Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1373/2025 02.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, onun yetkinlik yaşına çatmayan övladı xx.xx.2007-ci il təvəllüdlü Poladov Yusif Cəmil oğlunun və Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2ya olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Bildirir ki, cavabdehlərdən Cavabdeh1 onun qızı və Cavabdeh2 isə onun qohumudur. Onlar ona məxsus mənzildə qeydiyyatda olsalar da, ona məxsus mənzildə yaşamırlar. Belə ki, cavabdehlərdən Cavabdeh1 2006-cı ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş və mənzili həmin vaxtdan da tərk etmişdir. Ailə həyatı qurduqdan sonra onun bir övladı da dünyaya gəlmişdir. xx.xx.2007-ci il təvəllüdlü Poladov Yusif Cəmil oğlu. Bildirir ki, həmin uşaq da ona məxsus mənzildə qeydiyyatdadır. Digər Cavabdeh2 da 18-19 ilə yaxındır ki, ona məxsus mənzildə qeydiyyatdadır. O, ona məxsus mənzildə qeydiyyatda olsa da, heç vaxt ona məxsus mənzildə yaşamamışdır. Bütün bunla qonşuların iştirakı ilə tərtib olunmuş aktda da öz təsdiqini tapır. Hesab edir ki, onların ona məxsus mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1373/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiasının Cavabdeh2 münasibətdə mənzildən istifadə hüququna xitam verilməsi hissəsində icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə etdiyini bildirərək, onun təmin edilməsini xahiş etdi. xx.xx.2025-ci il tarixli məhkəmə iclasda şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, iddiaçı atası, cavabdeh isə bacısdır. Bacısı 2006-cı ildən ailə həyatı qurmuşdur Ukraynaya getmiş, ondan sonra onların evində yaşamamışdır. Bir dəfə anası rəhmətə gedəndə gəlmiş, ondan sonra arada bir gəlmişdir. Onlarda yaşamır. Hazırda Azərbaycandadır. Onunla əlaqələri yoxdur, harada olmasını bilmirlər. Telefon nömrəsi 644lə başlayırdı, o da tam yadında qalmamışdır. Elan edilən nömrə onun nömrəsidir. Məhkəmə iclasından məlumatlıdır. Bildirmişdir ki, məhkəmə iclasında iştirak etmək istəmir. Qeydiyyatdan çıxmağa razıdır, sadəcə məhkəmə iclasında iştirak etmək istəmir. Anası 2020-ci ilin fevralın 19-da rəhmətə getmişdir. Anasının cüməsinə gəlmişdir. Ondan sonra gəlməmişdir. Ondan sonra əlaqələri kəsilmişdir. Özü öz həyatını yaşayır. Yoldaşı rəhmətə getmişdir. Həmin ünvanda yaşamır. O, Corat qəsəbəsi, ev 72 ünvanında kirayə yaşayır. İkinci dəfə ailə həyatı qurmuş, həmin ünvanda yoldaşı ilə bərabər yaşayır. Məhkəmə predmeti olan ünvanda atası və oğlu yaşayır. Cavabdeh həmin ünvandan 2006-cı ildən çıxmışdır. Toyu olmuş, qeyri-rəsmi ailə həyatı qurmuşdur. 2003-cü ilin aprel ayında oğlu dünyaya gəlmiş, may ayında ora, atasına məxsun ünvana köçmüşlər. Onlar 2003-cü ildə ora köçmüş, Xəyalə 2006-cı ildə ailə həyatı qurub köçüb getmişdir. Bir dəfə 2020-ci ildə anası rəhmətə getdikdən sonra cüməsinə gəlmişi, ondan sonra da çıxıb getmişdir. O, atasına məxsus ünvanda qeydiyyatdadır. Ona qarşı iddiası olsa idi, onun adını da iddia ərizəsinə qeyd edərdi. Anası rəhəmətə gedənə qədər də ona o baxmış, hal-hazırda da atasına baxır. xx.xx.2025-ci il tarixli məhkəmə iclasda şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, iddiaçını da, cavabdehi də tanıyır. O, Vüsalənin rəfiqəsidir. Onunla 2010-cu ildən tanışdırlar. Vüsalə bacısının şəklini ona göstərmişdir. Bildirmişdir ki, onun bacısıdır. Ailə quraraq Ukranyaya köçmüşdür. Bir-iki dəfə o xanımı görmüşdür. Anası rəhmətə gedəndə də üz-üzə Xəyalə xanımla görüşmüşdür. Hal-hazırda Xəyalənin harada yaşamasını bilmir. Onu cəmi bir dəfə, anası rəhmətə gedən günü görmüşdür. Hansı ildə rəhmətə getməsi yadında deyildir. Təxminən 5 il olar. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 32A, yeni qaydalarla: AZ 5021, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə rəsmiləşdirilmişdir. - Azərbaycan Respublikası DİN-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı, Cavabdeh2, X10, Cavabdeh1, X5 və Poladov Yusif Cəmil oğlu Sumqayıt şəhəri, 1ci məhəllə, ev 32A, yeni qaydalarla: AZ 5021, ünvan 1-də qeydiyyatdadırlar. - Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə İƏD-i üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş, X7, X4 və X3 tərəfindən tərtib edilmiş 01 oktyabr 2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatda olsa da 2006-cı il tarixdən hal-hazırki vaxta kimi bu ünvanda yaşamır. - 24 avqust 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş X1 vərəsəsi İddiaçı miras-əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt TİB tərəfindən xx.xx.2024-cü il tarixdə X2 verilmiş 816 qeydəalma nömrəsi ilə 01 nömrəli kitabın səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 71.3 kv/m olan fərdi yaşayış evindən ibarətdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 10 sentyabr 2020-ci il tarixli daşınmaz əmlakın dövtlət reyestrindən verilmiş çıxarış əsasında Sumqayıt şəhəri, 1ci məhəllə, ev 32A, yeni qaydalarla: AZ 5021, ünvan 1 İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh həmin ünvanda yaşamır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 32A, yeni qaydalarla: AZ 5021, ünvan 1 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 10 sentyabr 2020-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh əvvəllər mübahisəli mənzildə yaşasa da, iş materialları ilə təsdiq edilir ki, Cavabdeh1 2006-cı ildən etibarən həmin mənzildə yaşamamışdır.İşin araşdırılan hallarına əsasən iddiaçıya mənzilə dair mülkiyyət hüququ vərəsəlik qaydasında keçməklə, cavabdehin uzun müddətdir yaşamaması səbəbindən onun yetkinlik yaşına çatmayan övladı ilə birliktə mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ formal xarakter daşıdığından, cavabdeh artıq uzun müddətdir ki, başqa yaşayış sahəsində yaşadığından və cavabdehin mübahisəli mənzilə istifadə hüququnun qalması mülkiyyətçi olan iddiaçının mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan, habelə iddiaçı cavabdehə görə mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmədiyindən, iddia təmin olunmalı və Cavabdeh1 Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 32A, yeni qaydalarla: AZ 5021, ünvan 1-ə olan istifadə hüquqlarına xitam verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia təmin olunmalı, cavabdehin mübahisəli yaşayış sahəsinə istifadə hüququ itirilmiş hesab edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Bu Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh1 onun yetkinlik yaşına çatmayan övladı xx.xx.2007-ci il təvəllüdlü Poladov Yusif Cəmil oğlu ilə birlikdə Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 32A, yeni qaydalarla: AZ 5021, ünvan 1-ə istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1373/2025
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-1373/2025
02.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver