Məhkəmə qərarları › İş №2(060)-1359/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1359/2023

14.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1359/2023 14.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı, Cavabdeh üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs: Sumqayıt şəhər Vətəndaşlara Xidmət İdarəsi) “nəşlərin ailə məzarlığından çıxarılması” tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər qəbirstanlığında ailə məzarlıqlarında dəfn edilmiş X1 və X5 nəşlərinin cavabdeh tərəfindən ailə məzarlıqlarıdan çıxarılmasını, cavabdehə onların ailə məzarlıqlarına nəşlərini basdırılmasının qadağan edilməsini və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq oa ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X7 xx.xx.2000-ci ildə vəfat etmişdir. İddiaçı həyat yoldaşını dəfn etmək məqsədilə Maraqlı şəxsnə müraciət edərək dəfn üçün ailə vəziyyətlərinə uyğun olaraq torpaq sahəsi ayrılmasını xahiş etmişdir. Həmin idarə tərəfindən ona qəbiristanlıqda dəfn üçün uyğun torpaq sahəsi ayrılmışdır. Həyat yoldaşı xx.xx.2000-ci ildə onlara ayrılan torpaq sahəsində dəfn edilmişdir. Həyat yoldaşının dəfn olunduğu ailə məzarlıqları ətrafdakı məzarlıqlar kimi tərəflərindən daş hasarla əhatəyə alınmışdır. Onlar dəfndən sonra onlara ayrılmış məzarlığa daim qulluq edərək abadlıq işləri aparmışlar. Onların ailələrinin xəbəri və icazəsi olmadan 2003-cü ilin aprel ayında Cavabdeh anası X2 onların ailə məzarlıqlarında dəfn etmişdir. Bundan xəbər tutan kimi ona etirazlarını bildirmişlər. Cavabdeh onlara bilmədən bu hərəkətə yol verdiyini və anasının nəşini çıxarıb başqa yerdə dəfn edəcəyini bildirmişdir. Dəfələrlə müraciət və tələb etməklərinə baxmayaraq cavabdeh mütəlif bəhanələr gətirmiş, anasını qəbirstanlığın digər hissəsində dəfn etməkdən imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, onlara qəbiristanlıqda zavod tərəfindən 2020-ci ildə yer ayırılıb. Cavabdeh onun mərhum həyat yoldaşının ögey qardaşıdır. Cavabdehlə heç bir əlaqələri yoxdur. Onlara ayrılan yerdə cavabdeh öz anasını və oğlunu dəfn edib. Onların bu hadisədən dəfndən sonra məlumatları olub. O, bu hərəkəti sadəcə olaraq qərəzli şəkildə edib. Dəfələrlə nəşlərin ailə məzarlığından çıxarılması barədə cavabdehə müraciət etsə də, bir nəticə əldə edə bilməmişdir. Onlara ayrılan yer ilə bağlı hər-hansı bir sənəd verilməyib. Cavabdehin anasının və oğlunun dəfn mərasimində iştirak etməmişlər. Cavabdeh də onun mərhum həyat yoldaşının dəfnində iştirak etməyib. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddia tələbini qəbul etmir. Sözügedən qəbiristanlıqda ayrılan yer 2 nəfər üçün nəzərdə tutulsa da, 6 əlavə yeri şəxsən özü almışdır. İddiaçının mərhum həyat yoldaşı onun ögey qardaşıdır. Onun dəfn edildiyi yerdə özgə adamlar yox, öz anası və oğlu dəfn edilib. Qardaşı ögey olsa da, birlikdə böyümüşlər. Sözügedən yerin alınmasında, tikintisində o da iştirak etmişdir. Onlara ayrılan yer ilə bağlı hər-hansı bir sənəd verilməyib. Anasının vəfatından iddiaçının xəbəri olub, lakin onun dəfn mərasimində iştirak etməyib. Son vaxtlar iddiaçının və onun ögey qardaşının münasibətləri yaxşı olmayıb. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahat verərək bildirdi ki, şəxs vəfat etdiyi zaman onun ailəsinə iki nəfərlik yer ayrılır. Yer ayrılan zaman heç bir sənəd verilmir. Yer ayrılandan sonra mərhumun ailəsi həmin yeri hasarlayır və hasarın içində şəxslərin ailə üzvləri dəfn edilir. Qəbristanlığın torpaqları dövlət mülkiyyətindədir və fiziki şəxslərə mülkiyyətə verilmir. Qeyd edilənlərə əsasən üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə tərəflərin və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1954-cü ildə, Ucar rayonu, Yuxarı Şilyan kəndində anadan olmuşdur. O, hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1944-cü ildə, Cəbrayıl rayonu, Minbaşlı kəndində anadan olmuşdur. O, ünvan 3 ünvanında qeydiyyatdadır. Nikahın bağlanması haqında şəhadətnamənin surətinə əsasən iddiaçı X7 ilə xx.xx.1978-ci ildə nikaha daxil olaraq ailə qurmuşlar. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X7 xx.xx.2000-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli məktubla müəyyən edilir ki, iddiaçı qeyd edilən məsələ ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsi 5-ci Polis Bölməsinə şikayət etmiş, Polis bölməsi tərəfindən iddiaçıya məsələnin həlli üçün mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə hesab edir ki, öncə iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququnun, yəni iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur (5.1). Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər (48.2). Göründüyü kimi iddiaçı cavabdehin öz yaxınlarını dəfn etdiyi torpaq sahəsinin onun ailə məzarlığı olmasına əsaslanaraq həmin şəxslərin nəşlərinin dəfn edildikləri yerdən çıxarılmasını istəyir. Bunun üçün o, həmin məzarların olduğu torpaq sahəsinin onun mülkiyyətində, icarəsində və ya qanuni istifadəsində olduğunu sübut etməlidir. Lakin, işdən göründüyü kimi cavabdehin yaxınlarının dəfn edildiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət, icarə və ya qanuni istifadə hüququ yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehin yaxınlarının məzarlarının həmin torpaq sahəsindən çıxarılmasını tələb etməyə subyektiv hüququ mövcud deyildir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh iddiaçının həyat yoldaşının ögey qardaşı olmaqla onun qohumudur. Bu səbəbdən onun öz qohumlarını həmin məzarlıqda dəfn etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb ola bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesabe dir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Sumqayıt şəhər qəbirstanlığında ailə məzarlıqlarında dəfn edilmiş X1 və X5 nəşlərinin cavabdeh tərəfindən məzarlıqdan çıxarılması, cavabdehə onların ailə məzarlıqlarına nəşlərinin basdırılmasının qadağan edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar