Məhkəmə qərarları › İş №2(060)-1411/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1411/2024

04.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1411/2024 04.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X19 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı, vəkili Vəkil2, Cavabdeh1, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “əqdin etibarsızlığı və çıxarışın ləğv edilməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisində verdiyi, babası X2 qalmış mirasdan imtina edilməsi barədə 8İ-30473 reyestr nömrəli ərizənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onun babası X6 1917-ci ildə vəfat etmişdir. Babasından ünvan 1 ünvanda yerləşən torpaq sahəsi miras qalmışdır. 22 avqust 2023-cü il tarixdə ögey qardaşının oğlu Cavabdeh2 Niyazi oğlu onun yaşadığı mənzilə gələrək babası X2 qalmış miras əmlakla atası X5 qalmış əmlak arasında hasar tikdirmək və babasının uçmuş evinin qalıqlarının təmizlətdirmək üçün ondan 350 (üç yüz əlli) manat almaq şərti ilə babasından qalmış miraz əmlakı onun adına sənədləşdirmək adı ilə onu 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzində yerləşən notariat ofisinə apararaq, orada onu aldadaraq ondan babası X2 qalmış miras əmlakı qəbul etməkdən imtina etməyi barədə ərizə almışdır. Bu sənədi aldıqdan sonra 2023-cü ilin sentyabr ayında qardaşı oğlu Cavabdeh1 babasından qalmış miras əmlakı qəbul edib həmin əmlak üzərində Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almışdır. Bundan sonra 20 sentyabr 2023-cü il tarixdə Cavabdeh1 mübahisə predmeti olan daşınmaz əmlakı X1. 2023-cü iln noyabr ayında qardaşı oğlu X7 ona zəng edərək Cavabdeh2 Niyazi oğlunun onun baba mülkünü satdığını bildirdi. Bundan sonra o, Şəki Rayon icra başçısının müavini Həsən müəllimin qəbuluna getmişdir. Həmin vaxt Həsən müəllim baş memara tikinti üçün layihənin verilməsinin dayandırmağı tapşırmışdır. O, Şəki Rayon Polis Şöbəsinə müraciət edərək mübahisəli evlə bağlı tikinti işlərinin dayandırılması, dələduzluq edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması xahiş etmişdir. Şəki Rayon Polis Şöbəsinin təhqiqatçısı Kamal Xəlilzadə tərəfindən cinayət işinin başlamlmasmın rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən hesab edir ki, onun babası X2 qalmış miras əmlakdan imtina etməyi barədə ərizə etibarsız hesab edilməlidir. Məhkəmədə İddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı onun əmisidir. İddiaçı 2012-ci ildə onun atasının xeyrinə miras əmlakından imtina və gələcəkdədə heç bir iddiasının olmaması barədə ərizə vermişdir. Həmin ərizənin davamı olaraqda 22 avqust 2023-cü il tarixdə yenidən ərizə vermişdir. İddiaçı ilə onun arasında imtina ilə bağlı danışıqlar olmuşdur. Lakin ərizə verildikdən sonra iddiaçı ona qarşı artıq tələblər olduğuna görə o, iddiaçı ilə razılığa gəlməmişdir. Ərizə verilən zaman o, iddiaçının yanında olmamışdır. Evi öz adına keçirmək üçün mirasdan imtina barədə ərizə almışlar. Hazırda iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş etdi. Məhkəmədə cavabdehlərin nümayəndəsi Vəkil1 iddia tələbini əsassız hesab edərək bildirdi ki, iddia tələbi tam əsassız və qanunsuzdur. Həmin ərizə verilən zaman iddiaçı tam anlaqlı olmuşdur. Ona heç kim fiziki və psixi təsir göstərməmiş, sağlamlığı heç bir təhlükə altında olmamışdır. Notarisda da ərizənin mahiyyəti və məzmunu ona izah olunmuşdur. Onun anlaqlı olub-olmaması yoxlanılmışdır. Ərizə verilən zaman heç bir şərt nəzərdə tutulmamışdır. Halallaşma isə cavabdehin atası ilə əmisi arasında 2012-ci ildə olmuşdur. Lakin iddiaçı ərizə veriləndən sonra cavabdehdən halallıq istəmişdir. Cavabdeh də bununla razılaşmış, atasının ona halallıq verdiyini bildirmişdir. İddia tələbininin təmin edilməməsini xahiş edir. İş üzrə cavabdeh 1 saylı Sumqayıt Regional ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclaslarını iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdeh 1 saylı Sumqayıt Regional ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X12 bildirdi ki, iddiaçı və cavabdeh onun qohumlarıdır. Ülvi onun əmisi oğludur. Ülvi əvvəllər Bakı şəhərində yaşayırdı. Orada əmisi oğlanları əmisinin onların xeyrinə mirasdan imtina barədə ərizə verməsini istəmişdir. Mən bunu biləndən sonra əmisinə də bildirmişdir ki, mirasdan imtina ilə bağlı ərizə verməsin. Əmisi ərizə verəndən sonra onun xəbəri olmuşdur. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinin tələbinə əsasən “Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz”. Odur ki, məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşdə olan “Elektron notariat” X3 çıxarışın surətindən görünür ki, İddiaçı 1917-ci ildə vəfat etmiş X4 ölümündən sonra nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə nə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etməmiş, etmək fikrində deyildir. İşə əlavə olan xx.xx.2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” barədə qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında yaşayan İddiaçı Şəki ŞRPŞ-yə ərizə ilə müraciət edərək, özünə məxsus olan və Şəki şəhərində yerləşən fərdi yaşayış evinin qohumları Ülvi və Elxan adlı şəxslər tərəfindən ondan icazəsiz satılması və mülkünün ələ keçirilməsi barədə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan İddiaçı notarial qaydada təsdiq edilmiş xx.xx.2010-cu il tarixli ərizəsinin surətindən görünür ki, Hacıəhmədov Allahverdidən miras qalmış Nakam küçəsindəki 29 saylı mülkün irs payından imtina edir və gələcəkdədə heç bir iddiası olmayacağını öz imzası ilə təsdiq etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi” barədə qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında yaşayan İddiaçı Şəki ŞRPŞ-yə ərizə ilə müraciət edərək, özünə məxsus olan və Şəki şəhərində yerləşən fərdi yaşayış evinin qohumları Ülvi və Elxan adlı şəxslər tərəfindən ondan icazəsiz satılması və mülkünün ələ keçirilməsi barədə toplanmış HK- 1/2262 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 dekabr 2023-cü il tarixli qərar əsassız olduğundan ləğv edilmişdir. Material əlavə yoxlamanın aparılması üçün Şəki ŞRPŞ-nin Təhqiqat bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, X14 və X15 məxsus ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin hazırki ünvanı ünvan 6sinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qanunvericiliyin tələblərinə əsasən mülki qanunvericilik mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Özündə bu münasibətləri ehtiva edən mülki hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitamının başlıca əsaslarından biri əqddir. Əqdin anlayışından görünür ki, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. İradə – insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq qabiliyyətində özünü göstərən insan psixikasının xüsusiyyətidir. İnsanın daxili aləmində əmələ gəlmiş istəyə əsaslanan iradə həmin istəyir gercəkləşdirilməsi üçün ifadə edilməlidir. «İradə ifadəsi» deyimi altında iradənin insanın daxili aləmindən başqa şəxslərə çatacaq dərəcədə xaricə bəyan edilməsi anlaşılır. Şəxs öz istəyinə nail olmaq üçün başqaları ilə hüquq münasibətlərinə daxil olmalıdır. Buna görə də şəxs öz iradəsini başqalarına bildirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən verilmiş ərizə birtərəfli əqddir və həmin ərizə hüquqi nəticəyə səbəb olduğundan, yəni miras əmlakdan imtina edilməsi cavabdehlərin miras əmlakdakı payının artmasına səbəb olduğundan, iddiaçı verilmiş ərizənin etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı hesab edilməlidir. Lakin məhkəmə iclasında bu ərizənin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. (324.2). Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir(maddə 324.3). Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Göstərilən Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Qeyd edilən Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür. Aldatma dedikdə şəxsdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etmək anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur. Beləliklə, bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Bu isə şəxsin iradə sərbəstliyinin və mülki qanunvericiliyin əsas prinsiplərindən birinin kobud surətdə pozulmasıdır. Qanunun tələbinə görə aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Aldatma yolu ilə əqdin bağlanmasına nail olmuş şəxsin bunun nəticəsində fayda götürmək, yaxud digər tərəfə zərər vurmaq məqsədinin güddüyünün əhəmiyyəti yoxdur. İşin faktiki hallarından göründüyü kimi iddiaçı babasından qalan miras əmlakın qəbulundan digər vərəsə olan qardaşı oğlu Cavabdeh1 xeyrinə imtina etməsi ilə bağlı notariat qaydada ərizə tərtib etməsi və imzalanmasında onun həqiqi iradə ifadəsi olmuşdur. Həmin ərizə hər hansı təzyiq və ya aldatma yolu ilə yazılmamışdır. Məhkəmə iddiaçının miras əmlakdan imtina etməsinin əsası kimi hasar tikdirmək və babasının uçmuş evinin qalıqlarının təmizlətdirmək üçün ondan 350 (üç yüz əlli) manat almaq şərti ilə babasından qalmış miraz əmlakı onun adına sənədləşdirməsi barədə vəd verməsi ilə əlaqələndirsə də, məhkəmə bu dəlilləri əsassız hesab edir. Belə ki, miras əmlakdan iddiaçıya çatacaq payın əldə edilməsinə iddiaçının iradə ifadəsi mövcud olsa idi, o, bu payın əldə edilməsini vərəsəlik yolu ilə həyata keçirə bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz (maddə 1268.1). Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir (maddə 1268.2). Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin qeyd olunan normalarına uyğun olaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin təmin edilməsi üçün iddiaçı tərəfindən miras əmlakdakı payından vacib əhəmiyyətli yanılma səbəbilə imtina etməsinə dair sübutlar təqdim etmədiyindən iddia təmin edilə bilməz. Belə ki, iddiaçı könüllü olaraq notariat orqanına gedərərək, heç bir kənar təzyiqə və məcburetməyə məruz qalmadan miras əmlakdakı payından imtina etmişdir. Ona görə də hazırkı halda iddia ərizəsinin təmin edilməsi üçün iddia ərizəsində qeyd edilən dəlillər kifayətedici hesab edilə bilməz. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “əqdin etibarsızlığı və çıxarışın ləğv edilməsi” barədə iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar