Məhkəmə qərarları › İş №2(060)-1999/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1999/2025

24.04.2025 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1999/2025 24.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum haqqında akt qeydinə dəyişiklik edilməsi» tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Qubadlı rayon Novlu icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 07 saylı, xx.xx.1950-ci il tarixli doğum haqqında akt qeydində uşaq bəndində soyadına “Ələkbərova”dan “Məcidova”ya, doğulduğu tarixə “xx.xx.1950-ci il”dən “xx.xx.1949-cu il"ə dəyişikliklər edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1949-cu ildə Qubadlı rayonunun Novlu kəndində anadan olmuşdur. Özünə məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Doğum haqqında təkrar şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin doğum haqqında şəhadətnaməni almaq mümkün olmamışdır. Araşdırma zamanı Qubadlı rayon Novlu icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 7 saylı, xx.xx.1950-ci il tarixli doğum haqqında akt qeydində uşaq bəndində soyadı “Ələkbərova”, doğulduğu tarix “xx.xx.1950” kimi yazıldığı müəyyən edilmişdir. Sumqayıt ŞPİ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəmdə soyadı “Məcidova”, doğulduğu tarix "xx.xx.1949-cu il” kimi qeyd olunmuşdur. Qubadlı rayon Novlu icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 07 saylı, xx.xx.1950-ci il tarixli doğum haqqında akt qeydində uşaq bəndində soyadına “Ələkbərova”dan "Məcidova”ya, doğulduğu tarixə “xx.xx.1950-ci il"dən “xx.xx.1949-cu il”ə dəyişikliklər edilməsinə dair ərizə ilə müraciət etmişdir. Maraqlı şəxsndə ona izah olundu ki, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Doğum haqqında akt qeydində dəyişikliklər və əlavələr edilməsi üçün kifayət qədər əsas olmadığına görə ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq aşağıda göstərilənlərə əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Hazırki işdən görünür ki, ərizəçi doğum haqqında akt qeydində uşaq bəndində soyadına “Ələkbərova”dan “Məcidova”ya, doğulduğu tarixə “xx.xx.1950-ci il”dən “xx.xx.1949-cu il"ə dəyişikliklər edilməsi məhkəmədən xahiş edir. İş materiallarından görünür ki, Qubadlı rayon Novlu icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 07 saylı, xx.xx.1950-ci il tarixli doğum haqqında akt qeydində uşaq bəndində soyadına “Ələkbərova”dan “Məcidova”ya, doğulduğu tarixə “xx.xx.1950-ci il”dən “xx.xx.1949-cu il"ə dəyişikliklər edilməsinə dair ərizə ilə Maraqlı şəxsnə müraciət edilmiş, həmin orqanın 28 yanvar 2025-ci il tarixli məktubu ilə ərizəyə cavab olaraq bildirilmişdir ki, Qubadlı rayon Novlu icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 7 saylı, xx.xx.1950-ci il tarixli doğum haqqında akt qeydində uşaq bəndində soyadı “Ələkbərova”, doğulduğu tarix “xx.xx.1950” kimi qeyd edilməsinə baxmayaraq, AZE 0******* saylı şəxsiyyət vəsiqəsində soyadı “Məcidova”, doğulduğu tarix “xx.xx.1949-cu il” kimi qeyd olunmuşdur. Yaranmış ziddiyyətlə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.5-ci maddəsinin mənası baxımından sənəd olaraq vətəndaşlıq vəziyyəti aktları deyil, müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlər başa düşülür. Vətəndaşlıq vəziyyəti aktlarındakı qeydlərə düzəlişlər isə həmin qeydlərdə səhvlər olduğu halda vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları vətəndaşlıq vəziyyəti aktlarındakı qeydlərə düzəlişlər etməkdən imtina etdikdə isə həmin orqanlara qarşı iddialara mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunan məsələyə Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti”nə dair 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndi ilə qiymət verilərək göstərilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin hazırkı ərizəsinə mülki icraat qaydasında məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum haqqında akt qeydinə dəyişiklik edilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar