Məhkəmə qərarları › İş №2(060)-1321/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1321/2021

03.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1321/2021 03.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, nümayəndəsi və vəkili Vəkil, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Eldar oğlu, nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı «pul və mənəvi ziyan tələbinə dair» və cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25250 (iyirmi beş min iki yüz əlli) manat, mənəvi ziyanın əvəzi olaraq 10000 (on min) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 56700 (əlli altı min yeddi yüz) manatın və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 56730 (əlli altı min yeddi yüz otuz) manatın tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verərək, ilkin iddianın rədd edilməsi, ona məxsus olan “Hyundai Sonata” markalı, ** RG *** dövlət nömrə nişanlı avtomobilin cavabdehdən alınıb ona verilməsi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 56700 (əlli altı min yeddi yüz) manatın və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 56730 (əlli altı min yeddi yüz otuz) manatın tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə verərək, iddia tələbinin ona məxsus olan “Hyundai Sonata” markalı, ** RG *** dövlət nömrə nişanlı avtomobilin cavabdehdən alınıb ona verilməsi hissəsində baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı-cavabdeh İddiaçı iddia tələbini müdafiə edərək qarşılıqlı iddia tələbini qaəbul etməyərək göstərdi ki, Cavabdeh təxminən 2018-ci ilin sonlarında tanımışdır. Həmin vaxt özünə avtomobil almaq istədiyindən tanışlarından maraqlanıb Elgizin mobil nömrəsini tapmış və cavabdehlə aralarındakı telefon danışığı zamanı Elgizin Sumqayıt şəhəri, 41a məhəllə ərazisində yerləşən adı “CARS 200” olan avtomobil salonunda işlədiyini öyrənmişdir. Bundan sonra, Sumqayıt şəhərinə gələrək avtosalondakı 2011-ci il buraxılışlı “Mercedes C-class” markalı avtomobilə baxıb bəyənmiş və həmin avtomobilin qiymətini 33.000 manata razılaşaraq almışdır. Həmin avtomobili təxminən 10 ay müddətində idarə etmiş və bundan sonra, özünə “Prado” markalı avtomobil almaq istədiyindən ilk aldığım avtomobili götürüb Sumqayıt şəhərinə gəlmiş və Elgizə bu barədə demişdir. Elgiz ona almaq istədiyi “Prado” markalı avtomobil tapacağına söz verdiyindən, ondan aldığı “Mercedes” markalı avtomobilin qiymətini 24.000 manata razılaşdırıb avtomobili satılması üçün avtosalona təhvil vermiş, aradan təxminən bir həftə keçmiş Elgiz ona zəng vurub "Prado” markalı avtomobil tapmadığını, ancaq yaxşı vəziyyətdə olan “Hyundai İX-35” markalı avomobil olduğunu bildirmiş və həmin avtomobili almasını məsləhət görmüş, avtomobilə baxıb bəyəndiyindən həmin avtomobilin qiymətini 29.500 manata razılaşaraq həmin avtomobili almışdır. İlk olaraq “Mercedes” markalı avtomobili salona təhvil verərkən avtomobilin qiymətini 24.000 manata razılaşdığından, avtomobili almaq üçün əlavə 5.000 manat pul ödəmiş, qalan 500 manat pulu isə sonradan ödəyəcəyinə söz vermişdir. Avtomobili bir neçə gün ərzində idarə etdikdən sonra avtomobilin müəyyən nasazlıqlarının olduğunu öyrənmiş və Elgizə zəng vurub bu barədə bildirdikdən sonra Elgiz avtomobili geri qaytarmağına razılıq vermiş, üç gün sonra avtomobili qaytarıb salona gətirmişdir. Əlavə pul verərək birdəfəlik onun istədiyi “Prado” markalı avtomobil almağında köməklik göstərməsini Elgizdən xahiş etmişdir. Elgiz bununla maraqlanacağını, nəticə olarsa ona məlumat verəcəyini bildirmiş və həmin vaxt fikrinin ciddi olduğunu bildirmək üçün Elgizə əlavə olaraq 6000 manat da pul vermişdir. Bundan sonra “Hyundai İX-35” markalı avtomobili götürüb getmişdir və təxminən bir ay sonra Elgiz onunla təkrar əlaqə saxlayıb onu avtomobil salonuna çağırmış, o, da gəldikdən sonra Elgiz salonda satışda olan 'Hyundai Sonato” markalı avtomobili göstərib həmin avtomobili almağını təklif etmiş, avtomobilə baxıb bəyəndiyindən, avtomobilin qiymətini 24.000 manata razılaşaraq avtomobili almışdır. Sonradan avtomobilə yanacaq doldurmaq istəyərkən avtomobilin benzin yanacağı ilə deyil, qazla işlədiyini öyrənmişdir. Daha sonra, bu barədə Elgizə zəng vurub məlumat verdikdə Elgiz, avtomobili bir neçə gün idarə etməyini, əgər avtomobili bəyənməzsə bundan sonra avtomobili geri qaytarmağını məsləhət görmüşdür. Avtomobili idarə edərkən avtomobilin istifadə etdiyi qaz yanacağının ucuz qiymətə olduğunu görüb ilk olaraq avtomobili özündə saxlamaq qərarına gəlmişdir. Həmin müddətdə Elgiz ona verdiyi ümumilikdə 35.000 manat puldan 24.000 manat avtomobilin dəyərini çıxdıqdan sonra 9.750 manat pul qaytarmış, o, isə aralarında olan ticarət münasibətlərinə görə Elgizdən 1250 manat pulu almamış və beləcə avtomobil üstünə ümumilikdə 25.250 manata düşmüşdür. Avtomobili təxminən iki həftə ərzində idarə etmiş, ancaq avtomobilin müəyyən nasazlıqları olduğunu görmüşdür. Hətta avtomobili təmirinə Elgizin məlumatı olmaqla 800 manat pul xərcləmişdir. Ancaq avtomobili təmir etməyin mümkün olmadığını gördükdə avtomobili geri qaytarmaq qərarına gəlmişdir. Dəqiq tarixi xatırlamasa da təxminən 06.02.2019-cu il tarixdə saat 13-14 radələrində avtomobili götürüb kirvəsi Bəhruzla birlikdə avtosalona gəlmiş və Elgizdən avtomobili geri götürərək pulunu verməsini tələb etmişdir. Elgiz isə avtomobili salona qaytarıb gözləməyini, həmin müddətdə ya avtomobili satıb pulunu verməsini, ya da altı ay müddətində avtomobilin pulunu hissə-hissə qaytarmasını təklif etmişdir, ancaq mən bu təkliflə razılaşmamış, həmin vaxt orda olan Elgizin qardaşı Aqil ünvanına nalayiq ifadə işlədərək onu söyüb təhqir etmiş və yumruqla sağ üz nahiyəsindən bir zərbə vurmuşdur və bundan sonra kirvəsi Bəhruz və Elgiz araya girib Aqili sakitləşdirmək istəsələr də, bu dəfə Aqilin kirvəsi Emil ora gəlib yumruqla baş nahiyəsinə bir zərbə vurmuş, daha sonra Aqil qoluna girib onu avtosalonun içərisinə dəvət etmişdir ki, çöldə adamlar baxır, içəridə söhbət etsinlər. Aqillə içəri getdikdən sonra içəridə Aqil ondan soruşanda ki, “sən nə etmək istəyirsən? cavabında “canına azar edəcəm” deyərək cavab vermişdir. Həmin vaxt Aqil başını kəsib öldürəcəyini və qanını batıracağını deməklə hədələmişdir. Bu vaxt Aqilin kirvəsi Emil isə onu avtomobilin yük yerinə (baqaja) soxacağını bildirmiş, bundan sonra əsəbləşib nalayiq ifadə işlətməklə ondan dediyini eləməsini tələb etmişdir. Emil isə daha sonra içəridə olan mətbəxə tərəf getmiş, içəridə olan Ağa adlı şəxs və adını bilmədiyi kök bədən qurluşlu şəxs isə üstünə düşüb yumruqla bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döyməyə başlamışdılar. Bu müddətdə Emil getdiyi mətbəxdən əlində vintaçanla geri qayıdıb başına zərbə vurmaq istədikdə, özünü müdafiə etmək üçün hər iki əlini baş nahiyəsinə aparıb zərbənin qarşısını almağa cəhd etmişdir. Emilin əlində olan vintaçanla vurduğu zərbə sağ əlinə dəyib əlinə xəsarət yetirmiş, bundan sonra Bəhruz və Elgiz araya girib onu həmin şəxslərin əlindən almışdır və onu döyüb xəsarət yetirmiş şəxsləri sakitləşdirmişdilər. Bundan sonra Elgiz “sən heç bir yerə şikayət etmə” deyərək, avtomobil almaq üçün verdiyin 25.250 manat pulu geri qaytaracağına söz verdiyindən, razılaşıb çıxıb getmiş və vaxt tamam olanda Elgizə zəng vurmuş və Elgiz əlavə olaraq bir həftə də vaxt istəmiş, beləcə aradan üç həftə vaxt keçmiş, ancaq pulu geri qaytarılmamışdır. Sonra isə o, pulunu geri qaytarılmasını istəsə də heç bir nəticəsi olmamışdır. Bundan sonra o, müvafiq orqanlara şikayət etməyə başlamış və Sumqayıt Şəhər Məhkəməsinin 24.09.2020-ci il tarixli hökmü ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib,1.200 (bir min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Eyni zamanda Cavabdeh dəfələrlə ona olan borcunun qaytarılması barədə müraciət etsə də bu günə kimi heç bir nəticəsi olmamışdır. Göstərilənləri nəzərə alaraq, ilkin iddia tələbinin təmin edilərək Cavabdeh 25250 (iyirmi beş min iki yüz əlli) manat, mənəvi ziyanın əvəzi olaraq 10000 (on min) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verərək, ilkin iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Eldar oğlu ilkin iddia tələbini qəbul etməyərək qarşılıqlı iddia tələbini müdafiə edərək göstərdi ki, cavabdeh özünə məxsus olan 'Hyundai İX-35” markalı avtomaşını mülkiyyətçisi olduğu "CARS 200” avtosalonunda olan **-RG-*** dövlət qevdiyyat nişanlı "Hyundai Sonata” markalı avtomaşınla 2019-cu ilin fevral ayında dəyişmişdir. Bu zaman qarşılıqlı razılaşmaya əsasən ”Hyundai Sonata” markalı avtomaşına 22500 manat qiymət qoyulub. İddiaçının təhvil verdiyi "Hyundai İX-35” markalı avtomaşına isə 27500 manat qiymət qoyulmuşdur. Maşınlar arasındakı qiymət fərqinə görə o, İddiaçı həmin vaxt 5000 manat ödəniş etmişdir. Avtomaşını təhvil verərkən qarşılıqlı olaraq razılaşdılar ki. avtomaşını iddiaçı 3 gün idarə etsin, nasazlıq olarsa həmin müddətə avtomaşını salona qaytararaq özünə məxsus avtomaşını geriyə götürsün. Lakin həmin müddətdə iddiaçı aldığı av tomaşınla bağlı ona heç bir irad bildirməmiş, avtomaşında olan texniki nasazlıq barədə məlumat verilməmişdir. İddiaçı istifadəsində olan "Hyundai Sonata” markalı avtomaşını idarə etdiyi müddətdə 2 dəfə qəza hadisəsi törətmiş, avtomaşına xəsarət yetirilmişdir. Baş vermiş yol qəzası hadisəsini iddiaçı ondan gizlətmişdir. O, iddiaçıya etibarnamə ilə satdığı avtomaşında texniki nasazlığın olmasını Sumqayıt Şəhər Məhkəməsinin 05.04.2021-ci il tarixli, 2(060)-1321/2021 saylı qiyabi qətnaməsini aldıqdan sonra bilmişdir. Bir daha bildirir ki, "Hyundai Sonata” markalı avtomaşını cavabdehə 2 il 3 ay bundan əvvəl təhvil vermişdir. Avtomaşın tam saz halda olmuş, texniki nasazlığı olmamışdır. İddiaçı bu barədə cavabdehə vaxtında hər hansı bir etiraz bildirməmiş, avtomaşını bəyəndiyini bildirmişdir. Hesab edir ki, L.İddiaçı mülkivyəiçisi olduğum avtosalona 56700 manat maddi zərər vurmuşdur. Belə ki, sözügedən avtomaşın İddiaçı 06.02.2019-eu ildə təhvil verilmişdir. Əgər həmin avtomaşın rəhbərlik etdiyi avtosalonda olsaydı həmin avtomaşını hər günü 70 manata icarəyə verə bilərdi. İddiaçı 2 il 3 ay ərzində avtomaşını özündə saxlayaraq avtosalona 56700 (2 il 3 ay x 70 manat icarə haqqı) manat maddi zərər vurmuşdur. Həmçinin İddiaçı günahı üzündən avtomaşınla 2 dəfə qəza hadisəsi törədərək avtomaşının dəyərini əhəmiyyətli dərəcədə aşağı salmışdır. Eyni zamanda nəzərə almaq lazımdır ki. sözügedən avtomaşın 2014-eü il buraxılışdır, Hal-hazırda həmin avtomaşının istehsal tarixində 7 ildən artıq vaxt keçmişdir. Bu da satış zamanı avtomaşının qiymətinin öz dəyərindən aşağı düşməsinə səbəb olur. İlkin iddia tələbinin mənəvi zərər hissəsi əsaslanmamışdır. Cavabdeh vurulan ziyanı onun psixoloji durumuna, işgüzar nüfuzuna xələl gətirməsini əsaslandırmışdır. Hazırda onunla cavabdeh arasında 1250 manat məbləğində pul borcu vardır. Həmin məbləğidə qısa zamanda o, cavabdehə qaytaracaqdır. Həmçinin bildirir ki. "CARS 200" avtosalonu vergi ödəyicisi kimi 2 saylı Sumqayıt Vergilər İdarəsində qeydiyyata alınmışdır. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Göstərilənləri nəzərə alaraq, ilkin iddianın rədd edilməsi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 56700 (əlli altı min yeddi yüz) manatın və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 56730 (əlli altı min yeddi yüz otuz) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Eldar oğlunun nümayəndəsi və vəkili X6 cavabdeh-iddiaçı Cavabdeh izahatına uyğun izahat verərək ilkin iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, nümayəndəsi və vəkili Vəkil, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Eldar oğlu, nümayəndəsi və vəkili X4 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, ilkin iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 24.09.2020-ci il tarixli, 1(060)- 225/225 saylı hökmün surətindən görünür ki, X5 06.02.2019-cu il tarixdə saat 13 radələrində Sumqayıt şəhəri, Koroğlu küçəsində yerləşən “200 CARS” avtosalonda İddiaçı qaytarmaq istədiyi Hyundai Sonata markalı, ** RG *** dövlət nömrə nişanlı avtomobil ilə qəza törədilmədiyini iddia edərək nalayiq sözlər dediyi səbəbindən aralarında yaranmış mübahisə zamanı əlində olan vintaçanla sonuncunu bir dəfə vurub sağ əlin cırılmış yarası kimi xəsarətlər yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, 1200 (bir min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 16.10.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 43, mənzil 40-da qeydiyyatdadır. Məhkəmə ilkin iddia tələbi üzrə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı ödəməlidir. Hazırda iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh 25250 manat maddi ziyana görə pul tələb etsə də, məhkəmə iddia tələbini həmin hissədə qismən təmin edir. Belə ki, məhkəmədə cavabdeh-iddiaçı Cavabdeh İddiaçı 25250 manat deyil, 1250 manat borclu qaldığını etiraf etmiş və məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh-iddiaçının etiraf etdiyi hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 -ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz nərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, ztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ctimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, əyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 4-cü bəndində isə göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. Hazırki iş üzrə iddiaçı-cavabdeh İddiaçı Cavabdeh tərəfindən ona 10000 manat məbləğində mənəvi ziyanın vurulması barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və qeyd olunan hal iş materialları sübuta yetirilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı cavabdeh-iddiaçı tərəfindən iddiasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilərək, Cavabdeh 1250 (bir min iki yüz əlli) manat maşına görə verilən pulun və 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməli, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “ilkin iddianın rədd edilməsi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 56700 (əlli altı min yeddi yüz) manatın və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 56730 (əlli altı min yeddi yüz otuz) manatın tutularaq ona ödənilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1ci və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh 1250 (bir min iki yüz əlli) manat maşına görə verilən pulun və 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilsin. İddia tələbi mənəvi zərər hissəsində rədd edilsin. Qarşılıqlı iddia rədd edilsin. Cavabdeh-iddiaçı Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar