Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2057/2023 22.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (övladı xx.xx.2011ci il təvəllüdlü Nəzərzadə Yunis Nəzər oğlu ilə birlikdə) Sumqayıt şəhəri, 12-ci mikrorayon, 18 saylı evin, 72 saylı mənzilinə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 12-ci mkr, ev 18, mənzil 72 onun xüsusi mülkiyyətindədir. Həmin mənzil xx.xx.2021-ci il tarixdən onun şəxsi mülkiyyətindədir. Cavabdeh xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh onun qardaşıdır. Qardaşı həmin evdə qeydiyyatda olmasına baxmayaraq 2017-ci il tarixdən həmin ünvanda yaşamır. Həmin faktı iddia ərizəsinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli 10 saylı MKSnın və qonşuların tərtib etdiyi aktda təsdiq edir. Cavabdeh 2017-ci il tarixindən Masallı rayonunun, Kubin kəndində yaşayır. Həmçinin iddia ərizəsinə əlavə olunmuş cavabdehin natorial qaydada təsdiq olunmuş ərizəsində də qeyd olunmuşdur. Cavabdehin onun mənzilində qeydiyyatda qalması bir sıra problemlər yaradır. Belə ki, mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törədirlər və əlavə kommunal xərclərin ödənilməsinə səbəb olurlar. Buna görə də cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edib, eyni məzmunlu izahat verib, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh N.Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarına qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli tarixli “Miras payın bağışlama müqaviləsi”ndən görünür ki, X2, Cavabdeh, Nəzərov Niyaməddin Əlihüseyn oğlu Sumqayıt şəhər 1 saylı notariat ofisinin notariusu X1 tərəfindən verilmiş 06.01.202-ci il tarixli 2v-03№-li reyestrdə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 33.4 kv.m yaşayış sahəsi 17.3 kv.m yardımçı sahəsi 16.1 kv.m 1 otaqlı olan mənzildən onlara düşən miras paylarını İddiaçı bağışlamışdılar. İşdə olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 10 saylı Mənzil Kommunal Sahəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixdən “akt”dan görünür ki, ünvan 1-də qardaşı Cavabdeh 2017-ci ildən etibarən qeyd olunan mənzildə yaşamır. İşə əlavə olan Cavabdeh notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə atası Nəzərov Əlihüseyn Qalam oğlu vəfat etmişdir. Vərəsəlik işi ilə əlaqədar ondan miras qalmış əmlakı faktiki qəbul etməmiş, qəbul etmək niyyətində də deyildir. Gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanlarına müraciət etməyəcəkdir. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh və xx.xx.2011-ci il təvəllüdlü Nəzərzadə Yunis Nəzər oğlu ünvan 1-də qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, Cavabdeh ilə mənzilin mülkiyyətçisi İddiaçı arasında həmin evdən istifadəyə dair hər hansı razılaşma olmadığından, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən sərbəst şəkildə istifadə etmək hüququnu məhdudlaşdırdığından, cavabdehin mübahisəli mənzildən istifadə hüququnun yaranması üçün əsaslar olmadığından məhkəmə hesab edir ki, cavabdehin istifadə hüquqları itirilmiş hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri və cavabdehin notarial qaydada təsdiq edilmiş ərizəsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh və övladı xx.xx.2011-ci il təvəllüdlü Nəzərzadə Yunis Nəzər oğlu iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, 18 saylı evin 72 nömrəli mənzilə olan istifadə hüquqlarına xitam verilməli və iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh və azyaşlı övladı xx.xx.2011-ci il təvəllüdlü Nəzərzadə Yunis Nəzər oğlu İddiaçı xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, 18 saylı evin 72 nömrəli mənzilə olan istifadə hüquqlarına xitam verilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-2057/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2057/2023
22.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver