Məhkəmə qərarları › İş №2(060)-2201/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2201/2022

12.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2201/2022 12.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 İddiaçı və Cavabdeh2 İbrahim oğlunun iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mövlud oğluna qarşı «şəxsi minik avtomobilinin, avtomobilin açarlarının, avtomobil ilə əlaqədar vurulmuş maddi, mənəvi ziyanın vurulması və pul tələbinə dair, avtomobilinin yararsız hala salınmasına, bəzi hissələrinin satılmasına, Sumqayıt şəhər 4-cü Polis Bölməsinin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilərək cavabdehlərin hərəkətlərinə hüquqi qiymət verilməsi tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.20202-ci il tarixli Cinayət işinin başlanması barəsində Sumqayıt 4 PB-nin NK- 1 \ 148 saylı Qərarı ləğv edib 2007-ci il tarixli ZMZ mator ”** VA ***" Dövlət nömrə nişanlı ‘'Qaz- 31105" markalı Volqa avtomobilini 18 aydır ki. tarmar günə saldıqları üçün, eləcə də bu aylar ərzində ona maddi və mənəvi ziyan vurmuş bu şəxslər: Cavabdeh1 və Cavabdeh2 Mövlud oğlunun şəxsi əmlakını ələ keçirməklə talamalarına və onu aldadaraq pulumu mənimsəmələrinə görə barələrində AR CM-nin müvafiq maddələrinə uyğun olaraq Cinayət işinin başlanması barədə qərar çıxarıb istintaqa göndərilməsi, 2007-ci il istehsalı "ZMZ mator" "** VA ***" Dövlət nömrə nişanlı “Qaz-31105" markalı Volqa maşınının və avtomobilin açarlarının cavabdehlərdən alınması, cavabdehlərin onu aldadaraq avtomobilin təmiri ilə əlaqədar aldıqları 1.150 AZN (bir min yüz əlli manat) pulun + hər ay üçün borca faizlə götürdüyü 1.000 (bir min) manat pula 100 (bir yüz) manat pulun 18 aya 1800 (bir min səkkiz yüz) manat + icra olunan günədək %(faiz) yığımı, gündəlik taksilərə xərclədiyi 18 ayda hər gün üçün orta hesabla (18 x 30 gün=550 gün) 10 manat 5.500 manat (beş min səkkiz yüz) icra müddəti qurtaranədək hesablanmasın nəzərdə tutmaqla, yəni maşının yararlı olaraq təhvil verdiyi vəziyyətdə özünə qaytarılacaq günədək)) ümumilikdə və dəymiş maddi və mənəvi ziyanın, məhkəməyə ödədiyi dövlət rüsumu 90 manat, ərizə və şikayətlər üçün vəkil və hüqşünaslara ödədiyi 600 manat, məktub və zərflərin göndərilməsi üçün 100 manat, Avtomobili üçün ödədiyi texniki baxış üçün 70 manat və sığorta üçün 95 manat pulların (Avtomobili sürmək hüququndan azad olunmuş, yəni cavabdehin səhlənkarlığı ucbatından sürə bilməmiş), satdıqları 4 təkərin (hər birini 6 aydır ki. almışdır) və avtomobilin qapıları açıq qaldığı üçün oturacaqların yararsız hala düşməsi (təzəsi ilə əvəz olunması), təmir usta gözətçiləri üçün hər gün 1 manat olmaqla 18 ay və avtomobili çıxanadək hesablanmalı (gözətçinin pulları da ödənməlidir, vəni 550 AZN avtomobil "azadlığa" çıxanadək) ilə əlaqədar alınaraq ona ödənilməsi və cavabdehlər ona 18 ayda 5.000 AZNdən çox mənəvi ziyan vurmuşdurlar ki, həmin ziyanın cavabdehlərdən alınaraq Vətən müharibəsində Qazi adını qazanmış Qazilərin sağlamlıqları üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bank hesablarına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, 2007-ci il istehsalı “ZMZ mator” “** VA ***” dövlət nömrə nişanlı “Qaz-31105” markalı şəxsi minik Volqa avtomobilinin və açarlarının cavabdehlərdən alınaraq ona verilməsi, cavabdehlərin onu aldadaraq avtomobilin təmiri ilə əlaqədar aldıqları 1.150 AZN (bir min yüz əlli manat) pulun+ hər ay üçün borca faizlə götürüb verdiyi 1.000 (bir min) AZN pula hər ay ödədiyi 100 (bir yüz) AZN pulun 24 aya 2.400 (iki min dörd yüz) AZN + icra olunan günədək %(faiz) yığımı, gündəlik taksilərə xərclədiyi 24 ayda hər gün üçün orta hesabla (24 x 30 gün=730 gün) 10 AZN, 7.300 AZN (yeddi min üç yüz) icra müddəti qurtaranadək hesablanmasın nəzərdə tutmaqla, yəni maşının yararlı olaraq təhvil verdiyi vəziyyətdə özünə qaytarılacaq günədək)) ümumilikdə və dəymiş maddi ziyanın, məhkəməyə ödədiyi dövlət rüsumu 90 AZN, ərizə və şikayətlər üçün vəkil və hüquqşünaslara, ödədiyi 900 AZN, məktub və zərflərin göndərilməsi üçün 200 AZN, avtomobili üçün ödədiyi texniki baxış üçün 70 AZN və sığorta üçün 95 AZN pulların (Avtomobili sürmək hüququndan azad olunmuş, yəni cavabdehin səhlənkarlığı ucbatından sürə bilməmiş), cavabdehlər və müxtəlif qrumlara telefon danışıqları ilə əlaqədar 200 Azn, dəyişdirilərək satdıqları 4 təkərin (hər birini 6 aydır ki, almışdır), 2 ay idi ki aldığı akumlyator və avtomobilin qapıları açıq qaldığı üçün oturacaqların yararsız hala düşməsi (təzəsi ilə əvəz olunması) ilə əlaqədar vurulan maddi ziyanların alınaraq ümumilikdə 11.095 (on bir min, doxsan beş) AZN (7.300 taksi pulları + 2.400 faiz borcu) məhkəmə dövlət rüsumları 90 Azn + ərizə və şikayətlər ilə bağlı hüquq məsləhəti və s. üçün 900 azn + 200 azn zərflər üçün + texniki baxış 70 azn+ sığorta üçün 95 azn+ akumlyator 130 azn + telefon danışıq pulları 200 azn və s. = 11.295 (On bir min, iki yüz doxsan beş AZN) məbləğində ona ödənilməsi və cavabdehlər ona 24 ay ərzində 10.000 (on min) manatdan çox mənəvi ziyan vurmuşdular ki, həmin ziyanın cavabdehlərdən alınaraq Vətən müharibəsində Qazi adınını qazanmış Qazilərin sağlamlıqları üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bank hesablarına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, 12 oktyabr 2020-ci il tarixdə saat 12 radələrində Sumqayıt şəhər 5-ci məhəllə ərazisində ona məxsus 2007-ci il istehsalı "ZMZ mator" "** VA ***" Dövlət nömrə nişanlı "Qaz-31105" markalı Volqa maşınını cavabdehlər Cavabdeh1 adlı şəxs və onun qayınatası ikinci Cavabdeh2 Mövlud oğlu ilə birlikdə “maşın ustası”yam deməklə, onu aldadıb şəxsi avtomobilini aparmış, və qeyd etdiyi ağlagəlməz faktlarla rastlaşmışdır. Şəxsi maşınının taleyi bu günə kimi hələ də ona məlum deyildir. Dəfələrlə cavabdehlərə ona: “maşın təmirdədir, hazır olacaq. 1-2 saata. 1-2 günə gəl apar" deyərək aldatmışlar. Bu barədə eavabdehlərdən biri Şahin ilə aralarında mobil yazışama və səsvazmalar da var. Özünü usta kimi qələmə verən Şahin və qaynatası Nazim ilə birlikdə onu aldadaraq bildirmişdir ki, Şahin va onun yanındakı ustalar güvəniləsi ustalardır. Çox səliqəli işləyirlər və onun bu sözləri onu inandırmışdır. Qevd edir ki, Şahin onu aldadarkən ilk «gün yəni xx.xx.2020-ci il tarixdə 50 AZN-i qaynatası Nazim ilə birlikdə olarkən, sonralar oktyabr ayında isə cəmi 1,100 AZN (bir min vüz manat) ümumilikdə 1.150 AZN pul almışlar. O, bu pula görə hələ də har av 100 manata 10 AZN məbləğində əlavə faiz pul ödəyir. Bu barədə vatsap səsyazması ilə cavabdeh olan Şahinə Noyabr 2020-ci ildə bildirmiş və vatsap yazışmaları da hal- hazırda var. Şahin isə maşını apardığı ilk günlərdən vaxtlardan sürərək öz şəxsi məqsədləri üçün istifadə edirmiş və sonrakı taleyi isə bu cür nəticələnmişdir. Avtomobili ilə bağlı cavabdehlər tərəfindən aldadıldığını hiss edib nəhayət 4 ay sonra, xx.xx.2021-ci il tarixdə DİN-nin 102 xidmətinə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər 4-cü Polis Bölməsinin təhqiqatçısı Polis Baş Leytenantı Səyyad Hacəhmədov tərəfindən şikayəti baxılaraq izahat vermişdir. Dəfələrlə işin araşdırılması üçün müraciət etsə belə, təhqiqatçı gözləməyi bildirib, yaxşı olacaq deyərək, onu gözlətmişdir. Nəhayət xx.xx.2020ci ildə AR CPM-nin maddələrina amal etməyən tahqiqatçı onun telefon zənglərinə son 10 gün ərzində cavab vermədiyi üçün Sumqayıt şəhər Polis İdarəsinin Baş təhqiqatçısının qəbulunda olmuş, rəis zəııg etdikdən sonra təhqiqatçı ona xx.xx.2021-ci il tarixli cinayət işinin rədd edilməsi barədə qərarın 05.02.202l-ci it tarixdə 17.00-da möhürsüz vermiş və işin materialları ilə tanış olmaq üçün icazə verməmişdir. O, təhqiqatçının qərarı ilə heç vaxt razı ola bilmir. Belə ki. cavabdehlər qruplaşaraq onu aldatmış, həm şəxsi avtomobilini yararsız hala salmış, həm də ona külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, Şahin 18 aydır ki, müxtəlif bəhanələrlə onu aldadır, şəxsi minik maşınını və onu aldadaraq mənimsədiyi pulunu qaytarmaq istəmir. Eşitdiyinə görə hətta maşınını bir neçə hissələrini satıb və özünü də satmaq istəyirmiş. Müştərilər gətirib maşını 2.500 AZN-ə satacağı barədə ustalara bildirirmiş. Sonralar yəni 4 ayda işlərin getmədiyini lıiss edib, aldadıdığmıı bilib cavabdehlərə dəfələrlə pulu və maşını qaytar desə də, onlar buna əməl etməmişlər. Onun arvadı Aynurə (ona sonra məlum olmuşdur ki, ikinci əridir) maşını o, düzəltdirib, verəcəkdir deyir. Bunlar deməli ailəlikcə bu kimi cinayət əməllər ilə yəni digər şəxslərdən maşınların ələ keçirib vətəndaşları aldadaraq pullarını, maşınlarını ələ keçirməklə məşğul olurmuşlar. Ona elə gəlir ki, bu ailə neçə adamların başına bu cür oyunlar açırlarmış. Qeyd edərək Məhkəməyə bildirir ki, 1.150 (hir min yüz əlli Azn) Azn pulu faizlə götürmüşdür. Hər ay 100 Azn pul ödəyir. Bunu Şahin özü yaxşı bilir və Vatsap səsyazmasında o, noyabr ayında ona bildirmişdir. Bundan əlavə həmin vaxtdan taksilərə hər gün 10-15 Azn pul xərcləyir ki, həmin xərcləri də nəzərə almaqla, cavabdehlərdən hesahlanaraq tutularaq ona ödənilməsini xahiş edir. O, məhz maşını olmadığı üçün bütün qohum əqrabadan və Hüquqşünas-şair olaraq bir çox əhəmiyyətli lazımı tədbirlərindən kənarda qalmışdır. Maşının sığorta pulları texniki baxış pulları da boş yerə aylarla hesablanaraq silinməkdədir. Maşınının təkərlərini dəyişərək satmış və oturacaqları çöllükdə toz-torpaq altında çürüməkdədir ki, bu ziyanları da ödəməlidirlər. Təhqiqatçı isə heç bir araşdırma aparmamış, hansıysa bir dələduz, şəxsi əmlakını talayan, məhv edən bir cinayətkarın yalan sözlərinə inanmış, “maraqları” hesabına başdan sovdu qərar çıxartmışdır. Şahin və qaynatasının bu cür əməlləri ciddi və qanuni formada Azərbaycan Respublikası CPM-nin və CM-nin müvafiq maddələrinə uyğun cinayət məsuliyyəti qaydasında cəzalandırılmalıdır. Lakin, təhqiqatçı tərəfindən maşınının hansı istiqamətlərə sürülməsi, hansı cinayətlərdə istifadə edilməsi, maşının naməlum yerlərdə atılaraq baxımsız qalması, təzə təkərlərinin torpağa qoyularaq çürüməsinə, xarab olması, qapı və pəncərəsi sökülmüş, sındırılmış olması, buferlərin, faraların matorxananın bir çox başqa hissələrinin sökülməsi, dövlət nömrə nişanının, maşına dair açarının olmaması, maşına bu aylarda cərimələrin olub-olmamasının müəyyənləşdirilməsi və s. faktları araşdırılmamışdır. Sumqayıt şəhər PB-nin 4-cü PB-nin Təhqiqatçı cinayət işinin başlanmasını rədd edərkən, nəzərə almamışdır ki, həmin şəxsin ondan maşın təmir etmək adı ilə götürərkən, ümumiyyətlə onun maşınını təmir etmək niyyəti olmamış, onun maşınını ələ keçirmək və öz şəxsi mənafeyləri üçün hissə-hissə satmaq və şəxsi istifadə etmək niyyəti olmuşdur. Eyni zamanda təmir adı altında onun etibarından sui-istifadə edib ona məxsus pulları mənimsəmək niyyətində olmasını, təhqiqatçı yoxlamamış və araşdırmamışdır. Ona görə də cinayət işinin rədd edilməsi barədə qərar ləğv edilərək həmin şəxsin əməllərinə yenidən hərtərəfli və obyektiv hüquqi qiymət verilməlidir. Sumqayıt şəhər Polis idarəsinə və Prokurorluğa müraciətləri zamanı isə ordan bildirirlər ki, məhkəməyə müraciət etsin. Cinayət tərkibi olduğunu Məhkəmə araşdırması zamanı etməli və qərarın ləğv etməlidirlər. Bir sözlə cavabdehlərin məsuliyyətsizliyi nəticəsində ona küllü miqdarda ziyan dəymiş, saz vəziyyətdə olan avtomobilim hissələrə bölünərək yararsız hala salınmış, 1.150 azn pulum isə mənimsənilmişdir. Şəxsi minik atomobili ilə ona qeyd etdiyi kimi küllü miqdarda ziyan dəymişdir. Göstərilənləri nəzərə alaraq, 2007-ci il istehsalı “ZMZ mator” “** VA ***” dövlət nömrə nişanlı “Qaz-31105” markalı şəxsi minik Volqa avtomobilinin və açarlarının cavabdehlərdən alınaraq ona verilməsi, cavabdehlərin onu aldadaraq avtomobilin təmiri ilə əlaqədar aldıqları 1.150 AZN (bir min yüz əlli manat) pulun+ hər ay üçün borca faizlə götürüb verdiyi 1.000 (bir min) AZN pula hər ay ödədiyi 100 (bir yüz) AZN pulun 24 aya 2.400 (iki min dörd yüz) AZN + icra olunan günədək %(faiz) yığımı, gündəlik taksilərə xərclədiyi 24 ayda hər gün üçün orta hesabla (24 x 30 gün=730 gün) 10 AZN, 7.300 AZN (yeddi min üç yüz) icra müddəti qurtaranadək hesablanmasın nəzərdə tutmaqla, yəni maşının yararlı olaraq təhvil verdiyi vəziyyətdə özünə qaytarılacaq günədək)) ümumilikdə və dəymiş maddi ziyanın, məhkəməyə ödədiyi dövlət rüsumu 90 AZN, ərizə və şikayətlər üçün vəkil və hüquqşünaslara, ödədiyi 900 AZN, məktub və zərflərin göndərilməsi üçün 200 AZN, avtomobili üçün ödədiyi texniki baxış üçün 70 AZN və sığorta üçün 95 AZN pulların (Avtomobili sürmək hüququndan azad olunmuş, yəni cavabdehin səhlənkarlığı ucbatından sürə bilməmiş), cavabdehlər və müxtəlif qrumlara telefon danışıqları ilə əlaqədar 200 Azn, dəyişdirilərək satdıqları 4 təkərin (hər birini 6 aydır ki, almışdır), 2 ay idi ki aldığı akumlyator və avtomobilin qapıları açıq qaldığı üçün oturacaqların yararsız hala düşməsi (təzəsi ilə əvəz olunması) ilə əlaqədar vurulan maddi ziyanların alınaraq ümumilikdə 11.095 (on bir min, doxsan beş) AZN (7.300 taksi pulları + 2.400 faiz borcu) məhkəmə dövlət rüsumları 90 Azn + ərizə və şikayətlər ilə bağlı hüquq məsləhəti və s. üçün 900 azn + 200 azn zərflər üçün + texniki baxış 70 azn+ sığorta üçün 95 azn+ akumlyator 130 azn + telefon danışıq pulları 200 azn və s. = 11.295 (On bir min, iki yüz doxsan beş AZN) məbləğində ona ödənilməsi və cavabdehlər ona 24 ay ərzində 10.000 (on min) manatdan çox mənəvi ziyan vurmuşdular ki, həmin ziyanın cavabdehlərdən alınaraq Vətən müharibəsində Qazi adınını qazanmış Qazilərin sağlamlıqları üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bank hesablarına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 Mövlud oğlu iddia tələbini qəbul etməyərək göstərdi ki, onun barəsində iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə, daha sonra Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət edən İddiaçı adlı şəxslə 12 oktyabr 2020-ci ilə kimi şəxsi tanışlığı olmamışdır. İddiaçı ilə tanışlığı belə olmuşdur. O, kürəkəni Cavabdeh1la Şirvan Apelyasiya Məhkəməsinə iddia ərizəsi yazdırmaq məqsədilə, Şahinin çoxdan tanışdığı İddiaçı müraciət etmişlər. Dərdlərini söyləyib və iddiaçı vaxtı olmadığını söyləyərək, ərizəni köməkçisinə yazdırmağı onlara məsləhət görmüş və dedi ki, pulu da ona versinlər. Sonra İddiaçı onları otağına dəvət etdi. Üzünü Şahinə tutaraq söylədi ki, “nə vaxtdır yanıma gəlmirsən, maşınıma sən qulluq edəndə, maşınım yaxşı işləyirdi, indi maşınım köhnəlib, əzilən yerləri də var, detalların bəzilərini təmir elətdirmək lazımdır.” Sonra onları maşının yanına aparmış və o, Şahinə maşının qüsurlarını göstərmişdir. Daha sonra əlavə olaraq söylədi ki, maşının rəngi də köhnəlib, yaxşı olar ki, onu da rənglətdirsin. Bütün bu görüləcək işlər üçün 500 (beş yüz ) manatdan artıq pul verməyəcəyini də söyləmişdir. Bütün bu vaxt ərzində o, maşının arxa hissəsində dayanmış və onların danışığına qulaq asaraq söhbətlərinə müdaxilə etmirdi. Sonra İddiaçı onu ağsaqqal hesab edərək üzünü ona tutaraq xahiş etmişdir ki, maşının təmirini ən yaxşı ustalara gördürsün. O, da iddiaçıya ümümiyyətlə Sumqayıtda usta tanımadığını söyləmişdir. Əlavə etmişdir ki, onlar Ceyranbatan qəsəbəsində olurlar. Həmin qəsəbədə ən yaxşı maşın ustaları dəmirçi Namik və rəngsaz Rza adlı şəxslərdi. Onu da əlavə edərək söylədi ki, o, Namiklə uzun illərdir danışmır. Amma əlləri qızıldır, təmir elədiyi maşına da söz ola bilməz. Amma onu da əlavə etmişdir ki, Namik çox ləng işləyir, amma təmiz iş görür. İddiaçı onu da dedi ki, yaxşı olar ki, sabah və ya birisi gün qəsəbəyə gəlib ustalarla həm tanış olsun və həm də görüləcək işlərin qiymətini özü danışsın. İddiaçı vaxtı olmadığını bəhanə edərək, Şahinə tam etibar etdiyini söyləmişdir. Sonra onlar 5 nəfər maşını maili küçəboyu aşağı- yuxarı 4 dəfə itələyərək, çox çətinliklə işə salmışlar. İddiaçı iddia edir ki, guya onun yanında Şahinə 50 azn pul verib. Təkrarən nəzərə çatdırır ki, onların söhbəti zamanı o, maşının arxasında dayanmış, söhbətlərinə qarışmamış və Şahinə də pul verdiyini görməmişdir. Daha sonra Qafarov ərizəsində iddia edir ki, Şahinə verdiyi 1150 azni onun yanında verib. O, İddiaçı cəmi 1 dəfə, yəni 12.10. 2020-ci ildə görmüş, sonra isə onunla 2 dəfə məhkəmə iclasında rastlaşmışdır. Bir neçə vaxtdan sonra İddiaçı ona zəng edərək bildirmişdir ki, Şahinə desin ki, sahibi maşınını tələb edir. Maşını olmadığı üçün heç bir yerə gedə bilmir, Şahinə verdiyi 1500 ( bir min beş yüz) azn də, aylıq 10% olmaqla, sələmçidən götürüb. O, iddiaçının dediklərini Şahinə söyləmiş, Şahin də ona cavabında ustaların əllərində çoxlu işlərinin olduğunu və həm də pandemiya ilə əlaqədar olaraq çox vaxt işləmədiklərini də söyləmişdir. O, Şahinə məsləhət etmişdir ki, bütün bunları Qafarova özü söyləsin, çünki onun bu işlə heç bir əlaqəsi yoxdur. Sonralar İddiaçı bir neçə dəfə müxtəlif mobil telefonlarla ona zəng edərək maşınını qaytarmağı tələb etmişdir. O,iddiaçıya söyləmişdir ki, yaxşı olar ki, özünü qəsəbəyə gəlib maşınınlarının vəziyyəti ilə tanış olsun. Bu zaman iddiaçı onun üstünə qışqıraraq bildirdi ki, yanında qolu qüvvətli cavan oğlanlar var, onun bir işarəsinə bənddirlər ki, gəlib onun və Şahinin qol- qıçını sındırıb, onu şikəst etsinlər. O, iddiaçıya belə bir iş tutmasını irad tutaraq söyləmişdir ki, ali savadlı hüquqşünassınız, bu ona yaraşan hərəkət deyil. Şahinlə olan söhbətlərində o, iştirak etməmişdir. İddiaçı isə ona söyləmişdir ki, həmin günü o, da onun maşınına minib gedib. İddiaçı Qafarov 1-ci instansiya məhkəməsində, hakimin icazəsi ilə, onun iddiaçıya verdiyi suala, yəni iddiaçının 1150 azn pulu onun yanında Şahinə verdiyini təsdiq edə bilmədiyindən susmağı üstün tutdu. Hakim, Qafarovun məhkəməyə gətirdiyi Xaqani adlı şəxsə sual verərək soruşanda ki o, 1000 azn pulu Qafarova, aylıq 10% sələmlə verib, həmən şəxs dedi ki, Qafarov onun dostudur, ondan pul istədi o, da vermişdir. Hakim bir neçə dəfə sualı təkrar edib Xaqani adlı şəxsə bildirdi ki, Qafarov ərizəsində qeyd edib ki, ona sələmlə, ayda 100 azn ondan almaqla pul verib. Hakimin, şahidə verdiyi suala, yəni “sizin Qafarova verdiyiniz pula əlavə pul alacaqsınız, yoxsa yox?” Həmin şəxs dili topuq vuraraq bildirdi ki, Qafarov istəsə pulu qaytaranda əlavə 100 azn verər. Qeyd edir ki, iddiaçı 1-ci instansiya məhkəməsinə yazdığı ərizəsində ondan və Şahindən müxtəlif məbləğlərdə pul tələb edir, o cümlədən: Maşınının profilaktoriyada saxlanması üçün gözətçiyə 330 azn verdiyini bildirsə də, özü də məhkəmədə qeyd etdi ki, gözətçi onu tanımadığından maşına yaxın buraxmayıb. Maşının saxlandığı profilaktoriyanın müdiri onun tanışıdır. Həmin şəxs də maşının saxlanması üçün onlardan ümümiyyətlə pul tələb etmədi. Qafarov burada da ağ yalan danışır. Çünki Şahin maşını profilaktoriyaya təmir məqsədi ilə qoyub, maşın dayanacağı adı ilə yox. Özü hüquqşünas olduğu halda, hüquqşünaslara 500 azn xərclədiyini iddia edir. Maşınının təmiri üçün 1150 azn pulun 1000 azni aylıq 10% yəni 100 azn əlavə ödəməklə tanışından borc aldığını iddia edir. Qafarov telefonla onunla danışanda üstünə qışqıraraq 1500 azn borc aldığını, aylıq əlavə 100 azn ödədiyini söyləmişdi. Dövlət qanunlarına əsasən sələmlə pul verən şəxsin özü, pul alan şəxslə birlikdə qanunu pozmuş hesab olunur. Onu da qeyd edir ki, dövlət insanların pula ehtiyacı olduğunu nəzərə alaraq, illik çox kiçik faizlə ödənişlər etməyi banklara etibar edib. Qafarovun, ehtiyacı üçün niyə bankdan yox, sələmçidən faizlə pul almağı məntiqsiz görünür. Onun kimdənsə, nə üçünsə botc pul almağının bu işə heç bir dəxli yoxdur. Taksilərə 3300 azn pul xərclədiyini iddia edərək, bu pulu da onlardan tələb etməsi şər və böhtandan başqa bir şey deyil. Axı onun özü onlara maşını verəndə, maşını tamamilə toz basmışdı, özü də qeyd elədi ki, neçə vaxdır maşından istifadə etmir. İddiaçı iddia ərizəsində ümumiyyətlə 5000 azn pul xərclədiyini qeyd edir. Lakin onun tələb etdiyi pulun 5000 azn deyil, 6145 azn olduğunu dəqiq hesablaya bilməmişdir. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə təkrarən yazdığı ərizəsində sadaladığı xərclərin məbləğləri artıraraq onlardan 5000 ( beş min) azn əvəzinə 9955 (doqquz min doqquz yüz əli beş ) azn tələb edir. Digər tərəfdən bu məbləğdə pul xərclədiyini qeyd etsədə son nəticədə onlardan yenə də 5000 (beş min ) azn tələb edir. Bu onu göstərir ki, onun riyaziyyat elminin bir hissəsi olan toplama əməliyyatını yaxşı bilmədiyi aydın olur. İddiaçı Şahini fırıldaqçı, digər tərəfdən "cinayətkar" bir şəxs kimi tanıyırdısa, niyə əvvəlcə onu tərifləyib deyirdi ki, “Şahin sən həmişə maşınıma yaxşı qulluq etmisən”. Hətta Şahinə özünün şerlər kitabını da bağışlamışdı. İddiaçı tanımadığı halda, onu cəmi 1 dəfə gördüyü halda nə səbəbdən onu, ailəsini, Şahini "cinayətkar" adlandırır, onu cavabdeh qismində məhkəməyə cəlb edir. Hüquq elmində ən qatı cinayətkara belə, məhkəmənin qərarı olmadan " cinayətkar " damğası vuraraq onu ləkələməsinə, şərəf və ləyaqətirlin təhqir olunmasına, qohum-qonşular arasında, habelə yaşadığı ərazidə ictimaiyyət arasında hörmətdən düşməsinə heç kimin hüquqi olmadığını hər kəs aydın bilir. İddiaçı özünü hüquqşünas adlandırsa da, elementar bir maddəni bilməməsi onun hüquq elmindən savadı olmadığını bir daha aydın biruzə verir. Sadaladığı bütün bu təkzibedilməz faktlardan tam aydın olur ki, İddiaçı Cavabdeh1la maşını təmir etdirmələri barədə, Şahinə nə qədər pul verməsi barədə onun xəbəri və ümumiyyətlə iştirakı olmamışdır. Bu fakt 1-ci instansiya məhkəməsi zamanı hakim çox dəqiq araşdıraraq onun bu işdə heç bir iştirakı və təqsiri olmadığını qət edərək çox obyektiv qərar çıxarmışdır. İddiaçı məhkəməyə yazdığı iddia ərizəsində onlara qarşı tələblərinin əsassız olduğunu, şər və böhtandan başqa bir şey olmadığını aydın dərk etdiyindən 3-cü, həlledici məhkəmə iclasına gəlməmiş və sonralar Sumqayıt Apelyasiya Məhkəməsinə müraciətində məhkəmə hakiminə və polis tədqiqatçısına şər və böhtan yağdıraraq onların işi düzgün aparmadıqlarını, " öz maraqları" hesabına yanlış qərarlar qəbul etdiklərini utanmadan ərizəsində geyd etmişdir. Öz hüquqşünas yoldaşlarına vicdan əzabı çəkmədən, şər və böhtan yağdırması onun necə " hüquqşünas " olması çox aydın olur. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin ona qarşı hissədə rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı və Cavabdeh2 İbrahim oğlunun izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin İddiaçı ünvanladığı məktubundan görünür ki, pulunun və nəqliyyat vasitələsinin Cavabdeh1 və Cavabdeh2 tərəfindən aldadılaraq ələ keçirilməsinə dair müraciəti üzrə Sumqayıt ŞPİ 4-cü polis bölməsində araşdırma aparılb toplanmış sübutlara istinad edilərək əməldə cinayət tərkibi olmadığına görə 01 fevral 2021-ci ildə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, həmin qərarın əsassızlığı hazırda şəhər prokuroru tərəfindən yoxlanılır. İş materiallarında olan Sumqayıt Şəhər Prokurorluğunun İddiaçı ünvanladığı xx.xx.2021-ci il məktubundan görünür ki, onunla Cavabdeh1 arasında yaranmış mübahisə mülki xarakterli olduğundan və belə münasibətlərdən yaranmış mübahisə məhkəmə baxışının predmeti olduğundan material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xx.xx.2021-c il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4790/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 1150 (bir min yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 3 (üç) manat məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3136\2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək, hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4790\2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsi mənəvi zərərin əvəzinin tutulmaması hissəsində ləğv edilməsi və bu hissədə yeni qətnamə qəbul edilərək, mənəvi zərərin əvəzi kimi 500 manat pul Cavabdeh1brahim oğlundan tutularaq İddiaçı verilməsi, qətnamə qalan, yəni Cavabdeh1 1150 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 3 manatın tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Belə ki, məhkəmə qeyd edir ki, məhkəmə mübahisəsi üzrə tərəflərin təqdim etdikləri sənədlərin sübut növü kimi qəbul edilməsi və qiymətləndirilməsi formal xarakter daşımamalı, Mülki Prosessual Məcəllənin 76, 77 və 88-ci maddələrində öz əksini tapan sübutların qiymətləndirilməsi baxımından əks tərəfin irəli sürdüyü dəlillərlə birlikdə tam, düzgün və hərtərəfli araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflər özlərinin mənafeyinə uyğun dəlillər təqdim etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəalarından irəli gələrək, qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir. (“S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 8 sentyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017-ci il tarixli qərarı) Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı məxsus avtomaşını təmir etdirmək üçün ondan 1150 manat məbləğində pul almış, lakin bugünədək avtomaşını təmir etdirməmiş, eyni zamanda aldığı pulu İddiaçı qaytarmamışdır. Nəticədə iddiaçıya 1150 manat məbləğində maddi ziyan dəymiş və məhkəmə qətnaməsi ilə həmin məbləğin və eyni zamanda 500 manat məbləğində mənəvi zərərin Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1 maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının tələbi digər Cavabdeh2 Mövlud oğluna münasibətdə təmin edilməməlidir. Belə ki, işdə olan sübutlardan görünür ki, iddiaçı mübahisəli pul məbləğini eyni zamanda avtomobili Cavabdeh1 vermişdir. İddiaçı özü də həm iddia ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatında mübahisə predmeti olan pulu Cavabdeh1 verdiyini bildirmişdir. İddiaçı pulun bir hissəsinin Cavabdeh2 Mövlud oğlunun iştirakı ilə Cavabdeh1 verildiyini bildirsə də, bu hal öz təsdiqini tapmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh2 Mövlud oğluna qarşı hazırki iddia tələbinin təmin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, nəzərə alaraq ki, mülki işin materiallarında olan sübutlarla, eyni zamanda məhkəmə qətnamələrini nəzərə alaraq, hesab edir ki, iddia tələbi qismən təmin edilərək, 2007-ci il istehsalı “ZMZ mator” “** VA ***” dövlət nömrə nişanlı “Qaz-31105” markalı şəxsi minik Volqa avtomobili və açarları Cavabdeh1 alınaraq İddiaçı verilməli və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1ci və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 2007-ci il istehsalı “ZMZ mator” “** VA ***” dövlət nömrə nişanlı “Qaz-31105” markalı şəxsi minik Volqa avtomobili və açarları Cavabdeh1 alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar