Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1675/2023 17.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh3 qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, işin məhkəmədə baxılmağa hazırlanması üzrə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh1 MMC-yə qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi iddianı qəbul etmədiyini bildirdi. Cavabdeh3 məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və cavabdeh "xxxx" Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, mübahisə ərazi aidiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. AR MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Bu Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən məhkəmə işi əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mülki işə ərazi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılmamalıdır. Belə ki, iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatına qəbul edilmiş, bundan sonra işin məhkəmədə baxılmağa hazırlanması üzrə iclas zamanı iddiaçının iki cavabdehdən birinin əsl cavabdehlə əvəz etməsi nəticəsində sonuncunun Sumqayıt şəhərində (Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binası) rəsmi qeydiyyatda olduğundan həmin məhkəmə tərəfindən iş ərazi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İşdən görünür ki, AR MPM-nin 44.2-ci maddəsində nəzərdə tutulmuş işin başqa məhkəmədə baxılmağa verilməsi əsaslarından hər hansı biri yaranmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, mülki qanunvericiliyin tələblərinə görə iş göstərilən məhkəmənin icraatına qəbul edildiyindən, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, mülki iş AR MPM-nin 45.4-cü maddəsinə əsasən məhkəmələr arasında aidiyyətlə bağlı fikir ayrılığının həll olunması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 32, 35, 45 və 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh3 qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə 2(060)-1675/2023 saylı mülki iş ərazi aidiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-1675/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1675/2023
17.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver