Məhkəmə qərarları › İş №2(060)-172/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-172/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-172/2021 17.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh və digər cavabdeh X2 nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər X3 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiasına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh2 1110 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmasına barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx xxxx 2018-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış **-DC-*** dövlət qeydiyyat nişanlı “DAF” markalı avtonəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdə Bakı şəhərinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X5 idarə etdiyi “Hyundai Accent” markalı, **-HM- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində həmin avtomobilə maddi zərər dəymişdir. Qəbul edilmiş qərara əsasən X6 qeyd olunan yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. X6 avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə əlaqədar ona 1110 manat sığorta ödənişi verilmişdir. “DAF” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2 olduğundan, avtomobili isə sürücülük hüququ olmadan (etibarnaməsiz) X6 idarə etdiyindən, zərərin əvəzi onlardan tutulmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh və digər cavabdeh X2 nümayəndəsi iddia tələbinə etiraz edərək, bildirdi ki, X6 avtomobili sürücülük hüququ əsasında idarə etmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixl sığorta aktından görünür ki, Cavabdeh2 adına olan “DAF” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu ilə kimi ilə İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış və xx.xx.2018-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi zamanı X5 mülkiyyətində olmuş “Hyundai Accent” markalı avtomobil üçün dəymiş zərərə görə köçürmə yolu ilə 1110 manat ödəniş edilmişdir. - İş materiallarına əlavə edimiş qiymətləndirmə aktından görünür ki, “Hyundai Accent” markalı markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1.110.00 manat ziyan dəymişdir. - xx.xx.2018-ci il tarixli sığorta aktından görünür ki, “DAF” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən maddi zərərdən sığortalanmış və sığorta müddəti xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək müəyyən edilmişdir. - xx.xx.2018-ci il tarixli sığorta aktına əsasən **-JP-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə iddiaçı tərəfindən 1110 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. - Bakı şəhər DYP Yol Patrul xidmətinin əməkdaşları tərəfindən cavabdeh X6 barəsində xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında İXP-2256073 saylı inzibati protokol tərtib olunmuşdur. xx.xx.2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən cavabdeh təqsirli bilinmişdir. - İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 törətdiyi yol nəqliyyat hadisəsinə görə 40 manat məbləğinda inzibati qaydada cərimə edilmişdir. - İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 029757 saylı etibarnamədən görünür ki, Cavabdeh2 “DAF” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2019-cu il tarixədək idarə etməyi X3 etibar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü bəndinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin qanunun 63.1-ci bəndinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış **-DC-*** dövlət qeydiyyat nişanlı “DAF” markalı avtonəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdə Bakı şəhərinin ərazisi X6 tərəfindən idarə olunarkən X7 məxsus **- HM-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Toqquşma nəticəsində avtomobilə dəymiş 1.110 manat zərər X7 ödənilmişdir. X6 törətdiyi əməllərə görə təqsirli bilinərək inzibati qaydada 40 manat cərimə edilmişdir. İddiaçı tərəfidən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanunun 25.1.3-cü maddəsinə əsaslanmaqla X2 hüququ olmadan avtomobili idarə etməsinə dair gətirdiyi arqumenti məhkəmə əsaslı hesab etmir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli, 029757 saylı etibarnamədən görünür ki, Cavabdeh2 “DAF” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2019-cu il tarixədək idarə etməyi X3 etibar etmişdir. Belə olan halda iddiaçının subroqasiya hüququ yaranmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər X3 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar