Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1416/2024 23.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evinin açıq hərracdan məcburi satılmaqla dəyərinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Kərimduxt (Məhərrəmli) Sevinc Ramazan qızı və Cavabdeh2 qarşı yaşayış evinin açıq hərracdan məcburi satılmaqla dəyərinin ödənilməsinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan Sumqayıt şəhər 6-cı mikrorayon ev 8, 26 saylı mənzilinin hərrac vasitəsi ilə satılaraq ona məxsus əmlak payının dəyərinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkıməyə ərizə təqdim edərək, onunla Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini, iş üzrə icraata xitam verilməsini və qərardad qanuni qüvvəsini aldıqdan sonra qərardadın icra edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi qanunazidd deyil və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Bu səbəbdən həmin saziş təsdiq edilməli və bununla əlaqədar iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, 1. İddiaçı Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 8, 26 saylı mənzildə olan 1/3 hissə payımı Cavabdeh2 bağışlayır və həmin hissədə Cavabdeh2 mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. 2. Cavabdeh2 Sumqayıt şəhər 6-cı mikrorayon ev 8, 26 saylı mənzildə olan 1/3 hissə payın əvəzində İddiaçı 26000 (iyirmi altı min) manat kompensasiya verir. 3. Gələcəkdə bu mənzillə bağlı bir-birilərinə qarşı hər hansı iddia və tələbləri olmayacaqdır. 4. Onlar qarşılıqlı olaraq üzərilərinə öhdəlik götürürlər ki, bu sazişin şərtlərinə tam əməl edəcəklər. 5. Onlar bəyan edirlər ki, bu sazişin şərtləri onların könüllü iradəsini əks etdirir və hüquqi nəticələri onlara tam aydındır АR МPМ-nin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə və АR МPМ-nin 261.0.5, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı ilə Cavabdeh2 arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin:
1. İddiaçı Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 8, 26 saylı mənzildə olan 1/3 hissə payını Cavabdeh2 bağışlayır və həmin hissədə Cavabdeh2 mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir.
2. Cavabdeh2 Sumqayıt şəhər 6-cı mikrorayon ev 8, 26 saylı mənzildə olan 1/3 hissə payın əvəzində İddiaçı 26000 (iyirmi altı min) manat kompensasiya verir.
3. Gələcəkdə bu mənzillə bağlı bir-birilərinə qarşı hər hansı iddia və tələbləri olmayacaqdır.
4. Onlar qarşılıqlı olaraq üzərilərinə öhdəlik götürürlər ki, bu sazişin şərtlərinə tam əməl edəcəklər.
5. Onlar bəyan edirlər ki, bu sazişin şərtləri onların könüllü iradəsini əks etdirir və hüquqi nəticələri onlara tam aydındır. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evinin açıq hərracdan məcburi satılmaqla dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər.
Hakim Günel Tanrıverdiyeva