 2, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, BMW markalı 10ES102 dövlət qeydiyyat nişanlı və Lexus LX450 markalı 99OL108 dövlət qeydiyyat nişanlı avtomobillər iddiaçının iradəsinə zidd olaraq mülkiyyətindən çıxarılmışdır. Belə ki, avqust ayının 26-da iddiaçını hədələyərək Xəzər rayon Polis İdarəsindən polis müşayiəti ilə Bakı şəhəri 7 saylı Notariat Kontoruna apararaq sadaladığı əmlakları Cavabdeh1 adına rəsmiləşdirməklə, avtomobillərə dair isə etibarnamə imzalatdırmaqla bütün əmlaklarını əllərindən almışdırlar. Məsələ burasındadır ki, İddiaçı həmin etibarnamələri özü könüllü şəkildə versəydi, sonradan ləğv edə bilərdi. Göründüyü kimi, sözügedən əqdlər birtərəfli əqddirlər. Həmin etibarnamələrin özləri belə etibarsız əqddirlər, birtərəfli iradə ifadəsidir. Məlumdur ki, etibarsız əqd etibarsız nəticələrə gətirib çıxarır. Sözügedən avtomobillər barədə xx.xx.2021-ci il tarixdən bu günə kimi kimlərə etibarnamə verilməsi məsələsinin aydınlaşdırılması üçün verilmiş sorğudan görünür ki, avtomobillərə dair etibarnamələr xx.xx.2021-ci ildə verilmiş, müqavilələr isə avqust ayının 25-də bağlanılmışdır. Göründüyü kimi, yəni etibarnamənin verilməsindən əvvəl müqavilə bağlanmışdır. Deməli, səlahiyyəti olmayan şəxs tərəfindən müqavilə imzalanmışdır. Sənədlərdən aydın olur ki, maşını İddiaçı satması barədə heç bir məlumat yoxdur. Müqavilədə İddiaçı nə öz imzası, nə də səlahiyyət verdiyi şəxsin imzası yoxdur. Əgər Cavabdeh3 onun səlahiyyət verdiyi şəxs kimi qəbul edilsə də, Murada müqavilədən sonra səlahiyyət verildiyi görünür. Deməli, bu müqavilə imzalananda heç kimin maşını satmaq səlahiyyəti olmamışdır. Bu, hal əslində onların iddia tələblərinin sübutlarının əsasıdır. Əgər qarşı tərəf alqı-satqı prosesinin qanuni həyata keçirildiyini bildirirlərsə, bunu təsdiq edəcək sübutları təqdim etsinlər. Qeyd etdiyi hallar müqavilənin etibarsızlığını təsdiq edir. Müqaviləni ya tərəf özü, ya da səlahiyyət verdiyi şəxs imzalamalıdır. Bir daha qeyd edir ki, iddia tələbi qanuni və əsaslıdır. İddiaçının verdiyi məlumata görə Polis İdarəsində onun barəsində sifarişlə iş başlanılmışdır. Lakin xx.xx.2021ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarda "xxxx" MMC-ni təmsil edən Cavabdeh1 və İddiaçı ifadələri öz əksini tapır. Qərardan görünür ki, MMC İddiaçı bütün əməlləri barədə şikayət verir. Həmin qərarın nəticə hissəsində qeyd olunur ki, malların satılması və pulların İddiaçı tərəfindən mənimsənilməsi qənaətinə gəlmək üçün əsas hesab edilən hər hansı bir dəlil müəyyən edilməmişdir. Bu cinayət mühakimə icraatı barədə qərardır, yəni əsas sübutlardan biridir. Bu gün sözügedən qərar qüvvədədir və belə olan halda İddiaçı dələduzluğundan heç kim danışa bilməz. Hesab edirlər ki, bu işdə polis alət kimi istifadə olunur. Həmin vaxt İddiaçı ona edilən təzyiqlərdən qurtulmaq üçün belə əqdlərin bağlanmasına razılıq verir. Əqdlərin tarixinə nəzər salanda hamısının eyni gündə bağlandığı və sənədlərin eyni gündə notarial qaydada təsdiqlənməsi görünür. Belə ki, eyni gündə İddiaçı özünə məxsus 3 əmlak satır və bunun müqabilində 361 min manat məbləğində pul ödənilir. Mənzilləri alan şəxs həmin pulları da İddiaçı təhvil alır. Göründüyü kimi, burada iradə sərbəstliyi və müqavilə azadlığı yoxdur. Bütün müqavilələr təzyiq, hədə-qorxu altında bağlanmış əqdlərdir. Qanunvericiliyin tələbinə əsasən belə əqdlər etibarsızdır. Əlavə olaraq onu da bildirir ki, notarius İddiaçı yola gətirilməsini və təzyiq altında olduğunu görməmiş və həmçinin sözügedən əqdlərin təsdiqlədiyi halda bunun təzyiq altında baş verdiyini qeyd etməməyi normaldır. Sözügedən şirkətin kifayət qədər nüfuzu var. Bu baxımdan hesab edir ki, notariusun məhkəməyə göndərdiyi sənəd də şübhəlidir. Bildirir ki, hazırkı iddia tələbinin 4 ay sonra qaldırılmasının da səbəbi var. Belə ki, İddiaçı bütün bu məsələlərdən canını qurtarmaq üçün Türkiyəyə getmişdir. Onu da qeyd edir ki, xx.xx.2021-ci il tarixdə təkcə sözügedən əqdlər bağlanmamışdır. Həmin tarixdə İddiaçı qaynanasına, yoldaşına uşağın xaricə çıxarılmasına razı olması barədə ərizələr vermişdir. Daha sonra o, İddiaçı nümayəndəsi kimi həmin ərizələrin ləğvi barədə ərizəni yazmışdır. Bir daha qeyd edir ki, əqdlər yanılma yox, təzyiq və hədə-qorxu altında bağlanılmışdır. Hədələməyə sübut kimi xx.xx.2021-ci il tarixli Qərar göstərilə bilər. Həmin vaxt iddiaçının cinayət məsuliyyətinə cəlb olunmaq qorxusu var idi. Şirkətdə olanlarla əlaqədar polisə müraciət etmək hədələmək sayılmaya bilər, lakin hansısa bilinməyən komissiyanın rəyinin təqdim olunması hədələməkdir. Qarşı tərəf İddiaçı əmlakını bir gün ərzində satmağa vadar etmişdir. Əgər İddiaçı vaxt verilsəydi, əmlakını yüksək məbləğə satardı. İddiaçı isə bütün baş verən hadisələrdən canını qurtarmaq üçün bütün əmlakını bir gün ərzində satmışdır. İş üzrə toplanmış materiallar bu əqdlərin qanun pozuntusu ilə bağlandığını təsdiqləyir. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil4 iddia tələbinə dair izahat verərək bildirdi ki, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin polisə müraciət etməyi, İddiaçı xx.xx.2021-ci il tarixdə izahatının alınmağı, xx.xx.2021-ci ildə əqdlərin bağlanmağı, xx.xx.2021-ci il tarixdə nəqliyyat vasitələrinin etibarnamə olmadan alqısatqısı iş materiallarından aydındır. İddiaçı təzyiq altında sözügedən müqavilələri imzalamışdır. Nəticədə həm əmlaklar və həm də pul vəsaiti cavabdehlərə keçmişdir. Belə ki, İddiaçı əmlaklarının satılması müqabilində almalı olduğu pulu görmür, yəni, həm pul, həm də əmlaklar əldən çıxmış olur. Notariusdan pulu kimin aldığı, pulun MMC-nin depozitinə necə köçdüyü sual doğurur. İş materiallarında bununla bağlı sadəcə bir qəbz var, həmin qəbzdə də “qəbul etdi – kassir” sözləri yazılmışdır. Belə olan halda həmin pul vəsaitinin İddiaçı çatdığını necə müəyyən etmək olar. Bankda pul qəbul edildikdən sonra notariusun hesabına gəlməsi və notariusda kim tərəfindən qəbul edilməsi məsələsi şübhəlidir. Bununla bağlı sübut yoxdur. Bu vəziyyətdə sübutetmə yükü cavabdehlər və notariusun üzərinə düşür. Hesab edir ki, qeyd edilən hallar etibarsızlıq üçün əsasdır. Cavabdeh1 bu gün "xxxx" MMC-nin rəsmi işçisidir və o, MMC-nin rəsmi nümayəndəsi olduğu alqı-satqı prosesində iştirak etmişdir. Maşınlarla bağlı xx.xx.2021-ci il tarixdə sənədləşmələr həyata keçirilmişdir. Həmin tarixdə yalnız alqı-satqı müqaviləsi bağlansaydı, həmin məsələ texniki səhv kimi qəbul edilə bilərdi. Amma eyni tarixdə bir neçə sənəd hazırlanmışdır. Məlumdur ki, burda kimlərinsə adından sui-istifadə olunur. Onu da bildirir ki, xx.xx.2021-ci il tarixdə nəqliyyat vasitələri ilə bağlı etibarnamə verilir və xx.xx.2021-ci il tarixdə nəqliyyat vasitələri Cavabdeh2 adına keçir. Bunun necə olması barədə isə Baş Dövlət Yol Polis İdarəsinin təqdim etdiyi sənədlərdə məlumat yoxdur. Qeyd edir ki, şirkətdə olanlarla əlaqədar İddiaçı Polis İdarəsinə gətirilir və hədə-qorxu ilə bütün əmlakları əlindən alınır. Bu, insan hüquqlarının pozuntusudur. Cinayət təqibi keçirən orqanın qüvvədə olan qərarı digər məhkəmələr üçün məcburidir. İstintaq orqanı özü qeyd edir ki, audit rəyi MMC-nin əməkdaşları tərəfindən tərtib olunduğuna görə kifayət qədər əsaslı yanaşıla bilməz. Qərar qüvvədə olarkən cavabdehlərin nümayəndələri MMC-yə vurulmuş ziyanın ödənilməsi üçün İddiaçı əmlakının əlindən alındığı bildirilir. İddiaçı tərəfindən ziyan vurulması faktı təsdiqlənməyib. Qarşı tərəf bildirir ki, iddia ərizəsində əmlakların İddiaçı qaynanası tərəfindən ona bağışlandığı etiraf edilir. Əgər ailədə problem yaranıbsa həmin bağışlanma müqavilələri ləğv oluna bilərdi. Belə saxta alqı-satqı müqavilələri bağlayıb, daha sonra pulu vermədən əmlakları iddiaçının əlindən almaq olmazdı. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə dair izahat verərək bildirdi ki, İddiaçı Türkiyəyə getmək səbəbi qorxu deyildi. Belə ki, o, uşaq paltarları gətirmək üçün başqa ölkəyə getmişdir. Bütün proseslərdə o, şəxsən iştirak etmişdir. Eminin borcu var idi və o, əmlakların satışından əldə etdiyi pulu da borclarını bağlamaq üçün istifadə etmişdir. Qeyd edir ki, o, Eminlə eyni vaxtda Xəzər rayon Polis İdarəsində izahat vermişdir. Xəzər rayon Polis İdarəsində olduğu tarix dəqiq yadında deyil. Belə ki, hadisədən 8 ay keçmişdir. Əmlaklar Eminə məxsus idi. Müqavilə bağlanan gün - xx.xx.2021-ci il tarixdə hər ikisi notariusa getmişdir. Qeyd edir ki, həmin gün əmlak ucuz olduğuna görə almışdır. Emin özü şəxsən məhkəməyə gəlib hədə-qorxuya məruz qalıb-qalmadığını söyləyə bilər. Cavabdeh əlavə olaraq onu da bildirdi ki, aldığı mənzilləri satmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Şirkətdə İddiaçı tərəfindən yeyinti hallarının olduğu müəyyən edildikdə ilkin olaraq komissiya yaradılmış və təxminən 520000 manat ziyan dəydiyi müəyyən edilmişdir. Bununla bağlı tədbirlər görülmüş və polisə müraciət edərək şirkətdə müəyyən yeyinti olduğunu, ziyan vurulduğu bildirilmişdir. 2021-ci ilin sonunda, dekabr ayında sentyabr ayından cəlb olunmuş auditor Şirkətdə yoxlama aparmış və rəy vermişdir. Rəydə 712000 manat məbləğində ziyan vurulduğu göstərilmişdir. İddiaçı vurulmuş ziyanla əlaqədar təxminən 492000 manat ödəniş etmişdir. Onlar da qalan 212 min manatın ödənilməsi ilə bağlı Sabunçu rayon Məhkəməsində iddia da qaldırmışdırlar. Bakı şəhəri 7 saylı Notariat Kontorunda olan alqı satqı müqavilələri ilə bağlı bütün sənədlər məhkəməyə təqdim olunmuşdur. Məlumdur ki, hər hansı əqdin etibarsız sayılması üçün əsaslar Mülki Məcəllədə qeyd olunub. İddiaçı tərəf bir çox məsələyə toxunsa da, iddiaçıya edilmiş hədə-qorxunun nədən ibarət olduğunu bildirmir. Alqı-satqı müqavilələrində bir tərəf Cavabdeh1, digər tərəf isə İddiaçıdur. Cavabdeh1 İddiaçı hədə-qorxu gəlməmişdir. İddiaçı şirkətdən oğurluq etmiş, qarşı tərəf də haqlı olaraq haqqını tələb etmişdir. Hesab edir ki, bu tələb də hədə-qorxu deyildir. İddiaçı tərəf notarial sənədləri düzgün təhlil etməmişdir. Belə ki, bankdan pulun götürülməsi kassa məxaric orderi ilə rəsmiləşdirilir, yəni İddiaçı orderə imza atmaqla pulu götürmüşdür. Vəkil onu da bildirdi ki, iddiaçının əvvəl qorxub, 4 ay keçdikdən sonra qorxmaması inandırıcı deyil. Belə ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə alqı-satqı prosesi olmuşdur. İddiaçı bir gün sonra Türkiyəyə qaçmaq əvəzinə Prezident Aparatına, Nazirliyə, Polis Bölməsinə müraciət edə bilərdi. İddiaçı tərəfə təzyiq edilməsi ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edilməlidir. Nəqliyyat vasitələri ilə bağlı bildirmək istəyir ki, maşınlar etibarnamə əsasında başqasının adına keçmişdir, o ümumiyyətlə burada mübahisələndirilməməlidir. İddiaçının hazırda etibarnamənin ləğvi tələbinin də heç bir əsası yoxdur. Belə ki, o, istədiyi vaxt gedib etibarnaməni ləğv edə bilərdi. Nəqliyyat vasitəsinin alqısatqı prosesi barədə Nazirlər Kabinetinin qərarı var. Belə ki, nəqliyyat vasitəsini satmaq istəyərkən, həmin qərarın 2.2-ci bəndi tətbiq olunur. Nəqliyyat vasitəsi qeydiyyatdan çıxarılmadan satıla bilməz, yəni Komisyon şirkət nəqliyyat vasitəsini satışa götürür, qeydiyyatdan çıxarır və müştəri axtarır. Polis İdarəsində baş verənlərə gəldikdə isə bildirmək istəyir ki, avqust ayının 20-də iddiaçını Polis İdarəsinə çağıraraq obyekti təhvil verməli olduğunu bildirmişlər, lakin o gizlənmiş, gəlməmişdir. Qeyd edilənlərə əsasən vəkil iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil3 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Qeyd edir ki, təmsil etdiyi şəxsin, yəni Elşənin MMC ilə heç bir əlaqəsi yoxdur. Maşınla bağlı hər hansı bir şəxs Cavabdeh2 məlumat vermişdir. Həmin şəxsi tanımır, kimliyi ona məlum deyil. Bildiyinə görə alqı-satqı müqaviləsində maşının qiyməti qeyd olunmalıdır, lakin o, sözügedən müqaviləyə baxmamışdır. Hesab edir ki, burda əqdin etibarsızlığından söhbət gedə bilməz. Belə ki, iddiaçının hər hansı psixi qüsuru yoxdur, ona hər hansı zor-güc tətbiq olunmamışdır. Onu da əlavə olaraq bildirir ki, daşınmaz əmlaklarla bağlı məsələnin təmsil etdiyi şəxsə aidiyyatı yoxdur. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil5 iddia tələbinə dair izahat verərək bildirdi ki, o digər həmkarlarının fikirləri ilə razıdır, iddia tələbini qəbul etmir. İddia tələbinin əsasına dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən vəkil iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil6 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. İdda tələbinin S.Zöhrabovaya aid hissəsi ilə bağlı bildirir ki, S.Zöhrabova ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında 150000 manat ödənilməklə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi 1A, M12, 2 saylı mənzil alınmışdır. Hazırda əmlak S.Zöhrabovanın mülkiyyətindədir. Həmin mənzilin əvvəllər İddiaçı məxsus oduğunu bilir və bunu prosesdən əvvəl öyrənmişdir. İddiaçı borclarını bağlamaq üçün sözügedən əmlakı Cavabdeh1 satmışdır. Hazırda mənzil S.Zöhrabova tərəfindən alınmışdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Qeyd edir ki, Eminlə qızı Samirə rəsmi nikaha daxil olaraq ailə qurmuş və keçən ilin oktyabr ayında aralarındakı nikah pozulmuşdur. Sözügedən əmlakların satılmasına qızı Samirə məcburiyyət qarşısında qalaraq razılıq vermişdir. Qeyd edir ki, Samirə notariusda razılıq vermiş, lakin tarixini xatırlamır. Eminin borcları var idi, pis vəziyyətdə idi və şirkətdən oğurladığı pullar tələb olunduğuna görə qaytarmalı idi. Həmin pulların geri qaytarılmasını rəhbərlik, yəni direktor, həmçinin audit də tələb edirdi. Əslində heç vaxt həmin mənzili satmaq fikirləri olmamışdır. Lakin Eminin borclarına görə satmaq qərarına gəlmişdirlər. Bəhs edilən mənzili yenidən bu ilin yanvar ayında almışdır. Övladının o evdə xatirələri, əşyaları olduğundan həmin evi almışdır. Əlavə olaraq onu da bildirdi ki, X20 getməyindən xəbəri olmamışdır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. "xxxx" MMC-də işləyir. O, əmlakları xx.xx.2021-ci il tarixdə Cavabdeh1 haqqını ödəməklə almışdır. Bununla bağlı alqı-satqı müqavilələrini təqdim edə bilər. Qeyd edir ki, Bakı şəhəri, şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, bina 27, 18 saylı mənzili 60000 manata almışdır. Digər əmlak ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsidir. Həmin əmlakı isə 126000 manata almışdır. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. O, "xxxx"-də adi işçidir. O, şirkətin avto-salonunda işləyir. Avtosalonda maşın satışı ilə məşğul olur. Eminlə iş yoldaşı kimi münasibətləri yaxşı olmuşdur. Emin maşının satışı üçün ondan kömək istəmişdir, yəni ona məxsus maşınları tranzitə çıxarmaq lazım idi. Bunun üçün o, Emindən maşınların texniki pasportlarını istəmiş, Emin bir gün sonra həmin sənədləri ona gətirmişdir. O da bir gün sonra Polis İdarəsinə gedib maşını tranzitə çıxartmışdır. Qeyd edir ki, Polis İdarəsinə texniki pasportu verdikdən sonra tranzitə çıxarıb nömrə verilir. Tranzit məsələsi həll olunduqdan sonra maşını və texniki pasportu Eminə qaytarmış, satışı isə Eminin özü həyata keçirmişdir. Bir daha qeyd edir o, maşını sadəcə Eminin adından tranzitə çıxarmışdır. Lakin satış prosesində iştirak etməmişdir. Maşınlara dair xx.xx.2021-ci il tarixdə etibarnamə verilmişdir. Əlavə olaraq onu da bildirir ki, maşınları alan şəxsləri də tanımır. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında Cavabdeh3, üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, Bakı şəhəri 7 saylı Notariat Kontoruna, AR DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş, Bakı şəhəri 7 saylı Notariat Kontoru məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, iş üzrə digər şəxslər isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan ƏN-Vİİ 919290 və ƏN-Vİİ 919291 saylı etibarnamələrin surətlərindən görünür ki, İddiaçı Lexus LX450 markalı 99OL108 dövlət və BMW markalı 10ES102 qeydiyyat nişanlı avtomobillərə dair xx.xx.2021-ci il tarixdə Cavabdeh3 etibarnamə vermişdir. Etibarnamələr 1 il müddətinə, xx.xx.2022-ci il tarixədək verilmişdir. İşdə olan RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi 1A, M12, mənzil 2 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 2888 nömrəli reyestr kitabının 269435 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. İşdə olan çıxarışın surətindən görünür ki, ünvan 4 27, mənzil 18 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. İşdə olan çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 244 nömrəli reyestr kitabının 22950 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş 26 avqust 2021-ci il tarixli AN-İ seriyalı ******* saylı alqısatqı müqaviləsindən görünür ki, Cavabdeh1 ünvan 4 27, 18 saylı mənzili 60000 (altmış min) manata İddiaçı almışdır. İşdə olan Bakı şəhəri 7 saylı Notariat Ofisinin Xüsusi notariusunun xx.xx.2021-ci il tarixli, 716 nömrəli məktubundan görünür ki, notarius X22 Bank ASC-nin Xəzər Filialına müraciət edərək Notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi (qeyri-yaşayış sahəsi) üzrə mədaxil olan 60000 (altmış min manat) məbləğində pulun müvafiq 367.20 manat mənzilin vergisi Bakı şəhər VD-nə köçürülməli məbləğ çıxdıqdan sonra qalacaq 59632.80 manat pulun İddiaçı verilməsi üçün bankda olan AZ09AİİB******************** N-li depozit hesabına və 367.20 manat məbləğində yaranmış vergi məbləğinin AZ09AİİB******************** saylı hesabına qəbul edilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli qəbzin surətindən görünür ki, 60000 manat pul X18 tərəfindən notariusun xx.xx.2021-ci il tarixli, 716 nömrəli məktubuna əsasən Kapital Bank ASC-nin Xəzər Filialına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş 26 avqust 2021-ci il tarixli AN-İ seriyalı ******* saylı alqısatqı müqaviləsindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi 1A, M12, 2 saylı mənzili 180000 (yüz səksən min) manata İddiaçı almışdır. İşdə olan Bakı şəhəri 7 saylı Notariat Ofisinin Xüsusi notariusunun xx.xx.2021-ci il tarixli, 718 nömrəli məktubundan görünür ki, notarius X22 Bank ASC-nin Xəzər Filialına müraciət edərək Notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi (qeyri-yaşayış sahəsi) üzrə mədaxil olan 180000 (bir yüz səksən min manat) məbləğində pulun İddiaçı verilməsi üçün bankda olan AZ09AİİB******************** N-li depozit hesabına qəbul edilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli qəbzin surətindən görünür ki, 180000 manat pul X18 tərəfindən notariusun xx.xx.2021-ci il tarixli, 718 nömrəli məktubuna əsasən Kapital Bank ASC-nin Xəzər Filialına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş 26 avqust 2021-ci il tarixli AN-İ seriyalı ******* saylı alqısatqı müqaviləsindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsini 126000 (yüz iyirmi altı min) manata İddiaçı almışdır. İşdə olan xx.xx.2021-ci il tarixli qəbzin surətindən görünür ki, 126000 manat pul X18 tərəfindən notariusun xx.xx.2021-ci il tarixli, 717 nömrəli məktubuna əsasən Kapital Bank ASC-nin Xəzər Filialına köçürülmüşdür. İşdə olan Bakı şəhəri 7 saylı Notariat Ofisinin Xüsusi notariusunun xx.xx.2021-ci il tarixli, 717 nömrəli məktubundan görünür ki, notarius X22 Bank ASC-nin Xəzər Filialına müraciət edərək Notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi ( qeyri yaşayış sahəsi ) üzrə mədaxil olan 126000 ( bir yüz iyirmi altı min manat) məbləğində pulun müvafiq 3667.95 manat mənzilin vergisi Bakı şəhər VD-nə köçürülməli məbləğ çıxdıqdan sonra qalacaq 122332.05 manat pulun İddiaçı verilməsi üçün bankda olan AZ09AİİB******************** N-li depozit hesabına və 3667.95 manat məbləğində yaranmış vergi məbləğinin AZ09AİİB******************** saylı hesabına qəbul edilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli məxaric orderlərinin surətindən görünür ki, 122332.05 manat, 180000 manat və 59632 manat məbləğində pul vəsaitlərinin "xxxx" ASC-nin Xəzər Filialı tərəfindən İddiaçı ödənilməsi üçün ona müvafiq qəbzlər verilmişdir. İşdə olan "xxxx" MMC-nin 222 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC İddiaçı və X13 qarşı cinayət əməllərindən irəli gələn tələbindən imtina edir və bununla bağlı iddia qaldırmayacaqdır. İşdə olan Xəzər RPİ-nin İŞ-nin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanamsının rədd edilməsi haqqında qərarından görünür ki, HK-1480 saylı təhqiqat materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Bakı şəhəri 7 saylı Notariat Ofisinin Xüsusi notariusunun D/02 nömrəli, 25 yanvar 2022-ci il tarixli məktubundan görünür, xx.xx.2021-ci il tarixdə satıcı İddiaçı və alıcı Cavabdeh1 arasında rəsmiləşdirilmiş Bakı şəhəri, Sabunçu Rayonu, Bakıxanov qəsəbəsi, X24, 1A, M12, m2 ünvanında yerləşən mənzilə, ünvan 3nvanında yerləşən mənzilə dair rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi, 10ES102 d/n, BMW markalı və 99OL108 d/n, Lexus LX450 d/n nəqliyyat vasitələrinə dair verilmiş nəqliyyat vasitələrinə dair sərəncam etibarnaməsində İddiaçı şəxsən özü iştirak edərək yuxarıda qeyd olunan sənədləri imzalamışdır. Onun iddia ərizəsində göstərdiyi faktlar barədə Bakı şəhəri 7 saylı xüsusi notariat ofısində heç bir məlumat daxil olmamışdır. 26 avqust 2021-ci il tarixdə İddiaçı notariat ofisinə gələrkən onun hər hansı zorakılığa məruz qalması tərəflərindən hiss edilməmişdir. İşə əlavə olunmuş AZ İİ 204020 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür, İddiaçı ilə X9 xx.xx.2017-ci il tarixdə Nəsimi Rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 134 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Səlimova soyadı verilmişdir. İşdə olan xx.xx.2021-ci il traixli **********858 və **********859 nömrəli ərizələrin surətindən görünür ki, X10 əri İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin və ünvan 4 27, 18 saylı mənzilin satılmasına etiraz etməmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 AR DİN BDYPİ Qİİ-nə müraciət edərək, BMW markalı 10ES102 dövlət qeydiyyat nişanlı avtomobilə dair dövlət qeydiyyat nişanları və qeydiyyat şəhadətnaməsi verilməsini xahiş etmiş və Cavabdeh2 sözügedən avtomobilin AR DİN BDYPİ Qİİ-nin məlumat-axtarış uçot bazası üzrə axtarışda olan MNV-nin siyahısında olmadığı bildirilmişdir. (xx.xx.2021-ci il). İşdə olan nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, BMW markalı 10ES102 dövlət qeydiyyat nişanlı avtomobil həbsdə, girovda və axtarışda deyil. İşdə olan xx.xx.2021-ci il tarixli 000399 nömrəli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 BMW markalı 10ES102 dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı (etibarnamə əsasında Cavabdeh3) almışdır. İş materiallarına əlavə edilmiş AD 117719 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, BMW markalı 10ES102 dövlət qeydiyyat nişanlı avtomobil satış üçün xx.xx.2021-ci il tarixdə İddiaçı adından qeydiyyatdan çıxarılmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh4 AR DİN BDYPİ Qİİ-nə müraciət edərək Lexus LX450 markalı 99OL108 dövlət qeydiyyat nişanlı avtomobilə dair dövlət qeydiyyat nişanları və qeydiyyat şəhadətnaməsinin verilməsini xahiş etmiş və Cavabdeh4 sözügedən avtomobilin AR DİN BDYPİ Qİİ-nin məlumat-axtarış uçot bazası üzrə axtarışda olan MNV-nin siyahısında olmadığı bildirilmişdir. (xx.xx.2021-ci il). İşdə olan xx.xx.2021-ci il tarixli 000398 nömrəli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh4 Lexus LX450 markalı 99OL108 dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı (etibarnamə əsasında Cavabdeh3) almışdır. İşdə olan nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Lexus LX450 markalı 99OL108 dövlət qeydiyyat nişanlı avtomobil həbsdə, girovda və axtarışda deyil. İşdə olan AD 908114 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Lexus LX450 markalı 99OL108 dövlət qeydiyyat nişanlı avtomobil satış üçün xx.xx.2021-ci il tarixdə İddiaçı adından qeydiyyatdan çıxarılmışdır. İşdə olan Lexus LX450 markalı 99OL108 dövlət qeydiyyat nişanlı komputer çıxarışından görünür ki, həmin avtomobilə dair xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixdədək Cavabdeh3 adına etibarnamə verilmiş, xx.xx.2021-ci il tarixdən sözügedən avtomaşının sahibi kimi alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 qeydə alınmış və daha sonra xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X14 etibarnamə verilmişdir. İşdə olan BMW markalı 10ES102 dövlət qeydiyyat nişanlı avtomaşının komputer çıxarışından görünür ki, həmin avtomobilə dair xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh3 adına etibarnamə verilmiş, xx.xx.2021-ci il tarixdən sözügedən avtomaşının sahibi kimi alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 qeydə alınmış, daha sonra xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək X3, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək X1 adına etibarnamə verilmişdir. İş materiallarına əlavə edilmiş 13 avqust 2021-ci il tarixli AN-İ seriyalı ******* saylı alqısatqı müqaviləsindən görünür ki, X7 ünvan 4 27, 18 saylı mənzili 60000 (altmış min) manata Cavabdeh1 almışdır. İşdə olan 13 sentyabr 2021-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, X7 ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsini 126000 (yüz iyirmi altı min) manata Cavabdeh1 almışdır. İş materiallarına əlavə edilmiş 07 yanvar 2022-ci il tarixli AN-İ seriyalı ******* saylı alqısatqı müqaviləsindən görünür ki, X9 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi 1A, M12, 2 saylı mənzili 150000 (yüz əlli) manata Cavabdeh1 almışdır. İşdə olan çıxarışın surətindən görünür ki, ünvan 4 27, mənzil 18 xüsusi mülkiyyət hüququ üzrə X2 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. İşdə olan çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə X2 ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. İşdə olan çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi 1A, M12, mənzil 52 (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi 1A, M12, m2) xüsusi mülkiyyət hüququ üzrə X5 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Bununla bağlı qeyd edilməlidir ki, mülki hüquqi əqdlər, o cümlədən alqı-satqı müqavilələri əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin əsaslarından biridir. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ, həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazi üzrə qeydiyyat tarixindən əmələ gəlir (Mülki Məcəllənin 146.1 və 146.2-ci maddələri). Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 4 27, mənzil 18-ə dair AN-İ seriyalı ******* saylı, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, K.Xəlilov küçəsi 1A, M12, m. 2-yə dair AN-İ seriyalı ******* saylı və ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqavilələri müqavilə azadlığı prinsipinə uyğun olaraq İddiaçı və Cavabdeh1 arasında bağlanmışdır. Həmin müqavilələrin bağlanması zamanı daşınmaz əmlakın alqı-satqısına dair qaydalara riayət edilmişdir. Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (337.1, 337.3, 337.4). İddia ərizəsinin məzmunundan və iddiaçı tərəfin məhkəmə iclaslarında verdiyi izahatlardan görünür ki, hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 339.4-cü maddəsi təşkil edir. Belə ki, Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. İddiaçı tərəf iddia edir ki, "xxxx" MMC Xəzər rayon Polis İdarəsinə İddiaçı MMC-yə məxsus marketdən pul mənimsəməsi barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Nəticədə İddiaçı ona edilən təzyiqlərdən qurtulmaq üçün belə əqdlərin bağlanmasına razılıq vermiş, sözügedən əqdləri təzyiq və hədə-qorxu altında bağlamışdır. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli AN-İ seriyalı ******* saylı, AN-İ seriyalı ******* saylı və ******* saylı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud olmadığından iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəf sözügedən müqavilələrin iddiaçının məcburetmə, qeyri-qanuni təsir, təzyiq və hədə qorxu altında bağlanıldığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı inandırıcı, mötəbər və əsaslı şübhədən kənar sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi hal, yəni iddiaçının cinayət məsuliyyətinə cəlb edilməkdən yaxa qurtarmaq üçün özünə məxsus əmlakları satması hazırda mübahisələndirilən əqdlərin hədə-qorxu və məcburetmə nəticəsində bağlanıldığını sübut etmir. Belə ki, məhkəmə hesab edir ki, hər hansı bir şəxsin cinayət məsuliyyətinə cəlb edilməmək üçün özünə məxsus əmlakları satıb, vurulmuş ziyanın əvəzində qarşı tərəfə ödəməsi şəxsin hədə-qorxu nəticəsində əqd bağlamağa məcbur edilməsi nəticəsinə gəlməyə əsas vermir. Hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 73-1-ci maddəsində də mülkiyyət əleyhinə olan cinayətlərə görə (oğurluq, dələduzluq, mənimsəmə və s.) əməli törətmiş şəxsin ziyanı tamamilə ödədikdə (o cümlədən əməllərin ağırlığına görə digər şərtlərə riayət etdikdə) cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hal - əqdlərin hədə-qorxu, təzyiq və məcburetmə nəticəsində bağlanması öz təsdiqini tapmır. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçı ona edilmiş hədə-qorxu, təzyiq və məcburetmə halları ilə bağlı hər hansı orqana şikayət etməmiş, yalnız müəyyən müddətdən sonra hazırki iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Məhkəmə onu da qeyd edir ki, məhkəmə "xxxx" MMC-nin baş direktoru X12 Emin Vahid oğlu barədə Xəzər Rayon Polis İdarəsinə müraciəti əsasında toplanmış HK-1480 saylı təhqiqat materialını Xəzər Rayon Polis İdarəsinə və müvafiq olaraq Xəzər Rayon Prokurorluğuna sorğu verməklə tələb etsə də, həmin sənədlər məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 78-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir (78.2). Sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir (78.3). İş üzrə mübahisəli nəqliyyat vasitələrinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı BMW markalı ** ES *** dövlət qeydiyyat nişanlı və Lexus LX450 markalı ** OL *** dövlət qeydiyyat nişanlı avtomobillərə dair xx.xx.2021-ci il tarixdə imzalanmış ƏN-Vİİ seriyalı 919090 və ƏN-Vİİ seriyalı 919091 nömrəli Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında Etibarnamələrin etibarsız hesab edilməsi barədə iddia tələbini həmin etibarnamələrin də xx.xx.2021-ci il tarixdə hədə-qorxu, təzyiq və məcburetmə nəticəsində verildiyi ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, həm alqı-satqı müqavilələri bağlanarkən, həm də avtomaşınlara dair etibarnamələr verilərkən hədə-qorxu, təzyiq və məcburetmə hallarının olub-olmamasına məhkəmə tərəfindən artıq qiymət verilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi nəqliyyat vasitələrinə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində də təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbini mübahisələndirilən etibarnamə və alqı-satqı müqavilələrinin hədə-qorxu, təzyiq və məcburetmə altında bağlanıldığını bildirsə də, məhkəmənin sorğusu əsasında nəqliyyat vasitələrinin alqı-satqısı ilə bağlı sənədlər əldə edildikdən sonra iddiaçı etibarnamələrin tarixi ilə avtomaşınların alqı-satqı müqavilələrinin tarixləri arasındakı ziddiyyətə istinad edərək, sözügedən müqavilələrin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının bu dəlilləri ilə razı deyil. Belə ki, nəqliyyat vasitələrinin alqı-satqı müqavilələri və həmin avtomobillərə dair etibarnamələrin tarixləri arasında ziddiyətlərin səbəblərinin aydınlaşdırılması məqsədilə məhkəmə tərəfindən Baş Dövlət Yol Polis İdarəsinə sorğu ünvanlanmış, həmin İdarə sorğuya cavab olaraq “BMW” markalı **-ES-*** və “Lexus” markalı **-OL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin alqı-satqı müqavilələrinin xx.xx.2021-ci il tarixdə bağlandığı, lakin müqavilələrdə tarixlərin səhvən xx.xx.2021-ci il kimi göstərilməsi qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, nəqliyyat vasitələrinin alqı-satqı müqavilələrində texniki yanlışlıq olaraq tarixin bir gün əvvəl yazılması sözügedən alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, həm Lexus LX450 markalı 99OL108 dövlət qeydiyyat nişanlı, həm də BMW markalı 10ES102 dövlət qeydiyyat nişanlı avtomaşınların qeydiyyat hərəkətləri barədə komputer çıxarışlarından görünür ki, həmin avtomobillərə dair xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixdədək iddiaçı tərəfindən Cavabdeh3 adına etibarnamə verilmiş, sözügedən avtomaşınlar xx.xx.2021-ci il tarixdə satış üçün qeydiyyatdan çıxarılmışdır. Eyni zamanda sözügedən nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin surətlərindən görünür ki, şəhadətnamələrdə Baş Dövlət Yol Polis İdarəsi Qeydiyyat İmtahan İdarəsi tərəfindən avtomaşınların xx.xx.2021-ci il tarixdə satış üçün qeydiyyat çıxarıldığı möhürlə təsdiq edilmişdir. Göründüyü kimi nəqliyyat vasitələrinin uçotunu aparan dövlət orqanında avtomaşınlar satış üçün qeydiyyatdan xx.xx.2021-ci il tarixdə çıxarıldığı halda, onlar xx.xx.2021-ci il tarixdə satıla bilməzdi. Bu bir daha nəqliyyat vasitələrinin alqı-satqı müqavilələrində tarixin səhvən “26 avqust” əvəzinə “25 avqust” kimi göstərildiyini təsdiq edir. Məhkəmə onu da qeyd edir ki, hazırki iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 mübahisələndirilən alqı-satqı müqavilələri üzrə nəqliyyat vasitələrini əldə edən şəxslərdir. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Məhkəmə hesab edir ki, alqı-satqı müqavilələri rəsmiləşdirilərkən müvafiq orqanda müqavilələrin tarixi ilə bağlı texniki səhvə yol verilməsi son nəticədə həmin müqavilələr üzrə nəqliyyat vasitələrini vicdanlı olaraq əldə edən şəxslərin hüquqlarının pozulmasına da səbəb ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli avtomobillərə dair bağlanmış alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi hissəsində də iddia tələbi təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4, üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, Bakı şəhəri 7 saylı Notariat Kontoruna, AR DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə, X6 və X4 qarşı əqdlərin və etibarnamələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş rüsum onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4, üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, Bakı şəhəri 7 saylı Notariat Kontoruna, AR DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə, X6 və X4 qarşı əqdlərin və etibarnamələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar