Məhkəmə qərarları › İş №2(060)-2268/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2268/2025

22.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2268/2025 22.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit mənzilə yaşayış-istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı kredit mənzilə yaşayış-istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanına dair yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Hazırki iş üzrə Cavabdeh onun oğludur. 2015-ci ildən Almaniyada yaşayır. Artıq 10 ilə yaxındır ki, sözügedən mənzildə yaşamır və mənzil ilə heç bir əlaqəsi yoxdur. Qeyd edir ki, həyat yoldaşı və uşaqları ilə birlikdə orada yaşayır. Bu səbəbdən də hesab edir ki, cavabdehin mənzilə yaşayış-istifadə hüququ yoxdur. Onların uzun illərdir ki, sözügedən mənzildə yaşamaması başqa yaşayış yerlərinin olmasına və həmin mənzilə ehtiyaclarının olmamasına dəlalət edir. Bildirmək istəyir ki, hazırda xüsusi mülkiyyətində olan mənzil ilə bağlı satmaq, bağışlamaq və s. digər hərəkətlər etmək istəsəm də cavabdehin mənzildə yaşamamasma baxmayaraq pasport qeydiyyatmda olması səbəbindən razılığı tələb edilir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, mübahisənin məhkəmədən kənar həlli mövcud deyildir. Qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh ünvan 1 ünvanma dair mənzilə istifadə hüququna xitam verilməli və həmin mənzildən pasport qeydiyyatından çıxarılmalıdır. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə dair izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdki, mübahisəli mənzil 1970-ci ildə alınıb. Oğlu 2015-ci ildə Almaniyaya gedib, orda ailə qurub və hazırda ailəsi ilə birlikdə orada yaşayır. Cavabdeh yalnız 2018-ci ildə qardaşının toyu üçün Azərbaycana gəlmişdir və daha sonra yenidən Almaniyaya qayıtmışdır. Hazırda cavabdehlə heç bir əlaqəsi yoxdur. İddiaçı qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

4. Cavabdeh məlum olan axırıncı yaşayış yeri üzrə ünvanına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilsə də, bildirişlərin üzərinə “Həmin ünvanda yaşamaması” barədə poçt qeydi qeyd yazılaraq, bildirişlər məhkəməyə geri qaytarılmışdır. 5.Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır.Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İşdə olan çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. 8.İşdə olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 Cavabdeh Əli oğlunun adına xx.xx.2005-ci il tarixdə 34137 nömrə ilə qeydə alınmışdır. 9.İşdə olan xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqıqnda şəhadətnamədən görünür ki, xx.xx.2018-ci ildə vəfat etmiş Cavabdeh Əli oğlunun vərəsəsi İddiaçıdur və şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 4/21, 5 saylı mənzildən ibarətdir. 10.İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 4/21, 5 saylı mənzildə qeydiyyatdadır.

11. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh sonuncu dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2018-ci il tarixdə ölkədən çıxışı qeydə alınmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 4/21, 5 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı oğlunun adına qeydə alınmışdır. Cavabdeh mübahisəli mənzildə qeydiyyatda olsa da, uzun müddətdir ki, həmin mənzildə yaşamır.

c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasənqətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 14.Məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək yarandığından hazırki mübahisə həmin tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları əsasında həll edilməlidir. 15.01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 6-cı hissəsinə görə şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 16.Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 17.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsini məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. 18.Mübahisənin həlli, yəni cavabdehin mübahisəli mənzildən olan istifadə hüququnun itirilib-itirilməməsinin müəyyən edilməsi üçün onların bu yaşayış sahəsini tərk etməsinin səbəbləri araşdırılmalı və bu tərk etmənin daimi və yaxud müvəqqəti əsaslarla olmasına qiymət verilməlidir. 19.Belə ki, bu münasibətləri tənzimləyən yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri baxımından bu kateqoriya işlər üzrə əsas şərt icarəçi və ya qeydiyyatda olan şəxslərin mənzildə 6 ay və daha artıq müddətdə üzrsüz səbəbdən yaşamamasını və hüquqları mübahisələndirilən şəxslərin başqa yerdə daimi yaşayış yerlərinin olmasını sübut etməkdir. 20.Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildə uzun müddət (7 ildən çox) yaşamaması tərəflərin məhkəmə iclasında verdiyi izahatları və işdə olan digər sübutlarla öz təsdiqini tapmışdır. 21.Digər tərəfdən cavabdeh mübahisəli mənzili məcburi olaraq deyil, könüllü olaraq tərk etmişdir. Belə ki, cavabdeh bu müddət ərzində mənzilə köçürülmə barədə iddia qaldırmamış və ya mənzildən istifadəyə maneə törədilməsi ilə bağlı hər hansı orqana şikayət etməmişdir. Eyni zamanda cavabdeh ölkə sərhədlərini də tərk etmişdir. Bu isə, cavabdehin müvəqqəti deyil, məhz daimi əsaslarla mübahisəli mənzildən köçməsi faktını təsdiq edir. 22.Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 4/21, 5 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. 23.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

24. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 4/21, 5 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar