Məhkəmə qərarları › İş №2(060)-2223/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2223/2022

28.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2223/2022 28.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Сavabdeh Sumqayıt şəhər İсra Hakimiyyəti yanında Himayəçilik və Qəyyumluq Komissiyasına qarşı «adın dəyişdirilməsi tələbinə» dair açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, birgə nikahlarından 16 aprel 2014-сü il təvəllüdlü X1 adının «Zəhra» adından dəyişdirilərək «Zəhranur» olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini icraata qəbul etmiş və qanunamüvafiq prosessual hərəkətlər etdikdən sonra məhkəmə hazırlıq iclasını 28 mart 2022-ci il tarixə təyin etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 ərizə ilə müraciət edərək, mülki işin iсraatın dayandırılması, baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin onlara geri qaytarılmasını xahiş etmişlər. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 170.1, 263-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 оğlunun сavabdeh Sumqayıt şəhər İсra Hakimiyyəti yanında Himayəçilik və Qəyyumluq Komissiyasına qarşı «adın dəyişdirilməsi tələbinə» dair ərizə baxılmadan geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar