Məhkəmə qərarları › İş №2(060)-1576/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1576/2021

25.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1576/2021 25.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Ərizəçi İddiaçı, Maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “uzunmüddətli mühafizə orderinin verilməsi” barədə ərizəsinə dair mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “uzunmüddətli mühafizə orderinin verilməsi” barədə ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh mühafizə üçün ona və uşaqları X7, X8 və X9 uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı məhkəmə iclasında ərizəni onunla əsaslandırdı ki, o, keçmiş həyat yoldaşı Cavabdeh ilə rəsmi nigaha daxil olmadan ailə qurmuşdur. Birgə münasibətdən X10, X11 və X12 doğulmuşdur. Sonradan münasibətləri pozulmuş və onlar 2019-cu ilin avqust ayından ayrı yaşayırlar. Onlar arasındakı ailə münasibəti və faktiki nigah pozulsada, Cavabdeh hal-hazırda övladları ilə birgə yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsindəki mənzilə mütamadi olaraq gələrək onu və övladlarını döyür, təhqir edir, alçaldır, onları məişət zorakılığına məruz qoyur, daim zorakılıqla təhdid edir. Onun bu hərəkətlərindən etdiyi şikayət əsasında Sumqayıt icra Hakimiyyətinin qərarı ilə 10 fevral-xx xxxx 2020-ci il dövrü üçün qısamüddətli mühafizə orderi verilmişdir. Keçmiş əri həmin dövrdə də ona və uşqlarına qarşı zorakılıq tətbiq etməyə cəhd etmişdir. Onun polisə şikayətləri və mühafizə orderinin mövcudluğu onun bu hərəkətlərinin qarşısını almağa imkan vermişdir. Hal-hazırda mühafizə orderinin müddəti bitmişdir. Bu faktdan sui-istifadə edən Cavabdeh müntəzəm olaraq yaşadığı evə gəlir, onu və övladlarını döyür və təhqir edir. Keçmiş ərinin bu hərəkətlərindən polisə şikayəti heç bir nəticə vermir. Onların rəyinə görə mühafizə orderinin qüvvədən düşməsi Cavabdeha qarşı hər hansı hüquqi tədbirin görülməsinə mane olur. Keçmiş həyat yoldaşı Cavabdeh ancaq içkili olan halda onlara qarşı zorakılıq edir. İçmədiyi halda isə onlara qarşı münasibəti yaxşı olur. Bundan başqa o, Cavabdeh uşaqları ilə görüşməsini onun iştirakı ilə olmasını məhkəmədən xahiş edir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 öz izahatında bildirdi ki, ərizəçi onlara müraciət edərək maraqlı şəxsin onu dəfələrlə döyərək təhqir etməsini, ona qarşı məişət zorakılığı törətdiyini bildirmişdir. Onlar maraqlı şəxslə əlaqə saxlaya bilməmişlər. Ona görə də həmin məsələyə birtərəfli qaydada baxaraq qısa müddətli mühafizə orderi vermişlər. Lakin, həmin orderin müddəti bitdiyi üçün ərizəçiyə uzunmüddətli mühafizə orderinin verilməsi zəruridir. Qeyd edilənlərə əsasən nümayəndə ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və Maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, iş materiallarından görünür ki, X4, X5 və X6 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2020-ci il tarixli “Məişət zorakılığı haqqında iş üzrə” Qərarının surətindən görünür ki, Cavabdeh məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilmiş, İddiaçı və uşaqları X7, X8 və X9 30 gün olmaqla (xx.xx.2020-ci il – xx.xx.2020-ci il) qısamüddətli mühafizə orderi verilmiş, qərarın surətinin tərəflərə, eyni zamanda icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra idarəsinə və Sumqayıt şəhər Polis İdarəsinə göndərilməsi, İddiaçı Sumqayıt şəhər icra Hakimiyyətində yaradılmış məişət o cümlədən gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu tərəfindən profilaktiki qeydiyyata götürülməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə zərər çəkmiş şəxsin yaşadığı (olduğu) yer üzrə verilir (355-1.). Uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizəyə məhkəməyə təqdim olunduqdan sonra 3 gün müddətinə baxılmalıdır (355-3.1.). Ərizəyə, bu Məcəllənin 185-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, məişət zorakılığından zərər çəkmiş şəxsin və məişət zorakılığını törətmiş şəxsin iştirakı ilə baxılır. Ərizəyə baxılmasında məişət zorakılığı ilə bağlı araşdırmanı aparmış dövlət orqanının nümayəndəsinin iştirakı məcburidir (355-3.2.). Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə məişət zorakılığını törətmiş şəxsə aşağıdakılardan biri və ya bir neçəsi qadağan edilir: məişət zorakılığının təkrar törədilməsi; zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması; zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə bu Məcəllənin 355-4.4-cü maddəsində qeyd olunanlarla yanaşı aşağıdakılardan biri və ya bir neçəsi göstərilir: məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları; yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi; zərər çəkmiş şəxsə tibbi və ya hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri; uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyətin izah edilməsi barədə məlumat. Uzunmüddətli mühafizə orderi 30 gündən 180 günədək müddətə verilir (355-4.4.). İşdən göründüyü kimi ərizəçi özünə və övladlarına uzunmüddətli mühafizə orderinin verilməsini istəyir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli ərizəçiyə uzunmüddətli mühafizə orderi verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İddiaçı və onun azyaşlı övladları X7, X8 və X9 90 (doxsan) gün müddətinə uzunmüddətli mühafizə orderi verilsin. Uzunmüddətli mühafizə orderinin qüvvədə olduğu dövrdə Cavabdeh ərizəçinin yaşadığı ünvan 1 ünvanında və digər yerdə İddiaçı və onun yetkinlik yaşına çatmayan uşaqları X10, X11 və X9 narahatlıq yarada biləcək hərəkətlərin edilməsi qadağan edilsin. Cavabdeh azyaşlı uşaqları X10, X11 və X12 ilə hər həftənin bazar günü saat 10:00dan 12:00-dək ünvan 1 ünvanında İddiaçı iştirakı ilə ünsiyyətdə olmaq hüququ verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar