Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-145/2022 21.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi ,Cavabdeh2 və Para- BOKT ASC-nə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi və hərracın yekun protokolunun ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi, Cavabdeh2 və Para- BOKT ASCnə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi və hərracın yekun protokolunun ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri üzrə icra idarəsinin sifarişi əsasında Külək MMC-nin Sumqayıt şəhəri 18-ci mikrorayon, 20 saylı evin, 48 saylı mənzilinə dair ipoteka predmetinin satışı ilə bağlı keçirilmiş 26 yanvar 2021-ci il tarixli hərracın nəticələrinin etibarsız hesab edilməsi və hərracın yekun protokolunun ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apelyasiya Məhkəməsi MK-nın 19 may 2011-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 17 yanvar 2010-cu il tarixli qətnaməsinə dəyişiklik edilərək, iddia qismən təmin olunmuş, 26.08.2010-cu il tarixli, 751 pbs nömrəli kredit müqaviləsi üzrə cavabdeh X1 əsas borca görə 28667,93 manat, 22.11.2010-cı il tarixədək hesablanmış 7949,90 manat gecikdirilmiş faiz, hesablanmış dəbbə puluna görə 1000 manat, nümayəndənin göstərdiyi hüquqi yardıma görə 500 manat, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumuna görə 13 manat, cəmi 38 min 130 manat 83 qəpik məbləğində pul alınıb iddiaçı "Parabank” ASC-nə verilmiş, borcun ödənilməsi 24 fevral 2006-cı il tarixli, 30 pbs nömrəli kredit müqaviləsi ilə yüklü edilmiş, cavabdeh İddiaçı Əlövsət qızının mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 20 saylı evin dörd otaqlı, yaşayış sahəsi 56,69 kv.m, köməkçi sahəsi 24,47 kv.m olan 48 nömrəli mənzilə yönəldilməsi, həmin mənzil açıq hərracda satılması və mənzil satıldıqda ipoteka qoyan İddiaçı və cavabdehlər X2, X4, X3, X8 və X4 qeyd olunan mənzildən ən geci bir ay ərzində çıxarılması və mənzilin satışından əldə edilən vəsait borcun ödənilməsinə yönəldilməsi, qalan hissədə iddianın rədd olunması, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Rüfət Sanlının apellyasiya şikayətinin təmin edilməsi qət edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsinin 19 may 2011-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə uygun olaraq Sumqayıt şəhəri, 18-ci mikrorayon ev 20, 48 saylı mənzilin hərracda satılmasına və qətnamə ilə müəyyən edilmiş borcun həmin mənzilin satışına dair sifariş məktubu Cavabdeh2nə göndərilmişdir. 02.02.2021-ci il tarixində Külək MMC tərəfindən həmin mənzil 45.900 manata cavabdeh PARA BOKT ASC-nə təklif olunmuş və cavabdeh həmin təklifi qəbul etmişdir. Hərracla bağlı məlumat alarkən bununla əlaqədar olaraq Cavabdeh2nə ərizə ilə müraciət edərək hərracla bağlı sənədlərin təsdiq olunmuş surətlərinin ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Həmin sənədləri aldıqdan sonra müəyyən etmişdir ki, hərrac təşkilatı tərəfindən göstərilən bildirişlərdəki imzalar ona məxsus deyil. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız hesab edilməli və onun rədd olunmasına dair qətnamə qəbul edilməlidir. Belə ki, Sumqayıt şəhəri üzrə icra idarəsinin sifarişi əsasında Külək MMC-nin Sumqayıt şəhəri 18-ci mikrorayon, 20 saylı evin, 48 saylı mənzilinə dair ipoteka predmetinin satışı ilə bağlı keçirilmiş 26 yanvar 2021-ci il tarixli hərracın nəticələrinin etibarsız hesab edilməsi və hərracın yekun protokolunun ləğv edilməsini məhkəmədən xahiş etsə də, bununla mötəbər sübutlar təqdim etməmiş, hətta hərracın yekun protokolunu belə iddia ərizəsinə əlavə etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları və işin faktiki hallarını qiymətləndirib, qanunvericiliyin tələblərini nəzərə alıb belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi ,Cavabdeh2 və Para- BOKT ASC-nə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi və hərracın yekun protokolunun ləğv edilməsi» tələbinə dair iddiası əsassız hesab edilərək rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi ,Cavabdeh2 və Para- BOKT ASC-nə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi və hərracın yekun protokolunun ləğv edilməsi» tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-145/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-145/2022
21.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver