Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1459/2021 23.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X7 iştirakı ilə, iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh2 və X3 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” ASC (bundan sonra - iddiaçı) Cavabdeh2 və X3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 3610 manat məbləğində vurulmuş zərərin və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Daewoo Nexia” markalı, **-DM-*** dövlət nömrə nişanlı avtomobil 29.12.2018-ci ildən 29.12.2019-cu ilədək “xxxx” ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 29.12.2018-ci il tarixli PXA********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2019-cu il iyunun 10-da Cavabdeh2 etibarnamə hüququ olmadan idarə etdiyi, “Daewoo Nexia” markalı, **-DM-*** dövlət nömrə nişanlı avtomobillə Ramana qəsəbəsi, Şuşa şəhərciyində mərkəz yolu ilə Aeroport şossesi istiqamətində hərəkət edərkən eyni əhəmiyyətli yolların kəsişməsində sağ tərəfdən X9 tərəfindən idarə edilən “Mercedes Benz” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və zərbədən “Daewoo Nexia” markalı avtomobil idarəetməni itirərək yolun sol kənarındakı X4 məxsus evin daş hasarına çırpılmışdır. Hadisə zamanı “Daewoo Nexia” markalı, **-DM-*** dövlət nömrə nişanlı avtomobilin sərnişini X11 xəsarət almışdır. Sabunçu Rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 3(008)-1772/2019 nömrəli inzibati xəta haqqında iş üzrə qərara əsasən Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinmişdir. “Mercedes Benz” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomaşına 2760 manat məbləğində zərər dəymişdir. Qiymətləndirmə aktına əsasən hadisə nəticəsində X4 məxsus evin daş hasarına 100 manat məbləğində zərər dəymişdir. “Daewoo Nexia” markalı, **-DM-*** dövlət nömrə nişanlı avtomobilin sərnişini X8 aldığı xəsarətlərin dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İddiaçı 17.07.2019-cu il tarixndə 2512 nömrəli ödəniş tağşırığı ilə 750 manat məbləği zərərçəkmiş şəxsə ödəmişdir. İddiaçı tərəfindən 2760 manat sığorta ödənişi “Mercedes Benz” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi X5, 100 manat sığorta ödənişi zərərçəkmiş şəxs X4 məxsus evin daş hasarının bərpası üçün ödənimişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verib məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 xx.xx.1985-ci ildə, Emilya Nadirova isə 23.10.1990-cı ildə anadan olmuşdur. Cavabdehlər hazırda ünvan 1 ünvanında qeydiyyatdadırlar. AD seriyalı, 401510 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Dawoo Nexia” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X6r. İddiaçı ilə Cavabdeh2 arasında 29.12.2018-ci il tarixli, PXA********** saylı sığorta müqaviləsi bağlanaraq, **-DM-*** dövlət qeydiyyat nişanlı, “Dawoo Nexia” markalı avtomobil 1 il müddətinə avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19.08.2019-cu il tarixli, 3(008)- 1772/2019 saylı qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 9 ay müddətinə məhdudlaşdırılmışdır. Həmin qərarla müəyyən edilir ki, 10.06.2019-cu il tarixində Cavabdeh2 etibarnamə olmadan idarə etdiyi “Dawoo Nexia” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Məhəmməd Əsədovun idarə etdiyi . “Mercedes Benz” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və “Dawoo Nexia” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etməni itirərək İlkin Dadaşzadəyə məxsus daş hasara çırpılmışdır. Hadisə nəticəsində “Dawoo Nexia” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişinləri Şahin Abbasov və Səma Abbasova bədən xəsarətləri almışlar. PXA48533, PXA49507, PXA49552 saylı sığorta aktlarında göstərilmişdir ki, 10.06.2019-cu il tarixli sığorta hadisəsi nəticəsində “Dawoo Nexia” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes Benz” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobil toqquşmuş və . “Mercedes Benz” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanla bağlı X5 2760 manat, daş hasara dəymiş ziyanla bağlı X4 100 manat, sağlamlığa dəymiş ziyanla bağlı X10 750 manat sığorta ödənişi edilmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzinin 10.06.2019-cu il tarixli qüsur aktına əsasən **-BK-*** dövlət qeydiyyat nişanlı “Mercedes E Klass” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 2760 manat məbləğində müəyyən edilmişdir. “Best Service Baku” tərəfindən tərtib edilmiş 01.07.2019-cu il tarixli, 0703/19 saylı qiymətləndirmə aktına əsasən Ənvər Dadaşzadəyə məxsus Sabunçu rayonu, Ramana 450 köçkünlər qəsəbəsi ünvanında yerləşən həyətyanı sahəyə dəymiş ziyanın məbləği 100 manat məbləğində müəyyənləşdirilmişdir. 12.07.2019-cu il tarixli sığorta ödənişləri cədvəlindən və eyni tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı Məhəmməd Əsədova 2760 manat, İlkin Dadaşzadəyə 100 manat sığorta ödənişi etmişdir. 17.07.2019-cu il tarixli sığorta ödənişləri cədvəlindən və eyni tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı Şahin Abbasova 750 manat sığorta ödənişi etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X17 Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 04.07.2019-cu il tarixli, 804 saylı rəyinə əsasən “Daewoo Nexia” markalı, **-DM-*** dövlət nömrə nişanlı avtomobilin sərnişini X8 aldığı xəsarətlərin dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (883.1.). Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir (886.1.). Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir (888.1.). Göründüyü kimi mülkiyyətçisi Emilya Nadirova, hadisə baş verən anda sürücüsü Cavabdeh2 olan “Dawoo Nexia” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sıortalanmışdır. Mülki Məcəlləyə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (936.1.). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (936.2.). Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (936.5.). Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir (936.6.). İşin mübahisəsiz hallarından göründüyü kimi iddiaçı tərəfindən sığortalanmış avtomobil Cavabdeh2 təqsiri ucbatından sığorta hadisəsinə uğramışdır. Həmin sığorta hadisəsi nəticəsində “Mercedes Benz” markalı, **-BK-*** dövlət nişanlı avtonəqliyyat vasitəsinə və X4 məxsus evin daş hasarına ziyan vurulmuş, “Daewoo Nexia” markalı, **- DM-*** dövlət nömrə nişanlı avtomobilin sərnişini X1 yüngül zərərvurmaya aid olan xəsarət yetirilmişdir. Bununla bağlı həmin şəxslərə iddiaçı tərəfindən sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı hazırda həmin sığorta ödənişinin cavabdehlərdən tutulmasını xahiş edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır (25.1.3.). İşdən göründüyü kimi Cavabdeh2 “Dawoo Nexia” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etmişdir. Avtomobilin mülkiyyətçisi Emilya Nadirova məhkəmə iclasında iştirak etməmiş və avtomobilin Cavabdeh2 tərəfindən onun məlumatı olmadan idarə edilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Mülki Məcəllədə göstərilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (1108.1.). Məhkəmə hesab edir ki, cavabdehlərin biri sığorta hadisəsinə uğramış avtomobilin mülkiyyətçisi, digəri isə hadisə baş verən anda sürücüsü olmaqla sığorta hadisəsi ilə bağlı məsuliyyət daşımalı olan şəxslərdir. Eyni zamanda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər haldır (14.1.1). Yüngül xəsarət alma ilə bağlı sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin 15 faizi nisbətində ödənilir (14.2.4.). Göründüyü kimi Şahin Abbasov sığorta hadisəsi nəticəsində yüngül xəsarət almış və buna görə iddiaçı sığorta məbləğinin 15 faizi miqdarında sığorta ödənişi etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, iddiaçı tərəfindən ümumilikdə ödənilmiş 3610 manat cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu da cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 3610 (üç min altı yüz on) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və X2 müştərək qaydada tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1459/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1459/2021
23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver