Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1319/2022 11.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdeh “TİBB REAL MED” Mərkəzinin diş həkimi Cavabdeh2 İddiaçı2 180 manat, İddiaçı1 120 manat, 360 manat, İddiaçı1 hər aya görə 30 manat olmaqla, 12 ay üçün 360 manat, 56,6 manat ödənilmiş dövlət rüsumu və İddiaçı2 3000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən qanunvericiliyin tələbi baxımından mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Sumqayıt Şəhər Məhkəməsinin 13.10.2020ci il tarixli, 2(060)-3436/2020 saylı qiyabi qətnaməsi ilə İddiaçı1 Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilərək 300 manat ödənilmiş məbləğ və 270 manat faiz olmaqla, 570 manat pul vəsaiti və 30 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdr. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 07.05.2021-ci il tarixli, 2(060)-2689/2021 saylı qətnaməsi ilə İddiaçı1 Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı1 apellyasiya şikayət vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2524/2021 saylı, 28.09.2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(060)-2689/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olunduğuna görə mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 261-262, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1319/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1319/2022
11.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver