Məhkəmə qərarları › İş №2(060)-225/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-225/2023

03.02.2023 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-225/2023 03.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair (Maraqlı şəxs: Maraqlı şəxs) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 19 fevral 1961-ci ildə keçmiş Şamaxı, hazırki Qobustan rayonunun Nabur kəndində anadan olmağı ilə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 19 fevral 1961-ci ildə əvvəl Şamaxı rayonunun, hal-hazırda isə Qobustan rayonunun nəzdində olan Nabur kəndində anadan olmuşdur. xx.xx.1984-cü ildə nikaha daxil olaraq ailə qurmuşdur. 1998-ci ildən bəri ünvan 1 ünvanında yaşayır. Faktiki olaraq ona doğulması ilə bağlı doğum haqqında şəhadətnamə verilməmişdir. Şəxsiyyət vəsiqəsində isə təvəllüdlü 1961-ci il qeyd edilmək əvəzinə yanlışlıqla 1963-cü il qeyd edilmişdir. Yaranmış zərurətlə əlaqədar, eyni zamanda şəxsiyyət vəsiqəsində düzəlişin edilməsi ilə bağlı doğum haqqında şəhadətnamənin əldə edilməsu üçün ərizəçi tərəfindən Maraqlı şəxsnə müraciət edilmişdir. Maraqlı şəxs 05/Q- 215/69 saylı, 17 sentyabr 2022-ci il tarixli arayışına əsasən doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə 1961-1968-ci illər Maraqlı şəxs və Qobustan rayon Nabur kənd İcra Nümayəndəliyi üzrə yoxlama aparılmış və doğum müəyyən edilməsi haqqında akt qeydi aşkar edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə ərizəçi məhkəməyə verilən ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2023-cü il tarixli telegram ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş edərək, ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, ərizəçi onun bacısıdır, bacısından böyükdür. Ailədə 2 bacı 1 qardaşdırlar. Qardaşı 1958-ci il təvəllüddür, Sadagül qardaşından 2 yaş balacadır. Qardaşı və özünün doğum haqqında şəhadətnaməsi vardır, bacısı Sadagülün doğum haqqında şəhadətnaməsinin olmamasının səbəbini bilmir. Anasının adı Şəkər, atasının adı Albəkdir. X7 əri öz xalası oğludur, toylarının nə vaxt olduğunu xatırlamır. X8 Sadagüldən tez doğulmuşdur. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirdi ki, iyul ayının 27-də 75 yaşı tamam olacaqdır. Ərizəçilə eyni kənddədndirlər, onu tanıyır. Ərizəçi onun bacısı ilə bir vaxtda doğulmuçdur, bacısının isə 63 yaşı vardır, Nabur kəndində yaşayır. Ərizəçi doğum haqqında şəhadətnaməsinin olmamasının səbəbini bilmir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Qobustan rayonu qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, Ərizəçi doğum haqqında məlumatının müəyyən edilməsi məqsədilə 1961-1968-ci illər Maraqlı şəxs və Qobustan rayon Nabur kənd İcra Nümayəndəliyi üzrə yoxlama aparılmış və doğum müəyyən edilməsi haqqında akt qeydi aşkar edilməmişdir. - Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışından görünür ki, 1963-cü ildə anadan olmuş Ərizəçi barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və Şamaxı rayon qeydiyyat şöbəsinin arxivində doğum haqqında bərpa akt qeydi aşkar olmamışdır. Arxiv Məlumatları 1964-1970-ci illər Şamaxı rayon qeydiyyat şöbəsinin bərpa akt qeydləri üzrə yoxlanılmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q-9814/13 saylı məktubunun mahiyyətindən görünür ki, xx.xx.1963-cü ildə Şamaxı rayonunun (hazırki Qobustan rayonu) Nabur kəndində doğulmuş Ərizəçi doğumuna dair hər hansı məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X5 xx.xx.2023-cü il tarixli, 3- 48-DA-11F/2-27-6 saylı, cavab məktubundan görünür ki, Şamaxı rayon Nabur kənd ZDS İcraiyyə Komitəsinin 1960-1962-ci illərin təsərrüfatbaşına kitabında X1 təsərrüfatı aşkar olunmamışdır. - Qobustan rayon İHB-nın Nabur İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2023-cü il tarixli arayışda qeyd edilir ki, X6 1960-cı ildə Nabur kəndində anadan olmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçi doğum faktının müəyyən edilməsini xahiş etsə də, neçənci ildə doğulması ilə bağlı məhkəməyə sübut təqdim edə bilmir. Belə ki, məhkəmə iclasında dindirilən şahidlərin ifadələri ziddiyyət təşkil edir. Bununla yanaşı məhkəmə tərəfindən X11 filialına verilmiş sorğunun cavabından da göründüyü kimi Şamaxı rayon Nabur kənd ZDS İcraiyyə Komitəsinin 1960-1962-ci illərin təsərrüfatbaşına kitabında X1 təsərrüfatı aşkar olunmamışdır. Qobustan rayon İHB-nın Nabur İƏD üzrə nümayəndəliyinin verdiyi arayışda isə X3 1960-cı ildə anadan olması qeyd edilir. Ərizəçinin mövcud sənədlərində doğulduğu il 1963-cü il kimi qeyd edilir, ərizəçi özü isə xx.xx.1961-ci il tarixdə doğulduğunu iddia edir. Göründüyü kimi ərizənin əsaslı olmasına dəlalət edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən ərizə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında – Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il 3 saylı Qərarının 4.1-ci maddəsinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 4.2-ci bandinə əsasən Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. 4.3-cü bandinə əsasən Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizəçi 19 fevral 1961-ci ildə keçmiş Şamaxı, hazırki Qobustan rayonunun Nabur kəndində anadan olmağı ilə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar