Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1321/2022 29.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh2 sədri X9 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, “Şirvan-Yaşma” X5 Cəmiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə (üçüncü şəxs X15) qarşı protokolun, bağçının üzvlük kitabçasının, torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planının etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, “Şirvan-Yaşma” X5 Cəmiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə (üçüncü şəxs X15) qarşı protokolun, bağçının üzvlük kitabçasının, torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planının etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X6 İdarə Heyərinin Cavabdeh1 verdiyi özəlləşdirmə üçün əsas olmuş xx.xx.1990-cı il tarixli, 02 saylı protokolun, bağçının üzvlük kitabçasının, torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planının etibarsız hesab edilməsi və bunların əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən onun adına verilmiş xüsusi mülkiyyət hüquqlarının qeydiyyatı haqqında xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* saylı Reyestrdən Çıxarışın ləğv edilməsi və ödənilən 100 manat dövlət rüsumunun cavabdehlərdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 1978-ci ildə “Azərəlvanmetaltəmirtikinti” trestinin Sumqayıt İxtisaslaşmış Təmir-Tikinti İdarəsinə quraşdırıcı vəzifəsinə qəbul edilmişdir. 1998- ci ildə idarə “Sumqayıt Tikinti-Servis” X33 Cəmiyyətə çevrilmiş, daha sonra həmin Cəmiyyətdə xx.xx.2001-ci il tarixədək işləmişdir. Cəmiyyət bu gündə fəaliyyət göstərir. Sumqayıt İxtisaslaşmış Təmir-Tikinti İdarəsi 1988- 1991- ci illərdə işçilərinə, o cümlədən, iddiaçıya bağçılıqla məşğul olmaq üçün “Şirvan- Yaşma X8 Cəmiyyəti” xətti ilə “Şirvan Nasoslu” ünvanında torpaq sahəsi vermişdir. 1991-ci ildə bağ sahəsini dəmir setka ilə çəpərləyib ora su çəni qoyduqdan sonra tərəvəz və göygöyərti əkib becərmişdir. 1991-2006-cı illər üçün torpaq vergisini ödəmişdir. 2017-ci ilin iyul ayında bağ torpaq sahəsini özəlləşdirmək üçün Şirvan” Bağçılıq Cəmiyyətinin sədri cavabdeh İnqilab Həsənova müraciət etmişdir. İnqilab Həsənov iddiaçıdan bu məsələnin araşdırılması üçün vaxt istəmişdir. Bundan sonra o, idarənin Həmkarlar İttifaqı Komitəsinin keçmiş sədri Kamil Qəribovla əlbir olub bağ sahəmi Cavabdeh1 vermişlər. Onların verdikləri saxta bağçının üzvlük kitabçası və protokoldan çıxarışa əsasən Cavabdeh1 iddiaçının bağ sahəsini xx.xx.2017-ci il tarixdə özəlləşdirərək reyestrdən çıxarış almışdır. Göründüyü kimi onların bütün saxtakarlıqları 2017-ci ilin iyul ayında iddiaçı ona ərizə yazdıqdan sonra baş vermişdir. Hüquqlarının pozulduğunu bildiyi həmin vaxtdan sonra Sumqayıt şəhər məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Sumqayıt şəhər XDS İKnin qərarı ilə işlədiyi Sumqayıt İxtisaslaşmış TTİ- nə 104 bağ sahəsi ayrılmışdır. İdarənin Müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsi birgə qərarı ilə həmin sayda torpaq sahəsi ayrılan işçilərin siyahısını təsdiq etmişdir. xx.xx.1991-ci il tarixdə idarənin rəisi, həmkarlar ittifaqı komitəsinin sədri, üzvləri, şöbə müdirləri və sahə rəislərinin iştirakı ilə torpaqların paylanması haqqında keçirilən iclasda işçilər arasında püşkatma keçirilmiş, Müdiriyyətin və Həmkarlar İttifaqının həmin tarixli birgə qərarı (protokolu) ilə iddiaçıya “Şirvan- Nasosnu” bağçılıq cəmiyyəti bağından sahəsi 600 kv.metr 23 nömrəli bağ verilmişdir. Həmin qərara (protokola) cavabdeh İnqilab Həsənovla birlikdə baxmışlar, iddiaçının adı, soyadı qarşısında bağın nömrəsi 23 göstərilən vərəqin surəti hazırda iddiaçıdadır. Müdiriyyət və HİK tərəfindən bağçılıq cəmiyyətin üzvlüyünə daxil edilməsi üçün təsdiq edilmiş 104 nəfərdən ibarət işçinin siyahısında 23 nömrəli bağın qarşısında iddiaçının adı və soyadı göstərilmiş, Cavabdeh1 adı və soyadı isə protokolda ümumiyyətlə yoxdur. Bu protokolun əslinin Cavabdeh4 tələb edilməsini xahiş etdi. İddiaçı ilə cavabdehlər arasında bundan əvvəl məhkəmə çəkişməsi olmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 1594/2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 həqiqətən keçmiş “Azərəlvanmetaltəmirtikinti” trestinin Sumqayıt İxtisaslaşmış Təmir-Tikinti İdarəsində xx.xx.1979-cu ildən xx.xx.1990-cı il tarixə qədər işləmişdir. Bundan sonra o, işini onların idarə və trestə tabeliyi və heç bir bağlılığı olmayan Sumqayıt Alüminium zavoduna dəyişmişdir. Göründüyü kimi bağ sahələrinin paylanması barədə bağçılıq cəmiyyəti üzvlərinin iclası Cavabdeh1 işdən çıxdıqdan 7ay 17 gün sonra, xx.xx.1991-ci il tarixdə keçirilmiş, o, həmin iclasda iştirak etməmiş, Sumqayıt İxtisaslaşmış TTİ-nin müdiriyyəti və HİK Sumqayıt şəhər XDS İK tərəfindən idarənin işçiləri üçün ayrılmış “Şirvan-Nasoslu” bağçılıq cəmiyyətinin bağından xx.xx.1991-ci il tarixli 2 nömrəli qərar (protokolla) ona bağ torpaq sahəsi ayrılmamışdır. Onun bağçılıq kitabçasında 1991-ci ildə bağçılıq cəmiyyətinə üzv qəbul edilməsi, həmin vaxt Sumqayıt İxtisaslaşmış TTİ-də işləməsi və kitabçanın ona 1988-ci ildə verilməsi, topraqların paylanması haqqında 2 nömrəli xx.xx.1991-ci il tarixli qərarla (protokolla) və Cavabdeh1 işdən çıxması barədə əmrlə təkzib olunur. 1988-ci ildə, kitabçanı verən bağçılıq cəmiyyəti sədrinin, torpaq sahələrinin işçilərə bundan 3 il sonra paylanacağını və Cavabdeh1 23104 nömrəli bağın veriləcəyini bilməsi mümkün deyildir. Bundan başqa Cavabdeh1 kitabçasında idarənin sədri və idarənin katibi qarşısındakı imzalar iddiaçının kitabçasındakı həmin şəxslərin imzasından fərqlənir, adi gözlə baxdıqda belə oxşamadığı aydın görünür. 1991-ci ildə idarənin bütün işçilərinə paylanmış kitabçalarda torpaq sahələrinin “Şirvan Nasosnu” bağçılıq cəmiyyətinin bağından verilməsi göstərildiyi halda, Cavabdeh1 kitabçasında “Şirvan” bağçılıq cəmiyyətinin bağından verilməsi göstərilməsi onun saxta sonradan yazılmasını göstərir. İnqilab Həsənov və Kamil Qəribov bundan əvvəl keçirilən məhkəmə iclasında idarənin işçilərinə verilən bağ sahələrinin nömrələri kitabçalarda 1-dən 104-ə qədər ardıcıl nömrə ilə göstərildiyi halda Cavabdeh1 kitabçasında bağ sahəsinin 23104 yazılmasının səbəbini izah edə bilməmişdirlər. Cavabdeh İnqilab Həsənovun təqdim etdiyi mülki iş materiallarında olan Sumqayıt Alüminium Zavodunun Həmkarlar Komitəsinin sədri Yarıyev və “Şirvan” Kollektiv Bağçılıq Cəmiyyətinin sədri Həşimovun tarixi göstərilməyən Sumqayıt İxtisaslaşmış TTİnin “Şirvan” Bağçılıq Yoldaşlığına üzv qəbul edilmiş işçilərinin siyahısında Cavabdeh1 qarşısında sahə göstərilən qrafada 23 rəqəmi göstərilmişdir. İmzaların üzərinə vurulmuş möhürün rəngi yaxşı düşməsinə baxmayaraq, hərfləri qəsdən korlandığı üçün oxunmur, onun hansı idarə və ya müəssisənin möhürü olduğunu müəyyən etmək mümkün deyildir. Həmin siyahıda olan şəxslərin bir neçəsini çıxmaqla şərti ilə əksəriyyəti həmin idarədə işləmədiyi üçün tanımır. Göründüyü kimi idarənin bağçılıq cəmiyyətinin üzvlərinin siyahısını başqa idarənin Aliminium zavodunun həmkarlar komitəsinin sədri tərəfindən rus dilində sonradan çap formada təsdiq edilməsi onda olan məlumatların həqiqətə uyğun olmadığını və sənədin saxta olmaqla hüquqi əhəmiyyət kəsb etmədiyini göstərir. X6 idarə heyətinin xx.xx.1990-cı il tarixli, 02 saylı protokolun çıxarışından görünür ki, Cavabdeh1 "Şirvan- Yaşma" X3 üzvlüyünə qəbul olunmuş və ona 23104 nömrəli bağ verilmişdir. Torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planı tərtib edilmişdir. Bu protokoldan çıxarış "xxxx" ASC "Şirvan" bağçılıq cəmiyyətinin möhürü ilə təsdiq edilmiş və həmin qərar əsasında bağ sahəsi Cavabdeh1 adına özəlləşdirilmişdir. Halbuki idarədə iclas bundan 1 il sonra keçirilmişdir. İddiaçı kimi idarənin bütün işçilərinə torpaq sahələri bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.1991-ci il tarixli iclasının 2 nömrəli protokolu ilə verilmişdir. Həmin tarixli protokolla Cavabdeh1 bağ torpaq sahəsi ayrılmadığına görə ona cavabdeh İnqilab Həsənov və Kamil Qəribov tərəfindən verilən bağ kitabçası və X6 idarə heyətinin xx.xx.1990-cı il tarixli, 02 saylı protokolu saxtadır. Göründüyü kimi saxta kitabça və protokol əsasında Cavabdeh1 bağ sahəsini özəlləşdirərək qanunsuz xüsusi mülkiyyətinə keçirmişdir. Bu səbəbdən onun bağçılıq kitabçası, saxta protokol və torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planı məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. Birinci instansiya məhkəməsinin iclasında (Sumqayıt şəhər məhkəməsinin 2(060)-9682/2018 saylı xx.xx.2018-ci il tarixi qətnaməsi) cavabdeh X18 izahatında və şahid kimi dindirilmiş X15 ifadəsində bildirmişdir ki, 2 il müddətində istifadə etmədiyim üçün bağ sahəsi iddiaçıdan alınıb Cavabdeh1 verilmiş, hər iki bağçılıq kitabçasında bağların adı və nömrəsi fəqrli göstərilsə də faktiki eyni bağ sahəsidir. Onların hər ikisi işlədiyi idarənin 2 nömrəli xx.xx.1991-ci il tarixli protokolu ilə iddiaçıya 23 saylı bağ sahəsinin verilməsini inkar etməmiş və bu işin mübahisəsiz halıdır. Göründüyü kimi özəlləşməyə əsas olmuş saxta sənədlər mübahisəli bağ sahəsinin Cavabdeh1 verildiyini göstərsə də, bu saxtalığı həyata keçirən məhkəmədə dindirilmiş İnqilab Həsənov və Kamil Qəribov torpaq sahəsindən istifadə etmədiyinə görə iddiaçıdan alınıb Cavabdeh1 verilməsini göstərmiş, bu ziddiyyətlə mübahisəli bağ sahəsinin eyni bağ olması və Cavabdeh1 özəlləşdirməyə təqdim etdiyi sənədlərin saxta olması təsdiq olunur. X8 haqqında Nümunəvi Nizamnamənin 12-ci bəndindən görünür ki, idarə, müəssisə və təşkilatın müdiriyyəti və həmkarlar komitəsi birgə qərarı və öz işçilərinə qanunla müəyyən olunmuş ölçüdə torpaq sahəsi ayırır, X17 Heyəti isə həmin qərar əsasında işçinin Yoldaşlığa üzv qəbul edilməsini rəsmiləşdirir. Nümunəvi Nizamnamənin 16-cı bəndinə görə bağçılıq cəmiyyətinin üzvlüyündən idarə, müssisə, təşkilatlarının müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarına əsasən xaric eddir. Lakin cavabdeh İnqilab Həsənov və keçmiş həmkarlar komitəsinin sədri Kamil Qəribov etirazlarının əsası kimi istinad etdikləri bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədilər. Kamil Qəribov bağ sahələrinin paylanması barədə xx.xx.1991-ci il tarixli protokolu idarənin müdiri ilə bərabər imzalayan şəxsdir. Torpaq istifadəçilərinə püşkatmanın nəticəsində bağ sahələrinə 1-dən 104-ə qədər indeksiz nömrə verilməsini bildiyi halda, 1988-ci ildə 23 nömrəli bağın bağçılıq cəmiyyəti tərəfindən xx.xx.1991-ci il tarixli qərarla (protokolla) Cavabdeh1 verildiyi bildirməklə məhkəməyə yalan ifadə vermişdir. İddiaçı bağçılıq cəmiyyətinə müraciət etdikdən sonra X32 Qədimovun bağçılıq kitabçasına 2017-ci ilin yayından sonra bilə-bilə 23104 nömrəli, 600 kv.m bağın xx.xx.1991-ci il tarixli qərarla (protokolla) Cavabdeh1 verilməsi barədə yalan həqiqəti əks etdirməyən məlumatlar daxil etməklə idarənin 1998-ci ildə özəlləşdirilərək ASC-yə çevrilməsinə baxmayaraq, bu günə kimi özündə saxladığı ləğv edilmiş Sumqayıt İxtisaslaşdırılmış TTİ Həmkarlar İttifaqının möhürünü vuraraq Cavabdeh1 saxta bağçılıq kitabçası vermişdir. Məhkəmədə ifadəsində idarənin işçilərinə bağların Şirvan-Nasosnu bağından verilməsini bildirməsinə baxmayaraq, saxta kitabçada bağın “Şirvan” bağçılıq cəmiyyəti bağından verildiyini qeyd etmişdir. 23104 nömrəli bağ sahəsinin xx.xx.1991-ci il tarixdən Cavabdeh1 verilməsi barədə saxta kitabçadakı bu barədəki qeyd Cavabdeh4 və K.Qəribovun 2 il bağdan istifadə etmədiyinə görə 23 nömrəli bağın iddiaçıdan alınıb Cavabdeh1 verilməsi barədə izahat və ifadəni təkzib edir, onların bu barədə məhkəməyə yalan ifadə verdiklərini və belə bir halın olmadığını təsdiq edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkil Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd olunanları təsdiq edərək iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 sədri X18 etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, hazırkı iş üzrə də mülki iddiaçı kimi edən İddiaçı 23№-li bağ sahəsi ilə əlaqədar cavabdehə və digərlərinə qarşı müxtəlif vaxtlarda iddialar irəli sürmüşdür. O şəhər bələdiyyəsinə, iki dəfə şəhər prokuroru və bir dəfə Azərbaycan Respublikasının baş prokuroruna ərizə ilə müraciət etmişdir. Bütün hallarda həmin iddialarla bağlı, SİTTİ-nə məxsus olan 23 №-li bağ sahəsinin həmin idarənin bir işçisindən alaraq başqa bir işçisinə verilməsində cavabdehin heç bir əlaqəsinin və rolumun olmadığı sübuta yetirilmiş və hər dəfə də bununla bağlı iddiaçıya geniş izah olunmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri n 2 saylı Ərazi İdarəsi tərəfindən “Şirvan” Bağçılıq Cəmiyyətinin 23 saylı bağ sahəsinə görə xx.xx.2017-ci il tarixdə Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsi üzərində hüququnun bərpa olunması, əks halda 5000 manatın İnqilab Həsənovdan, Cavabdeh1 və Həmkarlar ittifaqının rəhbəri Kamil Qəribovdan ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9682/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli ilə (hakim E.Məmmədov) iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1594/2019 nömrəli iş üzə 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), A.Abbasov əədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilmişdir. Qətnamədən narazı qalan müstəqil.tələb irəli sürməyən 3-cü şəxs kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5830/2019 üzrə 27 sentyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər İ.Dəmirov (sədrlik edən və a.İsgəndərov və Ə.Əhmədov) 3-cü şəxsin kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi işi yeni apellyasiya baxışına qaytararkən qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi mübahisəli bağ sahəsinin iddiaçının faktiki sahibliyində olub-olmaması, iddiaçının bağ sahəsinə dair hüquqlarının nə vaxtdan pozulması, cavabdehin mübahisəli bağ sahəsindən nə vaxtdan istifadə etməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmamış və həmin hallar nə iddia tələbində, nə də ki, apellyasiya şikayətinin dəlillərində ümumiyyətlə göstərilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-382/2020 nömrəli iş üzə 04 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), E.Rəhimov və G.Tağızadə) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası Mülki Məcəllənin 139 və 140-cı maddələrinə istinadla qeyd etmişdir ki. iddiaçı mübahisəli bağ sahəsini axırıncı dəfə 1995-1996-cı illərdə əkdiyini, 2004-cü ildən onun hüquqlarının pozulduğunu, faktiki olaraq bu gün torpağından istifadə edə bilmədiyini göstərmiş, öz tələbini əsaslandıran sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-382/2020 nömrəli iş üzrə 04 fevral 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı məzmunda 2(102)-4917/20201 nömrəli iş üzrə 26 oktyabr 2020-ci il tarixli qərar qəbul etmişdir: İddiaçı Hüsevn oğlunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-382/2020 nömrəli iş üzrə 04 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.” İddiaçı (protokolun, bağçının üzvlük kitabçasının, torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planının etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair) iddia ərizəsi üzrə işə baxan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1926/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının iddia ərizəsini geri götürməsi səbəbindən “ərizənin baxılmamış saxlanılması” qərara alınmışdır. Bütün qeyd edilənlərdən sonra İddiaçı (protokolun, bağçının üzvlük kitabçasının, torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planının etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair) iddia ərizəsilə yenidən məhkəməyə hazırkı iddia tələbi ilə müraciət etmişdir. Məhkəmə prosesləri zamanı da müəyyənləşdirilmişdir ki, «Şirvan-Yaşma» KBYna xx.xx.2008-ci ildə sədr seçilmiş və buna qədər 23 №-li bağ sahəsi Cavabdeh1 məxsus olmuşdur. Qərib tərəfindən, 2017-ci ilin oktyabr ayında 23 №-li bağ sahəsini özəlləşdirmək üçün lazım olan sənədlər («Şirvan» bağçılıq cəmiyyətinin sabiq sədrinin imzaladığı və sovet dövrünə məxsus möhürlə təsdiqlənmiş SİTTİ-də bağ sahəsi verilmiş işçilərin 23№-li yerin Qəribə məxsus olduğu göstərilən adlı siyahını və yerin Qəribə verilməsini bildirən özünün yazıb imzaladığı arayış) Kamil tərəfindən təqdim edildikdən sonra bu yerin Qəribə məxsus olmasından irəli gəlinərək müvafiq sxem və cizgi planları hazırlanaraq özəlləşməsi başa çatdırılmışdır. Buna qədər artıq Qərib şəhər Bələdiyyəsinə və cavabdeh İnqilab Həsənovun tabe olduğu "xxxx" ASC-nin HT-nın sədrinə özəlləşdirmə üçün sənəd verdiyinə görə şifahi olaraq şikayət etmişdir. Yuxarıda göstərilən sənədləri Kamil təqdim etdikdən sonra həmin sənədlər və bağ sahəsində görmüş olduğu işləri nəzərə alaraq özü (İnqilab Həsənov) Qəribə 2017-ci ilin noyabr ayında 23 №-li bağ sahəsinin özəlləşməsinə tələb olunan sənədləri vermişdir. Cəmiyyət sədri kimi fəaliyyət göstərdiyi 11 ildə “Şirvan” cəmiyyətini təşkil edən 5 idarədən heç birinin X30 seçilənə qədər bağ sahələri ilə əlaqədar gördükləri heç bir işə müdaxilə etməmişdir və belə bir səlahiyyəti də yoxdur. Qanunvericiliyin tələblərinə görə, xüsusi mülkiyyət hüququ Cavabdeh1 məxsus bağ sahəsi tam qanuni əsaslarla Cavabdeh1 istifadəsində olmuş və müvafiq qaydada Dövlət qeydiyyatından keçməklə mülkiyyət obyektinə çevrilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 sədri X18 etirazının məzmununa uyğun izahat verərək və eyni zamanda iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X12 iddia tələbini qəbul etməyərək bildirdi ki, DƏDRX tərəfindən verilmiş çıxarış qanunidir, düzgün tərtib olunmuşdur. Çıxarış Koorperativ tərəfindən təqdim edilmiş sənədlər əsasında, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olaraq verilmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmiş X10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı X13 əmək kitabçasının surətindən görünür ki, o, “Azərəlvanmetaltəmir tikinti” trestində işləmişdir. - "xxxx" ASC-nin HİK-nin 1988-90-cı illərdə kollektiv bağçılıq üçün ayrılmış torpaq sahələri ilə bağlı məsələnin müzakirəsinə həsr olunmuş iclasının xx.xx.2008-ci il tarixli protokolundan görünür ki, Sumqayıt “Alüminium” İS-də “Şirvan-Yaşma” bağçılıq təsərrüfatlarının yenidən bərpa olunması, bağçılıq təsərrüfatına sədr İnqilab Həsənov təyin olunmuşdur. Həmin protokolda qeyd olunmuşdur ki, torpaq sahəsi olanların, sənədi olanların və olmayanların siyahısı tutulsun, dəqiqləşdirilsin, sənədi olmayanlara sənəd verilsin və torpaqla təmin olunsunlar. Həmin torpaqlarda indiyə qədər yerini tutub nə isə iş görən işçilərə toxunulmasın, bağçıların üzvlük kitabçasındakı bağ nömrələrində düəliş aparılaraq faktiki bağ nömrələri göstərilməklə cəmiyyət sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilsin. - Bağçılıq kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, bağçılıq cəmiyyəti üzvlərinin 1991-ci il tarixli 02 №-li protokoluna əsasən İddiaçı bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. “Şirvan” Nasosnu bağçılıq cəmiyyəti bağından sahəsi 600 kv.m olan 23 №-li ba sahəsi xx.xx.1991-ci il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9682/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri n 2 saylı Ərazi İdarəsi tərəfindən “Şirvan” Bağçılıq Cəmiyyətinin 23 saylı bağ sahəsinə görə xx.xx.2017-ci il tarixdə Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsi üzərində hüququnun bərpa olunması, əks halda 5000 manatın İnqilab Həsənovdan, Cavabdeh1 və Həmkarlar ittifaqının rəhbəri Kamil Qəribovdan ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9682/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli ilə iddia təmin edilməmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1594/2019 nömrəli iş üzə 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilmişdir. - Qətnamədən narazı qalan müstəqil tələb irəli sürməyən 3-cü şəxs kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 5830/2019 üzrə 27 sentyabr 2019-cu il tarixli qərarı ilə 3-cü şəxsin kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. - Apellyasiya instansiyası məhkəməsinin 2(105)-382/2020 nömrəli iş üzə 04 fevral 2020-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-382/2020 nömrəli iş üzrə 04 fevral 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı məzmunda 2(102)-4917/20201 nömrəli iş üzrə 26 oktyabr 2020-ci il tarixli qərar qəbul etmişdir: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-382/2020 nömrəli iş üzrə 04 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. - İddiaçı Şirvan Bağçılıq Cəmiyyətinin sədrinə xx.xx.2018-ci il tarixli ərizə ilə müraciət edərək Yaşma Bağlar ərazisində yerləşən 0,06 ha, 23 nömrəli torpaq sahəsini özəlləşdirmək üçün protokoldan çıxarış verilməsini xahiş etmişdir. - “Şirvan-Yaşma” KBY-ın sədri tərəfindən X13 xx.xx.2018-ci il tarixli ərizəsinə cavabdan görünür ki, işləmiş olduğu SİTTİ tərəfindən 23 №-li bağ sahəsinin ona verildiyini bildirən bağçının üzvlük kitabçasının biri də həmin idarədə işləmiş Cavabdeh1 adına verilmiş və o şəhər Bələdiyyəsində qeydiyyata düşərək torpaq vergisini ödəyərək həmin 23 №-li bağ sahəsində müəyyən işlər görmüşdür. Ona görə də bu bağ sahəsinin özəlləşdirilməsi üçün tələb olunan sənədlər Bağçının üzvülük kitabçası, bağ sahəsi ilə əlaqədar görülən işlər və SİTTİ-nin sabiq sədri X7 verdiyi arayışa əsasən Cavabdeh1 verildiyindən həmin sənədlərin yenidən verilməsinin mümkün olmadığı qeyd edilmişdir. - “Şirvan-Yaşma” KBY-ın sədrinə ünvanlanmış arayışdan görünür ki, “Yaşma” bağlar massivində SİTTİ tərəfindən X14 verilmiş 23 N-li bağ sahəsindən uzun müddət istifadə etmədiyinə və Sumqayıt şəhərindən köçüb getdiyinə görə həmin bağ sahəsi idarənin rəhbərliyi və HİK tərəfindən bağçılıq cəmiyyəti haqda olan nizamnaməyə əsaslanaraq bu idarənin digər işçisi Cavabdeh1 verilmiş və o, hazırda həmin bağ sahəsindən istifadə edir. - SİTTİ-nın müdiyiyyəti və HİK ilə birgə iclasının xx.xx.1991-ci il tarixli, 2 №-li protokolundan görünür ki, X16 23 №-li bağ sahəsi ayrılmışdır. - X6 idarə heyətinin xx.xx.1990-cı il tarixli 02 saylı protokolundan çıxarışdan görünür ki, Cavabdeh1 23/104 №-li bağ ilə “Şirvan-Yaşma” KBY-na üzvlüyə qəbul edilmişdir. - X6 Nizamnaməsinin 22-ci bəndinin «Г» yarımbəndində qeyd edilir - bağçılığın üzvü ona ayrılmış sahədən 2 il müddətinə istifadə etmədikdə bağşılıq üzvlüyündən xaric edilə bilər. Bu zaman həmin şəxsə bağçılığa ödədiyi vəsaitlər (üzvlük haqqı istisna) geri qaytarılır. - X6 Nizamnaməsinin 22-ci bəndinə əsasən üzvlüyə müəsissənin işçiləri və əvvəllər həmin müəssisədə işləyib pensiyaya çıxmış şəxslər qəbul edilir. - İddiaçının nümayəndəsi vəkil Nümayəndə vəsatəti əsasında sorğu edilərək arxivdən götürülmüş 2(060)-9682/2018 saylı mülki iş üzrə Müstəqil tələb irəli sürməyən 3cü şəxs Cavabdeh1 həmin iş üzrə izahat verərək qeyd edir : 1979-cü ildən 1990 və ya 1991-ci ilədək Sumqayıt İxtisaslaşmış Təmir-Tikinti İdarəsində çilingər işləmişdirş bağ sahəsi ona lap əvvəldən verilmişdir, səhv etmirsə 1990-cı ildə. Həmin sahəyə gedib gəlir, İddiaçı tanıyır. 1990-cı ilə qədər müəssisədə işlədiyi halda bağ sahəsinin ona 1991-ci ilin sənədləşməsi əssında verilməsini sənədləşmənin ola bilsin gec aparılması ilə izah edərək, onun adına olan sənədlərdə tarixlərin hansı səbədən uyğunsuz olmasını, həmçinin adının əvvəlcədən siyahıda niyə olmamasını izah edə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları işin bütün fakti hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, X20 xx.xx.1990-cı il tarixində Sumqayıt İxtisaslaşmış TTİ tərəfindən “Şirvan” Nasosnı bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, xx.xx.1991-ci il tarixli qərara əsasən ona sahəsi 600 kv.m olan 23 nömrəli bağ sahəsi verilmişdir. İddiaçı qeyd edilən Cəmiyyətə üzvlükdən çıxarılmamış, 23 nömrəli bağ torpaq sahəsinə dair ona verilmiş üzvlük kitabçası ləğv edilməmişdir. "xxxx" ASC-nin möhürü ilə təsdiq edilmiş X6 İdarə Heyətinin xx.xx.1990-cı il tarixli, 02 saylı qərarına əsasən Cavabdeh1 “Şirvan- Yaşma” X4 üzvlüyünə qəbul olunmuş, ona 23/104 nömrəli bağ sahəsi verilmişdir. “Azərəlvanmetaltəmirtikinti” trestinin Sumqayıt İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsinin müdiriyyəti və Həmkarlar ittifaqı Komitəsinin birgə iclasının möhürlə təsdiq edilməmiş 14 iyul 1991-ci il tarixli, 3 nömrəli iclas protokolundan görünür ki, təkliflər nəzərə alınaraq istifadə edilməyən torpaq sahələrinin İdarənin digər işçiləri arasında işlədikləri müddət nəzərə alınaraq paylanması qərara alınmışdır. Bundan xeyli müddət sonra "xxxx"ASC-in HİK-in 1988-90-cı illərdə kollektiv bağşılıq üçün ayrılmış torpaq sahələri ilə bağlı məsələnin müzakirəsinə həsr olunmuş xx.xx.2008-ci il tarixli iclasında ASC-nin bağçılıq təsərrüfatının yenidən bərpa edilməsi, yeni sədrin seçilməsi, bağ sahiblərinin siyahısının dəqiqləşdirilməsi, ərazinin yeni xəritəsinin çəkilib nömrələnməsi, sənədi omayanlara sənəd verilib torpaqla təmin olunması qərara alınmış, X23 təsərrüfatının sədri seçilmişdir. Sumqayıt İxtisaslaşdırılmış TTİ-nin HİK-nin sabiq sədri Kamil Qəribov tərəfindən “Şirvan- Yaşma” KBY-ın sədri Cavabdeh4 ünvanlanmış 28 sentyabr 2017-ci il tarixli arayışdan müəyyən olundu ki, “Yaşma” bağlar massivində İdarə tərəfindən X16 verilmiş 23 №- li bağ sahəsindən istifadə etmədiyinə və Sumqayıt şəhərindən köçüb getdiyinə görə həmin baş sahəsi İdarənin rəhbərliyi və HİK tərəfidən bağçılıq cəmiyyəti haqqında olan Nizamnaməyə əsaslanaraq bu idarənin digər işçisi Cavabdeh1 verilmiş və o, hazırda həmin bağ sahəsindən istifadə edir. "xxxx" ASC tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 21 saylı arayışdan aydın olur ki, Cavabdeh1, keçmiş “Azərəlvanmetaltəmirtikinti” trestinin Sumqayıt Bxtisaslaşdınlmış Təmir-Tikinti İdarəsində xx.xx.1979-cu ildən (Əmr nömrəsi 159-k xx.xx.1979) xx.xx.1990-cı ilə qədər işləmişdir. Qeyd olunan bağ torpaq sahəsi Cavabdeh1 adına özəlləşdirilmişdir. Mübahisə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi müddəaları haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 fevral 2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda ilk növbədə torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin ümumi məzmununa görə Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mübahisə predmetinə çevrilmiş bağ torpaq sahəsinin dövlət və ya bələdiyyə deyil, xüsusi mülkiyyətə daxil olan torpaq sahəsi olması işin mübahisəsiz halıdır. Belə ki, daha öncə qeyd olunduğu kimi xx.xx.1990-cı ildən Sumqayıt İxtisaslaşdırılmış Təmir- Tikinti İdarəsində işləyən İddiaçı “Şirvan” Nasosnı bağçılıq cəmiyyətinə üzv qəbul olunmuş, xx.xx.1991-ci il tarixdə qeydə alınmış qərara əsasən ona 600 kv.metr torpaq sahəsindən ibarət 23 saylı bağ torpaq sahəsi verilmişdir. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki i fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq İ təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu hnaddəsində isə vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası nəzərdə tutulmuşdur. “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülk Kollegiyasının 12 fevral 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməs Plenumunun 01 noyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikas Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində ola (fərdi yaşayış evlərinin həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılı təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İstinad olunan hüquq normalarının əsas dispozitiv şərtlərindən göründüyü kimi fərdi yaşayı evlərinin həyətyanı sahələri, fərdi, kollektiv və kooperativ bağları, dövlət bağçılıq təsərrüfatını idarəçiliyindəki bağlar əvəzsiz olaraq bağ sahibi olan vətəndaşların mülkiyyətinə verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsuh əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzni dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yenə həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) опии faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiJ imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Göstərilən hüquq normalarını daha geniş təsvir edən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçiləri və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahiil olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratım öz iradəsinə görə müəyyən etmək), həm də qüvxəua olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadla mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəka etmək səlahiyyətidir. Qeyd edilən hüquq normalarını hazırki mübahisəyə tətbiq edən məhkəmə qeyd еdir ki, doğrudur, iş materiallarına əlavə edilmiş hüquqmüəyyənedici sənədlərdən də göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ qeydə alınmamışdır. Hər halda məhkəmə kollegiyası iddiaçının həmin torpağa dair hüquqlarını əmlak hüquqları kimi qiymətləndirib, məsələyə məhz bu konteksdən yanaşmağı əsaslı sayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli Qərarında məsələyə aşağıdakı kimi hüquqi mövqe nümayiş etdirilmişdir: «Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə İ nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir şrraprinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdinİməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi “Yaşma” bağlar massivində İdarə tərəfindən X16 verilmiş 23 №-li bağ sahəsindən istifadə etməməsi və Sumqayıt şəhərindən köçüb getməsi səbəbilə həmin bağ sahəsi İdarənin rəhbərliyi və HİK tərəfidən bağçılıq cəmiyyəti haqqında olan Nizamnaməyə əsaslanaraq bu İdarənin digər işçisi Cavabdeh1 verilmişdir. Bu hal İdarənin HİK-nin keçmiş sədrinin işə əlavə edilmiş arayışı, işdə olan “Azərəlvanmetaltəmirtikinti” trestinin Sumqayıt İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsinin müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1991-ci il tarixli birgə yığıncağının 03 saylı protokolu, "xxxx"ASC-in HİK-in 1988-90-cı illərdə kollektiv bağşılıq üçün ayrılmış torpaq sahələri ilə bağlı məsələnin müzakirəsinə həsr olunmuş xx.xx.2008-ci il tarixli iclas protokolu ilə də təsdiq edilir. İşdən görünür ki, mübahisəli bağ sahəsinin nömrəsi 23 və 23104 göstərilsə də faktiki eyni bağ sahəsidir. Cavabdeh1 iş materialarına əlavə edilmiş bağçının üzvlük kitabçasında da həmin nömrə 23 göstərilmişdir. Lakin həmin bağ sahəsinin özəlləşdirilməsi üçün DƏDRX-nə təqdim edilmiş "xxxx" ASC Şirvan-Yaşma Bağçılıq Cəmiyyəti tərəfindən təsdiq edilmiş bağçılıq kitabçasında nömrə 23104 göstərilmişdir. Məhkəmə nəzərə alır ki, İddiaçı Sumqayıt İxtisaslaşmış TTİ tərəfindən “Şirvan” Nasosnı bağçılıq cəmiyyətinə üzv qəbul edilməsi barədə qərar xx.xx.1991-ci il tarixdə qəbul edilmiş, ona sahəsi 600 kv.m olan 23 nömrəli bağ sahəsi verilmişdir. 27 avqust 2004-cü il tarixli, EQS 007848 seriyalı və 21 avqust 2006-cı il tarixli BRÇ 006473 seriyalı qəbzlərdən görünür ki, X20 bağ sahəsinə görə 2001-2004 və 2005-2006-cı illər üçün torpaq vergisi ödəmişdir. Bu isə o deməkdir ki, 23 nömrəli bağ sahəsi ən azı 1991-2006-cı illər ərzində İddiaçı istifadəsində olmuşdur. Başqa sözlə, daha öncə istinad olunan maddi hüquq normalarına əsasən həmin bağ sahəsi artıq 1997-ci ildən onun mülkiyyətinə verilmiş hesab olunur. Cavabdeh1 mşah oğlundan fərqli olaraq o, mülkiyyətinə verilmiş həmin bağ sahəsinin özəlləşdirilməsinin rəsmiləşdirməsini başa çatdırmasa da, qeyd edilən Cəmiyyətə üzvlükdən çıxarılmamış, 23 nömrəli bağ torpaq sahəsinə dair ona verilmiş üzvlük kitabçası ləğv edilməmişdir. Məhkəmə hesab edir ki, belə olan təqdirdə 23 nömrəli bağ sahəsinin 23104 nömrə altında Cavabdeh1 verilməsi qanuni sayıla bilməz. Öncə istinad olunan maddi hüquq normalarının tələblərinə görə könüllü özünü idarə təşkilatı kimi “Yaşma” Bağçılıq Yoldaşlıq təşkilatı səlahiyyət həddini aşaraq İddiaçı ayrılmış torpaq sahəsindən sonuncunu məhrum etmişdir. Hazırda “Şirvan-Yaşma” X11 Cəmiyyətinin rəhbəri Həsənov İnqilab oğlu, İddiaçı cəmiyyətin ərazisində başqa torpaq sahəsi ayrıla biləcəyini ə də, sonuncu bundan imtina etmişdir. İşin bu halı da Cəmiyyətin səlahiyyət həddini aşaraq qanunsuz qərar qəbul etməsinin təsdiq edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0, 8.0.7-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il may ayının 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarəsi tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderil kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışlar əsas hesab olunur. İşdən görünür ki, Cavabdeh1 tərəfindən 23104 nömrəli bağ sahəsi özəlləşdirilərkən DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə əsas kimi X6 İdarə Неyətinin xx.xx.1990-cı il tarixli, 02 saylı protokolundan çıxarış təqdim edilmişdir. Həmin çıxarışdan məlum olur ki, qeyd edilən tarixdə Cavabdeh1 “Şirvan-Yaşma” X8 üzvlüyünə qəbul olunmuş və ona 23104 №-li bağ sahəsi ayrılmışdır. Halbuki, elə sənədlər qovluğunda olan Bağçının üzvlük kitabçasında 23104 nömrəli bağ sahəsinin ona xx.xx.1991 ildə verildiyi qeyd edilmişdir. Digər tərəfdən daha öncə qeyd olunduğu kimi “Yaşma” bağ massivində idarə tərəfindən X16 verilmiş 23 №-li bağ sahəsindən etməməsi və Sumqayıt şəhərindən köçüb getməsi səbəbilə həmin bağ sahəsi İdarənin rəhbərliyi və HİK tərəfidən bağçılıq cəmiyyəti haqqında olan Nizamnaməyə əsaslanaraq bu İdarənin digər Cavabdeh1 verilmişdir. Baxmayaraq ki, Cavabdeh1 Sumqayıt İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsində xx.xx.1990-cı ilə qədər işləmişdir. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi “Yaşma” Yoldaşlıq Bağçılıq, iddiaçıya məxsus bağ torpaq sahəsini Cavabdeh1 verərkən onu əsas götürmüşdür ki, bağ sahibi uzun müddət həmin sahədən istifadə etməmişdir. Daha öncə qeyd olunduğu kimi Kərimov Həsən oğluna 23 №-li bağ sahəsi xx.xx.1991-ci ildə verilmişdir. Qeyd edildiyi kimi Qərib Qədfl tərəfindən 23104 nömrəli bağ sahəsi özəlləşdirilərkən DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə əsafl X6 İdarə Heyətinin xx.xx.1990-cı il tarixli, 02 saylı protokolu təqdim edilmişdir. Lakin Bağçının üzvlük kitabçasında 23104 nömrəli bağ sahəsinin ona xx.xx.1991-ci ildə ildə verildiyi qeyd edilmişdir. Bu fakt Həsən Kərimovun ona verilmiş bağ sahəsindən istifadə etməməsi halını inkar etdiyi kimi, Cavabdeh1 verilməsinin əsassız olduğuna dəlalət edir. Digər tərəfdən qeyd edilməlidir ki, İddiaçı və onun iş yoldaşlarına Yeni Yaşma bağları ərazisində torpaq sahələri səlahiyyətli orqan olan Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin qərarı əsasında ayrılmışdır. Həmin torpaq sahəsinin İddiaçı ayrılması barədə üzvlərin yığıncağının qərarı, bağçının üzvlük kitabçası ləğv edilməmiş, bugündə qüvvədədir. Belə olan halda səlahiyyətli orqanın qərarını nəzərə almadan “Yaşma” Bağçılıq Yoldaşlıq tərəfindən Cavabdeh1 23 saylı bağ torpaq sahəsinə dair üzvlük kitabçası verilməsi qanunsuz olduğu üçün əhəmiyyətsizdir. Başqa sözlə, “Yaşma” Bağçılıq Yoldaşlığın qeyd edilən qərarı Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin məlum qərarından üstün ola bilməz və ona Sumqayıt şəhəri üzrə yüksək icra orqanı hesab edilən qurumun qərarını ləğv etmək səlahiyyəti verilməmişdir və verilə də bilməzdi. Məhkəmə Cavabdeh2 sədri X9 iddia müddəti tətbiq olunmaqla iddianın rədd edilməsinə dair ərizəsini araşdıraraq hesab edir ki, cavabdehin istinad etdiyi Mülki Məcəllənin 373-cü maddəsi hazırki halda tətbiq edilə bilməz, belə ki, tərəflər arasında müqavilə münasibətləri mövcud deyildir. İddiaçı ilə cavabdehin hazırki mübahissəsi Mülki Məcəllənin 384.0.4-cü maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X6 İdarə Heyətinin Cavabdeh1 verdiyi özəlləşdirmə üçün əsas olmuş xx.xx.1990-cı il tarixli, 02 saylı protokol, bağçının üzvlük kitabçası, torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planı etibarsız hesab edilməliidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsi Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları özündə ehtiva edir. Həmin əsaslardan biridə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışdır. Hazırki iş üzrə X6 İdarə Heyətinin Cavabdeh1 verdiyi özəlləşdirmə üçün əsas olmuş xx.xx.1990-cı il tarixli, 02 saylı protokol, bağçının üzvlük kitabçası, torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planı etibarsız hesab edildiyindən, həmin torpaq sahəsinə dair verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* saylı Reyestrdən çıxarışda ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin, iddiaçı tətəfindən ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi hissəsi qismən təmin edilməli, ödənilmiş rüsumun əvəzi olaraq 100 manat cavabdehlərdən deyil, Cavabdeh2ndən tutularaq iddiaçıya verilməlidir. Belə ki, araşdırma nəticəsində iddiaçının hüquqularının məhz həmin cavabdeh tərəfindən pozulduğu müəyyən edilir ki, həmin pozuntularda digər hüquqi nəticələrə səbəb olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. “Şirvan-Yaşma” X6 İdarə Heyətinin Cavabdeh1 verdiyi, özəlləşdirmə üçün əsas olmuş xx.xx.1990-cı il tarixli, 02 saylı protokol, bağçının üzvlük kitabçası, torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planı etibarsız hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş xüsusi mülkiyyət hüquqlarının qeydiyyatı haqqında xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* saylı Reyestrdən Çıxarış ləğv edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdeh “Şirvan- Yaşma” X1 alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-1321/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1321/2022
29.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver