Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-193/2025 15.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər X7 Məsuliyətli Cəmiyyəti və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı cavabdehlər X7 Məsuliyətli Cəmiyyəti və Cavabdeh2 qarşı iddia qaldıraraq cavabdehlər "xxxx" MMC-nin “Liman Klinikası” və Cavabdeh2 tərəfindən İddiaçı dəyən 115742,77 manat maddi zərərin, 340000 manat müalicə xərclərinin, 100000 manat mənəvi zərərin, cəmi 555742,77 manat məbləğində pul vəsaitinin müştərək qaydada "xxxx" MMCnin “Liman Klinikası” və Cavabdeh2 tutulub İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 2014-cü ildən başlayaraq, görmə qabiliyyətinin pozulması şikayətləri ilə müxtəlif tibb müəssisələrinə müraciət etmişdir. Belə ki, xx.xx.2014-cü il tarixdə görmə qabiliyyətimin pozulması şikayətləri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə müraciət etmişdir. Burada onun adına tərtib edilmiş 2008 nömrəli "Ambulator xəstənin fərdi vərəqəsi"ndə göstərilmişdir: - şikayətlər: ağrı, qızartı; görmə itiliyi: sağ göz = 0,05 (korreksiyasız), Sph + 3,0 = 0,4 (korreksiya ilə); sol göz = 0,05 (korreksiyasız), Sph + 3,0 = 0,5 (korreksiya ilə); gözün qoruyucu və yaş aparatı (yolları): cüzi çiskin; gözün göz yuvasında yerləşməsi və çəplik: normal; konyuktiva, sklera: cüzi luperemiyalı, pollikulyoz qeyd olunmur; buynuz qişa: sağ göz şəffaf, sol göz şəffaf; ön kamera: sağ göz orta, sol göz orta; qüzehli qişa: sağ göz canlı, sol göz canlı; büllur: sağ göz şəffaf, sol göz şəffaf; şüşəvari cisim: sağ göz şəffaf, sol göz şəffaf; göz dibi: OU (hər iki göz) - GSM (görmə siniri məməciyi) açıq çəhrayı, MZ refleks aydın, canlı, OU – normal, diaqnoz: OU hipermetropiya (orta dərəcəli), məsləhət və təyinatlar: S QMK1, S augentrofen stulin, okuvayt lutein. 2) xx.xx.2015-ci il tarixdə görmə qabiliyyətinin pozulması şikayətləri ilə "xxxx" MMC-nin "İOL Göz Klinikası"na müraciət etmişdir. Burada onun adına tərtib edilmiş 28435 nömrəli "Ambulator xəstənin tibbi kartası № AZS-025"də (bax əlavə № 5) göstərilmişdir: - vizometriya (görmə itiliyi): OD (sağ göz) = 0,1 (korreksiyasız), sph + 3,0 D = 0,75/0,8 (korreksiya ilə), OS (sol göz) = 0,1 (korreksiyasız), sph + 3,0 D = 0,75/0,8 (korreksiya ilə); refraktometriya: OU (hər iki göz) = yaxına sph + 5,0; tonometriya: OD = 19, OS = 19; exobiometriya (A-skann): OU = normal; büllur: OU = normal; göz dibi: OU GSD = normal, diaqnoz: OU - orta dərəcəli hipermetropiya, ambliopiya, məsləhət: eynək korreksiyası. Beləliklə, hər iki tibb müəssisəsində keçirilmiş tibbi müayinələrdən sonra onun görmə qabiliyyətinin pozulmasına dair "OU - hipermetropiya (orta dərəcəli)" diaqnozu təsdiq edilərək, təkrarlanmışdır. Konservativ müalicə üsulları (dərman, eynək) məsləhət görülmüşdür. 3) xx.xx.2017-ci il tarixdə görmə pozğunluğu, görmə sahəsinin daralması və baş ağrıları şikayəti ilə "Liman Klinikası"na müraciət etmişdir. Burada iddiaçıya ödənişli tibbi xidmət əsasında müxtəlif oftalmoloji müayinələr keçirilmişdir. Müayinələrin nəticəsi olaraq iddiaçının adma xx.xx.2017-ci il tarixli 151851 №-li "Ambulator kart" tərtib edilmişdir. Eyni zamanda differensial diaqnostika məqsədilə tərtib edilmiş göndərişlərinə əsasən cavabdehlərin digər ixtisas həkimləri tərəfindən ödənişli əsaslarla iddiaçıya qanın ümumi analizi, kart-test və EKQ tibbi müayinələr keçirilmişdir. Son kliniki diaqnoz olaraq, cavabdehlərdə iddiaçıya "OU - komplikat katarakta" (ÜST XBT-10 üzrə "H26.2 Ağırlaşmış katarakta Göz xəstəliklərində ikincili katarakta") diaqnozu təyin olunmuşdur. Keçirilmiş natamam müayinələr əsasında həkim-oftalmoloq Rəna Nəbiyeva iddiaçıya bildirmişdir: həkim rəyi: bu vaxtadək digər tibbi müəssisələrdə təyin olunmuş diaqnozları yanlışdır, məhz xx.xx.2017-ci il tarixli diaqnoz düzgün və qətidir; həkim proqnozu: görmə qabiliyyətim zaman geçdikcə daha da pozulacaq, əlaqədar baş ağrıları daha da artacaq və bu xəstəliyi korluqla nəticələnə bilər; həkim məsləhəti: xəstəliyini müalicə etmək, 100 % görmə qabiliyyətini bərpa etmək üçün ilkin olaraq sağ gözdə, 1-2 aylıq bərpa fasiləsindən sonra isə sol gözdə oftalmoloji cərrahi əməliyyatlar keçirilməlidir. 2014-cü ildən başlayaraq tədricən görmə qabiliyyətinin pozulması səbəbindən iddiaçı həkim-oftalmoloq Rəna Nəbiyevanın rəyinə, proqnozuna və məsləhətinə inanmış, onun tərəfindən üzərində oftalmoloji cərrahi əməliyyatın keçirilməsinə razılıq vermişdir. xx.xx.2017-ci il tarixdə təyin olunmuş "OU - komplikat katarakta" diaqnozuna əsasən iddiaçı üzərində "OD kataraktanın FAKO emulsifikasiya üsulu ilə ekstraksiyası + İOL (25,5) implantasiyası" cərrahiyyə əməliyyatı keçirilmişdir. Həkim-oftalmoloq Rəna Nəbiyeva 2(105)-377/2023 nömrəli iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsində verdiyi izahatında bildirmişdir ki, yuxanda adı çəkilən cərrahiyyə əməliyyatını "Dünya Göz" klinikasının baş həkimi oftalmoloq Cavabdeh2 icra etmişdir və əsl cavabdeh də məhz Cavabdeh2dır. Cərrahiyyə əməliyyatdan sonra xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərdə cavabdeh iddiaçının oftalmoloji müayinələrini keçirmişdir. İddiaçının adına tərtib olunmuş rekvizitsiz, imzasız əlavə vərəqədə cavabdeh keçirdiyi həmin oftalmoloji müayinələrə dair aşağıdakı məlumatları qeyd etmişdir: xx.xx.2017 ilk sarğı, OD ön kamerada hava qabarı, aydın refleks alınır. xx.xx.2017 Vis OD = 0,5 k/i cyl - 0,75 ax 96 = 0,8 Tn OU - N. Göz dibindən aydın refleks almır. İddiaçının müalicəsi zamanı keçirilmiş tibbi tədbirlərin nəticəsi olaraq cababdeh tərəfindən xx.xx.2017-ci il tarixli epikriz tərtib olunmuşdur. Lakin cavabdehin keçirdiyi müalicədən zaman geçdikcə iddiaçının görmə pozğunluğu daha da artmış, baş ağrıları daha da kəskinləşmişdir. Bununlə əlaqədar iddiaçı 2-3 aylıq aralıqlarla həkim-oftalmoloq Rəna Nəbiyevanm həkim qəbuluna gələrək, şikayətlərini bildirmişdir. Belə ki, onun görmə qabiliyyəti nəinki bərpa olunmamış, hətta keçirdiyi cərrahi əməliyyatdan əvvəlki səviyyədən də aşağı düşmüşdür. Bununla yanaşı baş ağrılarının daha kəskin və tez-tez yarandığını da müalicə həkiminə bildirmişdir. Lakin həkim-oftalmoloq Rəna Nəbiyeva bu zaman keçirdiyi tibbi müyinələrdən sonra iddiaçıya bildirmişdir ki, cərrahi əməliyyat uğurlu olmuşdur, narahatçılığa əsas yoxdur, bərpa prosesini yekunlaşdırmaq məqsədilə təyin etdiyi dərman və vitamin qəbulunu davam etdirməlidir. İddiaçıda olan baş ağrıları isə görmə pozğunluğu ilə əlaqədardır və görmə qabiliyyəti bərpa olunduqdan sonra keçəcəkdir. Eyni tipli, mövzulu həkim qəbulları daha üç dəfə keçirilmiş və 2017-ci ilin sonunadək davam etmişdir. Cavabdehlərdən lazımi keyfiyyətli və təhlükəsiz tibbi xidmət almayan, görmə pozğunluğu daha da artmış, baş ağrıları daha da kəskinləşmiş iddiaçı 2018-ci ildə digər tibb müəssisələrinə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2018-ci il tarixdə iddiaçı 26 saylı Bakı şəhər poliklinikasına müraciət etmişdir. Burada keçirilmiş oftalmoloji müayinələr nəticəsində (əlavə 12) aşağıdakılar müəyyən edilmişdir: - D5 - Vis OD = 0,2 k/i; Vis OS = 0,02. DS - OU sol göz sinirinin atrofiyası. Differensial diaqnostika tədbiri olaraq iddiaçıya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində "VEP müayinəsi"nə (görmənin oyandırdığı potensialların müayinəsi) göndəriş verilmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçı göndərişə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adma Milli Oftalmologiya Mərkəzinə müraciət etmişdir. Burada keçirilmiş "VEP müayinəsi" nəticəsində aşağıdakılar müəyyən edilmişdir: - VEP (pattern) OU-P100 kompanentinin latentliyi sağ gözdə orta, solda nəzərəçarpacaq dərəcədə uzanmışdır, amplitudası sağ gözdə orta, solda nəzərəçarpacaq dərəcədə azalmışdır; - VEP (flash) OU-P2-nin latentliyi sağ gözdə orta, solda nəzərəçarpacaq dərəcədə uzanmışdır, amplitudası sağ gözdə orta, solda nəzərəçarpacaq dərəcədə azalmışdır. xx.xx.2018-ci il tarixdə iddiaçı Mərkəzi Hərbi Klinik Hospitalın Oftalmologiya şöbəsinə müraciət etmişdir. Burada keçirilmiş oftalmoloji müayinələr nəticəsində göz dibində patologiya aşkar edilmişdir. Differensial diaqnostika tədbiri olaraq iddiaçıya "Baş beyinin MRT" və "Orbital MRT" müayinələrinə göndərişlər verilmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçı göndərişlərə əsasən "Medera Hospital”ın Radiologiya şöbəsinə müraciət etmişdir. Burada keçirilmiş "Beyinin MRT müayinəsi" nəticəsində aşağıdakılar müəyyən edilmişdir: - Türk yəhəri (sella) boşluğunu dolduraraq hipofiz vəzini superiordan kompressiya edən, orta xətt ilə anterior kranial fossaya uzanaraq interhemisferik fissurada yerləşib medial frontal girusları kompressiya edən, optik xiazmı anteroinferiordan kompressiya edən, konturları dalğavari və hamar, T2 və FLAİR seriyalarında serebral korteksə nəzərən zəif hiperintens, T1 seriyada izointens, intravenoz paramaqnetik kontrast maddə inyeksiyasından sonra intensiv kontrastlanan 40 x 40 x 30 mm ölçüdə törəmə aşkar edilir. Frontoparietal zirvədə sol parasaggital sahədə geniş əsasla duraya söykənən, serebral korteksi həmin nahiyədə minimal kompressiya edən, sellada qeyd olunan törəmə ilə bənzər xüsusiyyətlərə malik - 17 x 22 x 16 mm ölçüdə ikinci törəmə aşkar edilir. Həmçinin burada keçirilmiş "Orbital MRT müayinasi" nəticəsində aşağıdakılar müəyyən edilmişdir: - Optik xiazma sellar törəmə tərəfindən anteroinferiorda kompressiya olunmaqdadır (Beyin MRT rəyində təsviri verilib). xx.xx.2018- ci il tarixdə iddiaçı 26 saylı Bakı şəhər poliklinikasına müraciət etmişdir. Burada keçirilmiş oftalmoloji müayinələr nəticəsində aşağıdakılar müəyyən edilmişdir: - OS - Billurda dəyişiklik var; GSD (görmə siniri diski) hüdudları aydın, avazımış, damar kolibri 1 : 3; Vis OU = 0 (sıfır); Görmə sinirinin atrofiyası. DS — OS Görmə sinirinin ikincili atrofiyası; OD - Billurun çıxarılması, Billurda dəyişiklik (residiv). Son, qəti diaqnostika tədbiri olaraq iddiaçıya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adma Milli Oftalmologiya Mərkəzində müayinəyə göndəriş verilmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçı göndərişə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adma Milli Oftalmologiya Mərkəzinə müraciət etmişdir. Burada keçirilmiş oftalmoloji müayinələr nəticəsində aşağıdakılar müəyyən edilmişdir: - ÜST XBT-10 üzrə "H47.2 Görmə sinirinin atrofiyası görmə siniri diskinin gicgah yarısının avazıması"; - ÜST XBT-10 üzrə "H27 Büllurun digər xəstəlikləri"; - ÜST XBT-10 üzrə "H54.0 Binokulyar korluq 5-ci dərəcəli görmə pozğunluğu"; - Diaqnoz: OU - Görmə sinirinin ikincili atrofiyası (enən), OD - Artifakiya. xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspertiza müayinəsindən çıxarışa əsasən iddiaçıya "Görmə sinirinin atrofiyası. OU-Görmə sinirinin ikincili atrofiyası (enən). OD-Artifakiya. VİS OU-O (sıfır). Binokulyar korluq. Baş beyin qişalarının xoşxassəli yenitörəməsi. Sellyar nahiyyəsinin böyük ölçülü törəməsi meningioma Grade 1. Cərrahi əməliyyatdan sonrakı vəziyyət." diaqnozu müəyyən olunmuşdur. Nəticədə iddiaçıya müddətsiz əlillik qrupu: "Birinci dərəcəli əlillik, Səbəb: Ümumi xəstəlik => Gözdən əlil" təyin edilmişdir. Beləliklə, cavabdeh tərəfindən təyin olunmuş yanlış "OU-Komplikatkatarakta" (ÜST-nın XBT üzrə "H26.2 Ağırlaşmış katarakta Göz xəstəliklərində ikincili katarakta") diaqnozu nəticəsində iddiaçınm həyatı üçün təhlükəli olan patoloji vəziyyət yaranmışdır. Yuxarıda adı çəkilən diaqnozun düzgün, dəqiq təyin olunması üçün tələb olunan tibbi müayinələr qüsurlu, natamam keçirilmişdir. Belə ki: - "H26.2 ağırlaşmış katarakta göz xəstəliklərində ikincili katarakta" diaqnozu təyin olunarkən "katarakta" xəstəliyi törəmə, ikincili xəstəlikdir. Əsas (birincili) xəstəliyin müəyyən edilməsi üçün standart oftalmoloji müayinələr - oftalmoskopiya (göz dibinin müayinəsi), perimetriya (görmə sahəsinin müayinəsi), kranioqrafiya (vizual rentgenoloji müayinəsi) və s. aparılmamış, əsas (birincili) xəstəlik müəyyən edilməmişdir. Cavabdeh tərəfindən keçirilmiş diaqnostik müayinələr zamanı iddiaçının xroniki, kəskin baş ağrıları şikayəti ilə əlaqədar müvafiq sahə üzrə ixtisas həkiminin (nevropatoloq, neyrocərrah və s.) konsultasiyası keçirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının xx.xx.2012-ci il tarixli 30 saylı qərarı ilə təsdiq edilmiş "Baş ağrılarının diferensial diaqnostikası üzrə klinik protokol"un "Yüksək beyindaxili təzyiq" bölməsinə əsasən beyindaxili təzyiqin artmasına dəlalət edən əlamətlərlə baş ağrısı olan xəstələri təxirə salmadan mütəxəssisə göndərmək lazımdır. Cavabdeh tərəfindən keçirilmiş diaqnostik müayinələr zamanı - xx.xx.2017-ci il tarixdə "Göz dibi: görmə siniri (D, S) - solğun çəhrayı, sərhədləri aydındır. Tor qişa (D, S) - MZ refleks saxlanılıb. Sarı ləkənin intensivliyi azalıb" onkoloji əlamətli müyyən edilmişdir. Lakin cavabdeh ciddi kəllədaxili patologiyaya dolalot edən bu simptomlarla əlaqədar differensial diaqnostika tədbiri olaraq iddiaçıya "Beyinin MRT miiayinəsi"nə göndəriş verməmiş, müvafiq sahə üzrə ixtisas həkiminin (nevropatoloq, neyrocərrah və s.) konsultasiyası keçirilməmişdir. 2) Cavabdeh tərəfindən iddiaçının adına tərtib edilmiş 151851 saylı ambulator xəstənin tibbi kartası Forma № AZS-025"də xx.xx.2017-ci il tarixdə keçirilmiş müayinələr nəticəsində aşağıdakılar qeyd edilmişdir: Görmə itiliyi: Sağ göz 0,05 k/i + 3,5 D = 0,65 (korreksiyasız 0,05; korreksiya ilə 0,65); Sol göz 0,001 k/i + 3,5 D = 0,01/0,02 (korreksiyasız 0,001; korreksiya ilə 0,01-0,02); Diaqnoz: OU (hər iki göz) - komplikat katarakta. İkitərəfli kataraktın müalicəsi praktikasında yüksək risklərlə əlaqədar hər iki gözün eyni vaxtda cərrahiyyə əməliyyatı keçirilmir. Tibbi praktikaya uyğun olaraq, görmə funksiyası daha zəif olan göz ilk növbədə əməliyyat olunur. İkinci gözün əməliyyat olunmasına dair qərar birinci, əməliyyat olunmuş göz tam sağaldıqdan sonra verilir. İlk cərrahiyyə əməliyyatdan sonra xəstəyə öz vəziyyətini bərpa etmək və sabitləşdirmək üçün vaxt verilir. Sonra həkim-cərrah ilkin nəticələri qiymətləndirir və müalicənin ikinci mərhələsi - görmə funksiyası daha yüksək olan göz əməliyyat olunur. İki mərhələli yanaşma çərçivəsində həkim-cərrah müalicənin gedişatını tənzimləmək imkanına malikdir. Bu çox vacibdir, çünki birinci cərrahiyyə əməliyyatının nəticəsi təxmin ediləndən bir qədər fərqli ola bilər. İkincisində - digər gözdə əməliyyat apararkən həkim-cərrah birincisindəki nəticəni nəzərə almalıdır. xx.xx.2017-ci il tarixdə cavabdehin iddiaçı üzərində icra etdiyi səhv cərrahiyyə əməliyyatı nəticəsində görmə funksiyası daha zəif olan sol göz deyil, görmə funksiyası daha yüksək olan sağ göz əməliyyat olunmuşdur. Bundan əlavə əməliyyatdan sonra sağ gözdə "arxa kapsulun fibrozu" yaranmışdır. Cavabdehin keçirdiyi cərrahi əməliyyatdan sonra - xx.xx.2017-ci il tarixdə iddiaçıda görmə pozğunluğuna dəlalət edən "Göz dibindən aydın refleks almır" onkoloji əlaməti müyyən etmişdir. Lakin cavabdeh tərəfindən ciddi kəllədaxili patologiyaya dəlalət edən bu simptomla əlaqədar differensial diaqnostika tədbiri olaraq iddiaçıya "Beyinin MRT müayinəsi"nə göndəriş verilməmiş, müvafiq sahə üzrə ixtisas həkiminin (nevropatoloq, neyrocərrah və s.) konsultasiyası keçirilməmişdir. Cavabdehlərin səhlənkarlığı nəticəsində vaxt keçdikcə öz gedişatı boyu iddiaçının sağlamlığına ağır zərər vurulmuşdur. Belə ki, katarakta göz mühitinə təsir edən pozğunluqlar (endokrin pozğunluqlar, sistemik infeksiya, qan dövranı pozğunluqları və s.) ilə əlaqədardırsa, ilk növbədə səbəbkar ümumi xəstəlik müalicə olunmalıdır. Aydın bir terapevtik müvəffəqiyyət əldə edildikdə, tərs inkişafa, büllurun bulanıqlığının rezorbsiyasına meyl aşkar edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli 137 nömrəli əmri ilə təsdiq edilmiş "Həkimlərin etik davranış qaydaları"na əsasən həkim pasiyentə göstərilən tibbi yardımın keyfiyyətinə cavabdehlik daşıyır. Həkim öz işində Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən sahəvi normativ sənədləri rəhbər tutur. Həkim pasiyenti əsassız riskə məruz qoymamalı, xüsusilə də bilik və bacarıqlarını qeyri-humanist məqsədlər üçün istifadə etməməlidir. Həkim hər hansı müalicə üsulunun seçimində ilk növbədə zərər vurmamaq prinsipini rəhbər tutmalıdır. Həkim öz peşə vəzifələrini lazımı səviyyədə yerinə yetirmədikdə və ya sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına yol verdikdə qanunvericiliyə uyğun olaraq intizam, inzibati, cinayyət və digər məsuliyyətə cəlb oluna bilər.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Rəna Nəbiyevanın cavabdeh qismində iştirak etdiyi iş üzrə qəbul edilmiş qətnamədə qeyd olunan ekspert rəyi ilə tanışdır. Amma ekspert rəyi ilə razı deyildir. Həmin qətnamədən kassasiya qaydasında şikayət vermiş və Ali Məhkəmə həmin işi yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Lakin Apellyasiya Məhkəməsi yenidən onun ziddiyyətlərinə aydınlıq gətirməmişdir. X2 əvvəlki məhkəmə icraatı zamanı sənədlərin hamısını məhkəməyə təqdim etməmişdir. 2-ci Apellyasiya Məhkəməsi zamanı əməliyyatın Rəna Nəbiyeva deyil, Cavabdeh2 tərəfindən edildiyini bilmişdirlər. 3 il davam edən proseslərdən sonra məhkəmə iclasında Rəna Nəbiyeva əməliyyatı onun həyata keçirmədiyini etiraf etmişdir. Əməliyyat düzgün həyata keçirilməmiş və diaqnoz da düzgün qoyulmamışdır. İş materiallarına əlavə etdiyi Beynəlxalq oftomologiya mərkəzinin protokollarından da görünür ki, əməliyyat həyata keçirilərkən diaqnoz düzgün qoyulmalı və xəstə düzgün müayinə edilməlidir. Əməliyyat zamanı Rəna Nəbiyeva iddiaçının gözünə dərman tökmüş, Fərəh xanım isə əməliyyat etmişdir. Lakin bununla bağlı sənədlərdə qeyd olunmamışdır. Olunsa belə Liman klinikası onları təqdim etmir. Həmçinin əməliyyat sonrası onun təyin etdiyi dərmanlar və vitaminlər xəstəliyi daha da artırmışdır. Həmçinin Fərəh xanımın əməliyyat zamanı istifadə etdiyi aparatların da Liman Klinikasına və ya onun özünə məxsus olması, həmin aparatların sertifikatları ilə bağlı da mübahisəli məqam vardır. İddiaçının cavabdeh klinikada əməliyyatdan əvvəl keçdiyi müayinələri vardır. Bunlar göstərir ki, iddiaçıda əməliyyatdan əvvəl də, sonra da katarakt olmamışdır. Fako emulsifikasiya aparatının şüaları iddiaçıya təsir etmişdir. Ambulator xəstənin tibbi kartası № AZS-025 ilə ilk dəfə məhkəmədə tanış olmuşdur. Bu sənəd ona təqdim olunmamışdır. Cəmi 3 səhifədən ibarətdir. Halbuki Səhiyyə Nazirliyinin normativlərinə əsasən, 32 səhifə olmalı idi. Cərrahi əməliyyatın protokolu onda şübhələr yaradır. Protokol nə X1, nə də ki Səhiyyə Nazirliyinin standartlarına uyğun gəlmir. Burada xəstənin adı yazılmamışdır. Təkrar müayinələrlə bağlı ambulator kartların tam həcmdə, yəni 32 səhifədə, möhürlənməklə təqdim olunmasını tələb edir. X6 məhkəmə iclasında etiraf etmişdir ki, iddiaçı əməliyyatdan sonra dəfələrlə təkrar müayinəyə gəlmişdir. Əməlliyyat iddiaçının onkoloji xəstəliyini aqressivləşdirmişdir. FAKO emulsifikasiya aparatının lisenziyası məkhəməyə təqdim olunmamışdır. Birinci instansiya, apellyasiya və Ali Məhkəmənin, həmçinin hazırki iş üzrə məhkəmə sorğularına cavab kimi Limak Klinikası yalnız bütün sənədlərin təqdim olunduğunu bildirmiş, özünün mənafeələrinə xidmət edən sənədləri məhkəməyə təqdim etmiş, qalanlarını isə gizlətmişdir. xx.xx.2017-ci ildə keçirilmiş cərrahi əməliyyatın İddiaçı görmə qabiliyyətinin itirilməsinə səbəbli əlaqəsi mövcuddur. Heç bir ekspertiza rəyində bu amil heç nəzərə alınmamışdır. Həkim-mütəxəssis İsmayılov Qurban tərəfindən görmənin pozulmasının əməliyyatla əlaqədar olmaması, beyinlə əlaqədar olması barədə rəy verilmişdir. Bundan sonrakı bütün ekspertizalar da, onun rəyinin əsasında rəy vermişdirlər. Yüksək tezlikli ultrasəs toxumaları dağıdır, bu onun meningiomasının böyüməsinə səbəb olmuşdur. Rəna Nəbiyevaya şikayətlərini bildirməsinə baxmayaraq məhəl qoymamışdır. Bundan sonra Bakı şəhər 26 saylı poliklinikasına getdikdə, həkim tərəfindən görmə qabiliyyətinin tamamilə itirildiyi və beynində şişin 40*30*30 millimetr olduğu bildirildi. Meningiomanın yetişmə dövrü 6 ildən 15 ilə qədərdir. Bədxassəli şişlər kimi 1-2 il müddətində sürətlə böyümür. Şişin böyüməsi nəticəsində şah damarı təzyiq altında qalır. Rəna Nəbiyeva tərəfindən iddia edilən həkim müayinəsinə göndərilməsi arqumenti ilə razılaşmır, bu müayinə keçirilmiş olsa idi, beyindəki şiş aşkar edilməli idi. Ekspertlər tərəfindən heç bir elmi əsaslandırılma verilməmişdir. Əməliyyatdan əvvəl heç bir həkim müayinə sənədində fibrozun mövcudluğu əksini tapmamışdır. 2021-ci ildə ekspertizanın göndərişinə əsasən Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindəki müayinədən sonra ilk dəfə fibrozun mövcud olduğunu öyrənmişdir. Ondan əvvəlki sənədlərin heç birində fibroz qeyd olunmamışdır. Fibroz onun həyatına mənfi təsir göstərməmiş, onun həyatı üçün təhlükəli olan meningioma olmuşdur. Vaxtında diaqnoz qoyulmuş olsa idi, iddiaçını görmə qabiliyyəti hal-hazırda mövcud olmuş olardı, həmçinin həyatı üçün təhlükə yaranmış olmazdı. 2018-ci ilin yanvar ayında iddiaçının görmədiyini müşahidə etdikdən sonra onu Liman Klinikasına gətirmişdir. Rəna Nəbiyeva onları qəbul etdi və bir neçə aparatdan keçirdi. Rəna Nəbiyeva əməliyyatın uğurlu olduğunu və yazdığı dərmanları qəbul etməsini davam etdirməyini bildirdi. Lakin orada həkim qışqırdı, poliklinikada olan hər kəs bu səsə təəccübləndi. 2018-ci ilin mart ayında beyində şiş olduğu onlara məlum olmuşdur.
4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçı əməliyyatdan sonra hər dəfə müayinəyə gəlmiş, lakin xəstəxanada bu müayinələrin qeydiyyatı aparılmamışdır. Əməliyyatdan sonra iddiaçının gözündə mənfi hadisələr baş vermişdir. Nəticə etibarı ilə, əməliyyatdan sonra iddiaçının gözündə baş verən fəsadlarla bağlı qeydiyyat yoxdur. Cavabdeh Liman Klinikasının nümayəndəsi təkidlə bütün sənədlərin məhkəməyə təqdim olunduğunu vurğulayır. Bununla bağlı əvvəlki məhkəmə işinin qaldırılması və sənədlərin surətlərinin əldə edilməsini təklif edir. Tibbi kartın vərəqləri müayinələr aparıldıqca arta bilər. İddiaçının nümayəndəsinin qeyd etdiyinə əsasən, ambulator kartların yalnız 3 vərəqi təqdim olunmuşdur.
5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, əməliyyat müdafiə etdiyi şəxs tərəfindən həyata keçirilmişdir. Lakin diaqnoz və əməliyyat tam düzgün olmuşdur. Bu ekspert rəyində də göstərilmişdir. İddiaçı tərəfin sağlamlığında problem yaranmasının səbəbi hüquqlarını müdafiə etdiyi şəxsin hərəkətləri olmamışdır. Əvvəlki məhkəmə mübahisəsi zamanı əməliyyatla xəstənin görməməsinin səbəbli əlaqəsinin olmaması ilə bağlı ekspert rəyi vardır. Məhkəmə bu rəyə əsaslanmaqla qərar qəbul etmiş və hazırda həmin faktın preyudisial əhəmiyyəti qalmaqdadır.
6. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 Məsuliyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, əməliyyat zamanı proses protokola uyğun aparılmışdır. Sonradan iddiaçı tərəf şikayət verdikdə bütün sənədlər ona təqdim olunmuşdur. İxtisasca həkim deyil, düşünür ki, bu səbəbdən bəzi məsələlərdə dolğun məlumat verməyə bilər. Əməlliyyatın aparılması ilə bağlı bütün sənədlər məhkəməyə təqdim olunmuşdur. Epikriz və ambulator kartdan çıxarışın təqdim olunması onun işlədiyi vaxta təsadüf etmir. Bu səbəbdən 2019-cu ildə Liman Klinikasına verilən sorğu əsasında analizlərdən başqa məhz həmin iki sənədin təqdim olunması barədə suala cavab verə bilməyəcəkdir. Bütün sənədlər əvvəlki məhkəmə mübahisəsi zamanı təqdim olunmuşdur. Həmçinin iddiaçı ilə bağlanmış tibbi xidmət barədə müqavilə və post operativ əməliyyatlar xidmətinin həyata keçirilməsi barədə sənədlər, onun bildiyi qədəri ilə, təqdim olunmuşdur. FAKO emulsifikasiya aparatı həkimə məxsus aparat olmaqla lisenziyası mövcuddur.
Tədqiq olunan sübutlar:
7. Sumqayıt Şəhər Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(060)-671/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Liman Klinikası”na və X3 qarşı tibb müəssisəsində müalicə zamanı sağlamlığa vurulmuş zərərin ödənilməsinə dair iddia tələbi təmin edilməmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-377/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2(060)-671/2021 nömrəli, 17 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3968/2023 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-377/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
10. Məhkəmə-tibbi ekspertizasının 17 mart 2021-ci il tarixli rəyinə əsasən, iddiaçı 11 aprel 2017-ci il tarixdə “Liman Klinikası”na hər iki gözünün zəif görməsi şikayətləri ilə müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona “OU komplikat katarakta” diaqnozu düzgün təyin edilmişdir. İddiaçı 10 mart 2018-ci il tarixdə “MedEra Hospital”da baş beynin MRT müayinəsində “Sellar nahiyədə və sol frontoparietal zirvədə qeyd olunan törəmə - meningioma” müəyyən edilmişdir. Göz müayinəsi zamanı baş beyində olan hər hansı bir patologiyanı aşkar etmək mümkün deyil. İddiaçı təsdiq olunmuş “Sellar nahiyədə meningioma” diaqnozu və istər əməliyyat öncəsi, istərsə də əməliyyatdan sonrakı dövr üçün törəmənin fəsadı kimi olan görmə qabiliyyətinin pozulması ilə “Liman Klinikası”nda təyin edilmiş “OU komplikat katarakta” və müalicə məqsədi ilə aparılmış cərrahi müdaxilə ilə səbəbli əlaqəsi olmamışdır. Tibbi manipulyasiyalar zamanı sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmamışdır.
11. 31.03.2023-cü il tarixli, 129/KEŞ saylı ekspert rəyinə əsasən “Liman Klinikası”nda iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2017-ci il tarixdə klinikaya müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona “OU-komplikat katarakta” diaqnozu düzgün təyin edilmişidir. İddiaçı xx.xx.2018-ci il tarixdə “MedEra Hospital”da baş beynin MRT müayinəsindən keçmiş və müayinə zamanı “Sellar nahiyədə və sol frontoparietal zirvədə qeyd olunan törəmə meningioma”nın olduğu müəyyən edilmişdir. Lakin İddiaçı mövcud olan beyin patologiyası “Liman Klinikası”nda vaxtında müəyyən edilib adekvat müalicə tədbirləri, yəni vaxtında MRT müayinəsi və neyrocərrahın konsultasiyası aparılmış olsa idi, görmə sinirindəki atrofıyanın qarşısının alınması imkanı çox ola bilərdi. İddiaçıya “Liman Klinikası”nda təyin edilmiş “OU-komplikat katarakta" diaqnozu ilə onun görmə qabiliyyətinin pozulması arasında səbəbli əlaqəsi olmamışdır. Tibbi manipuiyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb.
Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpaetmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiəedilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusunu (delikti) törətmiş şəxs zərərin onun təqsiri üzündən vurulmadığını sübuta yetirərsə, zərərin əvəzini ödəməkdən azad edilir.40. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlışdiaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
14. İş materialları ilə müəyyən olunur ki, İddiaçı təyin olunmuş “OU-Komplikat katarakta” diaqnozuna əsasən onun üzərində “OD-kataraktanın FAKO emulsifikasiya üsulu ilə ekstraksiyası +İOL (25,5) implantasiyası” cərrahi əməliyyatı həyata keçirilmişdir. İddiaçı xx.xx.2018-ci ildə “MedEra hospital”ında baş beynin MRT müayinəsindən keçmiş və müayinə zamanı “Sellar nahiyədə və sol fronto-parietal zirvədə qeyd olunan törəmə meningioma” aşkar edilmişdir.
15. İddiaçı "xxxx" MMC və X3 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
16. Həmin məhkəmə icraatı zamanı ona maddi ziyan dəyməsinin əsası kimi “Liman” klinikasında təyin edilmiş “OU-Komplikat katarakta” diaqnozunun düzgün təyin edilməməsini, “Liman”klinikasında aparılmış müayinə nəticəsində cavabdeh Rəna Nəbiyevanın iddiaçının beynində patalogiya olmasını aşkar etməli olduğu halda bunu etməməsi, iddiaçıda sonradan aşkar edilmiş “Sellar nahiyədə və sol fronto-parietal zirvədə qeyd olunan törəmə meningioma”nın cavabdeh Rəna Nəbiyeva tərəfindən iddiaçı üzərində aparılmış cərahiyyə əməliyyatı və müalicələrin səhv aparılması nəticəsində yaranması və ya daha da irəlilədiyini göstərmişdir. Yuxarıda adı qeyd edilən məhkəmə qətnaməsi əsasında iddiaçının iddiası təmin edilməmiş və məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır.
17. Qeyd olunan məhkəmə icraatı zamanı iş üzrə məhkəmə ekspertizaları təyin edilmiş və eyni zamanda rəy vermiş ekspert məhkəmə iclasında dindirilmişdir.
18. Məhkəmə-tibbi ekspertizasının 17 mart 2021-ci il tarixli rəyinə əsasən, iddiaçı 11 aprel 2017-ci il tarixdə “Liman Klinikası”na hər iki gözünün zəif görməsi şikayətləri ilə müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona “OU komplikat katarakta” diaqnozu düzgün təyin edilmişdir. İddiaçı 10 mart 2018-ci il tarixdə “MedEra Hospital”da baş beynin MRT müayinəsində “Sellar nahiyədə və sol frontoparietal zirvədə qeyd olunan törəmə - meningioma” müəyyən edilmişdir. Göz müayinəsi zamanı baş beyində olan hər hansı bir patologiyanı aşkar etmək mümkün deyil. İddiaçı təsdiq olunmuş “Sellar nahiyədə meningioma” diaqnozu və istər əməliyyat öncəsi, istərsə də əməliyyatdan sonrakı dövr üçün törəmənin fəsadı kimi olan görmə qabiliyyətinin pozulması ilə “Liman Klinikası”nda təyin edilmiş “OU komplikat katarakta” və müalicə məqsədi ilə aparılmış cərrahi müdaxilə ilə səbəbli əlaqəsi olmamışdır. Tibbi manipulyasiyalar zamanı sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmamışdır.
19. 31.03.2023-cü il tarixli, 129/KEŞ saylı ekspert rəyinə əsasən “Liman Klinikası”nda iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2017-ci il tarixdə klinikaya müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona “OU-komplikat katarakta” diaqnozu düzgün təyin edilmişidir. İddiaçı xx.xx.2018-ci il tarixdə “MedEra Hospital”da baş beynin MRT müayinəsindən keçmiş və müayinə zamanı “Sellar nahiyədə və sol frontoparietal zirvədə qeyd olunan törəmə meningioma”nın olduğu müəyyən edilmişdir. Lakin İddiaçı mövcud olan beyin patologiyası “Liman Klinikası”nda vaxtında müəyyən edilib adekvat müalicə tədbirləri, yəni vaxtında MRT müayinəsi və neyrocərrahın konsultasiyası aparılmış olsa idi, görmə sinirindəki atrofıyanın qarşısının alınması imkanı çox ola bilərdi. İddiaçıya “Liman Klinikası”nda təyin edilmiş “OU-komplikat katarakta" diaqnozu ilə onun görmə qabiliyyətinin pozulması arasında səbəbli əlaqəsi olmamışdır. Tibbi manipuiyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb.
20. Hazırki işdə isə iddiaçı cavabdeh qismində Cavabdeh2 və eyni zamanda "xxxx" MMC-nicavabdeh qismində qoyaraq onlar tərəfindən vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini məhkəmədən xahiş edir.
21. Belə ki, iddiaçının iddia ərizəsindən və məhkəmə iclaslarında verdiyi izahatlar əsasında müəyyən olunur ki, iddiaçının hazırki iddianı irəli sürməsinin əsasını təşkil edən dəlillər ondan ibarət olmuşdur ki, iddiaçını əməliyyat edən həkimin X4 deyil Cavabdeh2 olmuş, “Liman” klinikası tərəfindən əvvəlki məhkəmə icraatı zamanı məhkəməyə bütün sənədlərin təqdim edilməmiş, iddiaçıya "Beyinin MRT müayinəsi"nə göndəriş verilməməsi, müvafiq sahə üzrə ixtisas həkiminin (nevropatoloq, neyrocərrah və s.) konsultasiyası keçirilməmiş, iddiaçıya katarakta diaqnozu düzgün qoyulmamış, FAKO emulsifikasiya aparatının lisenziyası məkhəməyə təqdim olunmamış, Fako emulsifikasiya aparatının şüalarının iddiaçıya təsir etməsi, əməlliyyatın iddiaçının onkoloji xəstəliyini aqressivləşdirmiş, ambulator xəstənin tibbi kartasınının cəmi 3 səhifədən ibarət olmaqla Səhiyyə Nazirliyinin normativlərinə uyğun olaraq 32 səhifə olması tələb olunmasına baxmayaraq 3 səhifədən ibarət olmuş, cərrahi əməliyyatın protokolu onda şübhələr yaratmış, protokol nə X1, nə də ki Səhiyyə Nazirliyinin standartlarına uyğun gəlməmişdir.
22. Məhkəmə iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, “Liman” Klinikası tərəfindən İddiaçı əməliyyatı ilə əlaqədar bütün sənədlərin məhkəməyə təqdim edilməsi üçün həmin klinikaya sorğu göndərilmiş, məhkəmə iclasında iştirak edən edən cavabdeh X7 Məsuliyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 tərəflərindən bütün sənədlərin əvvəlki məhkəmə icraatı zamanı təqdim edildiyini bildirmişdir. İddiaçının hazırki iddianı qaldırmaqda əsaslarından biri kimi də əvvəlki məhkəmə icraatı zamanı “Liman” klinikası tərəfindən bütün sənədlərin təqdim edilməməsi göstərilmişdir ki, məhkəmə qeyd edir ki, mülki prosesdə mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən normanın məzmunundan da göründüyü kimi, qanunverici sübutetmə vəzifəsini iddiaçı və cavabdeh üçün bərabər şəkildə müəyyən etmişdir. Hazırki halda “Liman” Klinikası tərəfindən məhkəməyə əlavə sənədlərin təqdim edilməməsi iddianın təmin edilməsi üçün əsas deyildir. Çünki hazırki işdə əsas araşdırılmalı olan hal iddiaçının gözündə aparılmış cərrahi əməliyyatın onun beynində yaranmış meningioma xəstəliyi ilə hər hansı bir səbəbli əlaqəsinin olub-olmamasının müəyyən edilməsi ilə bağlıdır. Məhz qeyd edilən səbəbli əlaqənin olduğu halda iddiaçının cavabdehdən ona dəymiş ziyanı tələb etməsinin hüquqi əsası vardır.
23. Belə ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün dörd şərtin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
24. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqə hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı deyil. Belə ki, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir.
25. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb yalnız işin hallarına uyğun olaraq müvafiq qiymətləndirmə nəticəsində bu şərtlər mövcud olduğu təqdirdə təmin edilə bilər.
26. Hazırki halda iddiaçının tələbinin əsası kimi göstərdiyi hallar əvvəlki məhkəmə icraatı zamanı da məhkəmə araşdırmasının predmeti olmuş və həmin hallar öz təsdiqini tapmamış, iddia təmin edilməmişdir. Belə ki, əvvəlki məhkəmə icraatı zamanı təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq təqdim edilmiş ekspert rəyində iddiaçının 11 aprel 2017-ci il tarixdə “Liman Klinikası”na hər iki gözünün zəif görməsi şikayətləri ilə müraciət etdiyi və aparılmış müvafiq müayinələrdən sonra ona “OU komplikat katarakta” diaqnozunun düzgün təyin edildiyi, İddiaçı 10 mart 2018-ci il tarixdə “MedEra Hospital”da baş beynin MRT müayinəsində “Sellar nahiyədə və sol frontoparietal zirvədə qeyd olunan törəmə - meningioma” müəyyən edildiyi, göz müayinəsi zamanı baş beyində olan hər hansı bir patologiyanı aşkar etməyin mümkün olmadığı, İddiaçı təsdiq olunmuş “Sellar nahiyədə meningioma” diaqnozu və istər əməliyyat öncəsi, istərsə də əməliyyatdan sonrakı dövr üçün törəmənin fəsadı kimi olan görmə qabiliyyətinin pozulması ilə “Liman Klinikası”nda təyin edilmiş “OU komplikat katarakta” və müalicə məqsədi ilə aparılmış cərrahi müdaxilə ilə səbəbli əlaqəsinin olmadığı müəyyən edilmişdir.
27. Sözügedən məhkəmə icraatı zamanı məhkəmə iclasında iştirak edən müvafiq rəyi verən ekspert də ekspert rəyini müdafiə edərək bildirmişdir ki, iddiaçıya düzgün diaqnoz qoyulmuş. Ümumilikdə katarakt əməliyyatı zamanı xəstənin MRT-yə göndərilməsi barədə protokol qayda yoxdur. MRT-yə göndəriş üçün əsas olmalıdır. Katarakta görə MRTyə göndərilmir. Rəydə qeyd olunan “MRT keçirilsə idi, görmə sinirinin atrofiyasının qarşısının alınma imkanı çox olardı” cümləsi tövsiyyə xarakterlidir. Rəyə əsasən görmə sinirinin atrofiyasının səbəbi beyində olan meningiomadır. Onun da aparılmış əməliyyatla heç bir əlaqəsi yoxdur. Atrofiya beyinlə bağlıdır, görmə sinirinin atrofiyasının cərrahiyyə əməliyyatı ilə heç bir əlaqəsi yoxdur, xəstənin anemnezində beyin əməliyyatı, beyin şişi, onkolji xəstəlik olduqda MRT-yə göndərilir. Göndərişi oftalmoloq etmir. Göz dibinin müalicəsi üçün oftalmoloqların özündə xüsusi cihazlar var, bu zaman MRT müayinəsinə göndəriş olmur. Beyindəki şiş katarakta əməliyyatının nəticəsi ola bilməzdi.
28. Beləliklə yuxarıda qeyd edilən məhkəmə aktlarından göründüyü kimi iddiaçıya diaqnozunun düzgün qoyulmaması, əməliyyatın düzgün müalicə metodu olmaması, vaxtında MRT aparılmaması, bunların nəticəsində iddiaçının gözünün kor olması və.s dəlillərinin əsassız olması məhkəmə qətnaməsi əsasında öz təsdiqini tapmışdır.
29. Mülki prosessual qanunvericiliyin preyudisiallıqla bağlı normalarına əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər üçün preyudisiallıq kəsb edir (MPM-in 82.3-cü maddəsi). Normadan göründüyü kimi hər hansı şəxs bir mülki işdə iştirak edirsə, işdə iştirak edən digər şəxslərin tərkibindən asılı olmayaraq həmin iş üzrə müəyyən edilən hallar həmin şəxs üçün başqa işdə preyudisial əhəmiyyətə malik olur və yenidən mübahisələndirilə bilməz.
30. Bununla yanaşı, MPM-in 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 23 fevral 2016-cı il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən həmin maddənin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, məhz araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.
31. Məhkəmə qeyd edir ki, hazırki işdə cavabdeh başqa şəxs olsa da, iddianın əsasını təşkil edən hallar əvvəlki məhkəmə mübahisəsinin predmeti olmuş və məhkəmə tərəfindən həmin hallara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə hazırki iş üzrə ekspertiza təyin edilməsinə hər hansı bir zərurət görməmiş və bununla bağlı iddiaçının vəsatətini təmin etməmişdir.
32. Bundan başqa yuxarıda adı qeyd edilən ekspert rəyləri əsasında da görmə sinirinin atrofiyasının səbəbinin beyində olan meningioma olması, onun da aparılmış əməliyyatla heç bir əlaqəsinin olmaması müəyyən edilmişdir ki, bu halda iddiaçının dəlilləri öz təsdiqini tapmır.
33. İddiaçının maddi ziyanla bağlı tələbi təmin edilmədiyindən məhkəmə digər tələblərin də, məhz bu tələbdən aslılığını nəzərə alaraq hesab edir ki, iddia müalicə xərclərinin ödənilməsi və mənəvi ziyanın ödənilməsi hissəsində də təmin edilməməlidir.
34. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X7 Məsuliyətli Cəmiyyəti və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir.
Nəticə:
35. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı cavabdehlər X7 Məsuliyətli Cəmiyyəti və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva