Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1904/2023 18.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, , ev 21, mənzil 41-ə yaşayış hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Tağıyev 3, Hərbi şəhərciyi, F.Qayıbov küçəsi, ev 21, mənzil 41-də yerləşən ümumi sahəsi 28.0 kv.m olan, iki otaqlı yaşayış evi 251 saylı, xx.xx.2021-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ona məxsusdur. Cavabdehlər hazırda həmin evdə qeydiyyatda qalmışlar. Uzun müddətdir ki, cavabdehlər bu mənzildə yaşamırlar və mənzildən qeydiyyatdan çıxmamışlar. Cavabdehlərin sözügedən mənzilə qeydiyyatda olmağı onun mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Belə ki, o, mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcbur olmuşdur. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək, onun təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ilə MN H.Zeynalabdin rayon MİH arasında xx.xx.2021-ci il tarixdə bağlanmış, 251 №-li xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Tağıyev 3, Hərbi şəhərciyi, F.Qayıbov küçəsi, 21 nömrəli binada 41 nömrəli mənzildə yerləşən, ümumi sahəsi 28.0 kv.metrdən ibarət 2 otaqlı yaşayış sahəsi bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə kirayəçinin istifadəsinə verilmişdir. - Azərbaycan Respublikası DİN-nin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1, X2 və Cavabdeh3 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Tağıyev 3, Hərbi şəhərciyi, F.Qayıbov küçəsi, ev 21, mənzil 41-də qeydiyyatdadırlar. - Hacı Zeynalabdin rayon Mənzil-İstismar Səhəsinin xx.xx.2022-ci il tarixli, 1283 №-li aayışından görünür ki, Tağıyev 3, Hərbi şəhərciyi, F.Qayıbov küçəsi, ev 21, mənzil 41 ünvanında qeydiyyatda olan Cavabdeh1, X2 və Cavabdeh3 həmin ünvanda yaşamırlar və təsərrüfat aparmırlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2021-ci il tarixli sosial kirayə müqaviləsi əsasında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Tağıyev 3, Hərbi şəhərciyi, F.Qayıbov küçəsi, ev 21, mənzil 41 kirayəçi İddiaçı istifadəsinə verilmişdir. Cavabdehlər həmin ünvanda yaşamırlar. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. xx.xx.2009-cu ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 100.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehlər mübahisəli yaşayış sahəsində yaşamadığından, onlarla xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (iddiaçı) arasındakı kirayəyə müqaviləsi artıq ləğv edildiyindən və bu növ saziş başqa şəxslə bağlanıldığından iddia əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki,iddia təmin olunmalı, cavabdehlərin mübahisəli yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Bu Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Tağıyev 3, Hərbi şəhərciyi, F.Qayıbov küçəsi, ev 21, mənzil 41-ə istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdehlər qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-1904/2023
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-1904/2023
18.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver