Məhkəmə qərarları › İş №2(060)-205/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-205/2024

11.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-205/2024 11.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı1, İddiaçı X10 iştirakı ilə, İddiaçılar İddiaçı1 və X10 Cavabdeh qarşı artıq ödənilmiş alimentin geri qaytarılması və ya əvəzləşdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X15 iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh artıq ödənilmiş 2720 (iki min yeddi yüz iyirmi) manat alimentin alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi və ya artıq ödənilmiş aliment məbləğinin əvəzləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X5 qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçıya verilməsini, iddiaçının hamiləliyi ilə əlaqədar uşaq doğulana kimi ayda 100 manat maddi yardımın cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Cavabdeh xx.xx.2022-ci il tarixli məhkəmə iclasında dəqiqləşmə verərək, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin X4 tutularaq Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci ildə nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Onların xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X11 adlı övladları vardır. Cavabdeh 1-ci qrup əlildir, pensiyası vardır, lakin pensiya kartı valideynlərində olduğundan cavabdeh ailəyə maddi yardım göstərə bilmir. Maddi cəhətdən uşağı saxlamaqda çətinlik çəkir. Hər iki uşaq onun himayəsindədir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13/2022 saylı mülki iş üzrə 16 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh X8 qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək, xx.xx.2019-cu il tarixdən etibarən xx.xx.2016-cı il təvəllüdlü X2, xx.xx.2022-ci il tarixdən isə xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər bir uşaq üçün 95 manat sabit pul məbləğində aliment X4 tutularaq Cavabdeh verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddianın verilməsinə görə 46,40 manat dövlət rüsumunun cavabdeh X4 tutularaq dövlət büdcəsinə ödənilməsi, məhkəmə qətnaməsinin alimentin tutulması hissədə dərhal icra edilməsi qət edilmişdir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-l 814/2020 saylı mülki iş üzrə 11 mart 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “sabit pul məbləğində aliment və maddi yardım tələbi”nə dair iddiası qismən təmin edilərək, cavabdehlər İddiaçı2 və İddiaçı1 müştərək qaydada xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində alimentin alınıb xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh verilməsi, cavabdehlər İddiaçı2 və İddiaçı1 müştərək qaydada 20 manat dövlət rüsumunun alınıb dövlət nəfinə verilməsi, iddia tələbinin maddi yardım hissəsində təmin edilməməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsinin icrası üçün Sumqayıt Şəhər İcra İdarəsinin Dövlət Sosial Müdafiə Fonduna ünvanladığı 6666/31 saylı, 14 may 2020-ci il tarixli məktubu ilə İddiaçı2 və İddiaçı1 hər birinin aylıq pensiyasından 85 manat olmaqla ümumilikdə hər ay 170 manat tutulması təmin edilmişdir. Qeyd edir ki, İddiaçı2 və İddiaçı1 2020-ci ilin fevral ayından başlayaraq 2021-ci ilin avqust ayı da daxil olmaqla ümumilikdə 3230 manat aliment tutulmuşdur. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi hazırki iş üzrə məhkəmə uşağın saxlanması üçün alimentin tutulmasının başlama tarixini 26 noyabr 2019-cu ildən hesablasa da X1 üçün məhkəmənin digər qətnaməsi ilə aliment tutulmuş və icra edilmişdir. Qeyd olunanlardan da aydın başa düşülür ki, iddiaçılar tərəfindən cavabdehə artıq aliment ödənilmişdir. Belə hesab olunur ki, artıq ödənilmiş aliment ya geri qaytarılmalı, ya da əvəzləşdirilməlidir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və X15 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, tələbin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək səhhətindəki problemlə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyi üçün prosesin başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Həmçinin iddia tələbinə etiraz edərək iddiaçıların iddialarının tamamilə əsassız olmasını bildirərək tələbin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçıların izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan : - MŞS/MT030/2023-01356 saylı, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin prosesin davam etdirilməsi barədə razılığa gəlməmişlər. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1814/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı2 və İddiaçı1 müştərək qaydada xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin alınıb xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh verilməsi, cavabdehlər İddiaçı2 və İddiaçı1 müştərək qaydada 20 manat dövlət rüsumunun alınıb dövlət nəfinə verilməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi qət edilmişdir. - Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 6666/31 saylı məktubun surətindən görünür ki, İddiaçı2 icra sənədi üzrə bugünə kimi 255 manat aliment borcu yaranmışdır. İddiaçı2 aliment borcu ödənilənədək hər ay pensiyasından 70 faizi tutulub, aliment borcu bitdikdən sonra hər ay pensiyasından 85 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh hesabına köçürülsün. İcra sənədi icra olunduqdan sonra icra vərəqəsində tutulmalar haqqında qeydiyyat aparılmalı və icra vərəqəsi mühasibin imzası və idarənin möhürü ilə təsdiq edildikdən sonra Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qaytarılmalıdır. - Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına ünvanlanmış 10597 saylı, xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1814/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar zərurət aradan qalxdığı üçün xx.xx.2020-ci il tarixli, 6666/31 saylı məktubda nəzərdə tutulan İddiaçı1 pensiyaların tutulması dayandırılması, bu barədə idarəyə məlumat verilməsi xahiş edilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2019-cu il tarixdən etibarən xx.xx.2016-cı il təvəllüdlü X2, xx.xx.2022-ci il tarixdən isə xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər bir uşaq üçün 95 manat sabit pul məbləğində aliment X4 tutularaq Cavabdeh verilməsi, iddianın verilməsinə görə 46,40 manat dövlət rüsumunun cavabdeh X4 tutularaq dövlət büdcəsinə ödənilməsi, məhkəmə qətnaməsi alimentin tutulması hissədə dərhal icra olunması qət edilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialından İddiaçı2 ünvanlanmış xx.xx.2023-cü il tarixli tutulmanın aparılması barədə məktubun surətindən görünür ki, İddiaçı2 əmək pensiyasından xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1360 manat vəsait Cavabdeh xeyrinə tutulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialından İddiaçı1 ünvanlanmış xx.xx.2023-cü il tarixli pensiyadan tutulmanın dayandırılması barədə məktubun surətindən görünür ki, xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filiala ünvanlanan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1814/2020 saylı icra sənədinə uyğun olaraq əmək pensiyasından həyata keçirilmiş ytutulmalar nəticəsində X3 hesabına 1359,94 manat köçürülmüş və Sumqayıt şəhəri üzrə İcra İdarəsinin mərkəzi filiala xx.xx.2021-ci il tarixində daxil olmuş xx.xx.2021-ci il tarixli 10597 nömrəli məktubuna əsasən tutulma dayandırılmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialından Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-112-272725/2023 saylı tutulmanın aparılması barədə məktubundan görünür ki, X12 əmək pensiyasından xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1360 manat vəsait Cavabdeh xeyrinə tutulmuşdur. X5 əmək pensiyası və sosial müavinətindən heç bir tutulma aparılmamışdır. Lətifov X9 Filialdan heç bir növ əmək pensiyası və ya sosial müavinət almır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialından Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-282315/2023 saylı İddiaçı1 dair müvafiq məlumatların göndərilməsi haqqında məktubdan görünür ki, vətəndaş İddiaçı1 əmək pensiyasından həyata keçirilmiş tutulmalar nəticəsində Cavabdeh hesabına 1359,94 manat köçürürlmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə İcra İdarəsindən xx.xx.2021-ci il tarixində daxil olan xx.xx.2021-ci il tarixli 10597 nömrəli məktuba əsasən sumqayıt Mərkəzi Filial tərəfindən xx.xx.2021-ci il tarixindən etibarən İddiaçı1 əmək pensiyasından hər hansı tutulma həyata keçirilmir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1814/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər İddiaçı2 və İddiaçı1 müştərək qaydada xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin alınıb xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh verilməsi, cavabdehlər İddiaçı2 və İddiaçı1 müştərək qaydada 20 manat dövlət rüsumunun alınıb dövlət nəfinə verilməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdən etibarən xx.xx.2016-cı il təvəllüdlü X2, xx.xx.2022-ci il tarixdən isə xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər bir uşaq üçün 95 manat sabit pul məbləğində aliment X4 tutularaq Cavabdeh verilməsi, iddianın verilməsinə görə 46,40 manat dövlət rüsumunun cavabdeh X4 tutularaq dövlət büdcəsinə ödənilməsi, məhkəmə qətnaməsi alimentin tutulması hissədə dərhal icra olunması qət edilməsi xahiş edilmişdir. Cavabdeh İddiaçı1 əmək pensiyasından həyata keçirilmiş tutulmalar nəticəsində Cavabdeh hesabına 1359,94 manat köçürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə İcra İdarəsindən xx.xx.2021-ci il tarixində daxil olan xx.xx.2021-ci il tarixli 10597 nömrəli məktuba əsasən Sumqayıt Mərkəzi Filial tərəfindən xx.xx.2021-ci il tarixindən etibarən İddiaçı1 əmək pensiyasından hər hansı tutulma həyata keçirilməmişdir. İddiaçılar iddia edir ki, cavabdehə artıq aliment ödənilmişdir. Belə hesab edirlər ki, artıq ödənilmiş aliment ya geri qaytarılmalı, ya da əvəzləşdirilməlidir. Cavabdeh iddia tələbini qəbul etmir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Həmin Məcəllənin 109.1-ci maddəsinə əsasən aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: 109.2.1. aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədəqorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; 109.2.2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; 109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. Həmin Məcəllənin 109.3-cü maddəsinə əsasən bu Məcəllənin 109.2.1—109.2.3-cü maddələrində göstərilən hərəkətlər uşağın və ya yetkinlik yaşına çatan fəaliyyət qabiliyyəti olmayan şəxsin nümayəndəsi tərəfindən edilmişsə, aliment geri tələb olunmur, lakin alimentin ödənilmiş məbləği aliment ödəmiş şəxsin iddiası əsasında təqsirkar nümayəndədən tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Məhkəmə hesab edir ki, iddiaçıların tələb etdiyi ödənilmiş alimentin geri qaytarılması üçün Ailə Məcəlləsinin 109-cu maddəsində nəzərdə tutulan hallar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, hazırki iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçılar İddiaçı1 və X10 Cavabdeh artıq ödənilmiş 2720 (iki min yeddi yüz iyirmi) manat alimentin alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi və ya artıq ödənilmiş aliment məbləğinin əvəzləşdirilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar