Məhkəmə qərarları › İş №2(060)-2254/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2254/2024

06.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2254/2024 06.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN0006 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də adının düzəldilərək Gülçöhrə yazılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçi İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN0006 nömrəli “Torpağın mülkiyyət hüququna dair dövlət aktı”nda “X3” qeydinin ona, yəni İddiaçı məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı 1963-cü il təvəllüdlüdür, ünvan 1 ünvanında yaşayır. xx.xx.2023-cü ildə əldə etdikləri arxiv sənədinə əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfındən JN0006 nömrəli “Torpağın mülkiyyət hüququna dairdövlət aktı” verilib. Həmin torpaq sahəsinə dair öz adına Daşınmaz Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsindən mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması üçün zəruri sənədləri toplamağa başlayıb. Bununla əlaqədar yuxarıda adı çəkilən orqana müraciət etdiyi zaman müəyyən edilmişdir ki, şəxsiyyət vəsiqəsində soyad, ad və ata adı “İddiaçı” olduğuna baxmayaraq, sözügedən şəhadətnamədə yalnışlığa yol verilərək onun adı səhv qeyd olunaraq Gülçöhrə əvəzinə “Gülnarə” olaraq qeyd olunub. Bu da sənədlər arasında uyğunsuzluğa gətirib çıxarmaqdadır. Torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün, eləcə də adında yol verilmiş yanlışlığın nəzərə alınaraq, müvafiq sənədləşmədə “X3” kimi yox, düzəliş edilərək “İddiaçı” kimi göstərilməsinə köməklik göstərilməsi üçün Daşınmaz Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etsə də, sözügedən qurum tərəfindən şifahi olaraq imtina cavabı verilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Odur ki, hazırda qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Onu da bildirir ki, qeyd etdiyi yanlışlığı onun səhvindən olmayıb, müvafiq dövlət orqanı torpağa dair sənədləşməni apardığı vaxt diqqətsizliyə yol vermişdir. Qeyd edilənlərə əsasən ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizəsini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, atası Məmmədov Xandadaş, anası isə X6r. Onun adı Gülçöhrə olduğu halda səhvən Gülnarə yazılıb. Adı səhv olduğu üçün sənədlərini ala bilmir. Torpağın sənədləşdirilməsi üçün bu faktın təsdiqlənməsinə zərurət var. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən və SX020442237AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə əsasən) məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinn iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan JN0006 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən görünür ki, Siyəzən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 26 nömrəli qərarı ilə 3.10 ha torpaq sahəsi X2, onun ailə üzvləri X7, yoldaşı X3 və digər ailə üzvlərinin istifadəsinə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5. maddəsinin tələblərinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra nakimiyyəti orqanları tərəfindən verilən şəhadətnam ələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir və ərizəçiyə məsələ ilə əlaqədar məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan AZ-İİİ 352355 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X7 28 fevral 1984-cü il tarixdə Dəvəçi rayonu, Yenikənd Sovetində rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 03 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. İşdə olan AZ 371459 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1963-cü ildə Abşeron rayonu, Daşlı Çalğan kəndində doğulmuşdur. X1, X6r İşdə olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1963-cü ildə Dəvəçi rayonu, Daşlı Çalğan kəndində doğulmuşdur və ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Siyəzən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997ci il tarixli, 26 nömrəli qərarı ilə 3.10 ha torpaq sahəsi X2 və onun ailə üzvlərinə ayrılmış və bu barədə onlara JN0006 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Şəhadətnamədə ərizəçinin adı səhvən “X5” kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN0006 nömrəli “Torpağın mülkiyyət hüququna dair dövlət aktı”nda “X3” qeydinin İddiaçı məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, bu fakt ərizəçinin izahatı və işdə olan digər sənədlərlə tam təsdiqini tapır. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN0006 nömrəli “Torpağın mülkiyyət hüququna dair dövlət aktı”nda “X3” qeydinin İddiaçı məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı, və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbayçan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN0006 nömrəli “Torpağın mülkiyyət hüququna dair dövlət aktı”nda “X3” qeydinin İddiaçı məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar