Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1821/2022 04.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu, İddiaçı cavabdeh “Azərkimya” İB-nin Təmir Tikinti İdarəsinə qarşı «aylıq ödənc tələbinə» dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azərkimya” İB-nin Təmir Tikinti İdarəsindən 26.10.2020-ci il tarixdə peşə xəstəliyindən vəfat etmiş həyat yoldaşının ölümü ilə əlaqədar cavabdeh tərəfindən ona ödənilməsi olan aylıq ödənclər 26.10.2020-ci il taixdən məhkəmə qətnaməsi icra yönələn günə qədər hesablanaraq ona birdəfəlik ödənməsi, eləcə də hər ay cavabdeh tərəfindən ona aylıq ödəncin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəyə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinin tələblərinə riayət edilməməklə verilmişdir. Belə ki, İddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər mediasiya qaydalarına riayət edilməsinə dair sənəd əlavə etməmişdir. Ona görə də ərizə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin tələblərinə, forma və məzmununa riayət edilməməklə məhkəməyə verildiyindən məhkəmə icraatı qeyri-mümkündür və ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mediasiya Haqqında qanunun 28-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Hazırkı iddia əmək münasibətlərindən irəli gələn məsələlərinə aid olduğundan İddiaçı birinci növbədə mediatora müraciət etməli idi. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı mediasiyaya müraciət etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı javabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada təkrarən məhkəməyə müraciət etmə hüququ izah edilməlidir. Yuxarıdakıları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3, 149-152 və 263-269-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azərkimya” İB-nin Təmir Tikinti İdarəsindən 26.10.2020-ci il tarixdə peşə xəstəliyindən vəfat etmiş həyat yoldaşının ölümü ilə əlaqədar cavabdeh tərəfindən ona ödənilməsi olan aylıq ödənclər 26.10.2020-ci il taixdən məhkəmə qətnaməsi icra yönələn günə qədər hesablanaraq ona birdəfəlik ödənməsi, eləcə də hər ay cavabdeh tərəfindən ona aylıq ödəncin ödənilməsi barədə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinçi dəfə məhkəməyə müraçiət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. HAKİM: RƏŞAD QOŞQARLİ
Məhkəmə qərarları › İş №2(060)-1821/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1821/2022
04.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver